müəllif (müəlliflər) və adına patent verilməsi xahiş edilən
hüquqi və ya fiziki şəxs (şəxslər), həmçinin onların yerləşdiyi və
ya yaşadığı yer göstərilməklə patent verilməsi barədə ərizə,
məmulatın zahiri görkəmi barədə müfəssəl təsəvvür yaradan
fotoşəkil dəsti, maket və ya rəsm, sənaye nümunəsinin
mahiyyətini açıqlamaq zəruri olduqda məmulatın ümumi
görkəminin çertyojları, erqonomik sxemi, konfeksiya xəritəsi,
sənaye nümunəsinin mühüm əlamətlərini əks etdirən təsviri.
İddia ərizəsi Komitəyə daxil olduğu gündən 1
ay ərzində
sənədlərin ilkin ekspertizası aparılır. İddia sənədində göstərilən
obyektin qanunvericiliyin tələblərinə uyğunluğu ekspertiza
nəticəsində müəyyənləşdirildikdə iddia sənədinin müvafiq icra
hakimiyyəti orqanının rəsmi bülletenində dərc olunması barədə
qərar qəbul edilir və iddia sənədi üzrə materiallar dərc olunur.
Patent verilməsindən imtina edilməsi haqqında qərar
çıxarılarkən bu barədə Apellyasiya Şurasına şikayət verilə bilər.
Azərbaycan Respublikası ərazisində patentin qüvvədə olma
müddəti iddia sənədinin müvafiq icra hakimiyyəti orqanına
verildiyi gündən etibarən aşağıdakı kimi müəyyənləşdirilir,
ixtira üçün 20 il, faydalı model üçün 10 il, sənaye nümunəsi
üçün 10 il. Onu da qeyd edək ki, patent və ya əmtəə nişanları və
coğrafi göstəricilər üçün qeydiyyat şəhadətnaməsinin alınması
üçün iddia sənədləri elektron qaydada təqdim oluna bilər.²¹
Əgər siz bazara yeni mal (xidmət, iş) çıxaracaqsınızsa, bu
zaman həmin malı əmtəə nişanı vasitəsilə haqsız rəqabətdən
qoruya bilərsiniz. Əmtəə nişanı sahibkarın əmtəələrini və ya
xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlə-
rindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların
hər hansı bir uzlaşmasıdır. Əmtəə nişanını qeydiyyata aldırmaq
üçün eynilə patent alarkən olduğu kimi, şəxs Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsinə iddia ərizəsi
192
h p://www.e-xidmet.azstand.gov.az
elektron
müraciət üçün
21
h p://www.azstand.gov.az/?id=25&sub_id=100&lang=1
– buradan ərizənin formasını yükləyə bilərsiz.
22
verilməlidir.²² Əmtəə nişanının qeydiyyata alınmasının
aşağıdakı üstün cəhətləri vardır:
1. Əmtəə nişanının qeydiyyata alınması sahibkarın fiziki
və ya hüquqi şəxslərə təklif etdiyi əmtəə və ya xidmətlərin digər
şəxslərin oxşar əmtəə və xidmət növlərindən fərqlənməsinə
imkan yaradacaqdır.
2. Belə bir qeydiyyata alınmış fərqlənmə özlüyündə haqsız
rəqabətin qarşısını alacaqdır.
3. Əmtəə və ya xidmətlərin əmtəə nişanı ilə “sığortalan-
ması” onların dəyərinə təsir edir, rəqabət qabiliyyətinin
yüksəldilməsinə səbəb olur.
4. Başqa şəxslər tərəfindən sahibkarın əmtəə nişanından
istifadə etməklə kontrafakt məhsula, yəni əmtəə nişanları,
coğrafi göstəricilər və ya onları qarışdıracaq dərəcədə oxşar
nişanlarla qeyri-qanuni təchiz olunan mallara görə sahibkara
dəyən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ
yaranacaqdır.
5. Əmtəə nişanı müvafiq icra hakimiyyəti orqanında
qeydiyyata alındıqdan sonra qanunla qorunur və əmtəə
nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin
Azərbaycan Respublikasının ərazisində onun barəsində
sərəncam verməyə və ondan istifadə
etməyə müstəsna hüququ
vardır və s.
VIII. İştirakçının şirkətdən çıxma qaydası.
Məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı onun digər
iştirakçılarının razılığından asılı olmayaraq istənilən vaxt
cəmiyyətdən çıxa bilər. Məhdud məsuliyyətli cəmiyyətdən
çıxan iştirakçıya, əgər cəmiyyətin nizamnaməsində ayrı qayda
nəzərdə tutulmayıbsa, həmin iştirakçının nizamnamə
193