kapitalındakı payına uyğun əmlak hissəsi ödənilir. Çıxan
iştirakçının cəmiyyət ilə razılaşmasına əsasən əmlakın dəyərinin
ödənilməsi əmlakın naturada verilməsi ilə əvəz edilə bilər.
Cəmiyyətin əmlakının çıxan iştirakçıya düşən hissəsi və ya onun
dəyəri iştirakçının çıxdığı məqamda tərtib edilən balans üzrə
müəyyənləşdirilir. Əgər məhdud məsuliyyətli cəmiyyətin
nizamnamə kapitalına maya kimi əmlakdan istifadə hüququ
verilmişdirsə, müvafiq əmlak cəmiyyətdən çıxan iştirakçıya
qaytarılır. Həmin əmlakın normal aşınma nəticəsində dəyərinin
azalmasının əvəzi ödənilmir. Cəmiyyət iştirakçısının vərəsəsi və
ya onun iştirakçısı olan hüquqi şəxsin hüquq varisi cəmiyyətə
daxil olmadıqda onunla hesablaşmalar bu maddənin
qaydalarına uyğun aparılır.
IX. Ümumi məsləhətlər.
Sahibkarlıq fəaliyyətinə verilən anlayışdan da aydın olur ki,
məqsəd mənfəət əldə etməkdən ibarətdir. Şirkətin gəlirləri hər
hansı mal satışından, işlər görülməsindən, xidmətlər
göstərilməsindən yaranır, bu zaman təbii olaraq müqavilələr
meydana çıxır. Müqavilə tərəflərin müstəqil iradə ifadəsidir və
onun predmeti ilə bağlı münasibətləri tənzimləyir.
Müqavilələrin əsas strukturu Mülki Məcəllədə əks olunsa da,
tərəflərin razılığı ilə bütün riskləri və əlavə yarana biləcək
münasibətləri də tənzimləyən müddəalar əks oluna bilər.
Ölkəmizdə adətən müqaviləni tərəflərin biri hazırlayır, digər
tərəfə göndərir və çox vaxt hüquqşünası olmayan şirkətlərdə
müqavilə elə təqdim olunduğu formada da imzalanır.
Doğrudur, kiçik müəssisələrdə müqavilələr ən sadə formada
tərtib olunur və Mülki Məcəllənin əsas tələblərini əks etdirir.
Lakin bu heç də həmişə təhlükəsiz olmur. Alınan-satılan
maldan, görülən işdən, göstərilən xidmətdən asılı olmayaraq
qarşı tərəfdən təqdim olunan müqavilələr diqqətlə oxunmalı,
194
risklər dəyəndirilməlidir. Əsas diqqət, tərəflərin hüquq və
vəzifələrinə, müqavilənin məbləğinin ödənilmə şərtlərinə və
qaydalarına, tərəflərin hansı hallarda məsuliyyət daşımasına,
alınan-satılan malların, görülən işlərin və göstərilən xidmətlərin
keyfiyyətinə, keyfiyyətə təminat məsələlərinə yetirilməlidir.
Aydın olmayan və ya ümumiyyətlə göstərilməmiş hallarla bağlı
tərəflər razılaşmalı və müqavilədə həmin halları əks
etdirməlidirlər.
Bundan başqa, şirkətin gələcək inkişaf perspektivini
dəyərləndirmək və müəyyənləşdirmək üçün hüquqi problemlər
araşdırılmalı, mütəxəssislərdən məsləhətlər alınmalı,
ekspertlərə müraciət olunmalı və onların rəyləri ciddiyyətlə
nəzərə alınmalı, əməkdaşların fəaliyyətinə nəzarət həyata
keçirilməli, mütəmadi xidməti hesabat alınması təmin
olunmalıdır. MMC-lər üçün qanunla məcburi audit tələbi
vardır. Auditin xidmətindən istifadə etməklə şirkətin maliyyə,
vergi, mühasibat uçotu sahəsində mövcud durum, risklər və
gələcək inkişaf perspektivi məsələlərini aydınlaşdırmaq imkanı
yaranır.
