Uluslararasi sempozyumu



Yüklə 26,8 Mb.
Pdf görüntüsü
səhifə179/307
tarix11.09.2018
ölçüsü26,8 Mb.
#67808
1   ...   175   176   177   178   179   180   181   182   ...   307


Qəzali (1058-1112) Sufizmində “xəlvət” və “riyazət” Metodları

Iradə ZƏRQAN 

1

Əbu Hamid Qəzalinin (1058-1112) sufizm ilə tanışlığı kiçik yaşlarından 

başlamışdır. Onun atası Məhəmməd, Tusdakı ilk müəllimi Əhməd Radəqani, 

Gürgandakı müəllimi Əbu Nəsr İsmaili və Nişapurdakı ustadı məşhur İmam 

Hərameyn  –  Əbul-məali  Ziyaəddin  Əbdülməlik  İbn  Abdullah  əl-Cüvey-

ni həm də sufi olmuşlar. Bu dövrdə sufizm artıq tam formalaşmış, geniş və 

güclü təsir mexanizmlərinə malik təlimə çevrilmişdi. Şübhəsiz ki, Qəzalinin 

tərbiyəsində və şəxsiyyət kimi yetişməsində təhsillə yanaşı, sufizmin böyük 

təsiri vardır.

Qəzali sufizmi mənimsəməkdə Əbu Talib Məkkinin, Haris Mühasibinin 

əsərlərindən, Cüneyd Bağdadi, Şibli Numani, Əbuyəzid Bistami və digərləri-

nin hikmətlərindən bəhrələndiyini qeyd etsə də, qaynaqlarda onun mürşidinin 

Əbu Qasım Quşeyrinin müridi Şeyx əbu Əli Farəmidi olduğu qeyd olunur (1, 

XXVI).  


Qəzalinin həyatında sufizmin xüsusi təsiri olduğu kimi, onun yaradıcılığın-

da da sufizm mövzusu xüsusi yer tutur. “Nizamiyyə” mədrəsəsinin görkəm-

li ilahiyyat alimi, yüzlərlə tələbəyə dərs deyən fəqih və mütəkəllim, Abbasi 

xilafəti və Səlcuqlar dövlətinin nüfuzlu din xadimi (1, XX; 2, 93 ), qiymətli 

əsərlər (1, LIV-XVIII; 2, 17; 3; 4; 5; 6; 7; 8; 9; 10; 11; 12; 13; 14; 15; 16; 17; 

18; 19;) müəllifi olması onu sufizmdən ayıra bilməmişdir. Lakin daxilində bir 

çaxnaşma vardı: “Dünya səadətinə nail olmuşdu. Bəs müqəddəs Qurani-Kə-

rimdə vəd olunan axirət səadətinə necə, “azuqə”(22, 104) toplamışdımı? An-

ladı ki, uçurumun lap kənarındadır, O tezliklə nəfsinə hakim olmalı, təqvaya 

sarılmalı və “dünya bağlarından” azad olmalıdır.

Qəzali yazır: “488-ci ilin Rəcəb ayından etibarən altı ay bir qərara gələ 

bilmədim. Axırda ixtiyarım əldən getdi. Haqq-Təala dilimi bağladı, tələbələrə 

dərs verə bilmədim, qəlbimi kədər aldı, yemək-içməkdən kəsildim, taqətsiz 

qaldım. Həkimlər dərdimə çarə tapmadılar, əlacsız bir halda Allaha sığındım. 

Allah duamı qəbul etdi, mənim maddi “bağlardan” (var-dövlət, ailə-uşaq, qo-

hum və dostlardan) uzaqlaşmağımı asanlaşdırdı. Dünyadan əl üzərək təqva 

1  Dr., Azerbaycan



502 Qəzali (1058-1112) Sufizmində “xəlvət” və “riyazət” Metodları

ilə yaşamaq və bütün varlığımla Allaha yönəlmək üçün Bağdadı tərk etdim ” 

(1, XXII; 3, 5).

Beləliklə, xəlvət (tənhalıq) və riyazət (nəfsi tərbiyə) həyatını seçməklə Qə-

zali ömrünün on ilini tamamilə sufi kimi yaşamışdır (1, XXV) və sufizmə öz 

dəsti-xəttini gətirmişdir. Əbu Hamid Qəzali fəlsəfəyə və filosofların metodla-

rına münasibət bildirdiyi kimi, sufizmi də dərindən tədqiq etmiş, ondakı ifrat 

cəhətləri göstərməklə yanaşı, sufizmi həqiqəti dərk etməyin ən doğru yolu 

hesab etmişdir (22, 95). Onun “Dini elmlərin əhyası”, “Təsəvvüfün əsasları”, 

“Abidlər yolu”, “Bidayətdən hidayətə”, “Nurlar taxçası”, “Yanılmaqdan xilas 

edən” və s. əsərlərində sufilik, onun qayda-qanunları, təriqət yolu (22, 127), 

“böyük cihad”, kamillik mərtəbələri, kamilləşmə cəhdləri və nəticələri geniş 

şərh olunur. Mövzu üzrə tədqiqatdan aşağıdakı nəticələr əldə olunmuşdur:

Kamilləşmə cəhdlərindən biri kimi, xəlvətə çəkilmək insanı lazımsız infor-

masiya ilə yüklənmədən, faydasız məşğuliyyətlərdən azad edir, onun gözünə,  

qulağına və s. dinclik verir. Qəzali yazır ki, göz və qulaq qəlbin yoludur. O, 

insanın 5 duyğu orqanını “mənəviyyat gölünə axan çaylara” (İhya III, 174) 

bənzədir. Çayların suyu kəsilməsə, gölü necə təmizləmək olar? 



Xəlvət

Riyazət eyni zamanda “böyük cihad” (nəfslə mübarizə) hesab olunur. Qə-

zaliyə və əksər tədqiqatçılara (21, 554-557; 22, 107-108; 23, s. 108-109) görə, 

nəfsin 7 halı mövcuddur və bu informasiyanın mənbəyi Quran ayələridir:

1) nəfsi əmmarə ən aşağı və pis hesab olunan mərhələdir. Bu zaman insan 

nəfsinin qulu halındadır, ona qarşı gedə bilmir. Nəfsi əmmarə halında olan 

insan qəzəb, şəhvət, tamah, kin, həsəd və s. xüsusiyyətlərinin əmri altındadır. 

Qurani-Kərimin “Yusif” surəsində buyrulur: “...Rəbbimin rəhm etdiyi kimsə 

istisna olmaqla, nəfs (insana) pis işlər görməyi (şəhvətə uymağı) əmr edər. 

Həqiqətən  Rəbbim  bağışlayan  və  rəhm  edəndir”  (5,  12/53).  “Məhəmməd” 

surəsində isə bildirilir: “Məgər  Rəbbindən bir dəlili olan (dəlilə istinad edən) 

kimsə pis əməli özünə  yaxşı göstərilən kimsə kimidirmi?! Belələri öz nəfslə-

rinə uymuşlar” (5, 47/14).    

2) nəfsi ləvvamə halı peşiman, özünü qınayan nəfs anlamına gəlir. Qura-

ni-Kərimdə xətanın, səhvin dərk olunmasına xüsusi önəm verilir: “And içirəm 

(günah etdiyi üçün, yaxud yaxşı əməlim azdr deyə) özünü qınayan nəfsə” (5, 

75/2). Yalnız düşünən insan öz səhvlərini görə bilər. Qəzali yazır: “Fudayl 

demişdir: Təfəkkür sənin aynandır – yaxşılıq və pisliklərini sənə göstərər... 

Loğman isə demişdir: Düşüncə və təfəkkür insanı Cənnətə qovuşdurar. Əgər 




503

Iradə ZƏRQAN 

insanlar Allahın əzəmətini düşünsələr, ona üsyan etməzlər. Ağıl sahibləri zi-

kir ilə fikrə, fikir ilə də zikrə dönə-dönə qəlblərini dilə gətirər və hikmətlə 

danışarlar ” (İhya IV, 764). 

3) nəfsi-mülhimə ilhama gəlmiş nəfs halıdır. Deməli təfəkkür zəkanı açır 

və  insanın  qəlbində  işıq  yandırır.  Qəzali  yazır:  “Təfəkkürün  meyvəsi  elm-

dir. Elm qəlbin halını dəyişdirir. Qəlbin tutumu isə əzaların fəaliyyətinə təsir 

edir” (IV, 767). Beləliklə təfəkkür sayəsində nifrətdən sevgiyə, tamahkarlıq-

dan qənatə yol tapmaq olar. Nəfsi mülhimə halında olan insan düşüncələri 

sayəsində  dünyanın  müvəqqəti,  axirətin  isə  əbədi  olduğunu  anlayır.  Qura-

ni-Kərimin “Şəms” surəsində buyrulur: “And olsun nəfsi (insanı və ya insan 

nəfsini) yaradana; Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini 

(xeyir və şəri) öyrədənə ki, nəfsini təmizləyən mütləq nicat tapacaqdır! Onu 

batıran isə, əlbəttə ziyana uğrayacaqdır” (5, 91/ 7-10).

4) nəfsi-mutməinnə əmin olan, sakitlik tapmış nəfs anlamını daşıyır. Qu-

rani-Kərimin “Fəcr” surəsində buyrulur: “(Qiyamət günü Allah təala belə bu-

yuracaqdır:  “Ey  (öz  imanından,  əməlindən  və  allahın  və`dindən)  xatircəm 

olan kəs! (Və ya ey arxayın nəfs!) Cənnətimə varid ol!” (5, 89/27, 89/30). 

“Rəbbinin adını zikr et və  ona  tərəf yönəl” (5,  73/8).  Qəlbin yeni, ilhama 

gəlmiş halına müvafiq əzaların fəaliyyəti insanda bir rahatlıq və harmoniya 

yaradır, nəticədə güvənc və əminlik hissi peyda olur. Deməli fikrin meyvəsi 

elm və haldır. Fikir bəzən maddi, bəzən də mənəvi aspektləri əhatə edir. Lakin 

istənilən halda düşüncənin obyekti Allah qatında bəyənilən və bəyənilməyən 

məsələlər olur. Beləliklə Allaha yönələn və axirətdə ona qovuşmağı düşünən 

insan hər halından zövq alır. Əvvəllər nəfsinə çox ağır gələn, hətta edə bilmə-

diyi əməllər indi ona su içmək kimi asan gəlir, rəzalətdən çəkinmək və fəzilət 

sahibi olmaq adi vərdiş halını alır.  

5) nəfsi-raziyə razı, qane olan nəfs halıdır. (5, 89/28; 89/30) Bu eyni za-

manda insanın təslimiyyət, müsəlmanlıq halıdır. Qəlbində Allaha üsyan qə-

tiyyən yoxdur, qəzavü-qədərin Allahdan olduğuna, həm də Yaradanın yaratdı-

ğını sevdiyinə olan şübhəsiz bir əminlikdir. Bu zikir, fikir və şükür hallarının 

məcmusu və daim dövr etməsi halıdır.    

6) nəfsi-mərizyə Allah tərəfindən bəyənilmiş nəfs halıdır. (5, 89/28, 89/30) 

Bu hal insanla Uca Yaradan arasında bir sirrdir. Sirrin hikmətini yalnız sahi-

bi bilir. Bu nəfsinin cilovu əlində olan, Allahdan qorxan, qula qul olmayan, 

dünya  bağlarından  azad,  yəni  heç  bir  maddi  məhdudiyyətə  görə  əqidəsini 

dəyişməyən  xoş  niyyətli, əməli saleh  bəndələrdir.  Qəzali insanın  bu  halını 

Allahla ünsiyyət hesab edir (O, digər sufilərdən fərqli olaraq, Allaha hülul 




Yüklə 26,8 Mb.

Dostları ilə paylaş:
1   ...   175   176   177   178   179   180   181   182   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə