görə insanları dörd yerə bölürlər: vizuallar (məlumatların
əksəriyyətini gözlə mənimsəyirlər), audiallar (məlumatı əsasən
eşitmə qabiliyyəti vasitəsilə qavrayırlar), kinestetiklər (dünyanı
əsasən toxunma vasitəsilə, emosiyalarla dərk edirlər) və
dicitallar (həyatı məntiq, rəqəm, dəlillər vasitəsilə dərk edirlər).
İnsanların 35-40%-i vizuallardır.
Videolarınızı viruslu edin. Aşağıdakı videolar viruslu ola
bilər:
Ÿ
Gülməli;
Ÿ
Forma və ya məzmunu inqilabi olan;
Ÿ
Təccübləndirə bilən;
Ÿ
Nikbin;
Ÿ
Təsirli (uşaqlar və ya heyvanların iştirakı ilə);
Ÿ
Cəlbedici süjeti olan;
Ÿ
Qısa (2-3 dəqiqəyədək).
Vacib olan marketinq videoları.
Ÿ
Məhsulunuz haqqında 10 ən vacib suala cavab verən
video hazırlayın. Hərəsinin uzunluğu 30 saniyədən
3 dəqiqəyədək olsun. Kameranız yoxdursa
PowerPoint və Camtasia və ya Mac istifadəçiləri
üçün Keynote və ScreenFlow proqramlarından
istifadə edin. Rəqiblərdən fərqinizi vurğulayın;
Ÿ
Əlavə olaraq aşağıda verilən 4 qısa videonu
hazırlayın (hərəsi 3 dəqiqə uzunluğunda):
Ÿ
“Əlavə məlumatlar” videosu. Hər videonun
sonunda məlumat yerləşdirin ki, qalan videoları
haradan izləmək olar (video səhifəyə yazılmaq
imkanı);
Ÿ
“Adınızı daxil edin və bütün videoları alın”. Bu
videonun məqsədi potensial müştərilə əlaqə
yaratmaq, təklifiniz haqqında məlumat vermək
və abunənin xeyrini ona çatdırmaqdır.Öz
154
səhifənizdə videolara abunə yazılmaq imkanı
yaradın;
Ÿ
“Sağ olun ki, yeniliklərimizə abunə olmusuz”.
Bu videonu təşəkkürlər səhifənizdə yerləşdirin;
Ÿ
“Məhsulumu alın”. Bu videonu saytınızda
yerləşdirin və sizdən çıxan məktublara əlavə
edin.
Ÿ
Videolar hazır olduqdan sonra abunə və ya hədəf
səhifənizi yaradın. Videolara baxdıqdan sonra
insanları ora yönəldin.
Ÿ
Videoçarxlarınızı mümkün qədər çox sayda
tanınmış videosaytlar, sosial şəbəkələr və bloqlarda
yerləşdirin.
Videomarketinq vasitələri (hər il yeniləri yaranır):
Ÿ
KodakZİ8 və ya Flip kameraları (mobil telefonunuz
da işə yaraya bilər);
Ÿ
Sony Vegas videoların redaktə edilməsi üçün
məşhur proqramdır;
Ÿ
İri videokliplər üçün
servisindən
www.ezs3.com
istifadə edə bilərsiz. Bu vasitə videolarınıza qəşəng
çərçivə və qoşulma düymələrini əlavə etmək,
həmçinin onları saytınızda yerləşdirmək imkanı
yaradır.
Ÿ
PowerPoint təqdimatı formatında və kadrarxası
şərhləri olan videolar yaxşı təsir bağışlayır. Dinamik
danışın, sadəcə kağızdan oxumayın. Belə videoları
kompüter ekranındakı təsvirləri yazan Camtasia
kimi proqramlar vasitəsilə hazırlaya bilərsiz.
Təqdimatı həm PowerPoint-da, həm təqdimat üçün
pulsuz resurs olan
köməyilə,
www.openoffice.org
həm də Gmail-da qeydiyyatda olanlar üçün
istifadəsi pulsuz olan Google Docs vasitəsilə
155
hazırlaya bilərsiz.
Audiofaylların yaradılması:
Ÿ
Babat mikrofonlu qulaqcıq lazım olacaq. İlk dövrdə
məsləhət görürəm ki, pulsuz olan Audacity
proqramından istifadə edəsiz (buradan yükləyə
bilərsiz:
). Proqram,
www.audacity.sourceforge.net
yazının əvvəli və sonunda musiqi əlavə etmə,
həmçinin sadə redaktə etmə imkanı verir.
