olunan əmlaka görə 2014-cü il yanvarın 1-dən 5 il müddətinə
əmlak vergisini ödəməkdən azaddırlar. Müəssisələr isə əmlak
vergisi ödəyərkən əmlakın orta illik qalıq dəyəri əsas götürülür.
Bu zaman hesabat ilinin əvvəlinə olan qalıq dəyərlə hesabat
ilinin sonuna olan qalıq dəyər toplanaraq 2-yə bölünür. Alınan
dəyərin 1%-i miqdarında əmlak vergisi ödəyir.
Torpaq vergisi. Torpaq mülkiyyətçilərinin və ya
istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı
olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində
hesablanır. Azərbaycan Respublikasının ərazisində
mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki
şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. Torpaq
vergisinin dərəcəsi kənd təsərrüfatı torpaqları üzrə 1 şərti bal
üçün 0,06 manat müəyyən edilir.
IV. Sosial müdafiə və digər ödənişlər.
Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiy-
yət və təşkilati-hüquqi formasından asılı olmayaraq qanunve-
riciliyə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan
müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri,
habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslər
sığortaedənlər hesab olunurlar (məsələn, fərdi sahibkar özünü,
köməkçi kimi cəlb etdiyi işçiləri beləcə sığortalamalıdır).
Əvvəlcə onu qeyd edək ki, Əmək Məcəlləsinin bütün
müddəaları fərdi sahibkarlara da aiddir.
Əgər siz hüquqi şəxs yaradırsınızsa, bu zaman vergi
orqanında qeydiyyata alınan zaman sizin uçot məlumatlarınız
vergi orqanı tərəfindən DSMF-yə göndəriləcəkdir. Bu zaman siz
sığortaedən kimi uçota alınmış olacaqsınız və məcburi dövlət
sığorta haqqı ödəmək öhdəliyiniz yaranacaq. Eləcə də fərdi
sahibkar kimi VÖEN əldə edərkən də məlumatlarınız DSMF-yə
göndərilir və bir ay ərzində sizə sosial sığorta şəhadətnaməsi
182
təqdim olunur. Məcburi dövlət sosial sığortasında sığorta haqqı
əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir və
sığortaedənin (olunanın) vəsaiti hesabına ödənilir. Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış
hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar,
onların filial və nümayəndəlikləri, habelə başqasını sosial
sığorta edən şəxslər üçün hesablanmış əməyin ödənişi
fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər
gəlirlərinin 22 faizi miqdarında məcburi dövlət sosial sığorta
haqqı ödəyirlər. Fərdi sahibkar işçi cəlb etdiyi zaman onlarla
əmək müqaviləsi bağlamalı və hər işçiyə görə hesablanmış əmək
haqqının 3%-i məbləğində DSMF-yə məcburi dövlət sosial
sığorta haqqı ödəməlidir. Əgər ticarət və tikinti sahəsində
sahibkarlıq fəaliyyəti ilə məşğul olacaqsınızsa, o zaman
minimum əmək haqqının 50% miqdarının Bakıda 100%, Gəncə
və Sumqayıtda 90%, digər respublika tabeli şəhərlərdə 80%-i
miqdarında sosial sığorta haqqı ödəyəcəksiniz. Əgər tikinti və
ticarətdən başqa digər sahələrdə sahibkarlıq fəaliyyəti
göstərəcəksinizsə, o zaman yuxarıda sadalanan faizlər
minimum əmək haqqının 20% miqdarından tutulacaq.
Sığortaedənlər uçota alındığı DSMF orqanına hər rüb və
hər il hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta
haqqı və digər daxil olan məbləğlər barədə hesabat təqdim
edirlər. Hər rüb üçün hesabat həmin rübdən sonra gələn birinci
ayın 20-dən gec olmayaraq (yəni, aprelin, iyulun, oktyabrın və
yanvarın 20-dək) və hər rüb üçün ayrı-ayrılıqda DSMF orqanına
təqdim edilməlidir. İllik hesabat hər il üçün növbəti ilin mart
ayının 1-nə kimi təqdim edilməlidir.
