problemi həll edəcəyini və bunun istifadəçilər üçün niyə görə
vacib olmasını izah etməli, məhsulun quraşdırılma və
istifadəsinin rahat olmasını bildirməli, məhsulun necə
işləməsini aydın göstərməli, məhsulun yaxşı çalışdığını
göstərməli (digər istifadəçilərin müsbət rəyləri, rəqiblərlə
müqayisədə üstünlüklər, nümayiş etdirilmə və digər
vasitələrlə).
Hərəkətə sövq baş səhifəyə üç şəkildə yerləşdirilə bilər:
hiperlink, düymə və ya formalar. Onlar gözə girməli və aydın
olmalıdır. Məhsulun ən cəlbedici xüsusiyyətlərini qeyd edin və
yazılanlar barədə əlavə məlumatlara keçmək imkanı yaradın.
Baş səhifə istifadəçini hərəkətə sövq etməyə inandırmalıdır.
Mətn üzrə müxtəlif yerlərdə “indi cəhd et”, “indi sına”, “alış et”,
“yüklə”, “əməkdaşımızla əlaqə” düymələrindən münasibləri
olmalıdır. Şirkətinizin ən önəmli məhsulu daha çox çəlbedici
olmalıdır.
Qısa və konkret yazın. Unutmayın ki, istifadəçilər
saytınıza bəlkə də təsadüfən daxil olublar və çox vaxt sərf
etməyə meylli deyillər. Şrift rahat oxunmalıdır.
Müsabiqə, promoaksiya və lotereyalar təşkil edin
( m ə s ə l ə n , s a y t ı n ı z ı n m o b i l ve r s i ya s ı n ı y ü k l ə m ə y ə
həvəsləndirmək üçün).
Kontenti daim yeniləyin. Baş səhifədə yazılanlarla yanaşı
bu məlumatlar da olmalıdır: şirkətin tarixçəsi, tərəfdaşları (əgər
müştərilər üçün cəlbedicidirsə), şirkət və məhsul haqqında
yeniliklər, əlaqə vasitələri (ünvan, telefon, e-mail, sosial
şəbəklərdəki ünvan), müştərilərə dəstək və ya xidmət mərkəzi
barədə ümumi məlumat (əgər varsa).
Dizayn və üslub
Xüsusilə baş səhifə istifadəçilər üçün sadə və aydın şəkildə
tərtib edilməlidir. Alış üçün müxtəlif vasitələr nəzərdə tutun:
zəng, kommentin edilməsi, alış düyməsinin basılması və s.
142
Ən vacib çağırışların dizaynı daha cəlbedici olmalıdır
(məsələn, “Bu ay üçün xüsusi təklif!”).
Boş yer çox saxlayın ki, göz yorulmasın.
Əgər diaqram, cədvəl və qrafiklər verilirsə, onlar olduqca
sadə olmalıdır ki, tez başa düşülsün.
İnteraktivliyi unutmayın. İnternet ani əks əlaqə qurmaq
üçün demək olar ki, yeganə vasitədir.
İri düymələrdən istifadə edin: “yüklə”, “indi al”,
“qeydiyyatdan keç” və s.
Naviqasiya
Naviqasiyanın mahiyyəti məlumatların məntiqi
ardıcıllıqla yeləşdirilməsi və məqsədə çatmaq üçün ən qısa
marşrutun təmin edilməsindən ibarətdir. Müştərilər müxtəlif
səhifələrə rahat daxil ola bilməli və hər səhifədə hərəkətə sövq
edən çağırış və düymələri görməlidirlər. Sadəlik və rahatlıq da
vacibdir.
Saytın ümumi funksionallığı
İstifadəçilərin sövq edilməsi alətlərindən istifadə edin.
Əvvəl yazıldığı kimi, video, animasiya və digər vasitələr
müştərilərin cəlb edilməsinə xidmət etməlidir. Bəzi misallar:
“Öz yaşınızı daxil edərək üç suala cavab verin ki, sığorta
haqqının məbləğini öyrənəsiz”. “Personajı seçərək onunla
söhbət edin”. “Xoşunuza gələn oyuncağı seçin”. “Endirim
qazanmaq üçün düyməni basın. Çatdırılma pulsuzdur”.
Məhsulunuz barəsindəki videoçarx PowerPoint
prezentasiyasından daha təsirlidir. Çalışın ki, bu çarx bir
dəqiqədən artıq olmasın. Cəhd edin ki, potensial müştəri
məhsulunuzun heç olmasa bəzi imkanlarından istifadə etsin.
Məsələn, “oyunun qısa versiyasını sınayın”. Nümayiş
videoçarxı çağırışla bitməlidir.
İstifadəçiləri məhsulu sınamağa təhrik etmək üsulları
Müəyyən müddət ərzində və ya məhdud imkanlarla
143
məhsulunuzdan pulsuz istifadə etmək imkanı yaradın (internet
məhsullarında). Təklifi müştərilərin özlərinə birbaşa da
göndərmək olar (məsələn e-mail ilə). Təklifinizdə istifadəçini
məhsulun istifadəsinə inandırmalısız. Şirkətinizlə rahat əlaqə
imkanları da e-mail-da qeyd edilməlidir (sorğu və ya sifariş
üçün).
İnteraktiv alətlərdən istifadə edin (məsələn, kalkulya-
tordan). Animasiyadan lazımı qədər istifadə edin ki, müştərini
bezdirməsin.
Hər bir mənbədən daxil olan istifadəçilər üçün ayrıca
hədəf səhifəsi yaradıla bilər. Məsələn, Yahoo-dan daxil olanları
bu şəkildə salamlasaz nəticəsi daha yaxşı olar: “Yahoo-lu
dostlar, xoş gəlmisiz”, “Yahoo istifadəçiləri üçün xususi təklif”.
Müştəri bilməyəcək ki, Gmail istifadəçiləri üçün də analoji hədəf
səhifəsi yaradılıb.
Müştəriləri hərəkətə təşviq etmək üçün demək olar ki, ayrıca bir
fəaliyyət sahəsi yaranıb
Müntəzəm olaraq bu məqsədə xidmət edən yeni alətlər
yaranır. Bəzilərinin populyarlığı artır, digərlərinin isə azalır.
Əgər biznesiniz bunu tələb edirsə, vaxt sərf edib ən effektivlisini
seçməyə dəyər. Digər saytlarla yanaşı onlarla burada da tanış
ola bilərsiz:
Baş səhifə ilə yanaşı digər
www.steveblank.com
cəlbetmə vasitələrinə də əl atın.
E-mail kaskadı. Müştərilər öz e-mail ünvanlarını paylaş-
mağa meylli deyillər, ona görə də əldə etdiyiniz ünvanlara
qiymətli bir sərvət kimi baxın. Ardıcıl göndəriləcək üç məktub
hazırlayın. Hərəsində məhsulunuzun müxtəlif xüsusiyyət-
lərindən, müştəri üçün yaratdığı əlavə dəyərdən və onu almağın
niyə məqsədəuyğun olmasından yazın. Mətn qısa, cəlbedici və
inandırıcı olmalıdır. Mətndə hərəkətə çağırış, həmçinin
qeydiyyat, alış, pulsuz sınaq və s. üçün keçidlər olmalıdır. Belə
məktublar müştəriyə narahatlıq törətsə növbəti göndərişləri
144
dayandırmaq üçün düymə və ya istinad olmalıdır. Çalışın ki,
məktublarınız həm HTML, həm də mətn formatında tərtib
edilsin, çünki bir çox poçt serverləri HTML formatında olan e-
mailları bloklayır.
Qiymət və ya stimullaşdırıcı təkliflər. Qiymət siyasəti də
cəlbetmə üsullarından biri ola bilər. Pulsuz və xüsusi təkliflər,
böyük alış həcminə görə endirim və digər imkanları nəzərdən
keçirin. Gəlirinizi azaltmamaq üçün belə xüsusi təklifləri
müştəri tam qiymətə alışdan imtina etdikdən sonra edin.
Ənənəvi alətlər. Qeyri-dicital marketinq vasitələrini də
unutmayın. Məsələn, müsabiqə keçirə bilərsiz. Telemarketinq
(kütləvi telefon zəngləri vasitəsilə satış) də təsirli üsüllardan
biridir. KİV-lərdə reklam imkanını da nəzərə alın.
Sınadığınız cəlbetmə alətlərinin effektivliyini ölçün (yəni,
bir cəlb edilmiş müştəri neçəyə başa gəlir) və uyğunlarını seçin.
Saytla bağlı Erik Risin də maraqlı fikirlərini çatdırmaq
istərdim (bu sahədə qeyri-peşəkarların edə biləcəklərinin bir
qismini çatdırıram):
Bəzən sayt əvəzinə WordPress-də bloq yaratmaq
kifayətdir. Belə bloqu, internetdə qaydasını öyrənərək, özünüz
də 1-2 həftəyə yarada bilərsiz.
Domen almısızsa orada pulsuz olaraq Google Apps
yerləşdirin ki, şirkətinizin adı, elektron poçt ünvanı və s.
görünsün. Sayt vasitəsilə pulsuz sorğuların keçirilməsi üçün,
məsələn, Google Forms və ya Wufoo-nu saytınızda yerləşdirin.
Müştəri kliklərinin sayını, saytda keçirdiyi vaxtı, trafikin
mənbəyini izləmək üçün ən azı ilk dövrdə Google Analytics
web-analitika alətindən istifadə edin.
Müştəri məmnuniyyətini ölçmək, qeyd və təklifləri almaq
üçün müvafiq alətlərdən istifadə edə bilərsiz (GetSatisfaction,
UserVoice və s.)
Saytınızda ödənişlərin edilməsi üçün alətlər (xüsusilə
145
Dostları ilə paylaş: |