Ümidlər və arzular



Yüklə 4,35 Kb.
Pdf görüntüsü
səhifə19/31
tarix14.06.2018
ölçüsü4,35 Kb.
#49039
1   ...   15   16   17   18   19   20   21   22   ...   31

 
144 
 
 
Ələkbərlə təpikləşib, gecəyarı yatardıq, 
Üstümüzə yorğanı biz necə gəldi atardıq. 
Yorğan altda tutuşardıq, tamam tərə batardıq, 
Atam hərdən səslənərdi, qoyun yataq səhərdi, 
Dodaqaltı deyinərdik-kişi də bir təhərdi. 
   
Əhməd əmim hərdən bizi güləşdirib, gülərdi, 
Yıxılanı cırnadardı,yıxana pul verərdi. 
Pencəyini soyunardı, üstümüzə gələrdi, 
Yorğan-döşşək dağılardı, ayaq altda qalardı 
Diləfruz görən kimi, vay-şivəni salardı. 
 
Fikrət tapıb bayrampayın gizli-gizli yeyərdi, 
Şərqiyə də hər sirrini Fikirətə deyərdi. 
Xəbər tutub bilən kimi,anam məni söyərdi, 
Anam evdən çıxan kimi, mənə də pay  düşərdi, 
Künc-bucağa çəkilərdik, ovurdumuz şişərdi. 
 
Yadımdadı, anam Minaya  bir gün qundur bişirdi, 
Deyə-gülə oturdular, hamı payın aşırdı. 
Anam küncə çəkilmişdi, qazan dibin qaşırdı. 
Qundurunu mən yemirdim, ərikləri seçirdim, 
Başlarını qatmaq üçün, arabir çay içirdim. 
 
Abutel bibim görən kimi, ay nə şillə açıldı! 
Elə bildim divar gəldi, ev üstümə uçuldu, 
Qulaqlarım uğuldadı, gözümdən od saçıldı, 
O şillənin dərsi qalıb,indi də var yadımda. 
Dar günümdə yandırıram, ocağımda, odumda. 


 
145 
 
 
Ələsgəri, Müslümlə bir gün salıb araya. 
Üz-gözünü qaraladıq, sonra qaçdıq haraya. 
Əli babam gələn kimi, götürüldük o taya, 
Qovub bizi çayda tutdu, ay nə günə saldı ha, 
Şallağının zol izləri üzümüzdə qaldı ha…! 
 
Hirsimizdən biz də durub dam- bacaya daş atdıq, 
Məmməd çıxıb söydü bizə, düz Məmmədə tuş atdıq. 
Təpəsindən qan çıxartdıq, qanın daşda yaşatdıq, 
Güleyşə bibim tez bal qoydu, yarasını sarıdı, 
Haxverdini görən Məmməd, ay nə yaman zarıdı! 
 
Uşaqlığım hərdən gəlib durur mənlə üz-üzə, 
Baxışırıq yadlar kimi, baxışırıq göz-gözə. 
Hərdən də bir dizə çöküb, otururuq diz-dizə, 
Söhbət salıb danışırıq Kotannılı günlərdən 
Arzumandan, gah Əhməddən, eh nə bilim kimlərdən. 
 
Əhmədlə mən qoşa gəzdik, cüt dolandıq, can ayrı, 
Qardaş qədər əziz idik, doğma idik, qan ayrı. 
Didərginlik ayrı saldı, biz ayrıldıq, son ayrı, 
Qarabağda şəhid oldu, yurd yolunda verdi can 
Elə bil ki, mən də öldüm, xəyallaşdım o andan. 
 
Bibim oğlu Arzumanı mərd görmüşəm, mərd idi, 
Onun ömrü bir ömürlük ağrı idi, dərd idi. 
Allah bilir günah zərdə, ya günahkar nərd idi, 
Gün güləndə qismətinə, oldu vətən ayrısı, 
Qarabağda şəhid oldu, qaldı iki balası. 


 
146 
 
 
Hacəlidən ot biçərdik, yal yuxarı çəkərdik, 
Hərdən şələ güc gələrdi, şələ altda çökərdik. 
Hərdən də bir ip bağlayıb, yal aşağı tökərdik, 
O günlərdən şirin-şirin xatirə var yadımda, 
Hərdən-hərdən xatırlayıb, köks ötürür yadım da. 
Ay nə gözəl günlər idi, çöl-çəməndə gəzərdik, 
Bütün yayı çimişərdik, çayda, göldə üzərdik. 
Oynamaqdan doymazdıq biz, səslənməkdən bezərdik 
Sumaya xalam haraylardı, Əsəd, Mahmud hardasız, 
Axşam düşdü, gəlin evə, yem olassız qurda siz. 
 
