məhsul və ya xidmət internet vasitəsilə satılırsa) və bu sahədə
əlavə imkanlar barədə məlumat olmalıdır (məsələn,
qoşulduğunuz yerli ödəniş sistemləri, bank rekvizitləri (hüquqi
şəxslər üçün maraqlı ola bilər) və s.).
Unutmayın ki, saytda təkmilləşdirmələr, istifadə etdiyiniz
alətlərin dəyişdirilməsi müntəzəm olmalıdır ki, effektivliyi
maksimal olsun.
İndi isə sayta müştərilərin cəlb edilməsi və satışa sövq
edilməsilə bağlı yaranan problemlər və onlardan çıxış yolları
barədə danışaq.
Sayta daxil olanların sayı azdır.
Yəqin ki, təhlükəsizlik və bəzi digər dövlət orqanlarından
savayı bütün başqa şirkət və strukturlar insanları saytlarına cəlb
etməkdə maraqlıdırlar. Saytdan istifadə edən olmasa onu
yaratmağın mənası yoxdur. Belə problemlə üzləşmisizsə mətnin
əvvəlinə qayıdaraq bütün bəndlərin düzgün edilməsinə əmin
olun. İmkan varsa mütəxəssilərlə məsləhətləşin. Sosial
şəbəkələrdə geniş dost şəbəkənizdən yararlanın (netvorkinq
mövzusundan bilirsiz ki, belə şəbəkəni qabaqcadan
yaratmalısız), onlardan xahiş edin ki, öz dostlarına da
məhsulunuz və saytınız barədə məlumat versinlər. YouTube
üçün maraqlı bir videoçarx çəkərək onun maksimal
paylaşmasına çalışın. URL adınız mürəkkəbdirsə sadəsinə
dəyişdirin. Qeyri-adi bir marketinq yolu tapın ki, insanların
dilinə düşəsiz (məsələn, partizan marketinqinə əl atın).
İstifadəçilər sayta daxil olur, amma alış etmədən çıxırlar.
Çox güman ki, problem təklifinizin dəyəri və məhsulu-
nuzun mövqeləşdirilməsindədir. Bu mərhələyə qayıdaraq
yenidən düşünün. Bəlkə saytınıza keçidi təmin edən mənbə
sizin hədəf kütlənizə uyğun deyil? Sayta cəlb edilən müştəriləri
alışa sövq etmək üçün istifadə etdiyiniz alətləri bir daha gözdən
keçirin, işləməyənləri digərlərilə əvəzləyin. Alışa sövq edən
146
təkliflərin (düymələrin) sayını çoxaldın (hər hansı bir addım
artıq müsbət bir nəticədir: istədiyiniz turu seçin, indi pulsuz
sınaqdan keçirin, daha çox məlumat alın və s.). Pulsuz versiyanı
(internet məhsullarında) təklif edin və ya müsabiqə elan edin
(tutaq ki, ilk 10 sifariş edənə hədiyyə verilsin). Mətnin və
şəkillərin yeri, şrifti, rəngi, həcmi və digər dizayn elementlərini
imkan daxilində bir-bir dəyişərək alışların dinamikasını izləyin.
Potensial müştərilərinizlə əlaqə yaradaraq problemi araşdırın,
məsləhət alın. Bütün bu addımlar kömək etməsə mütəxəssislərə
müraciət edin.
İnternetdən saytın texniki tərəfləri və satışyönümlü
olması yolları barədə yüzlərlə maraqlı məqalə tapa bilərsiz. Bu
əlavə isə yalnız ilkin məlumatdır. Bu yolda sizə uğurlar!
Əslində internet-marketinqin imkanları və alətləri
yazdığımdan qat-qat çoxdur. Məsələn, e-mailların müştərilərə
göndərilməsinin avtomatlaşdırılması, videokonfransların və və
vebinarların təşkil olunması və s. Amma güman edirəm ki,
burada qeyd olunanlar da ən azı biznesinizin başlanğıc
dövründə sizə kifayət edəcək. İndi isə az xərc tələb edən digər
marketinq formasından danışaq.
Bloq
İnternet-marketinqin digər vacib alətlərindən biri də bloq
sayılır. Statistikaya nəzər yetirsək görərik ki, bloqdan istifadə
edən saytlar 55% çox trafik əldə edirlər. Əvvəlcə sizə bloqun
internet-marketinqdə rolunu qeyd etmək istərdim. Bloq
yaradaraq siz bir çox üstünlüklər qazanacaqsız. Müştərilər üçün
bloqunuzu rahatlıqla WordPress-də yarada bilərsiz.
Mütəmadi
olaraq bloqunuzda yeni və maraqlı kontent paylaşmaqla siz veb
saytınızın google axtarış sistemində daha yüksək pillələrdə
olmasını təmin edəcəksiz. 276 milyondan artıq insan bloqunu
www.tumblr.com vasitəsilə yaradıb. Hər bir işi görməzdən
147
əvvəl bu barədə internetdə araşdırma aparın. Məsələn, məsləhət
görülür ki, bloqda məlumatların
tarixi göstərilməsin,
əks halda
müştərilərdə elə təəssürat yarana bilər ki, köhnəlmiş məlumatı
oxuyurlar. Çalışın ki, oxucu paylaşdığınız məlumatlara abunəçi
olsun (təbii ki, pulsuz).
1. Bloq saytınıza daxil olanların sayını artıra bilir.
2. Sizə öz sahənizdə ekspert kimi ad qazandıra bilər.
3. Brendinizin tanınmasında mühüm rol oynayır.
Bloqu necə yaratmaq olar? Bloq yaratmaq sizdən heç bir
vəsait tələb etmir.
saytı vasitəsilə siz çox
www.wordpress.com
rahat şəkildə bloqunuzu pulsuz yarada bilərsiz. Lakin bunu
edərkən onun funksiyanallığına mütləq şəkildə diqqət yetirin.
1. Çalışın bloqunuza e-mail vasitəsilə abunə olmaq
mümkün olsun.
2. Bloqlarınızı asanlıqla sosial şəbəkələrdə paylaşmaq
mümkün olsun.
3. Sizinlə şərhlər vasitəsilə əks-əlaqə qurmaq mümkün
olsun.
SEO (axtarışın optimallaşdırılması)
Məhsullarınızın bir çox potensial müştərisi sizi tapmaq
üçün ilk üz tutduğu ünvan onlayn axtarış sistemləri olur.
Əlbə ə bu axtarış sistemləri arasında ən çox axtarış ediləni
“google” axtarış sistemi sayılır. Əgər vebsaytınızın, bloqunuzun
və sosial media hesablarınızın axtarış sistemində yuxarı
sıralarda olmasını istəyirsinizsə o zaman SEO (axtarış
sisteminin optimallaşdırılması) texnikalarından
istifadə etməyi
bacarmalısız.
Google-un “məhəbbətini” qazanmaq üçün sınaqdan
çıxmış bir neçə yol var:
Ÿ
Açar sözlərə uyğun olan və istifadəçilər üçün aktual,
rahat baxıla bilən məlumatları əks etdirən keyfiyyətli
148
sayt yaratmaq;
Ÿ
Digər mənbələrdən saytınıza linklərın sayını artırmaq.
Ÿ
Veb saytın mobil versiyasını yaratmaq.
Brauzerin düymə panelinə Google PageRank indikato-
runu rahatlıqla yerləşdirə bilərsiz. Saytların əksəriyyətində bu
göstərici 0 və ya 1-ə bərabərdir.
Açar sözlərin seçilməsi üçün Google-da pulsuz alət. Google-da
axtarış sətirində keyword tool yazsanız bu pulsuz aləti
görəcəksiz. Axırıncı dəfə baxanda onu bu linkdə gördüm:
h p://adwords.google.ru/keywordplanner
Bu proqrama bir neçə açar söz daxil etməklə,
Azərbaycanda və dünyada istifadə edilən uyğun axtarış söz və
söz birləşmələrini görə biləcəksiz.
Alətin ikinci xeyri ondan ibarətdir ki, o, biznesinizlə bağlı
müxtəlif açar söz və söz biləşmələri üzrə yaşadığınız regionda
və dünyada bu vaxtadək neçə axtarış sorğusunun olmasını
göstərir. Bunu aydınlaşdırandan sonra ən uyğun olan açar
sözlərdən bloq və saytınızda, audio və video fayllarınızın
təsvirində istifadə edin.
Açar sözlərin seçilməsi üçün YouTube-u da yaddan
çıxarmayın (internetdə ən iri ikinci axtarış saytıdır və Google-a
məxsusdur).
Açar sözlərin seçilməsi üçün digər alətlər:
Ÿ
Micro Niche Finder:
;
www.micronichefinder.com/index.htm
Ÿ
Market Samurai:
.
www.marketsamurai.com
Google-da reytinqinizi qaldırmaq üçün bir neçə yaradıcı
və düzgün yol:
Ÿ
Sahənizlə bağlı olan bloq və digər resurslarda etibar
doğuran şərhlər verin. Şərhlərinizdə saytınıza linki
yerləşdirməyi unutmayın;
149