Uluslararasi sempozyumu



Yüklə 26,8 Mb.
Pdf görüntüsü
səhifə51/307
tarix11.09.2018
ölçüsü26,8 Mb.
#67808
1   ...   47   48   49   50   51   52   53   54   ...   307

146 “Kitabi-Dədə Qorqud” Dastanında İrəvan Xanlığı Toponimləri  

“Kitabi-Dədə  Qorqud”  dastanında Ağcaqala, Ağlağan, Altuntaxt,  Cızıq-

lar, Gökcə dağ (Göyçə), Göyçə dəniz, Şəruk (Şərur) və s. bu kimi  İrəvan 

xanlığı toponimləri qeydə  alınmışdır. İrəvan xanlığı  toponimləri qədimliyi 

ilə diqqəti cəlb edir. Belə ki, İrəvan xanlığı ərazisinin toponimləri xanlığın 

tarixinin öyrənilməsində əsas mənbələrindən biridir. Ərazinin toponimlərinin 

tədqiqi aydın şəkildə təsdiq və sübut edir ki, İrəvan xanlığı Azərbaycan türk-

lərinin tarixi torpaqlarıdır. Məhz İrəvan xanlığı toponimlərinin öyrənilməsi 

bu baxımdan vacib və aktualdır. 

Ağcaqala.  Dədə Qorqud dastanında qeydə alınmış İrəvan xanlığı topo-

nimlərindən  biri  də Ağcaqala  yer  adıdır.  F.Kırzıoğlu  göstərir  ki, Ağcaqala 

adlı toponim “Kitabi-Dədə Qorqud” dastanın IV və XI boylarında əks olun-

muşdur:  “....Kazan,  oğlancuğın  kurtardı,  geri  döndü.  Gaza  mübarek  oldu, 

Oğuz-Beyleri toyum oldu. Ağcaqala, Sürməliyə gelüp Kazan kırk otak dik-

türdi, yedi gün yedi gece yeme icme oldu. Kırk evli kulla kırk cariye oğlu  

başına çevürdi, azad eyledi; cılasun erenlere  kala(ba) ölke verdi, cübbe cuka 

verdi. Dedem-Korkut gelüben sazılık çaldı, bu Oğuznameyi düzdü koşdı. ... 

