Uluslararasi sempozyumu



Yüklə 26,8 Mb.
Pdf görüntüsü
səhifə56/307
tarix11.09.2018
ölçüsü26,8 Mb.
#67808
1   ...   52   53   54   55   56   57   58   59   ...   307

158 Borçalı  Ümumtürk  Kulturolojı̇  və  Sosı̇al Məkanındə

-Ey övladlarım, yığışın gedək. Tanrı bu qurdu bizə müjdə göndərmiş. Qurd 

hara gedərsə biz də onun arxasınca gedək, harada dayanarsa biz də orada yurd 

salaq. Qurd köləliyi sevməz, o bizi azadlıq olan məkana aparacaqdır.”

Rəvayətə görə qurd indiki Borçalı torpaqlarında dayanmış və o gündən bu 

diyar “qurd çölü”, “börü çölü” kimi adlarla da adlanmışdır. Borçalı toponimi 

ilə bağlı bu əski əsatir borçalıların tarixi etnopsixologiyasını öyrənmək baxı-

mından da dəyərli bilgilər verir. Təbii kı, qurdun-börünün xilaskar obrazı və 

azadlıqsevərliyi türk xalqlarının ən əski mifik dünyagörüşündə xüsusi olaraq 

vurğulanır.

Borçalı türkləri ümumtürk kültürünün və varlığının çox incilərini günü-

müzədək qoruyub saxlamış, türk həyatının ən əski mənəvi dəyərləri ilə birgə 

çağdaş sivil dünya dəyərlərini özündə qovuşduran bir məkan yaratmış top-

lumdur. Bu gün Borçalılar ən çağdaş şəhər kültürü yaratmaqla yanaşı, həm də 

kökü tarixin dərin qatlarına varan elat-tərəkəmə həyat tərzini bütün gözəllyi 

ilə yaşatmaqdadırlar. Yeni ekonomik-siyasi reallıqlar bu adət və gələnəklərin 

qorunub saxlanmasına, xalqın öz tarixi-mənəvi dünyasını yaşatmasına bəzən 

şox ciddi problemlər yaratsa da, hələ xalqın ruhu və tarixi şüuru yenilməmiş-

dir. Lakin bu yenilməz El Ruhu azman türk dünyası içərisində bəzən tənhala-

şır, təklənir, sanki unudulur. 

Malesef, yaşadıqları dədə-baba torpaqları parça-parça öz əzəli kökündən 

qoparlıb yadlara verilən Borçalı türklərinin bu gün haqları və hüquqları da 

bəzən parça-parça qoparılmaqdadır. 1918-ci ildə birinci Rusiya imperiyası-

na qatılmış xalqların öz müqəddaratlarını özlərinin təyin etdiyi bir dönəmdə 

Borçalının müqəddaratını təyin etmək görevi yabançılara verildi. O zaman 

Ermənistanla Gürcüstan arasında bölünmüş Borçalı torpaqlarından türkün ta-

rixi izini hissetdirmədən tədricən silmək üçün sanki razılaşdırılmış bir yarış 

başladı. Bu sahədə ssenarilər bəzən o qədər oxşardı ki, onların bir müəllifə 

məxsus olması ehtimalını doğurur; ərazinin tarixi etnik toponimikasında təd-

ricən soyqırım siyasəti həyata keçirilir, türk mənşəli toponimlər rəsmi qayda-

da silinir, əvəzinə, hətta bəzən qeyri-etik səslənən yapma adlar qoyulur; ar-

dınca yeni demoqrafik strategiyaya uyğun ərazinin fərqli  etnik xəritəsi cızılır 

və həyata keçirilir, etnik köşürmələrlə ərazidə etnik tərkib və etnik coğrafiya 

dəyişdirilir; bölgədə etnik say-tərkib nəzarətdə saxlanılır və s.   

Gürcüstan dövlətinin ikinci Rus imperiyasının-Sovetlər Birliyinin çöküşü 

ilə əldə etdiyi siyasi suverenlik dönəmində, xüsusən son on il ərzində demok-

ratik dövlət quruculuğunda diqqətəlayiq uğurlar yetərincə olsa da, bu bölgə 

və milli azlıqların hüquqlarının təmin olunması sahəsində problemləri hələ 




159

                                                            Asif BAYRAMOV  

sonacan aradan qaldırmamışdır.. Məsələn, bu dövr ərzində ölkədə aparılan 

ekonomik və egitim reformları başqa etnik azlıqlar kimi Borçalı türklərinin 

də minillik dəyər və gələnəklərinin qorunması üçün ciddi təminatlar vəd et-

mir.. Xüsusilə torpaq reformları aparılarkən Borçalı türklərinin hüquqları ko-

budcasına pozulur, yüzillərlə insanlarımızın əkin və örüş yeri olan torpaqlar 

anlaşılmaz bir şəkildə qeyri-azərbaycanlılara yaxud hansısa ölkədən gəlmiş 

yabançıya çox ucuz fiyata satılır və özəllşdirilir. Beləcə köylərimizin geniş 

otlaq və əkin yerləri ildən-ilə daralır və qədim elat gələnəyini qorumaq və ya-

şatmaq üçün tələb olunan geniş yerlər istifadə üçün baha qiymətə icarəyə tək-

lif olunur. Bu isə köylərdə əsasən maldarıq və əkinlə dolanan insanlar üçün 

çox ciddi problemlər doğurur.

Egitim sahəsində aparılan reformalar da milli dildə təhsili tədricən sıxışdı-

raraq, onun məhvini yaxınaşdırır. Hələ orta çağlardan mollaxana və mədrəsə 

şəklində egitim gələnəyi olan, Rusiya işğalından sonra isə artıq qismən dün-

yəvi egitim gələnəyi də yaradan, 1873-cü ildə Tiflis dram teatrının yaranması, 

milli didə mətbuatın yayınlanması ilə mədəni gəlişmənin yeni mərhələsinə 

keçən Borçalılar iyirminci yüzildə bu ənənəni daha da zənginləşdirdilər. İyir-

minci əsrin əvvəllərində Tiflisin mədəni həyatında gedən mütərəqqi proses-

lər  Borçalıların  təhsil  tarixində  yeni  səhifə  açdı.  Qısa  bir  sürəcdə  Borçalı-

nın  əksər  köylərində  müsəlman  şərqində  yüksək  dini  təhsil  alan  insanlarla 

Rusiya və Avropada yüksək təhsil alan insanlar bir araya gələrək ayrı-ayrı 

şəxslərin evlərində ilkin olaraq yeni tipli, yəni dini və dünyəvi egitim yapan 

mədrəsə-okullar  açdılar.  Bu  olut  istər  gürcü,  istərsə  Borçalı  araşdırmaçılar 

tərəfindən təsbit olunmuşdur. Sovetlər birliyi yarandıqdan sonra isə bu okul-

larda dini təhsil ləğv edilmiş, dünyəvi təhsil isə genişləndirilmiş və ilk olaraq 

Borçalıdakı böyük köylərdə azərbaycan türkcəsində təhsil verən yeni olkullar 

açılmışdır. Köylərdə ögrətmənlərə olan ehtiyacı ödəmək üçün iyirminci yü-

zilliyin otuzuncu illərində Borçalıda dörd pedoqoji kollec-Başkeçid, Bolnisi, 

Borçalı və Tiflis türk pedoqoji kollecləri yaradılmış, lakin ikinci dünya sava-

şından sonra 1955-ci ilə qədər bu kolleclər ardıcıl şəkildə bir-bir qapadılmış-

dır. Daha sonra orta təhsil okullarına yüksək təhsilli mütəxəssislər hazırlamaq 

üçün Tiflisdə öncə Puşkinin, daha sonra isə İlya Çavçavadzenin adını daşıyan 

ensitütdə ayrıca azərbaycan bölməsi açılmışdır. Bəzi gürcü qaynaqları  1819-

cu  ildə  Borçalıda  qismən  düyəvi  təhsil  verən  mədrəsələrin  olduğunu  qeyd 

edirlər. Bu oluta söykənsək beş ildən sonra Borçalıda dünyəvi təhsil ənənə-

sinin iki yüz illik yubileyi tamam olur. Ancaq çox yazıqlar olsun ki, Sovetlər 

birliyi çökdüyü 1991-ci ildə Borçalıda yüz altmış üç orta egitim okulu var-

dısa, indi onlardan yüz otuz dördü qalmış, qalanları isə bağlanmışdır.  Üstə-



Yüklə 26,8 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə