Uluslararasi sempozyumu



Yüklə 26,8 Mb.
Pdf görüntüsü
səhifə52/307
tarix11.09.2018
ölçüsü26,8 Mb.
#67808
1   ...   48   49   50   51   52   53   54   55   ...   307

148 “Kitabi-Dədə Qorqud” Dastanında İrəvan Xanlığı Toponimləri  

həmin ərazilərdə qıpçaq türkləri yaşayırmışlar. Çünki həmin dövrlərdə gür-

cülərin sərhədi Cızıqlardan çox-çox uzaqlarda olmuş, ermənilərin isə göstə-

rilən ərazilərdə yaşayışları belə olmamışdır. Oğuz igidlərinin “kafir sərhədi” 

adlandırdığı yerlərin  toponimləri göründüyü kimi, türk mənşəlidir. “Kafir” 

adlandırdıqları isə hələ müsəlman olmayan qıpçaq türkləridir (2,29). F.Kır-

zıoğlu göstərir ki, toponim Ağlağan dağının cənub qərbində və Arpaçayının 

yuxarı sərhədlərini əhatə edən Ababa nahiyesinin şərqində, Arpaçayının so-

lunda yerləşirdi (1,80). Onu da qeyd edək ki, F.Kırzıoğlu Cızıqlar yer adının 

mənşəyini tərəkəmə köylüləri ilə əlaqələndirmişdir (1, 80). Bildiyimiz kimi, 

oğuzların bir hissəsi köçəri həyat keçirdiyinə görə  tərəkəmələr kimi tanınmış 

və   azərbacanlıların etnogenezində iştirak etmiş türkdilli tayfalardan biri ol-

muşdur (5,549).  Deyilənlərdən belə çıxır ki, yer adı etnonim əsasında yaran-

mış toponimdir. Onu da qeyd edək ki, cızıq sözü türk dilində “sərhəd, hüdud, 

mərz” mənasında da işlənir. 

Göyçə dəniz.  Göyçə dəniz coğrafi adı “Kitabi-Dədə Qorqud” dastanında 

rast gəlinən İrəvan xanlığı toponimlərindəndir. Yer adı dastanın X boyunda 

xatırlanır: “Andan Şirokuz ucından Gögcə dənizə dəkin el çarpdı” (12,110).  

Ş.Cəmşidov bu toponimi Köökcə dəniz kimi oxuyub (Ş.Cəmşidov, K D Q 

1999,404). Göründüyü kimi Göyçə gölü tarixi abidədə dəniz kimi qeyd olun-

muşdur. Bəzi mənbələrə əsasən İrəvan quberniyasının şimal hissəsində yer-

ləşən Göyçə gölünü azərbaycanlılar digər göllərlə müqayisədə böyük oldu-

ğuna görə “dəngiz”  (dəniz-kursiv mənimdir-A.B.) deyə adlandırmışlar. Onu 

da qeyd edək ki, Göyçə adı daha qədim zamanlardan məlumdur. Belə ki, Pto-

lomeyin əsərində bu hidronim Luxvitiç adı altında təsadüf edilir (SMOMPK, 

vıp.27, Tiflis,1900).

Kırzıoğlu M.Fəxrəddin “Dədə Qorqud Oğuznamələri” və Ağqoyunlu ta-

rixi abidəsi olan “Kitabi Diyarbəkiriyyə” də Kökçə-Tənqiz kimi rast gəldiyi-

miz (1,102) toponimin Kökəruni, Koqaruni şəklində olduğunun da şahidi ol-

duq (9,51). XVIII əsrdə toponimin bu gölün yanında keçən Əfşarlı Nadirdən 

bəhs edən İran tarixində belə Göyçə-Dəngiz kimi qeyd olunduğu göstərilir. 

A.Krımın xəritəsində Gökçə-Dərya şəklində də rast gəlinir. Bəzi İran əsərlə-

rində bu yerə Dəryayi-Şirin də deyilir (1,102). Bizə görə suyunun şirin olması 

ilə əlaqədar İran mənbələrində bu cür qeyd olunur. Bir əsrdən bəri ermənilər 

və rusların nəşriyyatında şimal-qərb ətrafındakı adada olan Sevang/Sef-Vang 

(=Qara-Monastr)/ Sevan/Sevang/Sevanga gölü deyilirdi. Arsaqlıların vaxtın-

da gölün bütün ətrafında miladdan əvvəl VII əsrdə buralara və Qarabağa yer-

ləşmiş olan saka (iskit) tayfası yaşayırdı. Onlara görə bu göl Strabonun əsə-

rində “Sakasen”, iranca “Si-sakan”, ermənicə mənbələrdə “Si-sunik” deyilən 




149

Almaz BAYRAMOVA  

əyalət kimi rast gəlinir. Göyçə gölünün adı Ptolomeyin “Coğrafiya” əsərində 

“Lüşnitis” gölü deyə xatırlanır (1,103). Bəzi mənbələrdə göstərlir ki, Qok-

ca //Göyçə sözünün tərcüməsi “göy su” deməkdir və gölün sonradan Sevan 

adlanması isə ərazidə yerləşən Sev-bank (Qara Monastr) adlı kilsənin adı ilə 

bağlıdır (14,5). 

Kırzıoğlu M.Fəxrəddinin “Dədə Qorqud Oğuznamələri” kitabında toponi-

min arsaqların mərkəz əyaləti olan Araratın şərqində olduğu üçün qədim türk 

dilində Kökçə/Gökçə rənginə görə belə adlandığını qeyd edirlər (1,102). 

Göyçə mahalı İrəvan xanlığının ərazicə ən böyük mahalıdır. 59 kənddən 

ibarət olan Göyçə mahalı XVIII əsr mənbələrində Göyçay kimi qeyd olunur 

(15,596). Mahal Arsaqın mərkəzi olan Araratın şərqində (1,102) Göyçə gölü-

nün sahilində yerləşirdi (16, 35). Daha dəqiqi desək, indiki Nor Bayazit-Ka-

mo,  Basarkeçər-Vardenis,  Martuni  rayonlarını  əhatə  edirdi  (17,16).  Göyçə 

gölü dağarası çökəklikdə, dəniz səviyyəsindən 1926 m yüksəklikdə, sönmüş 

vulkanlar  əhatəsində  olmuşdur.  Gölün  səthi  1400m,  orta  dərinliyi  28,5  m, 

maksimal dərinliyi 83 m-dir. Şimal qərbdən Pəmbək, cənubdan Basarkeçər, 

qərbdən Keğam silsilələri ilə əhatə olunur. Gölə 28 çay, göldən isə Zəngi çayı 

(Razdan) çayı axır (18, səh. 12). Tədqiqatçılar Göyçə gölünün ilk dəfə 488-ci 

il mənbələrində Koqçay kimi işləndiyini qeyd edirlər. Yer adı tarixi mənbələr-

də Qokca, Kökcə, ermənicə Sevan, Qeqarquni, Qeqam, Qelam (3,321), Qelak 

(19) formasında olmuşdur. Gölün adı XIV əsrdə yaşamış Həmdullah Qəzvini-

nin  əsərində Qekçə tenqiz şəklində qələmə alınmışdır (18,13).  

VII yüzilliyin abidəsi olan Moisey Kalankatuklunun “Alban tarixi” əsə-

rində də Göyçə toponiminin adı çəkilir: “Artakses Yervanda hücum edəndə, 

Yervand Albaniyanın Uti vilayətində idi. Ordusunu orada saxlayıb, Artakses 

öz şəhərinə qayıdır. Orada Alban ordularını yanına dəvət edir, onlarla Göyçə 

(Sevan) gölünün sahillərinə gəlir və onların köməyi ilə Yervandı qovub Er-

məniyyəni işğal edir” (21,20).

Göyçə mahalının  adı Göyçə gölünün adı əsasında yaranmışdır. Belə ki, 

mahal Göyçə gölü ətrafı ərazini əhatə etdiyi üçün Göyçə mahalı adlandırıl-

mışdır. Ona görə də Göyçə mahal adının etimologiyası Göyçə gölü hidroni-

minin etimologiyası fonunda aparılmışdır.

R.Eyvazova Köyçə toponimini Kökçə variantı əsasında izah edir və coğra-

fi adı kök tərkibli kökər tayfaları ilə əlaqələndirir (20,201).

İ.Bayramov “Göyçə gölü” hidronimi haqqında”  adlı məqaləsində yazır: 

“Göyçə gölü hidronimi Göyçay adı əsasında formalaşmışdır. Yəni, “Göyçə” 



Yüklə 26,8 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə