- verginin hesablanması və ödənilməsi üçün zəruri olan
vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu
barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim
edilmədikdə,
- vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda
dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar
edildikdə,
- ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə
sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının
ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin
hesabına aid edildikdə, (bu halda növbədənkənar vergi
yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən
əməliyyatları üzrə aparıla bilər),
- artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə
sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi
daxil olduqda,
- vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı
məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya
vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının)
əlamətləri müəyyən edildikdə,
- cinayət prosesual qanunvericiliyinə uyğun olaraq
məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi
yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda,
- vergi nəzarətinin həyata keçirilməsi və Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə
əsasən daxil olmuş sorğuların icrası ilə bağlı zəruri olan sənədlər
və ya onların lazımi qaydada təsdiq edilmiş surətləri 20 gün
müddətdə təqdim edilmədikdə və ya dürüst olmayan, yaxud
təhrif olunmuş məlumatlar təqdim edildikdə
- vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən
təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan
sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti
188
olduqda,
- vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi
ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının
keçirilməsini yazılı şəkildə tələb etdikdə (bu halda
növbədənkənar səyyar vergi yoxlaması vergi orqanlarının
əvvəlki yoxlamanı keçirmiş vəzifəli şəxsləri tərəfindən keçirilə
bilməz).
Operativ vergi nəzarəti və xronometraj metodu ilə vergi
müşahidəsi də vergilər orqanları tərəfindən həyata keçirilir.
Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan
hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri,
yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material
ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu
qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları
(sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq
fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri
istisna olmaqla) həyata keçirilir və qanunla müəyyən olunmuş
halları aşkar etmək üçün aparılır. Xronometraj metodu ilə
müşahidə operativ vergi nəzarəti növü olmaqla istehsal
həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və
dəqiqləşdirilməsi məqsədi ilə vergi ödəyicilərinin gəlir
götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan
obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və
digər binalarında (ərazilərində) aparılır.¹⁷
Dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qayda-
larına riayət edilməsinin və sanitar-gigiyenik qaydalara riayət
edilməsinin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi
tərəfindən yoxlanılması, fitosanitar tələblərə, qaydalara
uyğunluğun və baytarlıq tələblərinə, qaydalarına uyğunluğun
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi
tərəfindən yoxlanılması, təbii qaz, su təchizatı, elektrik və ya
189
Daha ətraflı
-də maddə 50 və 50-1-ə baxa bilərsiniz.
www.e-qanun.az/code/12
17
istilik şəbəkələrinə qanunsuz qoşulma hallarının yoxlanılması
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin razılığı ilə
həyata keçirilir.
VI. Sahibkarlara qarşı digər tələblər, digər qanunve-
ricilik aktları.
Sahibkarlıq fəaliyyətinin müxtəlif sahələrini tənzimləyən
xeyli sayda qanunvericilik aktları mövcuddur. Fəaliyyət
sahəsindən asılı olaraq həmin aktlarda müxtəlif tələblər irəli
sürülür. Əsas akt kimi “Sahibkarlıq fəaliyyəti haqqında”
Qanunda¹⁸ sahibkarların vəzifələri əks olunmuşdur. Bunlara
aiddir: qüvvədə olan qanunvericilikdən və bağladığı
müqavilələrdən irəli gələn bütün vəzifələri yerinə yetirmək, işə
qəbul edilən vətəndaşlarla müqavilələr (bağlaşmalar), işçilərin
əmək haqqını müəyyən olunmuş minimum məbləğindən az
olmayan səviyyədə ödəmək, Dövlət Sosial Müdafiə Fonduna
müəyyən edilmiş qaydada və həcmdə ayırmalar vermək,
qanunvericilikdə müəyyən edilmiş vergiləri ödəmək, müəlliflik
hüququnun qorunmasının qanunvericiliklə müəyyən olunmuş
tələblərinə əməl etmək, əmtəə nişanları və coğrafi göstəricilər
haqqında qanunvericiliyin tələblərinə əməl etmək, haqsız
rəqabət metodlarından istifadə olunmasına yol verməmək, öz
fəaliyyəti haqqında dövlət, statistika və maliyyə orqanlarına
müəyyən edilmiş formada hesabatlar vermək, müharibə
şəraitində və ya başqa fövqəladə hallarda səlahiyyətli dövlət
orqanlarının göstərişi ilə təsis sənədlərində nəzərdə tutulmayan
və ya həmin sənədlərdə qeyd olunan məqsədlərə uyğun
gəlməyən hər hansı qanuni fəaliyyət forması ilə məşğul olmaq.
"Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət
və digər növ xidmət Qaydaları"nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı
190
h p://www.e-qanun.az/framework/7920
Qanunla buradan tanış ola bilərsiniz.
18
h p://www.e-qanun.az/framework/3849
- Kiçik sahibkarlığa dövlət köməyi haqqında Qanun
h p://www.e-qanun.az/framework/9632
Sahibkarlığa dövlət maliyyə dəstəyinin göstərilməsi sahəsində əlavə tədbirlər
haqqında Prezidentin Fərmanı,
“İri, orta və kiçik sahibkar meyarları”nın təsdiq
h p://www.e-qanun.az/framework/30115
edilməsi haqqında Nazirlər Kabinetinin Qərarı
h p://www.azstand.gov.az/?id=25&sub_id=100&lang=1
ərizələrin nümunəsi ilə tanış olmaq üçün
19
20
mövcuddur. Həmin qanunvericilik atkında ticarət (xidmət)
fəaliyyətinə olan ümumi tələblər, malların qəbulu, saxlanılması
və satışa hazırlanması, malların satışına olan ümumi tələblər və
konkret qruplara aid malların satışına dair müddəalar öz əksini
tapmışdır. Və eləcə də, sahibkarlıq fəaliyyətinin müxtəlif
sahələrində sahə normativ aktlar qüvvədədir ki, onlar da həmin
sahənin ən müxtəlif münasibətlərini tənzimləyir, həmçinin
sahibkarlara yardım və s. sahəsində ümumi qanunvericilik
aktları da mövcuddur.¹⁹
VII. Patent nədir? Rəsmiləşdirilmə qaydası.
Patent ixtira, faydalı model və sənaye nümunəsi üçün
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və
Patent üzrə Dövlət Komitəsi tərəfindən verilən mühafizə
sənədidir. İxtira, faydalı model və sənaye nümunəsi üçün patent
almaq istəyən hüquqi və ya fiziki şəxs Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsinə iddia sənədi
verməlidir.²⁰ İddiaçı iddia sənədini bilavasitə və ya Komitədə
qeydiyyata alınmış patent müvəkkili vasitəsilə verir. İddia
sənədinə aşağıdakılar daxil edilir: müəllif (müəlliflər) və adına
patent verilməsi xahiş edilən hüquqi və ya fiziki şəxs (şəxslər),
həmçinin onların yerləşdiyi və ya yaşadığı yer göstərilməklə
patent verilməsi barədə ərizə, ixtiranın və ya faydalı modelin
mahiyyətini tam açıqlayan və həyata keçirilməsi üçün kifayət
qədər aydınlıq yaradan təsviri, ixtiranın və ya faydalı modelin
təsvirinə əsaslanan və mahiyyətini ifadə edən düsturu, iddia
obyektinin mahiyyətinin başa düşülməsi üçün zəruri olan
çertyojlar və başqa materiallar, referat.
Sənaye nümünəsi barəsində iddia sənədinə daxil edilir:
191
Dostları ilə paylaş: |