qərarda göstərilən yoxlayıcı (yoxlayıcılar) tərəfindən aparılır.
Yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini,
yoxlamanın aparılması haqqında qərarın surətini və
yoxlamanın yoxlamaların vahid məlumat reyestrində
qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun
səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi
əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq
və vəzifələri haqqında məlumat verir. Odur ki, yoxlama
aparılması haqqında qərarda yoxlama aparma səlahiyyəti olan
şəxslə vəsiqə təqdim edən şəxsin eyni olduğuna diqqət yetirin.
Həmçinin yoxlayıcı orqan yoxlamadan əvvəl yoxlamanı
Ədliyyə nazirliyində yoxlamaların vahid reyestrinə salmalıdır.¹⁵
Əks halda həmin yoxlamanın hüquqi nəticəsi əsassız olur. Sizə
düşən isə, yoxlayıcı orqandan həmin reyestrdən çıxarışı tələb
etməkdir. Əgər çıxarış yoxdursa, yoxlama aparıla bilməz.
Göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın
aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat
reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət
edilmədikdə, yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə
bilərsiniz.
Yüksək risk qrupuna aid edilən sahibkara münasibətdə
ildə bir dəfədən çox olmayaraq, orta risk qrupuna aid edilən
sahibkara münasibətdə iki ildə bir dəfədən çox olmayaraq, aşağı
risk qrupuna aid edilən sahibkara münasibətdə üç ildə bir
dəfədən çox olmayaraq yoxlamalar həyata keçirilir. Yeyinti
məhsullarının təhlükəsizliyinə nəzarət sahəsində plan üzrə
(növbəti) yoxlamalar aşağıdakı dövriliklə aparılır: yüksək risk
qrupuna aid edilən sahibkarlara münasibətdə altı ayda bir
dəfədən çox olmayaraq, orta risk qrupuna aid edilən
sahibkarlara münasibətdə ildə bir dəfədən çox olmayaraq, aşağı
risk qrupuna aid edilən sahibkarlara münasibətdə iki ildə bir
186
h p://www.yoxlama.gov.az
15
Əsaslara
-də maddə 16-ya baxa bilərsiniz.
h p://www.e-qanun.az/framework/26449
16
dəfədən çox olmayaraq. Plan üzrə (növbəti) yoxlamanın
müddəti iri sahibkarlarda on iş günündən, orta və kiçik
sahibkarlarda beş iş günündən artıq olmamalıdır. Plandankənar
(növbədənkənar) yoxlamanın müddəti iri sahibkarlarda beş iş
günündən, orta və kiçik sahibkarlarda üç iş günündən artıq
olmamalıdır. Plandankənar yoxlamaların aparılması üçün
qanunla əsaslar müəyyən edilmişdir.¹⁶
Vergi orqanları vergilərin tam və vaxtında yığılmasını
təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Vergi
orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar
ola bilər. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən
yerlərə vergilərin hesablanmasını və ödənilməsini özündə əks
etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi
orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar
əsasında keçirilir. Kameral vergi yoxlaması vergi ödəyicisi
tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan
sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün
müddətində keçirilir. Səyyar vergi yoxlaması vergi orqanının
qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti
və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması
keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi
yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş
göndərilir. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi
yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi
orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar
vergi yoxlaması ildə bir dəfədən çox olmayaraq keçirilir. Səyyar
vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna
hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar
vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla
bilər. Növbədənkənar vergi yoxlaması vergi orqanları
tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər:
187
- verginin hesablanması və ödənilməsi üçün zəruri olan
vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu
barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim
edilmədikdə,
- vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda
dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar
edildikdə,
- ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə
sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının
ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin
hesabına aid edildikdə, (bu halda növbədənkənar vergi
yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən
əməliyyatları üzrə aparıla bilər),
- artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə
sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi
daxil olduqda,
- vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı
məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya
vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının)
əlamətləri müəyyən edildikdə,
- cinayət prosesual qanunvericiliyinə uyğun olaraq
məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi
yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda,
- vergi nəzarətinin həyata keçirilməsi və Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə
əsasən daxil olmuş sorğuların icrası ilə bağlı zəruri olan sənədlər
və ya onların lazımi qaydada təsdiq edilmiş surətləri 20 gün
müddətdə təqdim edilmədikdə və ya dürüst olmayan, yaxud
təhrif olunmuş məlumatlar təqdim edildikdə
- vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən
təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan
sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti
188
olduqda,
- vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi
ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının
keçirilməsini yazılı şəkildə tələb etdikdə (bu halda
növbədənkənar səyyar vergi yoxlaması vergi orqanlarının
əvvəlki yoxlamanı keçirmiş vəzifəli şəxsləri tərəfindən keçirilə
bilməz).
Operativ vergi nəzarəti və xronometraj metodu ilə vergi
müşahidəsi də vergilər orqanları tərəfindən həyata keçirilir.
Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan
hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri,
yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material
ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu
qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları
(sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq
fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri
istisna olmaqla) həyata keçirilir və qanunla müəyyən olunmuş
halları aşkar etmək üçün aparılır. Xronometraj metodu ilə
müşahidə operativ vergi nəzarəti növü olmaqla istehsal
həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və
dəqiqləşdirilməsi məqsədi ilə vergi ödəyicilərinin gəlir
götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan
obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və
digər binalarında (ərazilərində) aparılır.¹⁷
Dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qayda-
larına riayət edilməsinin və sanitar-gigiyenik qaydalara riayət
edilməsinin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi
tərəfindən yoxlanılması, fitosanitar tələblərə, qaydalara
uyğunluğun və baytarlıq tələblərinə, qaydalarına uyğunluğun
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi
tərəfindən yoxlanılması, təbii qaz, su təchizatı, elektrik və ya
189
Daha ətraflı
-də maddə 50 və 50-1-ə baxa bilərsiniz.
www.e-qanun.az/code/12
17
Dostları ilə paylaş: |