Sığortaedənlər hesabatları elektron qaydada təqdim
etmək imkanlarına malikdirlər. Bunun üçün əvvəlcə DSMF-nin
rəsmi saytına (www.sspf.gov.az) daxil olub “Elektron
xidmətlər” bəndi və “interaktiv xidmətlər” bölməsində isə
183
“Məcburi dövlət sosial sığortası üzrə hesabatların və
məlumatların təqdim olunması” xidməti seçilməlidir. Ekranın
sağ tərəfində “Kömək” düyməsini basmaqla qeydiyyatla bağlı
zəruri məlumatları əldə edin, daha sonra “Yeni istifadəçinin
qeydiyyatı” düyməsini basmaqla ərizə formasını elektron
formada doldurulmalıdır. Qeydiyyatdan keçirdikdən sonra
istifadəçi kodunu, parolu və şifrəni almaq üçün uçotda aparılan
DSMF-nin yerli orqanına müraciət edilməlidir. İstifadəçi kodu,
parol və şifrə alındıqdan sonra DSMF-nin rəsmi saytına
(www.sspf.gov.az) daxil olub “Elektron xidmətlər” bəndini və
“interaktiv xidmətlər” bölməsində isə “Məcburi dövlət sosial
sığortası üzrə hesabatların və məlumatların təqdim olunması”
xidmətindən istifadə edərək hesabatlar müvafiq qaydada tərtib
edilə və elektron qaydada göndərilə bilər.
V. Dövlət orqanları tərəfindən yoxlamalar.
Əvvəlcə onu qeyd edək ki, sahibkarların istehsal
qabiliyyətini, istehsal olunan malların, görülən işlərin,
göstərilən xidmətlərin keyfiyyətini artırmaq, bazar
iqtisadiyyatının inkişafına dəstək olmaq məqsədilə 2015-ci ilin
10 oktyabr tarixində Milli Məclis tərəfindən “Sahibkarlıq
sahəsində yoxlamaların dayandırılması haqqında” Qanun
qəbul olundu. Həmin qanuna görə sözügedən sahədə
yoxlamalar 2 il müddətinə dayandırılır. Yalnız vergi
yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin
təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə
yaradan hallar üzrə yoxlamalar aparıla bilər. Həmin qanun
korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Azərbaycan
Respublikasının Baş Prokurorluğu tərəfindən aparılan
yoxlamalara da şamil edilmir. Sahibkarda plan üzrə (növbəti)
yoxlamaların aparılması dövriliyi onun aid olduğu risk
qrupundan asılıdır. Risk sahibkarın fəaliyyəti nəticəsində
184
insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin
əmlak maraqlarına zərərin vurulması ehtimalıdır. Sahibkarlıq
sahəsində aparılan yoxlamaların tənzimlənməsi və
sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan
Respublikasının qanununa görə risk qrupları yüksək, orta və
aşağı olmaqla qruplaşdırılır. Sahibkarların risk qrupları üzrə
bölgüsü risk qruplarının müəyyənləşdirilməsi meyarları
əsasında yoxlayıcı orqan tərəfindən onun nəzarət sahəsinə
uyğun aparılır. Buna görə də, sahibkar müvafiq yoxlamaları
aparan orqanın qərarı ilə tanış olmaqla hansı risk qrupuna aid
olduğunu öyrənə bilər. Risk qruplarının müəyyənləşdirilməsi
meyarları sahibkarların fəaliyyətinin kəmiyyət və (və ya)
keyfiyyət göstəriciləri (xüsusiyyətləri) əsasında müəyyən edilir
və bu zaman aşağıdakı amillər nəzərə alınır:
- sahibkarın fəaliyyətinin miqyası;
- sahibkarın müvafiq sahədə fəaliyyət göstərdiyi müddət;
- sahibkar tərəfindən istehsal edilən məhsulun (görülən
işin, göstərilən xidmətin) xüsusiyyətləri və (və ya) onun
fəaliyyət sahəsi;
- müxtəlif statistik məlumatlar (sahibkarın fəaliyyət
sahəsində mənfi fəsadların baş verməsi, sahibkarın fəaliyyət
göstərdiyi sahədə məcburi tələblərin pozulması vəziyyəti və s.);
- sahibkarda əvvəllər aparılmış yoxlamaların nəticələri;
- sahibkarın icbari hesabatlılığında uyğunsuzluqların və
ziddiyyətlərin olması.
Yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın
başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın
aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı
sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı
göndərilir. Plandankənar (növbədənkənar ) yoxlamanın
aparılması haqqında qərar sahibkara yoxlamanın başlandığı an
təqdim edilir. Yoxlama yalnız onun aparılması haqqında
185
Dostları ilə paylaş: |