Burada siz yalnız fotolar və qısa videoçarxlar paylaşa biləcəksiz.
Artıq instagram sosial şəbəkəsində də facebookda olduğu kimi
“paid advertising” (ödənişli reklam) etmək imkanınız var.
Instagram-a reklam yerləşdirmək istəyirsizsə, bunu mütləq
Facebook üzərindən etməlisiz. Yəni, reklamını edəcəyiniz
məhsulun Facebook səhifəsi olmalıdır. Buna görə ilk növbədə
brendinizin instagram səhifəsini facebook səhifəsinə "connect"
etməlisiz. Bunun üçün siz facebook səhifənizdə "se ings"
bölməsinə daxil olub sol bölmədə "instagram ads" bölməsindən
brendinizin instagram səhifəsini facebook səhifəsinə
birləşdirməlisiz. İnstagram səhifənizi facebook səhifənizlə
birləşdirdikdən sonra çox rahat şəkildə facebook səhifənizdə
yerləşdirmək istədiyiniz reklam postlarını (ads) avtomatik
olaraq instagram səhifənizdə də reklam olunmasını həyata
keçirə bilərsiz. Daha çox gənclər arasında məşhur olan bu sosial
şəbəkə müxtəlif brendlər tərəfindən çox effektiv şəkildə istifadə
olunur. Odur ki, siz də bu sosial şəbəkənin üstünlüklərindən
maksimum yararlanmağa çalışın.
Vebsayt
İnternet-marketinqin ən vacib alətlərindən biri də vebsayt
sayılır. Hər hansı bir məhsulu almazdan qabaq müştəri əvvəlcə
onun haqqında internetdə məlumat əldə etməyə can atır.
Vebsaytınızın olmaması ilə potensial müştərilərin sizi
internetdə tapmağı daha da çətinləşdirmiş olursuz.
Vebsaytınızın olması biznesinizin müştərilərin gözündə daha
ciddi və peşəkar göstərə bilər. Əlbə ə bir çox yeni biznes sahibi
vebsaytlarının olmamasının əsas səbəbinin vəsait olduğunu
qeyd edir. Lakin bu günkü reallığa baxsaq, bir çox resurslar
varki, biz onlardan çox rahat şəkildə istifadə edərək öz
vebsaytımızı yarada bilərik.
www.wix.com, www.squarespace.com,
140
www.wordpress.com
kimi internet resursları istənilən şəxsə
cəmi 1 gün içində öz vebsaytını pulsuz və ya çox az bir vəsaitə
yaratmaq imkanı verir. Vebsaytınızın 15-20 səhifədən ibarət
olması vacib deyil, ilkin olaraq müştəriyə ən lazımlı məlumatı
çatdıracaq sadə bir vebsayt yarada bilərsiz.
Sayt necə olmalıdır (Stiv Blank və Bob Dorfun “Startap-
perin masaüstü kitabı”-ndan)
Bütün eyni adlı domenləri qeydiyyata almısızmı? O qədər
də baha deyil, ona görə, imkan daxilində, hamısını alın (az, com,
net, org və s.).
Saytın baş səhifəsinə dair bir sıra tələblər var ki, onlar
müştəriləri alışa sövq edə bilər. Burada hər məqam öz rolunu
oynayır: kontent (saytdakı məlumat), dizayn və üslub,
funksionallıq, naviqasiya və struktur. Əlavə olaraq orada satışa
meylliliyi artıran aşağıdakı ələtlər də yerləşdirilə bilər:
Ÿ
Məhsul barədə videoçarx;
Ÿ
Pulsuz təkliflər;
Ÿ
İstehlakçılarla əks-əlaqə alətləri;
Ÿ
Animasiya.
Baş və ya hədəf səhifəsinin kontenti (sonradan “baş səhifə”
adlanacaq)
“Deyin görüm hara düşmüşəm!” İstifadəçilər saytınıza
müxtəlif üsullarla daxil olurlar: reklam e-mail-ları, tövsiyə
istinadları (linkləri) vasitəsilə və s. Elə düşünməyin ki, hamı
harada olduğunu dərhal anlayacaq. Onları salamlayaraq hara
düşdüklərini izah edin: “Ən məşhur oyun portalına xoş
gəlmisiz!”.
İstifadəçiləri sizə lazım olan hərəkətə dəvət edin. Məsələn,
“dərhal alın”, “qeydiyyatdan keçin”, “tədbirdə iştirak edin”.
Dəvətinizdə onlara xeyirlərini aydın şəkildə göstərin. Baş səhifə
aşağıdakı funksiyaları həyata keçirməlidir: məhsulun hansı
141
problemi həll edəcəyini və bunun istifadəçilər üçün niyə görə
vacib olmasını izah etməli, məhsulun quraşdırılma və
istifadəsinin rahat olmasını bildirməli, məhsulun necə
işləməsini aydın göstərməli, məhsulun yaxşı çalışdığını
göstərməli (digər istifadəçilərin müsbət rəyləri, rəqiblərlə
müqayisədə üstünlüklər, nümayiş etdirilmə və digər
vasitələrlə).
Hərəkətə sövq baş səhifəyə üç şəkildə yerləşdirilə bilər:
hiperlink, düymə və ya formalar. Onlar gözə girməli və aydın
olmalıdır. Məhsulun ən cəlbedici xüsusiyyətlərini qeyd edin və
yazılanlar barədə əlavə məlumatlara keçmək imkanı yaradın.
Baş səhifə istifadəçini hərəkətə sövq etməyə inandırmalıdır.
Mətn üzrə müxtəlif yerlərdə “indi cəhd et”, “indi sına”, “alış et”,
“yüklə”, “əməkdaşımızla əlaqə” düymələrindən münasibləri
olmalıdır. Şirkətinizin ən önəmli məhsulu daha çox çəlbedici
olmalıdır.
Qısa və konkret yazın. Unutmayın ki, istifadəçilər
saytınıza bəlkə də təsadüfən daxil olublar və çox vaxt sərf
etməyə meylli deyillər. Şrift rahat oxunmalıdır.
Müsabiqə, promoaksiya və lotereyalar təşkil edin
( m ə s ə l ə n , s a y t ı n ı z ı n m o b i l ve r s i ya s ı n ı y ü k l ə m ə y ə
həvəsləndirmək üçün).
Kontenti daim yeniləyin. Baş səhifədə yazılanlarla yanaşı
bu məlumatlar da olmalıdır: şirkətin tarixçəsi, tərəfdaşları (əgər
müştərilər üçün cəlbedicidirsə), şirkət və məhsul haqqında
yeniliklər, əlaqə vasitələri (ünvan, telefon, e-mail, sosial
şəbəklərdəki ünvan), müştərilərə dəstək və ya xidmət mərkəzi
barədə ümumi məlumat (əgər varsa).
Dizayn və üslub
Xüsusilə baş səhifə istifadəçilər üçün sadə və aydın şəkildə
tərtib edilməlidir. Alış üçün müxtəlif vasitələr nəzərdə tutun:
zəng, kommentin edilməsi, alış düyməsinin basılması və s.
142
Ən vacib çağırışların dizaynı daha cəlbedici olmalıdır
(məsələn, “Bu ay üçün xüsusi təklif!”).
Boş yer çox saxlayın ki, göz yorulmasın.
Əgər diaqram, cədvəl və qrafiklər verilirsə, onlar olduqca
sadə olmalıdır ki, tez başa düşülsün.
İnteraktivliyi unutmayın. İnternet ani əks əlaqə qurmaq
üçün demək olar ki, yeganə vasitədir.
İri düymələrdən istifadə edin: “yüklə”, “indi al”,
“qeydiyyatdan keç” və s.
Naviqasiya
Naviqasiyanın mahiyyəti məlumatların məntiqi
ardıcıllıqla yeləşdirilməsi və məqsədə çatmaq üçün ən qısa
marşrutun təmin edilməsindən ibarətdir. Müştərilər müxtəlif
səhifələrə rahat daxil ola bilməli və hər səhifədə hərəkətə sövq
edən çağırış və düymələri görməlidirlər. Sadəlik və rahatlıq da
vacibdir.
Saytın ümumi funksionallığı
İstifadəçilərin sövq edilməsi alətlərindən istifadə edin.
Əvvəl yazıldığı kimi, video, animasiya və digər vasitələr
müştərilərin cəlb edilməsinə xidmət etməlidir. Bəzi misallar:
“Öz yaşınızı daxil edərək üç suala cavab verin ki, sığorta
haqqının məbləğini öyrənəsiz”. “Personajı seçərək onunla
söhbət edin”. “Xoşunuza gələn oyuncağı seçin”. “Endirim
qazanmaq üçün düyməni basın. Çatdırılma pulsuzdur”.
Məhsulunuz barəsindəki videoçarx PowerPoint
prezentasiyasından daha təsirlidir. Çalışın ki, bu çarx bir
dəqiqədən artıq olmasın. Cəhd edin ki, potensial müştəri
məhsulunuzun heç olmasa bəzi imkanlarından istifadə etsin.
Məsələn, “oyunun qısa versiyasını sınayın”. Nümayiş
videoçarxı çağırışla bitməlidir.
İstifadəçiləri məhsulu sınamağa təhrik etmək üsulları
Müəyyən müddət ərzində və ya məhdud imkanlarla
143
Dostları ilə paylaş: |