Qarçiçiəyi qar altından boylananda, baxanda, 
Qar suları selə dönüb, daş-qayanı yıxanda. 
Kiriş, cacux yerdən qalxıb, yal-yamaca çıxanda, 
İlk nübarın dayım İmoş hamıdan tez yığardı, 
Əlin qoyub gözü üstə, hey dağlara baxardı. 
 
Eh, yenə də dağlar gəldi göz önündə dayandı, 
Mürgüləyən xatirələr mürgüsündən oyandı. 
Ürəyimdən bir ah qopdu, xəyal dünyam odlandı 
Münəvvər nənəm od içindən baxıb, mənə can dedi, 
Bu dünyanın vəfası yox, qan ay oğul, qan dedi! 
 
Hanı dünya, harda qaldı Kotannılı günlərim, 
Qonşu Əli, oğlu Kərəm, toy-düyünlü ellərim. 
Murad, Nadir,Şükür, Paşa, eh nə bilim kimlərim 
Qaçay müəllim yurddan ayrı dözəmmədi verdi can 
Cəlil kişi vaxt-vədəsiz köçüb getdi dünyadan. 
 


 
147 
 
 
Qoşa Kaha döl zamanı hay-haraylı olardı, 
Doğan qoyun künc-bucaqda öz balasın yalardı. 
Dölçülərin gülüş səsi Kahalara dolardı, 
Quba xala quzuları sığallardı həvəslə 
Məleykə bacım üşüyənin isidərdi nəfəslə. 
 
Bəylər dayı ot gətirib arxaclara tökərdi, 
Yabasına söykənərdi, bir  qəlyan çəkərdi. 
Tamam xala səsləyərdi,gəlib çay da içərdi, 
Qumurunu atıb-tutub, ay nənəşim deyərdi, 
Sara baxıb altdan-altdan, qaşlarını düyərdi. 
 
Qardaşımın Aysel qızı bapbalaca mələkdi, 
Yanaqları dağ laləsi, özü güldü-çiçəkdi. 
Kim görsəydi sevələrdi, deyərdi nə qəşəngdi, 
Yurddan ayrı nə tez soldu yanaqdakı lalələr, 
Görən bir də yurd görərmi o lalələr-kim bilər?  
 
Dilbər hərdən oxuyardı `Ay dəvəçi gəl görək` 
Dəvələri gətir görək, danış görək, gül görək, 
Elvin minsin dəvələrə, göz yaşını sil görək. 
O avazın izi qalıb Vətən adlı nağılda 
Hərdən-hərdən danışdıqca, köks ötürür nağıl da. 
 
İndi bizim ömrümüzdə bir nağıldı o günlər, 
Xatirələr gah sevinər, gah sızlayar, gah inlər. 
Danışdıqca köks ötürər nisgilləşər könüllər 
O günlərin xatirəsin qucaqlayıb yatarıq 
Şirin-şirin yuxularda o yurdları taparıq. 


 
148 
 
 
Yuxumda mən hərdən-hərdən gor qazıram Vətəndə, 
Daşlarından özüm üçün biçirəm mən kəfən də. 
Məzarstan ağı deyir, qəm cücərir sinəmdə, 
Mən cücərən qəm güllərin qəbrim üstə əkirəm, 
Qucaqlayıb baş daşımı, göz yaşı da tökürəm. 
 
Ayılanda bir dərd qalır, bir qəriblik, bir də mən 
Axtarıram böyür başı, iz tapmıram Vətəndən. 
Göz yaşlarım selə dönür, fəryad qopur sinəmdən 
Sinəmdəki od-alovdan Təzəgül bibim boylanır 
Arzumanı haraylayır, göz yaşı da odlanır. 
 
Gedən gəlməz, gələn qalmaz-bu adət, 
Yurddan ayrı qərib öldük-budu dərd. 
Bir də görək, ya görməyək-ya qismət 
Qismətin də üzü dönüb-yol ayrı 
Torpaq elə həmin torpaq-qol ayrı. 
                                        
Yurdun üstün qar aldı, 
Çovğun aldı, qar aldı, 
Vətəndən ayrı düşdük, 
Can, vətənsiz qaraldı.    
   
 
 
 
 
 
 


Yüklə 4,35 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə