modeli hazırladı ki, onun əsasında, bəzi elementlər əlavə
etməklə, sedan, yük maşını və ya cip düzəltmək olardı. Belə
gövdə nisbətən ucuz başa gəlirdi. Layihə uğur qazansaydı
ailəyə artıq bir neçə cür maşın almağa ehtiyac qalmayacaqdı.
Layihə satış mərhələsinə yaxınlaşanda General Motors layihəni
daha da inkişaf etdirmək bəhanəsilə şirkəti texnologiya ilə
birlikdə aldı. Amma işi davam etdirmədi.
b. Müştəri bazasını qazanmaq üçün. Nümunə kimi
Microsoft tərəfindən Skype şirkətinin alınmasını qeyd etmək
olar.
c. Texnologiyaların əldə edilməsi üçün. Belə görünür ki,
həmyerlimiz Tural Bədirxanlının yaratdığı Namo Media
şirkətini Twi er məhz bu məqsədlə alıb.
d. Komandanı qazanmaq məqsədilə.
Aydın məsələdir ki, yaranacaq bütün suallara cavab
vermək mümkün deyil. Biznes bir həyat tərzidir. Gözlənilməz
hallar tez-tez yaranır. Əsası odur ki, siz həyatınıza və işinizə
yanaşmanı dəyişərək düzgün çıxış yollarının tapılmasına
tuşlanasız. Əminəm ki, belə olan halda məqsədlərinizə
çatacaqsız. Bu işinizdə sizə uğurlar arzulayıram və imkan
daxilində sizə dəstək olmağa çalışacağam. Mənim e-mail
ünvanım:
. Uğurlar!
elshan.badirkhanov@gmail.com
134
1-ci əlavə. İnternet və partizan marketinqi.
İnternet marketinqi.
Əgər biznesiniz internetdə yoxdursa, deməli, siz də biznesdə
yoxsuz. Bill Qeyts, Microsoft şirkətinin yaradıcısı.
Bu hissənin hazırlanmasındakı köməyə görə COOL
Agency şirkətinin icraçı direktoru Emil İsmayılova
təşəkkürümü bildirirəm. Burada biz az vəsait tələb edən
internet-marketinqi alətləri barədə danışacayıq. Nəzərə alın ki,
bu sahə dinamik şəkildə dəyişir və kitabın yazılmasından sonra
vaxt keçdikcə alətlərin adı, linki, çeşidi dəyişə bilər. Burada biz
yalnız Azərbaycan bazarı üçün uyğun olan imkanları təsvir
edəcəyik. Xüsusən də pulsuz vasitələri tətbiq edin və nəticələri
qiymətləndirin.
İnternet-marketinq 10 il bundan əvvəl biznes sahibləri
üçün sadəcə bir seçim idisə, bu gün bunsuz keçinmək mümkün
deyil. Satistika göstərir ki, dünya üzrə məhsul axtarışlarının
94%-dən çoxu onlayn edilir (Google şirkətinin rəsmi
statistikası). Son statistikaya nəzər yetirsək dünyada 3.1
milyarddan çox insan internetdən istifadə edir. Artıq sirr deyil
ki, hər hansı bir məhsul haqqında məlumat əldə etmək
i s t ə y ə n d ə ü z t u t d u ğ u m u z i l k ü n va n i n t e r n e t o l u r .
Əksəriyyətimiz Google.com saytı vasitəsilə tapmaq istədiyimiz
məhsulu axtarır və ya birbaşa facebook profilimizə daxil olub bu
məhsulun rəsmi səhifəsinin olub-olmadığını araşdırırıq. Bəzən
yeni biznes sahiblərinin çoxu internet-marketinq barədə
danışarkən bunun vacib olduğunu, lakin böyük büdcə tələb
etdiyini vurğulayırlar. Əlbə ə, daha iri büdcə ilə internet-
135
marketinqdə daha böyük nəticələr əldə etmək mümküdür, lakin
biznesdə ilk addımlarını atan gənc biznes sahibləri internet-
marketinqin bir çox pulsuz və ya cüzi bir vəsait tələb edən
alətlərindən effektiv şəkildə istifadə edərək uğur qazana
bilərlər.
Əvvəllər belə hesab edilirdi ki, narazı müştəri yeddi
tanışına şikayətlənəcək. İndi isə başqa zamandır. Bircə narazı
müştəri və ya inciyib şirkətdən ayrılan işçi ad-sanınıza ciddi
ziyan vura bilər. Buna görə də internetdə ad-sanınıza mənfi təsir
edə biləcək hər hansı məlumatı izləyin. Bunun üçün Google-un
xüsusi pulsuz aləti var. Şirkətinizə dair açar sözləri (key words)
q e y d e t m ə k l ə b u i m k a n d a n y a r a r l a n m a q ü ç ü n
www.Google.com/alerts
saytına daxil olun.Bundan sonra
çalışın ki, neqativ fikri pozitivilə əvəzləyəsiz (müştəri
probleminin həll edilməsi və ondan müsbət rəyin alınması, razı
müştərilərin müsbət rəyləri və s. vasitələrlə).
İnternet cəmiyyətlərində iştirak auditoriyanızı genişlən-
dirəcək və loyallığı artıracaq. Potensial müştərilərinizin olduğu
forumların aktiv üzvünə çevrilin. Özünüz də cəmiyyət yaradın
(sosial şəbəkələrdə, internetdə forum, bloq və s. yaradaraq) və
orada aktiv rol oynayın.
Sosial şəbəkələrdə marketinq
Facebook
Sosial şəbəkələr arasında yeni biznesinizin tanınmasında
sizə ən böyük köməyi facebook göstərə bilər. Facebook dövlət
olsaydı, əhalisinə görə dünyada birinci yeri tutardı (özü də
“əhalisi” durmadan artır). Facebook sosial şəbəkəsinin 2016-cı il
statıstikasına nəzər yetirsək, Azərbaycanda 1.7 milyon
istifadəçisi var. Bu isə biznesə yeni başlamış və büdcəsi o qədər
də çox olmayan biznes sahibləri üçün olduqca əlverişli bir
136
alətdir. Facebook səhifəniz həm də sizin bir növ rəsmi
vebsaytınızı əvəz edə biləcək qüvvəyə malikdir. Facebook
səhifəniz vasitəsilə siz öz müştərilərinizlə birbaşa əlaqədə olmaq
şansı əldə edirsiz.
Facebook-da özünüzün və ya biznesinizin rəsmi səhifəsini
yaradın. Nümunələrə burada baxa bilərsiz:
h ps://www.facebook.com/pages
. Facebook səhifənizi
yaradarkən mütləq biznesinizin facebook-da hansı kateqoriya
altında qeyd edəcəyinizə diqqətlə yanaşın. “Business page”
yaradarkən facebook sizə müxtəlif növ (demək olar ki, hər növ
kateqoriya mövcuddur) kateqoriyaları seçmək imkanı verir.
Deyək ki, yeni biznesiniz velosiped satışıdır və siz səhifənizi
hüquq xidmətləri kateqoriyası altında yaratmısınız. Bu zaman
əgər kimsə “google” axtarış sistemində “azərbaycanda
velosiped satışı” yazaraq axtarış etsə bilin ki, sizin facebook
səhifəniz burada görünməyəcək, çünki siz velosiped satışı ilə
məşğul olsanız da facebook səhifəniz başqa bir kateqoriya altına
yaradılıb. Səhifəni yaratdıqdan sonra növbəti mərhələdə
facebook səhifənizi daha maraqlı və keyfiyyətli bir dizaynda
etməlisiz. Rəsmi biznes facebook səhifəniz həm də sizin
vebsaytınız rolunu oynayır. Çalışın ki, facebook səhifənizdə
biznesiniz haqqında bütün məlumatlar olsun. Ünvanınız, əlaqə
nömrələriniz, biznesiniz haqqında məlumatlar, yaranma tarixi
və s. Bu cür məlumatların facebook səhifənizdə yer alması
potensial müştərilərinizin gözündə sizin çox ciddi görün-
məyinizə şərait yaradacaq.
Növbəti addımınız səhifənizin vizual olaraq səliqəli və
maraqlı bir dizaynda görünməsidir. Bunun üçün hər hansı bir
dizayner axtarışına çıxmağa ehtiyac yoxdur.
www.canva.com
saytından istifadə edərək çox rahat şəkildə heç bir dizayn
bacarığınıza ehtiyac olmadan və ən asası heç bir ödəniş etmədən
facebook səhifəniz üçün maraqlı cover (üzlük) şəkilləri düzəldə
137
Dostları ilə paylaş: |