Ÿ
Partnyorlara kontent kimi istifadə edə biləcəkləri
maraqlı məqalələr göndərin. İcazə istəmək lazım deyil,
sadəcə göndərin! Əlaqə yaratmaq istədiyiniz sayt
barədə internetdəki müzakirələri izləyin (Google
Alerts-un imkanlarını unutmamısız ki?). Tənqid
gördükdə saytı müdafiə edin. İnanın ki, siz diqqətdən
yayınmayacaqsız. Misal üçün, bir neçə il əvvəl PayPal-
ın vitse-prezidenti Cim Kokruma saytın müdafiəsinə
görə təşəkkür etmişdi. Əslində Cim Kokrum bu şərhi
yazanda bir məqsəd güdmürdü. Buna baxmayaraq
vitse-prezident onu tapdı, bəzi məqamları müzakirə
etdi, sonra isə hədiyyə olaraq ona futbolka göndərdi.
KİV-lərlə yaradıcı əməkdaşlıq
Biznesiniz inkişaf etdikcə marketinq alətləriniz də
genişlənməlidir. Massmedia üçün material toplusu olan press kit
hazırlayın. Belə toplunun tərkibi barədə müxtəlif fikirlər olsa da
məsləhət görülür ki, əsas tələblərə riayət olunsun:
Ÿ
Biznesiniz, məhsulunuz, şirkətin uğurları haqqında
qısa məlumat;
Ÿ
Sizin tarixçəniz. Bu hissədə məhsulunuz barədə
yazmayın. Həyatda çətinlikləri dəf edərək necə uğur
qazanmısız (əgər belədirsə). Aparıcı şəxslərin
tərcümeyi-halı, əsas simaların keyfiyyətli fotolarını da
əlavə edin;
Ÿ
Müsahibə zamanı verilməli sualların siyahısı;
Ÿ
Biznesiniz haqqında ən yaxşı rəylər;
Ÿ
Şirkətiniz barəsində məqalələr, televiziya verilişlərində
iştirakınız;
Ÿ
YouTube-dakı ən uğurlu videolarınızdan nümunələr;
Təsir edənlərə təsir edin. Ümumiyyətlə KİV-lə münasibət
qurmaqdansa onun əsas əməkdaşları ilə əlaqə yaradın.
152
Müsahibə vermək istədiyiniz jurnalisti müəyyən etdikdən sonra
onun “başını bişirməyə” başlayın: sosial şəbəkələrdə
səhifələrinə qoşulun, müzakirələrində iştirak edin. Sizi
birləşdirən ümumi sahələri tapın və çalışın ki, söhbətlərinizi bu
mövzular ətrafında aparasız.
Press-relizlərdən istifadə edin. Press-reliz reklam materialı
deyil, yeniliklərdir. Biznesinizi KİV üçün maraqlı edə bilsəniz,
belə yenilikləri daim hazırlamalısız. Mətndə açar sözlərə yer
verin ki, axtarış sistemlərinin gözü tez-tez biznesinizə sataşsın.
Smartfonlar dünyanı fəth edir. Çalışın ki, saytınız
smartfonun balaca ekranında da yaxşı görünsün. Bu məqsədlə
saytınızın mobil versiyasını hazırlaya bilərsiz. Saytı WordPress-
də hazırlamısızsa WP-Touch adlı sadə plug-in-dən istifadə edin.
Bəzi hallarda SMS-marketinqdən də yararlana bilərsiz.
Müştəriləri QR-koddan istifadə etməyə təşviq edin. Belə kodu
bir neçə dəqiqə ərzində pulsuz resurs olan
-nin
www.goqr.me
köməyilə hazırlamaq olar (sayta linki və ya istədiyiniz digər
məlumatı özündə əks etdirməklə).
Smartfonu və QR-kodu oxumaq üçün pulsuz tətbiqi olan
hər kəs telefonun kamerasını QR-koda tuşlayaraq rahatca
saytınıza daxil ola bilər. İstifadə imkanları bununla bitmir. QR-
kodda telefon nömrənizi, SMS mətnini, virtual vizitkanızı, e-
mail-ınızı, ünvanı və s. gizlədə bilərsiz. Eşitdiyimə görə, hal-
hazırda QR-koddan daha müasir analoji imkanlar da var.
Video və audio məlumatların əhəmiyyəti
Psixoloqlar informasiyanı mənimsəmə xüsusiyyətlərinə
153
görə insanları dörd yerə bölürlər: vizuallar (məlumatların
əksəriyyətini gözlə mənimsəyirlər), audiallar (məlumatı əsasən
eşitmə qabiliyyəti vasitəsilə qavrayırlar), kinestetiklər (dünyanı
əsasən toxunma vasitəsilə, emosiyalarla dərk edirlər) və
dicitallar (həyatı məntiq, rəqəm, dəlillər vasitəsilə dərk edirlər).
İnsanların 35-40%-i vizuallardır.
Videolarınızı viruslu edin. Aşağıdakı videolar viruslu ola
bilər:
Ÿ
Gülməli;
Ÿ
Forma və ya məzmunu inqilabi olan;
Ÿ
Təccübləndirə bilən;
Ÿ
Nikbin;
Ÿ
Təsirli (uşaqlar və ya heyvanların iştirakı ilə);
Ÿ
Cəlbedici süjeti olan;
Ÿ
Qısa (2-3 dəqiqəyədək).
Vacib olan marketinq videoları.
Ÿ
Məhsulunuz haqqında 10 ən vacib suala cavab verən
video hazırlayın. Hərəsinin uzunluğu 30 saniyədən
3 dəqiqəyədək olsun. Kameranız yoxdursa
PowerPoint və Camtasia və ya Mac istifadəçiləri
üçün Keynote və ScreenFlow proqramlarından
istifadə edin. Rəqiblərdən fərqinizi vurğulayın;
Ÿ
Əlavə olaraq aşağıda verilən 4 qısa videonu
hazırlayın (hərəsi 3 dəqiqə uzunluğunda):
Ÿ
“Əlavə məlumatlar” videosu. Hər videonun
sonunda məlumat yerləşdirin ki, qalan videoları
haradan izləmək olar (video səhifəyə yazılmaq
imkanı);
Ÿ
“Adınızı daxil edin və bütün videoları alın”. Bu
videonun məqsədi potensial müştərilə əlaqə
yaratmaq, təklifiniz haqqında məlumat vermək
və abunənin xeyrini ona çatdırmaqdır.Öz
154
səhifənizdə videolara abunə yazılmaq imkanı
yaradın;
Ÿ
“Sağ olun ki, yeniliklərimizə abunə olmusuz”.
Bu videonu təşəkkürlər səhifənizdə yerləşdirin;
Ÿ
“Məhsulumu alın”. Bu videonu saytınızda
yerləşdirin və sizdən çıxan məktublara əlavə
edin.
Ÿ
Videolar hazır olduqdan sonra abunə və ya hədəf
səhifənizi yaradın. Videolara baxdıqdan sonra
insanları ora yönəldin.
Ÿ
Videoçarxlarınızı mümkün qədər çox sayda
tanınmış videosaytlar, sosial şəbəkələr və bloqlarda
yerləşdirin.
Videomarketinq vasitələri (hər il yeniləri yaranır):
Ÿ
KodakZİ8 və ya Flip kameraları (mobil telefonunuz
da işə yaraya bilər);
Ÿ
Sony Vegas videoların redaktə edilməsi üçün
məşhur proqramdır;
Ÿ
İri videokliplər üçün
servisindən
www.ezs3.com
istifadə edə bilərsiz. Bu vasitə videolarınıza qəşəng
çərçivə və qoşulma düymələrini əlavə etmək,
həmçinin onları saytınızda yerləşdirmək imkanı
yaradır.
Ÿ
PowerPoint təqdimatı formatında və kadrarxası
şərhləri olan videolar yaxşı təsir bağışlayır. Dinamik
danışın, sadəcə kağızdan oxumayın. Belə videoları
kompüter ekranındakı təsvirləri yazan Camtasia
kimi proqramlar vasitəsilə hazırlaya bilərsiz.
Təqdimatı həm PowerPoint-da, həm təqdimat üçün
pulsuz resurs olan
köməyilə,
www.openoffice.org
həm də Gmail-da qeydiyyatda olanlar üçün
istifadəsi pulsuz olan Google Docs vasitəsilə
155
Dostları ilə paylaş: |