X. İstehlakçının hüquqları.
Əgər ortada hər hansı satılan mal, yerinə yetirilən iş və
göstərilən xidmət varsa, deməli onun istehlakçısı da var. Və
istehlakçıların qanunvericiliyimizdə kifayət qədər hüquqları da
mövcuddur. Hərçənd, bu hüquqları çox vaxt bilməməyimiz bizi
onların təminatından məhrum edir. İstehlakçıların hüquqları
geniş formada “İstehlakçıların hüquqlarının müdafiəsi
haqqında” Qanunla tənzimlənir. Qanunda istahlakçıların
istehlakçının malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə
olmasına hüququ, qüsuru olan mal satılarkən istehlakçının
hüquqları, iş görülməsinə və xidmət göstərilməsinə dair
müqavilələrin şərtləri pozularkən istehlakçıların hüquqları,
195
istehlakçıların malların (işlərin, xidmətlərin) təhlükəsiz
olmasına hüquqları, lazımi keyfiyyəti olmayan malın (işin,
xidmətin) vurduğu zərərə görə əmlak məsuliyyəti,
istehlakçıların mal (iş, xidmət) haqqında məlumat almaq
hüququ, istehlakçının tələblərini ödəməyən malı lazımi
keyfiyyətli mala dəyişdirmək hüququ kimi hüquqları və onlara
dair digər hallar öz əksini tapmışdır.²³ Məsələn: İstehlakçı
satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin,
göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə,
müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş,
xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim
etdiyi məlumata cavab verməsini tələb etmək hüququna
malikdir. İstehlakçı qanunla nəzərdə tutulmuş hallarda
malların, məmulatların və məlumat materiallarının nəzarət
markası ilə markalanmasının təmin olunması hüququna
malikdir. Belə ki, məsələn, istehlakçı hər hansı aptek
təşkilatından dərman vasitəsi almışdırsa, həmin dərman vasitəsi
nəzarət markası (əvvəllər holoqram adlanırdı) ilə markalanmış
olmalıdır. Əks halda istehlakçı malı almaqdan imtina edə,
ödədiyi vəsaiti geri ala bilər. İstehlakçı malların (işlərin,
xidmətlərin) adi şəraitdə istifadə olunmasının, saxlanılmasının
və daşınmasının, onun həyatı, sağlamlığı, eləcə də ətraf mühit
üçün təhlükəsiz olmasının, həmçinin onun əmlakına ziyan
vurulmamasının təmin olunması hüququna malikdir. Malın
(işin, xidmətin) konstruksiya, istehsal, resept və başqa qüsurları
nəticəsində istehlakçının həyatına, sağlamlığına və ya əmlakına
dəymiş zərər, qanunvericilikdə daha yüksək məsuliyyət
nəzərdə tutulmayıbsa, günahkar tərəfindən istehlakçıya tam
ödənilməlidir. Lazımi keyfiyyətli qeyri-ərzaq malı öz formasına,
ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya
196
İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunla buradan tanış ola bilərsiz:
h p://www.e-qanun.az/framework/9479
23
hansı mala hansı orqanın idxal üçün rəy verməsi ilə buradan tanış ola bilərsiz:
h p://www.e-qanun.az/framework/12499
Reqlamentlərlə buradan tanış ola bilərsiz
h p://www.customs.gov.az/az/e-xidnew.html
.
24
25
digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə,
istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək
hüququ vardır. İstehlakçı malın alınma günü sayılmamaq şərti
ilə, 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala
dəyişdirmək hüququna malikdir. Pərakəndə satılan malın
dəyişdirilməsi üçün satıcı tərəfindən daha uzun müddət elan
edilə bilər və. s.
XI. İdxal və ixrac üzrə tələb və vergilər.
İdxal qaydaları. Ölkə ərazisinə idxal olunan mallara dair
tələblər gömrük qanunvericiliyi ilə tənzimlənir. Ölkə ərazisinə
xarici iqtisadi fəaliyyətin mal nomenklaturasında daxil olan
malların idxal olunmasına icazə verilir. İdxal olunan maldan
asılı olaraq onlar üçün fərqli tələblər müəyyən edilir və fərqli
dövlət orqanları tərəfindən idxala rəy verilməsi şərtləndirilir.²⁴
İdxal olunan mallar gömrük orqanlarına bəyan edilməlidir.²⁵
Vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respubli-
kasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən
edilən gömrük dəyərindən və mallar Azərbaycan Respubli-
kasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən
(ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. Azərbaycan
Respublikasının Vergi Məcəlləsində qeyd olunan aksizli
mallardan aşağıda göstərilən mallar (qablaşdırılmamış halda
istisna olmaqla) aksiz markaları ilə markalanmalıdır: içməli
spirt, spirtli içkilərin bütün növləri, pivə, tütün məmulatları.
Azərbaycan Respublikasının ərazisinə idxal olunan
markalanmalı mallara (pivə istisna olmaqla) tətbiq edilən aksiz
markaları həmin malların istehsalçıları və ya Azərbaycan
Respublikasının hüdudlarından kənar onların satışında
197
Dostları ilə paylaş: |