Ağca-qala, Sürmelüde at oynatdum” (1, 59). H.Araslı isə yer adını Ağca qala 

formasında qeyd edir (H.Araslı). Mənbələrə əsasən bu qala Qərbi Arpaçayın 

Araza qovuşduğu yerdə-Türkiyə sərhədinə yaxın bir təpəlikdə yerləşirdi (2, 

20). Bu toponim geniş araela malik olan yer adlarından biridir. Belə ki, İrə-

van quberniyasının Eçmiədzin qəzasında, Yelizavetpol quberniyasının Qazax 

qəzasında, 1590-cı ildə  Rəvan əyalətinin Dərələyəz, Ağcaqala,  1728-ci ildə 

İrəvan əyalətinin Xınzırək, Dərələyəz, Məzrə nahiyələrində, XVIII əsrin əv-

vəllərində Qeqarkuni (Göyçə) mahalında rast gəlinir (3, 111). A.Bayramov 

isə qeyd edir ki, “Kitabi-Dədə Qorqud” dastanında rast gəlinən Ağcaqala to-

ponimi Arpaçayın  yaxınlığında  göstərilən  həmin Ağcaqaladır.  Ə.Ələkbərli 

xatırladır ki, XVI-XVIII yüzilllərdə Qərbi Azərbaycan ərazisində Ağca kom-

ponentli onlarla toponim (Ağca, Ağcaarx, Ağcavəng, Ağcaviran, Ağcaqaya, 

Ağcaqaya, Ağcaqışlaq, Ağcakənd, Ağcakilsə və s.) olmuşdur (4, 96). Topo-

nimin etimologiyası haqqında müxtəlif fikirlər var. Belə ki, B.Ə.Budaqov və 

Q.Ə.Qeybullayev belə hesab edirlər ki, toponim “ağımtıl rəngli daşdan tikil-

miş  qala”  mənasındadır  (3,111).    Qərbi Azərbaycan  toponimlərini  sistemli 

şəkildə araşdıran İ.Bayramov isə yazır ki, yer adı Azərbaycan dilində sifətin 

çoxaltma dərəcəsinin morfoloji əlamətini bildirən –ca şəkilçisini qəbul etmiş 

qədim türk dilində “kiçik, alçaq, çox da hündür olmayan” mənasında işlənən 

ağ sözü ilə qala sözünün birləşməsindən əmələ gəlib “kiçik, alçaq qala ya-

nında olan kənd” mənasını ifadə edir (5, 45).   Fikrimizcə yer adı ağ+ca+qala 

kimi komponentlərin birləşməsindən yaranmışdır. “Ağ” sözü türk dillərində 




147

Almaz BAYRAMOVA  

işlənən qədim türk sözlərindəndir. Qədim türk dilində bir neçə mənalarda iş-

lənən “ağ” sözü bu gün dilimizdə yalnız rəng mənasını bildirir.  Araşdırma 

zamanı məlum olur ki, bu leksik vahid toponimlərin tərkibində müxtəlif mə-

nalarda işlənir. Qədim türk sözünün oronim və orooykonimlərin tərkibində 

“rəng”, oykonimlərin və bəzi oronimlərin tərkibində  “kiçik, kiçicik, balaca, 

alçaq, çox da hündür olmayan” mənalarında, hidronimik vahidlərdə suyun 

keyfiyyətini, istifadəyə yararlı, yüngül su olduğunu, bir sıra başqa suların-çay, 

arx, kanal sularının rəngini bildirir (6, 269-270).  Bizə belə gəlir ki, Ağcaqala 

toponimin “çox da hündür olmayan qala” semantik  mənasını ifadə edir çaları 



Altuntaxt.  Bu  toponim  İrəvan  xanlığı  ərazisində  qeydə  alınmış  coğrafi 

adlardan biridir. Mənbələrə əsasən ilk dəfə “Kitabi-Dədə Qorqud” dastanın-

da rast gəlinir (8,səh.50) F.Kırzıoğlu yazır ki, Altuntaxt yer adı dastanın II 

boyunda  qeyd  edilir:  “Düşmanlardan  evini,  öteberisini  ve  çoluk  çocuğunu 

geri alan Kazan-Han, geri döndü. Altun takhtında yine evini tikdi.” (1,67-

68). İ.Bayramov göstərir ki, “Kitabi-Dədə Qorqud” dastanında rast gəlinən 

Altuntaxt oykonimi Göyçə mahalında, Ağmanqan dağının yanında yerləşən 

Üç təpə dağının yaxınlığında, Altundağ dağının ətəyində, Kəvər (Kamo) Se-

van  yolunun  üstündə  yerləşmişdir. Altuntaxt  kəndində  1828-1830-cu  illərə 

qədər yalnız azərbaycanlılar yaşamışdır. Türkmənçay müqaviləsindən sonra 

kəndin sakinləri qovulmuş və kənd xarabalığa çevrilmişdir (8,65). Dastanda 

adı  keçən  bu  toponimin  yerləşdiyi  məkanın  zəngin  alp  çəmənliyi  və  səfa-

lı bulaqları olaraq oğuzların tarixi yaylaq yeri olması barədə fikir söyləyən 

A.Bayramov göstərir ki, Altuntaxt dağ silsiləsinin adıdır və həmin dağın ətə-

yində Aşağı Altuntaxt və Yuxarı Altuntaxt adlı kəndlər də olmuşdur (9, 48). 

Altuntaxt toponimi 1728-ci ilə aid olan “İrəvan əyalətinin icmal dəftəri”ndə 

(10,55),  XVIII  əsr  mənbələrindən  olan  “Cambr”  (11,361)  əsərində  də  rast 

gəlinir. Toponim etimologiyası ilə fikir ayrılıqları olsa da İ.Bayramov “Kita-

bi-Dədə Qorqud”dakı Altuntaxt toponimi “ adlı məqaləsində geniş araşdırma 

aparmışdır və Altuntaxtın coğrafi ad olduğunu sübut etmişdir (8).Ona görə də 

yer adı ilə bağlı təkrarçılığa yol vermək istəmirik. Nəticə etibarilə tədqiqat-

çılar belə hesab edirlər ki, Altuntaxt coğrafi adı qədim türk dilində “qızıl” 

(qırmızı) mənasında işlənən altın sözünə “dağın zirvəsində hamar, düzən yer” 

mənasında işlənən taxt sözünün artırılması ilə yaranmışdır (5, 65). Bizim də 

fikrimizcə toponim oronim əsasında yaranmış orotoponimdir.

Cızıqlar. Dədə Qorqud dastanında rast gəlinən İrəvan xanlığı toponim-

lərindən biri də Cızıqlardır. Dastana əsasən Cızıqlar yer adı IV boyda rast 

gəlinir: “...Kafər sərhəddinə Cızığlara, Ağlağana, Göycə tağa aluban çıqayın” 

(12, 69). A.Bayramov belə hesab edir ki, Oğuzların “kafir sərhədi” dedikləri 




Yüklə 26,8 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə