Ÿ
Partnyorlara kontent kimi istifadə edə biləcəkləri
maraqlı məqalələr göndərin. İcazə istəmək lazım deyil,
sadəcə göndərin! Əlaqə yaratmaq istədiyiniz sayt
barədə internetdəki müzakirələri izləyin (Google
Alerts-un imkanlarını unutmamısız ki?). Tənqid
gördükdə saytı müdafiə edin. İnanın ki, siz diqqətdən
yayınmayacaqsız. Misal üçün, bir neçə il əvvəl PayPal-
ın vitse-prezidenti Cim Kokruma saytın müdafiəsinə
görə təşəkkür etmişdi. Əslində Cim Kokrum bu şərhi
yazanda bir məqsəd güdmürdü. Buna baxmayaraq
vitse-prezident onu tapdı, bəzi məqamları müzakirə
etdi, sonra isə hədiyyə olaraq ona futbolka göndərdi.
KİV-lərlə yaradıcı əməkdaşlıq
Biznesiniz inkişaf etdikcə marketinq alətləriniz də
genişlənməlidir. Massmedia üçün material toplusu olan press kit
hazırlayın. Belə toplunun tərkibi barədə müxtəlif fikirlər olsa da
məsləhət görülür ki, əsas tələblərə riayət olunsun:
Ÿ
Biznesiniz, məhsulunuz, şirkətin uğurları haqqında
qısa məlumat;
Ÿ
Sizin tarixçəniz. Bu hissədə məhsulunuz barədə
yazmayın. Həyatda çətinlikləri dəf edərək necə uğur
qazanmısız (əgər belədirsə). Aparıcı şəxslərin
tərcümeyi-halı, əsas simaların keyfiyyətli fotolarını da
əlavə edin;
Ÿ
Müsahibə zamanı verilməli sualların siyahısı;
Ÿ
Biznesiniz haqqında ən yaxşı rəylər;
Ÿ
Şirkətiniz barəsində məqalələr, televiziya verilişlərində
iştirakınız;
Ÿ
YouTube-dakı ən uğurlu videolarınızdan nümunələr;
Təsir edənlərə təsir edin. Ümumiyyətlə KİV-lə münasibət
qurmaqdansa onun əsas əməkdaşları ilə əlaqə yaradın.
152
Müsahibə vermək istədiyiniz jurnalisti müəyyən etdikdən sonra
onun “başını bişirməyə” başlayın: sosial şəbəkələrdə
səhifələrinə qoşulun, müzakirələrində iştirak edin. Sizi
birləşdirən ümumi sahələri tapın və çalışın ki, söhbətlərinizi bu
mövzular ətrafında aparasız.
Press-relizlərdən istifadə edin. Press-reliz reklam materialı
deyil, yeniliklərdir. Biznesinizi KİV üçün maraqlı edə bilsəniz,
belə yenilikləri daim hazırlamalısız. Mətndə açar sözlərə yer
verin ki, axtarış sistemlərinin gözü tez-tez biznesinizə sataşsın.
Smartfonlar dünyanı fəth edir. Çalışın ki, saytınız
smartfonun balaca ekranında da yaxşı görünsün. Bu məqsədlə
saytınızın mobil versiyasını hazırlaya bilərsiz. Saytı WordPress-
də hazırlamısızsa WP-Touch adlı sadə plug-in-dən istifadə edin.
Bəzi hallarda SMS-marketinqdən də yararlana bilərsiz.
Müştəriləri QR-koddan istifadə etməyə təşviq edin. Belə kodu
bir neçə dəqiqə ərzində pulsuz resurs olan
-nin
www.goqr.me
köməyilə hazırlamaq olar (sayta linki və ya istədiyiniz digər
məlumatı özündə əks etdirməklə).
Smartfonu və QR-kodu oxumaq
üçün pulsuz tətbiqi olan
hər kəs telefonun kamerasını QR-koda tuşlayaraq rahatca
saytınıza daxil ola bilər. İstifadə imkanları bununla bitmir. QR-
kodda telefon nömrənizi, SMS mətnini, virtual vizitkanızı, e-
mail-ınızı, ünvanı və s. gizlədə bilərsiz. Eşitdiyimə görə, hal-
hazırda QR-koddan daha müasir analoji imkanlar da var.
Video və audio məlumatların əhəmiyyəti
Psixoloqlar informasiyanı mənimsəmə xüsusiyyətlərinə
153