əvvəl bu barədə internetdə araşdırma aparın. Məsələn, məsləhət
görülür ki, bloqda məlumatların tarixi göstərilməsin, əks halda
müştərilərdə elə təəssürat yarana bilər ki, köhnəlmiş məlumatı
oxuyurlar. Çalışın ki, oxucu paylaşdığınız məlumatlara abunəçi
olsun (təbii ki, pulsuz).
1. Bloq saytınıza daxil olanların sayını artıra bilir.
2. Sizə öz sahənizdə ekspert kimi ad qazandıra bilər.
3. Brendinizin tanınmasında mühüm rol oynayır.
Bloqu necə yaratmaq olar? Bloq yaratmaq sizdən heç bir
vəsait tələb etmir.
saytı vasitəsilə siz çox
www.wordpress.com
rahat şəkildə bloqunuzu pulsuz yarada bilərsiz. Lakin bunu
edərkən onun funksiyanallığına mütləq şəkildə diqqət yetirin.
1. Çalışın bloqunuza e-mail vasitəsilə abunə olmaq
mümkün olsun.
2. Bloqlarınızı asanlıqla sosial şəbəkələrdə paylaşmaq
mümkün olsun.
3. Sizinlə şərhlər vasitəsilə əks-əlaqə qurmaq mümkün
olsun.
SEO (axtarışın optimallaşdırılması)
Məhsullarınızın bir çox potensial müştərisi sizi tapmaq
üçün ilk üz tutduğu ünvan onlayn axtarış sistemləri olur.
Əlbə ə bu axtarış sistemləri arasında ən çox axtarış ediləni
“google” axtarış sistemi sayılır. Əgər vebsaytınızın, bloqunuzun
və sosial media hesablarınızın axtarış sistemində yuxarı
sıralarda olmasını istəyirsinizsə o zaman SEO (axtarış
sisteminin optimallaşdırılması) texnikalarından istifadə etməyi
bacarmalısız.
Google-un “məhəbbətini” qazanmaq üçün sınaqdan
çıxmış bir neçə yol var:
Ÿ
Açar sözlərə uyğun olan və istifadəçilər üçün aktual,
rahat baxıla bilən məlumatları əks etdirən keyfiyyətli
148
sayt yaratmaq;
Ÿ
Digər mənbələrdən saytınıza linklərın sayını artırmaq.
Ÿ
Veb saytın mobil versiyasını yaratmaq.
Brauzerin düymə panelinə Google PageRank indikato-
runu rahatlıqla yerləşdirə bilərsiz. Saytların əksəriyyətində bu
göstərici 0 və ya 1-ə bərabərdir.
Açar sözlərin seçilməsi üçün Google-da pulsuz alət. Google-da
axtarış sətirində keyword tool yazsanız bu pulsuz aləti
görəcəksiz. Axırıncı dəfə baxanda onu bu linkdə gördüm:
h p://adwords.google.ru/keywordplanner
Bu proqrama bir neçə açar söz daxil etməklə,
Azərbaycanda və dünyada istifadə edilən uyğun axtarış söz və
söz birləşmələrini görə biləcəksiz.
Alətin ikinci xeyri ondan ibarətdir ki, o, biznesinizlə bağlı
müxtəlif açar söz və söz biləşmələri üzrə yaşadığınız regionda
və dünyada bu vaxtadək neçə axtarış sorğusunun olmasını
göstərir. Bunu aydınlaşdırandan sonra ən uyğun olan açar
sözlərdən bloq və saytınızda, audio və video fayllarınızın
təsvirində istifadə edin.
Açar sözlərin seçilməsi üçün YouTube-u da yaddan
çıxarmayın (internetdə ən iri ikinci axtarış saytıdır və Google-a
məxsusdur).
Açar sözlərin seçilməsi üçün digər alətlər:
Ÿ
Micro Niche Finder:
;
www.micronichefinder.com/index.htm
Ÿ
Market Samurai:
.
www.marketsamurai.com
Google-da reytinqinizi qaldırmaq üçün bir neçə yaradıcı
və düzgün yol:
Ÿ
Sahənizlə bağlı olan bloq və digər resurslarda etibar
doğuran şərhlər verin. Şərhlərinizdə saytınıza linki
yerləşdirməyi unutmayın;
149
Ÿ
Facebook-da fan-səhifə yaradın və özünüz haqqında
məlumatla yanaşı orada saytınıza linki yerləşdirin;
Ÿ
Tanınmış müvafiq saytlarda məqalələr yerləşdirin (belə
saytları Google-da axtarış etməklə tapa bilərsiz);
Ÿ
Sizin sahənizə və reytinqi saytınıza uyğun olan
saytlarla qarşılıqlı irəliləyiş məqsədilə link mübadiləsi
barədə razılığa gəlin. Sayt nə qədər köhnə, PageRank
göstəricisi nə qədər yüksək olsa bir o qədər yaxşıdır. Bu
cür əməkdaşlıq etmək istədiyiniz saytların siyahısını
tərtib edərək onlarla danışıqlara başlayın. Keyfiyyətli
saytlarla qarşılıqlı surətdə faydalı partnyorluğa çalışın;
Ÿ
Xidmətlərindən istifadə etdiyiniz internet-servislərə
imzanıza domen adınızı əlavə etməklə səmimi
rəylərinizi göndərin;
Ÿ
Vebsaytınızın mobil versiyasının olması vacibdir.
Statistikaya görə dünyada aktiv internet istifadə-
çilərinin 51%-i internətə mobil telefon vasitəsilə daxil
olur.
Google My Business. Bu alət Google Maps və digər yerlərdə
şirkətiniz haqqında məlumatı yerləşdirmək imkanı verir.
Google sayta reytinq verməzdən əvvəl gərək onu indeksləsin
(yəni tapsın). Saytınıza Google xəritəsinin əlavə edilməsinin
qeyri-standart formaları barədə burada öyrənə bilərsiz:
h p://www.maps.google.com
Google Analytics. Bu alət vasitəsilə siz vebsaytınıza daxil
olan bütün trafikin detalları haqqında ətraflı məlumat əldə edə
bilərsiz. Canlı olaraq saytınızda neçə nəfərin olduğunu
müəyyən etməzdən əlavə onların haradan gəldiklərini də çox
rahat şəkildə müəyyən edə bilərsiz.
1. Saytınıza gələn trafik hardandır;
2. Saytını necə tapıblar;
3. Sayta hansı internet brauzerdən daha çox izləyici gəlir;
150
4.Saytınızı tapmaq üçün hansı açar sözlərdən istifadə
edirlər.
Google Analytics vasitəsilə siz bütün bu məlumalatları çox
asan şəkildə əldə edə bilərsiz.
PageRank və Google-da indeksləmə. Saytınızın axtarış sistemi
tərəfindən indeksləməsini yoxlamaq üçün müvafiq axtarış
sistemində site: sitename.com yazın. Məsələn, əgər saytınızın
adı xyz.com-dursa belə yazın: site: xyz.com. Görsəz ki, Google
saytınızı hələ indeksləşdirməyib, PageRank-də reytinq almağa
çalışın. Müsbət nəticəyə təminat olmasa da müraciətinizi
h p://google.com/addurl
səhifəsində edin.
Yaxşı ad yaxşı marketinqdir. Populyar açar sözü özündə əks
etdirən və şəhərinizlə bağlı olan domen adı axtarış sistemlərində
və Google ünvanlarında reytinqinizin daha yüksək olmasına
xidmət edəcək. Məsələn, bakuroofing.com. Domenin adı
yaddaqalan olmalıdır.
Partnyor marketinqi üçün maraqlı saytlar tapın. Aşağıdakı
vasitələrdən istifadə edə bilərsiz:
Ÿ
Saytın arxasında duran şəxsləri müəyyən etməyə
çalışın. Əlaqə yaratmaq üçün bu fayda verə bilər;
Ÿ
Potensial partnyorlarınızın fəaliyyəti müzakirə olunan
bloq və saytlarda faydalı şərh və məlumatlar
yerləşdirin;
Ÿ
Sayt sahiblərinə onlar üçün maraqlı ola biləcək
kontentə linklər göndərin;
Ÿ
Saytdakı yenilikləri və əsas nümayəndələrinin
hərəkətlərini izləyin. Onların sosial şəbəkələrdəki
səhifələrinə qoşulun, paylaşmalarına müsbət rəy verin.
E-mail və ya şəxsi mesajla onların fəaliyyətinə heyran
olduğunuzu və ya müsbət qiymətləndirdiyinizi
bildirin (əgər doğrudan da belədirsə). Səmimi
münasibətlər qurun.
151
Dostları ilə paylaş: |