Paramertlərdə məlumat ötürmə sürətini 64 kbit/s
seçin;
Ÿ
Müəllif huquqları ilə müdafiə olunmayan musiqi
seçin. Beləsini tapmaq üçün Google-da “free music”
adı ilə axtarış verin;
Ÿ
Audioyazını bloqa yükləmək üçün WordPress-in
müvafiq funksiyasından istifadə etmək olar.
Marketinqdə uğurlu əməkdaşlıq
İnternetdə “ulduz”larla (nüfuzlu insan, tanınmış bloqqer,
məşhur sayt sahibləri) əməkdaşlığa yaradıcı yanaşın.
Nüfuzlu müştərilərinizə xüsusi münasibət göstərin.
Biznesinizin ilkin dövründə “nüfuzlu” deyiləndə, bir neçə yüz
nəfər auditoriyası olan şəxslər nəzərdə tutulur.
,
v ə ya
w w w . t w i t a l y z e r . c o m
w w w . k l o u t . c o m
www.twi ergrader.com
köməyilə Facebook və ya Twi er-dən
istifədə edən hər hansı şəxsin nüfuz reytinqini öyrənmək olar.
Bəlkə ən nüfuzlu mövcud və potensial müştərilərinizi xüsusi
təkliflərlə sevindirəsiz? Necə? İmkanlar çoxdur. Yaradıcı olun.
Birini qeyd edim. Tutaq ki, iş adamlarının istifadə etdiyi kafenin
sahibisiz. Müsabiqə elan edirsiz ki, Twi er-də şirkətiniz
haqqında qısa məlumatın göndərilməsi müqabilində pulsuz
desert verilir. Bonusun alınması üçün işçinizə “tvit”-i göstərmək
kifayətdir. Əgər belə şəxslərin sırasında nüfuzlu insanlar olsa siz
156
onları kafenizdə şəxsən salamlaya bilərsiz. Əlavə olaraq onlara
bildirirsiz ki, yeni yemək növünə (salata, buterbroda və ya s.) bu
şəxsin adını vermək istəyirsiz. Əvəzində sadəcə ondan xahiş
edirsiz ki, bu barədə məlumatı öz abunəçilərinə çatdırsın.
Bundan əlavə siz yeni yaradılmış və Azərbaycan məhsulu
olan
saytının təklif etdiyi alətdən çox
www.keepface.com
səmərəli istifadə edə bilərsiz. İnfluencer marketing platforması
adlanan bu sayt vasitəsilə brendlər ilə nüfuzlu sosial media
istifadəçiləri və bloggerlər birgə sosial media layihələri
hazırlayır. Şirkətlər sosial media kampaniyalarının hazırlan-
masını, məşhur və nüfuzlu istifadəçilərin bu kampaniyalara
cəlb edilməsini və statistik məlumatların toplanmasını bir
platformadan idarə edə bilir.
Partnyor marketinqi zamanı
–ın
www.clickbank.com
köməyilə hər məhsul üzrə partnyor linkləri yarada, hər satışı
izləyə, sifarişləri emal edə, sizə və partnyorun payına düşən
ödənişi təmin edə bilərsiz.
Ekspertlərlə müsahibə marketinq məqsədli sadə və
effektiv kontentdir
Bu işdə “aşağıdan yuxarı” taktikasından istifadə edin.
Yəni, birbaşa yüksək səviyyəli ekspertlərdən başlamayın,
plankanı tədricən qaldırın.
Mövcud pulsuz alətlər müsahibə alanın işini rahatlaşdırır.
Məsələn,
servisi müsahibəni
www.freeconferencecall.com
telefonla keçirmək, sonra da dinləyicilər arasında yaymaq üçün
yazını MP3 və ya WAV formatında yadda saxlamaq imkanı
verir.
Google Alerts vasitəsilə marketinq hücumu nümunələri:
Ÿ
Sizə lazım olan sahədə nüfuzlu bir şəxslə əlaqə
yaratmaq istəyirsizsə, Google Alerts-da onun adını
qeyd edin. Belə məlumatlar olduqda müzakirələrdə
157
Dostları ilə paylaş: |