Uğura İnan Dizayn cdr



Yüklə 37,98 Kb.
Pdf görüntüsü
səhifə64/94
tarix17.09.2017
ölçüsü37,98 Kb.
#92
1   ...   60   61   62   63   64   65   66   67   ...   94

modeli  hazırladı  ki,  onun  əsasında,  bəzi  elementlər  əlavə 
etməklə,  sedan,  yük  maşını  və  ya  cip  düzəltmək  olardı.  Belə 
gövdə  nisbətən  ucuz  başa  gəlirdi.  Layihə  uğur  qazansaydı 
ailəyə  artıq  bir  neçə  cür  maşın  almağa  ehtiyac  qalmayacaqdı. 
Layihə satış mərhələsinə yaxınlaşanda General Motors layihəni 
daha  da  inkişaf  etdirmək  bəhanəsilə  şirkəti  texnologiya  ilə 
birlikdə aldı. Amma işi davam etdirmədi.
b.  Müştəri  bazasını  qazanmaq  üçün.  Nümunə  kimi 
Microsoft  tərəfindən  Skype  şirkətinin  alınmasını  qeyd  etmək 
olar.
c.  Texnologiyaların əldə edilməsi üçün. Belə görünür ki, 
həmyerlimiz  Tural  Bədirxanlının  yaratdığı  Namo  Media 
şirkətini Twi er məhz bu məqsədlə alıb. 
d. Komandanı qazanmaq məqsədilə.
Aydın  məsələdir  ki,  yaranacaq  bütün  suallara  cavab 
vermək mümkün deyil. Biznes bir həyat tərzidir. Gözlənilməz 
hallar  tez-tez  yaranır.  Əsası  odur  ki,  siz  həyatınıza  və  işinizə 
yanaşmanı  dəyişərək  düzgün  çıxış  yollarının  tapılmasına 
tuşlanasız.  Əminəm  ki,  belə  olan  halda  məqsədlərinizə 
çatacaqsız.  Bu  işinizdə  sizə  uğurlar  arzulayıram  və  imkan 
daxilində  sizə  dəstək  olmağa  çalışacağam.  Mənim  e-mail 
ünvanım: 
. Uğurlar!
elshan.badirkhanov@gmail.com
134
1-ci əlavə. İnternet və partizan marketinqi.
İnternet marketinqi.
Əgər  biznesiniz  internetdə  yoxdursa,  deməli,  siz  də  biznesdə 
yoxsuz. Bill Qeyts, Microsoft şirkətinin yaradıcısı.
Bu  hissənin  hazırlanmasındakı  köməyə  görə  COOL 
Agency  şirkətinin  icraçı  direktoru  Emil  İsmayılova 
təşəkkürümü  bildirirəm.  Burada  biz  az  vəsait  tələb  edən 
internet-marketinqi alətləri barədə danışacayıq. Nəzərə alın ki, 
bu sahə dinamik şəkildə dəyişir və kitabın yazılmasından sonra 
vaxt keçdikcə alətlərin adı, linki, çeşidi dəyişə bilər. Burada biz 
yalnız  Azərbaycan  bazarı  üçün  uyğun  olan  imkanları  təsvir 
edəcəyik. Xüsusən də pulsuz vasitələri tətbiq edin və nəticələri 
qiymətləndirin.
İnternet-marketinq  10  il  bundan  əvvəl  biznes  sahibləri 
üçün sadəcə bir seçim idisə, bu gün bunsuz keçinmək mümkün 
deyil.  Satistika  göstərir  ki,  dünya  üzrə  məhsul  axtarışlarının 
94%-dən  çoxu  onlayn  edilir  (Google  şirkətinin  rəsmi 
statistikası).  Son  statistikaya  nəzər  yetirsək  dünyada  3.1 
milyarddan çox insan internetdən istifadə edir. Artıq sirr deyil 
ki,  hər  hansı  bir  məhsul  haqqında  məlumat  əldə  etmək 
i s t ə y ə n d ə   ü z   t u t d u ğ u m u z   i l k   ü n va n   i n t e r n e t   o l u r . 
Əksəriyyətimiz Google.com saytı vasitəsilə tapmaq istədiyimiz 
məhsulu axtarır və ya birbaşa facebook profilimizə daxil olub bu 
məhsulun rəsmi səhifəsinin olub-olmadığını araşdırırıq. Bəzən 
yeni  biznes  sahiblərinin  çoxu  internet-marketinq  barədə 
danışarkən  bunun  vacib  olduğunu,  lakin  böyük  büdcə  tələb 
etdiyini  vurğulayırlar.  Əlbə ə,  daha  iri  büdcə  ilə  internet-
135


marketinqdə daha böyük nəticələr əldə etmək mümküdür, lakin 
biznesdə  ilk  addımlarını  atan  gənc  biznes  sahibləri  internet-
marketinqin  bir  çox  pulsuz  və  ya  cüzi  bir  vəsait  tələb  edən 
alətlərindən  effektiv  şəkildə  istifadə  edərək  uğur  qazana 
bilərlər. 
Əvvəllər  belə  hesab  edilirdi  ki,  narazı  müştəri  yeddi 
tanışına  şikayətlənəcək.  İndi  isə  başqa  zamandır.  Bircə  narazı 
müştəri  və  ya  inciyib  şirkətdən  ayrılan  işçi  ad-sanınıza  ciddi 
ziyan vura bilər. Buna görə də internetdə ad-sanınıza mənfi təsir 
edə biləcək hər hansı məlumatı izləyin. Bunun üçün Google-un 
xüsusi pulsuz aləti var. Şirkətinizə dair açar sözləri (key words) 
q e y d   e t m ə k l ə   b u   i m k a n d a n   y a r a r l a n m a q   ü ç ü n 
www.Google.com/alerts
  saytına  daxil  olun.Bundan  sonra 
çalışın  ki,  neqativ  fikri  pozitivilə  əvəzləyəsiz  (müştəri 
probleminin həll edilməsi və ondan müsbət rəyin alınması, razı 
müştərilərin müsbət rəyləri və s. vasitələrlə).
İnternet  cəmiyyətlərində  iştirak  auditoriyanızı  genişlən-
dirəcək və loyallığı artıracaq. Potensial müştərilərinizin olduğu 
forumların aktiv üzvünə çevrilin. Özünüz də cəmiyyət yaradın 
(sosial şəbəkələrdə, internetdə forum, bloq və s. yaradaraq) və 
orada aktiv rol oynayın.
Sosial şəbəkələrdə marketinq
Facebook 
Sosial şəbəkələr arasında yeni biznesinizin tanınmasında 
sizə ən böyük köməyi facebook göstərə bilər. Facebook dövlət 
olsaydı,  əhalisinə  görə  dünyada  birinci  yeri  tutardı  (özü  də 
“əhalisi” durmadan artır). Facebook sosial şəbəkəsinin 2016-cı il 
statıstikasına  nəzər  yetirsək,  Azərbaycanda  1.7  milyon 
istifadəçisi var. Bu isə biznesə yeni başlamış və büdcəsi o qədər 
də  çox  olmayan  biznes  sahibləri  üçün  olduqca  əlverişli  bir 
136
alətdir.  Facebook  səhifəniz  həm  də  sizin  bir  növ  rəsmi 
vebsaytınızı  əvəz  edə  biləcək  qüvvəyə  malikdir.  Facebook 
səhifəniz vasitəsilə siz öz müştərilərinizlə birbaşa əlaqədə olmaq 
şansı əldə edirsiz. 
Facebook-da özünüzün və ya biznesinizin rəsmi səhifəsini 
yaradın. Nümunələrə burada baxa bilərsiz:
h ps://www.facebook.com/pages
.  Facebook  səhifənizi 
yaradarkən  mütləq  biznesinizin  facebook-da  hansı  kateqoriya 
altında  qeyd  edəcəyinizə  diqqətlə  yanaşın.  “Business  page” 
yaradarkən facebook sizə müxtəlif növ (demək olar ki, hər növ 
kateqoriya  mövcuddur)  kateqoriyaları  seçmək  imkanı  verir. 
Deyək  ki,  yeni  biznesiniz  velosiped  satışıdır  və  siz  səhifənizi 
hüquq xidmətləri kateqoriyası altında yaratmısınız. Bu zaman 
əgər  kimsə  “google”  axtarış  sistemində  “azərbaycanda 
velosiped  satışı”  yazaraq  axtarış  etsə  bilin  ki,  sizin  facebook 
səhifəniz  burada  görünməyəcək,  çünki  siz  velosiped  satışı  ilə 
məşğul olsanız da facebook səhifəniz başqa bir kateqoriya altına 
yaradılıb.  Səhifəni  yaratdıqdan  sonra  növbəti  mərhələdə 
facebook  səhifənizi  daha  maraqlı  və  keyfiyyətli  bir  dizaynda 
etməlisiz.  Rəsmi  biznes  facebook  səhifəniz  həm  də  sizin 
vebsaytınız  rolunu  oynayır.  Çalışın  ki,  facebook  səhifənizdə 
biznesiniz haqqında bütün məlumatlar olsun. Ünvanınız, əlaqə 
nömrələriniz, biznesiniz haqqında məlumatlar, yaranma tarixi 
və  s.  Bu  cür  məlumatların  facebook  səhifənizdə  yer  alması 
potensial  müştərilərinizin  gözündə  sizin  çox  ciddi  görün-
məyinizə şərait yaradacaq. 
Növbəti  addımınız  səhifənizin  vizual  olaraq  səliqəli  və 
maraqlı bir dizaynda görünməsidir. Bunun üçün hər hansı bir 
dizayner  axtarışına  çıxmağa  ehtiyac  yoxdur. 
www.canva.com 
saytından  istifadə  edərək  çox  rahat  şəkildə  heç  bir  dizayn 
bacarığınıza ehtiyac olmadan və ən asası heç bir ödəniş etmədən 
facebook səhifəniz üçün maraqlı cover (üzlük) şəkilləri düzəldə 
137


Yüklə 37,98 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə