Uğura İnan Dizayn cdr



Yüklə 37,98 Kb.
Pdf görüntüsü
səhifə90/94
tarix17.09.2017
ölçüsü37,98 Kb.
#92
1   ...   86   87   88   89   90   91   92   93   94

-   verginin hesablanması və ödənilməsi üçün zəruri olan 
vergi  hesabatı  sənədləri  müəyyən  edilmiş  müddətdə  və  bu 
barədə  vergi  orqanının  xəbərdarlığından  sonra  da  təqdim 
edilmədikdə,
-  vergi  yoxlamasının  nəticələri  üzrə  tərtib  edilmiş  aktda 
dürüst  olmayan  və  (və  ya)  təhrif  olunmuş  məlumatlar  aşkar 
edildikdə, 
-  ƏDV  üzrə  artıq  ödənilmiş  vergi,  faiz  və  maliyyə 
sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının 
ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin 
hesabına  aid  edildikdə,  (bu  halda  növbədənkənar  vergi 
yoxlaması  yalnız  vergi  ödəyicisinin  ƏDV-yə  cəlb  edilən 
əməliyyatları üzrə aparıla bilər),
-  artıq  ödənilmiş  vergilərin,  faizlərin  və  maliyyə 
sanksiyalarının  qaytarılması  barədə  vergi  ödəyicisinin  ərizəsi 
daxil olduqda, 
-  vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı 
məlumat  əsasında  vergi  ödəyicisinin  gəlirlərinin  və  ya 
vergitutma  obyektinin  gizlədilməsinin  (azaldılmasının) 
əlamətləri müəyyən edildikdə, 
-  cinayət  prosesual  qanunvericiliyinə  uyğun  olaraq 
məhkəmənin  və  ya  hüquq  mühafizə  orqanlarının  vergi 
yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda,
-    vergi  nəzarətinin  həyata  keçirilməsi  və  Azərbaycan 
Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrə 
əsasən daxil olmuş sorğuların icrası ilə bağlı zəruri olan sənədlər 
və  ya  onların  lazımi  qaydada  təsdiq  edilmiş  surətləri  20  gün 
müddətdə  təqdim  edilmədikdə  və  ya  dürüst  olmayan,  yaxud 
təhrif olunmuş məlumatlar təqdim edildikdə
-  vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən 
təşkil  edilməsi  və  ya  fiziki  şəxsin  hüquqi  şəxs  yaratmadan 
sahibkarlıq  fəaliyyətinə  xitam  verilməsi  barədə  müraciəti 
188
olduqda, 
-  vergi  yoxlamasının  nəticələri  ilə  razılaşmayan  vergi 
ödəyiciləri  növbədənkənar  səyyar  vergi  yoxlamasının 
keçirilməsini  yazılı  şəkildə  tələb  etdikdə  (bu  halda 
növbədənkənar  səyyar  vergi  yoxlaması  vergi  orqanlarının 
əvvəlki yoxlamanı keçirmiş vəzifəli şəxsləri tərəfindən keçirilə 
bilməz).
Operativ vergi nəzarəti və xronometraj metodu ilə vergi 
müşahidəsi  də  vergilər  orqanları  tərəfindən  həyata  keçirilir. 
Operativ  vergi  nəzarəti  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olan 
hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, 
yaxud  vergi  tutulan  obyektlərin  və  ya  əmtəə-material 
ehtiyatlarının  saxlanılması  ilə  bağlı  olan  anbar,  ticarət  və  bu 
qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları 
(sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq 
fəaliyyəti  ücün  istifadə  edilməyən  şəxsi  nəqliyyat  vasitələri 
istisna olmaqla) həyata keçirilir və qanunla müəyyən olunmuş 
halları  aşkar  etmək  üçün  aparılır.    Xronometraj  metodu  ilə 
müşahidə  operativ  vergi  nəzarəti  növü  olmaqla  istehsal 
həcminin  və  ya  satış  dövriyyəsinin  müəyyənləşdirilməsi  və 
dəqiqləşdirilməsi  məqsədi  ilə  vergi  ödəyicilərinin  gəlir 
götürmək  üçün  istifadə  etdikləri,  yaxud  vergi  tutulan 
obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və 
digər binalarında (ərazilərində) aparılır.¹⁷
Dərman  vasitələrinin  keyfiyyəti,  təhlükəsizliyi  qayda-
larına riayət edilməsinin və sanitar-gigiyenik qaydalara riayət 
edilməsinin  Azərbaycan  Respublikasının  Səhiyyə  Nazirliyi 
tərəfindən  yoxlanılması,  fitosanitar  tələblərə,  qaydalara 
uyğunluğun və baytarlıq tələblərinə, qaydalarına uyğunluğun 
Azərbaycan  Respublikasının  Kənd  Təsərrüfatı  Nazirliyi 
tərəfindən  yoxlanılması,  təbii  qaz,  su  təchizatı,  elektrik  və  ya 
189
Daha ətraflı  
 -də maddə 50 və 50-1-ə baxa bilərsiniz. 
www.e-qanun.az/code/12
17


istilik şəbəkələrinə qanunsuz qoşulma hallarının yoxlanılması 
Azərbaycan  Respublikası  İqtisadiyyat  Nazirliyinin  razılığı  ilə 
həyata keçirilir. 
VI.  Sahibkarlara  qarşı  digər  tələblər,  digər  qanunve-
ricilik aktları.
Sahibkarlıq fəaliyyətinin müxtəlif sahələrini tənzimləyən 
xeyli  sayda  qanunvericilik  aktları  mövcuddur.  Fəaliyyət 
sahəsindən  asılı  olaraq  həmin  aktlarda  müxtəlif  tələblər  irəli 
sürülür.  Əsas  akt  kimi  “Sahibkarlıq  fəaliyyəti  haqqında” 
Qanunda¹⁸  sahibkarların  vəzifələri  əks  olunmuşdur.  Bunlara 
aiddir:    qüvvədə  olan  qanunvericilikdən  və  bağladığı 
müqavilələrdən irəli gələn bütün vəzifələri yerinə yetirmək, işə 
qəbul edilən vətəndaşlarla müqavilələr (bağlaşmalar), işçilərin 
əmək  haqqını  müəyyən  olunmuş  minimum  məbləğindən  az 
olmayan  səviyyədə  ödəmək,  Dövlət  Sosial  Müdafiə  Fonduna 
müəyyən  edilmiş  qaydada  və  həcmdə  ayırmalar  vermək, 
qanunvericilikdə müəyyən edilmiş vergiləri ödəmək, müəlliflik 
hüququnun qorunmasının qanunvericiliklə müəyyən olunmuş 
tələblərinə  əməl  etmək,  əmtəə  nişanları  və  coğrafi  göstəricilər 
haqqında  qanunvericiliyin  tələblərinə  əməl  etmək,  haqsız 
rəqabət metodlarından istifadə olunmasına yol verməmək, öz 
fəaliyyəti  haqqında  dövlət,  statistika  və  maliyyə  orqanlarına 
müəyyən  edilmiş  formada  hesabatlar  vermək,  müharibə 
şəraitində  və  ya  başqa  fövqəladə  hallarda  səlahiyyətli  dövlət 
orqanlarının göstərişi ilə təsis sənədlərində nəzərdə tutulmayan 
və  ya  həmin  sənədlərdə  qeyd  olunan  məqsədlərə  uyğun 
gəlməyən hər hansı qanuni fəaliyyət forması ilə məşğul olmaq.
 "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət 
və  digər  növ  xidmət  Qaydaları"nın  təsdiq  edilməsi  haqqında 
Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  qərarı 
190
h p://www.e-qanun.az/framework/7920 
Qanunla buradan tanış ola bilərsiniz.
18
h p://www.e-qanun.az/framework/3849
 - Kiçik sahibkarlığa dövlət köməyi haqqında Qanun
h p://www.e-qanun.az/framework/9632  
Sahibkarlığa dövlət maliyyə dəstəyinin göstərilməsi sahəsində əlavə tədbirlər 
haqqında Prezidentin Fərmanı,
“İri, orta və kiçik sahibkar meyarları”nın təsdiq 
  h p://www.e-qanun.az/framework/30115 
edilməsi haqqında Nazirlər Kabinetinin Qərarı
h p://www.azstand.gov.az/?id=25&sub_id=100&lang=1
 ərizələrin nümunəsi ilə tanış olmaq üçün  
19
20
mövcuddur.  Həmin  qanunvericilik  atkında  ticarət  (xidmət) 
fəaliyyətinə olan ümumi tələblər, malların qəbulu, saxlanılması 
və satışa hazırlanması, malların satışına olan ümumi tələblər və 
konkret qruplara aid malların satışına dair müddəalar öz əksini 
tapmışdır.  Və  eləcə  də,  sahibkarlıq  fəaliyyətinin  müxtəlif 
sahələrində sahə normativ aktlar qüvvədədir ki, onlar da həmin 
sahənin  ən  müxtəlif  münasibətlərini  tənzimləyir,  həmçinin 
sahibkarlara  yardım  və  s.    sahəsində  ümumi  qanunvericilik 
aktları da mövcuddur.¹⁹
VII. Patent nədir? Rəsmiləşdirilmə qaydası.
Patent  ixtira,  faydalı  model  və  sənaye  nümunəsi  üçün 
Azərbaycan  Respublikası  Standartlaşdırma,  Metrologiya  və 
Patent  üzrə  Dövlət  Komitəsi  tərəfindən  verilən  mühafizə 
sənədidir. İxtira, faydalı model və sənaye nümunəsi üçün patent 
almaq  istəyən  hüquqi  və  ya  fiziki  şəxs  Standartlaşdırma, 
Metrologiya  və  Patent  üzrə  Dövlət  Komitəsinə  iddia  sənədi 
verməlidir.²⁰  İddiaçı  iddia  sənədini  bilavasitə  və  ya  Komitədə 
qeydiyyata  alınmış  patent  müvəkkili  vasitəsilə  verir.  İddia 
sənədinə aşağıdakılar daxil edilir: müəllif (müəlliflər) və adına 
patent verilməsi xahiş edilən hüquqi və ya fiziki şəxs (şəxslər), 
həmçinin  onların  yerləşdiyi  və  ya  yaşadığı  yer  göstərilməklə 
patent  verilməsi  barədə  ərizə,  ixtiranın  və  ya  faydalı  modelin 
mahiyyətini  tam  açıqlayan  və  həyata  keçirilməsi  üçün  kifayət 
qədər aydınlıq yaradan təsviri, ixtiranın və ya faydalı modelin 
təsvirinə  əsaslanan  və  mahiyyətini  ifadə  edən  düsturu,  iddia 
obyektinin  mahiyyətinin  başa  düşülməsi  üçün  zəruri  olan 
çertyojlar və başqa materiallar, referat.
Sənaye  nümünəsi  barəsində  iddia  sənədinə  daxil  edilir: 
191


Yüklə 37,98 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə