Uluslararasi sempozyumu



Yüklə 26,8 Mb.
Pdf görüntüsü
səhifə57/307
tarix11.09.2018
ölçüsü26,8 Mb.
#67808
1   ...   53   54   55   56   57   58   59   60   ...   307

160 Borçalı  Ümumtürk  Kulturolojı̇  və  Sosı̇al Məkanındə

lik bu okullarda təhsil dili gürcü dilinə çevrilməkdə, türk kökənli ögretmen-

lər işdən çıxarılaraq əvəzinə gürcü kökənli və gürcü dilli ögrətmənlər təyin 

edilməkdədir. Borçalıda ana dilində ikiyüzillik egitim geleneyinin olduğunu 

nəzərə  alsaq,  azərbaycan  türkcəsində  təhsilin  Gürcüstan  dövləti  tərəfindən 

məhdudlaşdırılması, zənnimcə, tarixi ədalətsizlikdir.

Borçalı ulu türk ruhunu tərcümanı olan ozan-aşıq sənətinin beşiyi olmaq-

la yanaşı, həm də onu qoruyan, zənginləşdirib yaşadan bir diyardır. Güney-

li-Qüzeyli Azərbaycanda  və Anadolu  diyarında  yayılan  xalq  dastanlarının 

bir çoxunun süjet və kompozisiya baxımından Borçalıda fərqli versiyalarına 

təsadüf olunur. Eləcə də zəngin ozan-aşıq havacatları içərisində yalnız Bor-

çalıda çalınan, ona görə haqlı olaraq tarixən Borçalı el aşıqları tərəfindən ya-

radıldığı düşünülən otuzadək ağır ləngərli aşıq musiqisi örnəkləri də vardır. 

Borçalıda on doqquz-iyirminci əsrlərdə yaşamış ustad aşıqlar türk-ozan aşıq 

sənətinin öz sənət mükəmməlliyi ilə seçilən Borçalı qolunu yaratmışlar ki, bu 

sənət qolunun yetişdirdiyi Dədə Əmrah, Xan Kamandar, bülbül ləhcəli Xındı 

Məmməd, tuti dilli Söyün Saraclı kimi ustadların da hər biri sağlığında ikən 

artıq sənət okuluna çevrilmişdilər. Bu gün istər Güney Azərbaycanın Urmiya, 

Təbriz, Qaradağ, Sulduz kimi bölgələrində, istərsə Qüzey Azərbaycanda bu 

aşıq məktəblərinin onlarla sənət varisləri-davamçıları vardır.

Borçalıda kökü yüzillərdən süzülüb gələn və elat həyatını yaşadan seçmə 

gələnəklərdən biri də aran-dağ köç gələnəyidir. Novruzgülü yaz qarının al-

tından baş qaldırdığı andan ilkin yaylaq dönəminə hazırlıq başlayar. Elə ki 

örüşlərdə, meşə və talalarda təbiət yaşıl dona büründü, ellər yaylaq həyatının 

birinci  dönəminə  depar  yaparlar.  Bu  dönəmə  “binəyə  düşmək  ”  deyilir  və 

yüngül  köç  adlanır.  Bu  zaman  el  uzaq  dağlara  yox,  köyə  yaxın  örüş-otlaq 

yerlərinə köçər, orada alaçıqlar (Borçalıda alaçığa “dəyə” deyərlər) qurar, uca 

və uzaq dağlara qalxmaq üçün heyvanları bəslərlər. Mayıs ayından etibarən 

elə ki Qaraarxac, Ağlağan, Çubuqlu, Bozabdal kimi Borçalını sınırlayan uca 

dağların yal-yamacı gül-çiçəyə qərq olar, o zaman Borçalı köyləri uca dağla-

rın qoynuna qalxmaq üçün elliklə ikinci köçə depar yaparlar ki, buna da“ağır 

köç” deyilir. Qonşu ulusların işlətdiyi “ağır elli Borçalı” deyimi, bəlkə də, 

daha çox  bu gələnəkdən qaynaqlanır.

Qloballaşma dalğasının yalnız şəhərlərə yox, hətta ucqar dağ köylərinə-

cən gətirdiyi fərqli düşüncə və həyat tərzi Borçalı türklərinin də şüuruna öz 

təsirini göstərməktədir. Lakin etnik gələnək və dəyərlərə hər zaman sıx bağlı 

olduğundan, habelə yad dil və din mühitində özünü mühafizə instinkti güclü 

olmasından dolayı Borçalıda klassik türk ailə enstitünün mənəvi-sosial əsas-

ları  çox  mühafizəkarlıqla  qorunmaqda  və  saxlanmaqdadır. Ailədə  ata  evin 



161

                                                            Asif BAYRAMOV  

böyüyüdür. Atadan  sonra  bu  böyüklük  statusunu  daşımağa  səlahiyyətli  isə 

ailənin böyük oğludur. Tarixən türk etnik-siyasi düşüncəsinin başlıca özəllik-

lərindən olub, zaman-zaman onun çoxsaylı dövlətlər qurmasında mühüm fak-

tor olan ailə və uruğ-nəsil iyerarxiyası, yəni nəsil və tayfa ağsaqqallıq enstitü 

çağımızacan Borçalı türkləri tərəfindən sevə-sevə yaşadılır. Hətta, Borçalının 

Qaraçöp Mahalı kimi əski etnik gələnək və ruha çağımızacan daha bağlı olan 

bölgələrində bu enstitün ortaçağ türk modelləri daha mükəmməl bir şəkildə 

qorunub saxlanmaqdadır. Bu özəllik zaman-zaman çoxsaylı yabancı dil və 

dinlərin təsirinə məruz qalan Borçalı ellərinin dil-din birliyini, monolitliyini 

qorumaq və saxlamaq üçün bir mənəvi-psixoloji zireh rolunu oynamışdır.

 Maləsəf, Borçalının bir qism köylərində əski qəbilə-tayfa münasibətlərini 

özündə yaşadan, elatın sıx birliyinə xələl gətirə bilən bəzi zərərli ünsürləri, 

məsələn “qan düşmənçiliyi” kimi adətlər də bəzən özünü büruzə verir.       

Qeyd etmək lazımdır ki, islam dininin gətirdiyi dini şüur və yaşam modeli 

Borçalı sınırları daxilində tarixən sonacan qəbul edilməmiş, yeni dini inancla 

bərabər islama qədərki dini və mifik inanc sistemi də xalqın dini-konfessial 

həyatında qorunub saxlanmışdır. Bu olutu Zəki Toqan da “Azərbaycan” adlı 

elmi məqaləsində, habelə bir qism digər araşdırmacılar öz tədqiqatlarında xü-

susi olaraq qeyd edirlər. Bu gün Borçalı ərazisində ulu dədələrimizə məxsus 

olub onların islama qədərki dünyəvi və dini həyatlarının canlı şahidləri olan 

maddi  mədəniyyət  abidələri  və  tarixi  abidələr    yetərincədir. Yalnız  mənim 

doğulub böyüdüyüm Darvaz köyü ərazisində və yörəsində sayca ondan çox 

belə abidələr-dini məbədlər, qalaçalar, daş qoç heykəllər, daş qutu qəbirlər 

və s. hələ son günlərəcən qalmaqdadır. Bu abidələr sırasında xalq yaddaşın-

da adı günümüzəcən “qızlar (quzlar) qalası” adı ilə gəlib çıxan tikili, habelə 

“Quzanlı” adlı kənt Borçalıda quz-türk tayfalarının bizə çatan izləridir. Bü-

tövlükdə Borçalı ərazisində ulu dədələrimizin əski mənəvi-sosial yaşamının, 

inanc sistemlərinin izlərini özündə qoruyub yaşadan yüzlərlə dini və tarixi 

abidələr mövcuddur.Yazıqlar olsun ki, bu abidələr istər orta çağlarda, istər 

Borçalının Rusiya imperiyası və Sovetlər birliyi tərkibində olduğu dönəm-

lərdə ümumtürk kültürü kontekstində tədqiqata cəlb olunmamış, tarixin və 

elmin rəsmi dövlət ideologiyasına tabe olduğu həmin dönəmlərdə yalnız Ru-

siya tarixi ilə uzlaşdırılan konyuktur tarix yaradılmış, bizim gerçək varlığı-

mız elmi tədqiqatın predmetindən tamamilə çıxarılmışdır. Lakin son dövrlər 

Borçalı kökənli bir çox araşdırmaçılar ümumazərbaycan və ümumtürk varlığı 

kontekstində Borçalının gerçək tarixini yazmaq üçün onu müxtəlif aspekt-

dəm tədqiq etməkdədirlər. Belə ünlü bilginlərimizdən Borçalışünaslığın elmi 

əsaslar üzərində formalaşmasında dəyərli xidmətləri olan mərhum Valeh Ha-



Yüklə 26,8 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə