Qəzali (1058-1112) Sufizmində “xəlvət” və “riyazət” Metodları
Iradə ZƏRQAN
1
Əbu Hamid Qəzalinin (1058-1112) sufizm ilə tanışlığı kiçik yaşlarından
başlamışdır. Onun atası Məhəmməd, Tusdakı ilk müəllimi Əhməd Radəqani,
Gürgandakı müəllimi Əbu Nəsr İsmaili və Nişapurdakı ustadı məşhur İmam
Hərameyn – Əbul-məali Ziyaəddin Əbdülməlik İbn Abdullah əl-Cüvey-
ni həm də sufi olmuşlar. Bu dövrdə sufizm artıq tam formalaşmış, geniş və
güclü təsir mexanizmlərinə malik təlimə çevrilmişdi. Şübhəsiz ki, Qəzalinin
tərbiyəsində və şəxsiyyət kimi yetişməsində təhsillə yanaşı, sufizmin böyük
təsiri vardır.
Qəzali sufizmi mənimsəməkdə Əbu Talib Məkkinin, Haris Mühasibinin
əsərlərindən, Cüneyd Bağdadi, Şibli Numani, Əbuyəzid Bistami və digərləri-
nin hikmətlərindən bəhrələndiyini qeyd etsə də, qaynaqlarda onun mürşidinin
Əbu Qasım Quşeyrinin müridi Şeyx əbu Əli Farəmidi olduğu qeyd olunur (1,
XXVI).
Qəzalinin həyatında sufizmin xüsusi təsiri olduğu kimi, onun yaradıcılığın-
da da sufizm mövzusu xüsusi yer tutur. “Nizamiyyə” mədrəsəsinin görkəm-
li ilahiyyat alimi, yüzlərlə tələbəyə dərs deyən fəqih və mütəkəllim, Abbasi
xilafəti və Səlcuqlar dövlətinin nüfuzlu din xadimi (1, XX; 2, 93 ), qiymətli
əsərlər (1, LIV-XVIII; 2, 17; 3; 4; 5; 6; 7; 8; 9; 10; 11; 12; 13; 14; 15; 16; 17;
18; 19;) müəllifi olması onu sufizmdən ayıra bilməmişdir. Lakin daxilində bir
çaxnaşma vardı: “Dünya səadətinə nail olmuşdu. Bəs müqəddəs Qurani-Kə-
rimdə vəd olunan axirət səadətinə necə, “azuqə”(22, 104) toplamışdımı? An-
ladı ki, uçurumun lap kənarındadır, O tezliklə nəfsinə hakim olmalı, təqvaya
sarılmalı və “dünya bağlarından” azad olmalıdır.
Qəzali yazır: “488-ci ilin Rəcəb ayından etibarən altı ay bir qərara gələ
bilmədim. Axırda ixtiyarım əldən getdi. Haqq-Təala dilimi bağladı, tələbələrə
dərs verə bilmədim, qəlbimi kədər aldı, yemək-içməkdən kəsildim, taqətsiz
qaldım. Həkimlər dərdimə çarə tapmadılar, əlacsız bir halda Allaha sığındım.
Allah duamı qəbul etdi, mənim maddi “bağlardan” (var-dövlət, ailə-uşaq, qo-
hum və dostlardan) uzaqlaşmağımı asanlaşdırdı. Dünyadan əl üzərək təqva
1 Dr., Azerbaycan
502 Qəzali (1058-1112) Sufizmində “xəlvət” və “riyazət” Metodları
ilə yaşamaq və bütün varlığımla Allaha yönəlmək üçün Bağdadı tərk etdim ”
(1, XXII; 3, 5).
Beləliklə, xəlvət (tənhalıq) və riyazət (nəfsi tərbiyə) həyatını seçməklə Qə-
zali ömrünün on ilini tamamilə sufi kimi yaşamışdır (1, XXV) və sufizmə öz
dəsti-xəttini gətirmişdir. Əbu Hamid Qəzali fəlsəfəyə və filosofların metodla-
rına münasibət bildirdiyi kimi, sufizmi də dərindən tədqiq etmiş, ondakı ifrat
cəhətləri göstərməklə yanaşı, sufizmi həqiqəti dərk etməyin ən doğru yolu
hesab etmişdir (22, 95). Onun “Dini elmlərin əhyası”, “Təsəvvüfün əsasları”,
“Abidlər yolu”, “Bidayətdən hidayətə”, “Nurlar taxçası”, “Yanılmaqdan xilas
edən” və s. əsərlərində sufilik, onun qayda-qanunları, təriqət yolu (22, 127),
“böyük cihad”, kamillik mərtəbələri, kamilləşmə cəhdləri və nəticələri geniş
şərh olunur. Mövzu üzrə tədqiqatdan aşağıdakı nəticələr əldə olunmuşdur:
Kamilləşmə cəhdlərindən biri kimi, xəlvətə çəkilmək insanı lazımsız infor-
masiya ilə yüklənmədən, faydasız məşğuliyyətlərdən azad edir, onun gözünə,
qulağına və s. dinclik verir. Qəzali yazır ki, göz və qulaq qəlbin yoludur. O,
insanın 5 duyğu orqanını “mənəviyyat gölünə axan çaylara” (İhya III, 174)
bənzədir. Çayların suyu kəsilməsə, gölü necə təmizləmək olar?
Xəlvət
Riyazət eyni zamanda “böyük cihad” (nəfslə mübarizə) hesab olunur. Qə-
zaliyə və əksər tədqiqatçılara (21, 554-557; 22, 107-108; 23, s. 108-109) görə,
nəfsin 7 halı mövcuddur və bu informasiyanın mənbəyi Quran ayələridir:
1) nəfsi əmmarə ən aşağı və pis hesab olunan mərhələdir. Bu zaman insan
nəfsinin qulu halındadır, ona qarşı gedə bilmir. Nəfsi əmmarə halında olan
insan qəzəb, şəhvət, tamah, kin, həsəd və s. xüsusiyyətlərinin əmri altındadır.
Qurani-Kərimin “Yusif” surəsində buyrulur: “...Rəbbimin rəhm etdiyi kimsə
istisna olmaqla, nəfs (insana) pis işlər görməyi (şəhvətə uymağı) əmr edər.
Həqiqətən Rəbbim bağışlayan və rəhm edəndir” (5, 12/53). “Məhəmməd”
surəsində isə bildirilir: “Məgər Rəbbindən bir dəlili olan (dəlilə istinad edən)
kimsə pis əməli özünə yaxşı göstərilən kimsə kimidirmi?! Belələri öz nəfslə-
rinə uymuşlar” (5, 47/14).
2) nəfsi ləvvamə halı peşiman, özünü qınayan nəfs anlamına gəlir. Qura-
ni-Kərimdə xətanın, səhvin dərk olunmasına xüsusi önəm verilir: “And içirəm
(günah etdiyi üçün, yaxud yaxşı əməlim azdr deyə) özünü qınayan nəfsə” (5,
75/2). Yalnız düşünən insan öz səhvlərini görə bilər. Qəzali yazır: “Fudayl
demişdir: Təfəkkür sənin aynandır – yaxşılıq və pisliklərini sənə göstərər...
Loğman isə demişdir: Düşüncə və təfəkkür insanı Cənnətə qovuşdurar. Əgər
503
Iradə ZƏRQAN
insanlar Allahın əzəmətini düşünsələr, ona üsyan etməzlər. Ağıl sahibləri zi-
kir ilə fikrə, fikir ilə də zikrə dönə-dönə qəlblərini dilə gətirər və hikmətlə
danışarlar ” (İhya IV, 764).
3) nəfsi-mülhimə ilhama gəlmiş nəfs halıdır. Deməli təfəkkür zəkanı açır
və insanın qəlbində işıq yandırır. Qəzali yazır: “Təfəkkürün meyvəsi elm-
dir. Elm qəlbin halını dəyişdirir. Qəlbin tutumu isə əzaların fəaliyyətinə təsir
edir” (IV, 767). Beləliklə təfəkkür sayəsində nifrətdən sevgiyə, tamahkarlıq-
dan qənatə yol tapmaq olar. Nəfsi mülhimə halında olan insan düşüncələri
sayəsində dünyanın müvəqqəti, axirətin isə əbədi olduğunu anlayır. Qura-
ni-Kərimin “Şəms” surəsində buyrulur: “And olsun nəfsi (insanı və ya insan
nəfsini) yaradana; Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini
(xeyir və şəri) öyrədənə ki, nəfsini təmizləyən mütləq nicat tapacaqdır! Onu
batıran isə, əlbəttə ziyana uğrayacaqdır” (5, 91/ 7-10).
4) nəfsi-mutməinnə əmin olan, sakitlik tapmış nəfs anlamını daşıyır. Qu-
rani-Kərimin “Fəcr” surəsində buyrulur: “(Qiyamət günü Allah təala belə bu-
yuracaqdır: “Ey (öz imanından, əməlindən və allahın və`dindən) xatircəm
olan kəs! (Və ya ey arxayın nəfs!) Cənnətimə varid ol!” (5, 89/27, 89/30).
“Rəbbinin adını zikr et və ona tərəf yönəl” (5, 73/8). Qəlbin yeni, ilhama
gəlmiş halına müvafiq əzaların fəaliyyəti insanda bir rahatlıq və harmoniya
yaradır, nəticədə güvənc və əminlik hissi peyda olur. Deməli fikrin meyvəsi
elm və haldır. Fikir bəzən maddi, bəzən də mənəvi aspektləri əhatə edir. Lakin
istənilən halda düşüncənin obyekti Allah qatında bəyənilən və bəyənilməyən
məsələlər olur. Beləliklə Allaha yönələn və axirətdə ona qovuşmağı düşünən
insan hər halından zövq alır. Əvvəllər nəfsinə çox ağır gələn, hətta edə bilmə-
diyi əməllər indi ona su içmək kimi asan gəlir, rəzalətdən çəkinmək və fəzilət
sahibi olmaq adi vərdiş halını alır.
5) nəfsi-raziyə razı, qane olan nəfs halıdır. (5, 89/28; 89/30) Bu eyni za-
manda insanın təslimiyyət, müsəlmanlıq halıdır. Qəlbində Allaha üsyan qə-
tiyyən yoxdur, qəzavü-qədərin Allahdan olduğuna, həm də Yaradanın yaratdı-
ğını sevdiyinə olan şübhəsiz bir əminlikdir. Bu zikir, fikir və şükür hallarının
məcmusu və daim dövr etməsi halıdır.
6) nəfsi-mərizyə Allah tərəfindən bəyənilmiş nəfs halıdır. (5, 89/28, 89/30)
Bu hal insanla Uca Yaradan arasında bir sirrdir. Sirrin hikmətini yalnız sahi-
bi bilir. Bu nəfsinin cilovu əlində olan, Allahdan qorxan, qula qul olmayan,
dünya bağlarından azad, yəni heç bir maddi məhdudiyyətə görə əqidəsini
dəyişməyən xoş niyyətli, əməli saleh bəndələrdir. Qəzali insanın bu halını
Allahla ünsiyyət hesab edir (O, digər sufilərdən fərqli olaraq, Allaha hülul
Dostları ilə paylaş: |