Ümidlər və arzular



Yüklə 4,35 Kb.
Pdf görüntüsü
səhifə18/31
tarix14.06.2018
ölçüsü4,35 Kb.
#49039
1   ...   14   15   16   17   18   19   20   21   ...   31

 
138 
 
 
Qəbir əhli köç yoluna boylandı, 
Gedən köçlər bir an dondu, dayandı. 
Qopan ahdan dağ da, daş da odlandı, 
Bizdən ayrılanda, bizsiz qalanda. 
 
Köç karvanı qəribliyə süründü, 
Herher yolu, çən-dumana büründü, 
Bulaqların gözündə yaş göründü, 
Bizdən ayrılanda, bizsiz qalanda. 
 
İstisuyun şiş qayası çökdü diz, 
Məmərzanın yal-yamacı cırdı üz, 
Yasa batdı dərə, təpə, yoxuş, düz, 
 Bizdən ayrılanda, bizsiz qalanda. 
 
Durnaların qatarı da pozuldu, 
Yaylaqların baharı da pozuldu, 
O dağların ilqarı da pozuldu, 
Bizdən ayrılanda, bizsiz qalanda. 
 


 
139 
 
        
        Qəriblikdən gələn səs 
         
Göyçə gölüm ətəyini çırmalayıb yığanda, 
Göyçəgülü damla-damla nənnilərə yağanda, 
Yaz buludu gözlərini Meşəkəndə sıxanda, 
Burmalayıb bir sıxaydım Meşəkəndin paltarın 
Qucaqlayıb bir yığaydım Ağkilsənin yolların. 
 
Mən Güneydən at sürəydim, Qoşabulaq kəndinə, 
Ağkilsədə bir düşəydim bir gözəlin bəndinə. 
Hara dönsəm, ilişəydim Ələsgər kəməndinə, 
Dağ da, daş da haylayaydı,ayıl, oyan Ələsgər! 
Bizi sazsız, Göyçəmizi yetim qoyan Ələsgər! 
 
Aşıq Hacı saz kökləyib, `Nə qaldı`nı çalaydı, 
Qız gəlinlər dağ-dərədən şoşan, yemlik yolaydı. 
Göyçə nənəm qıpbığandan saj kətəsi salaydı. 
Dişlədikcə bığ-saqqalım bir bataydı yağına, 
Yeyib-doyub dırmanaydım qayasına, dağına. 
Biz Güneyli İlqargilə hərdən qonaq olardıq, 
Ziyad dayı qoç kəsərdi, oynayardıq, çalardıq, 
Aşıq Hacı saz çalardı, kövrələrdik, dolardıq, 
Fatma xala oturmazdı, bizə qulluq edərdi, 
Deyərdi ki, yeyin-için, onsuz dünya hədərdi 
 
 
 


 
140 
 
 
Firudinin Göyçə adlı dünyası var içində, 
Bala Məzrə köçdü gəldi gözlərinin köçündə. 
Göyçə boyda dərd gətirdi, doldu gözü köçün də. 
Hərdən-hərdən yurd dərdini bölür mənlə, kövrəlir, 
Elə bil ki, Göyçə gölü gözlərində nəmlənir. 
 
Zoddan aşıb bir keçəydim Kəlbəcəri gəzməyə
Ağdabanda bir duraydım Şəmşirə çay süzməyə, 
Çıraqlılar əmlik kəsə, duram kabab düzməyə. 
Ulu babam Çıraqlıdı, bir babamı haylayam, 
Yurd yerində ocaq çatam, qurban kəsib paylayam. 
 
Bəhmən çıxa qənşərimə, zarıncını çaldıram, 
Dəmirçını yalvar-yaxar İstisuya qaldıram, 
Nisgilləşə, nisgilini gözlərimə dolduram. 
Gözlərimdən bir çay axa, şıram sala üzümdə, 
Yurddan ayrı dizə çökə, heş dözməyə dözümdə. 
 
Dolaylanıb yal yuxarı Sarıyerə sallanam, 
Sona nənəm süfrə sala, yeyib-içib hallanam. 
Çöl-çəməni qucaqlayam, dağ çayına tullanam. 
Doğulduğum bax bu yurdun sularıyla çimişəm, 
Dalğasıyla küşkü tutam, damlasıyla əmişəm. 
 
Əhməd əmim bu yerlərdə köhlən yorub coşarmış, 
Nəcəf əmim əhli halmış, yaradarmış, qoşarmış 
Atam Taro əhli kefmiş, yeyib-içib yaşarmış, 
Pıçıldaylb bir soruşam mən oları sulardan, 
Körən burda nə qoyublar, nələr qalıb olardan. 


 
141 
 
 
Bir quşbaşı dolu düşə, dağa-daşa hay sala. 
Mal qoyunu dolu döyə, çoban-çoluq vay sala. 
Leş söykənə leşin üstə, qarğa-quzğun qıy sala. 
Baxıb elat dövranına, gör nələri soram mən. 
Keçənləri sora-sora yurd yerini yoram mən. 
 
Sarıyerlə halallaşıb, Gədikvəngə aşam mən, 
Keçəl dağda çiskin tuta, yolu azıb çaşam mən, 
Dumanıyla bir sürünəm, selləriylə daşam mən, 
Musa məni qonaq edə qızılala balığa, 
Kazım müəllim şer qoşa düzə, dağa, bulağa. 
 
Yorulanda mən oturub bir dincələm Canıda, 
Gülüdüzdə Əli məni dost-aşnaya tanıda, 
Nəbilərdə güləş tutaq, kim uduza, kim uda, 
Hamlet bizi bir qaldıra dağa, bulaq başına, 
Yeyib-içib hay-küy salaq qayasına, daşına. 
 
Dərələyəz bir mahaldı neçə para kəndi var, 
Ağır-ağır obaları, bərəsi var, bəndi var. 
Gözəlləri tora salan, gözəllik kəməndi var, 
Düz otuz il dolanmışam dərəsində, dağında, 
                 Gəncliyimi keçirmişəm baxçasında, bağında. 
 
 
 
 
 
 


 
142 
 
 
Kotannı tək naxışı var, lalə, nərgiz boyası, 
Zeytə kimi baxışı var, yolçu yolda qoyası. 
İstisu tək ağuşu var, qucağında uyası, 
Gomur, Gabıt, Axta onun vuran əli, qoluydu, 
Ərgəz piri bu mahalın müqəddəslik yoluydu. 
 
Yasdı bulaq Ələyəzdə sevənlərin piriydi, 
Qabaqlının Ağ bulağı gənclərin and yeriydi. 
Ağkənd, Sallı, Qaraqaya xeyir-şərdə biriydi, 
Qızılgüldən Qalaserə at səyirdib çapmışam, 
Mən sevdalı günlərimi o yurdlarda tapmışam. 
 
Qovuşuqda bir toy günü savaş düşdü, dalaşdıq, 
Biz üç idik, bir kənd oldu, Qabaqlıya dağ aşdıq. 
Daşladılar hər üçümüz yaman qana bulaşdıq, 
Qan izimiz hopub qaldı qayasında, daşında, 
Orda indi yaşayırlq biz daşlar yaddaşında. 
 
Ələyəzdə Famillə mən atla qalxdıq dağlara, 
Qalaları gəzə-gəzə, getdik ötən çağlara. 
Nəbi dindi, Həcər dindi, səs yayıldı bağlara, 
Yasdı bulaq dönüb oldu çal-çağırlı haraylı, 
Araz coşdu, Kür kükrədi, olduq o tay, bu taylı. 
 
İçkiləri soyudardıq Ağbulağın gözündə, 
Sağlıq vaxtı eşidərdik hər bir kəsin sözün də. 
Sonra durub at sürərdik Qabaxlının düzündə, 
Köhlənləri dikləyərdik yal yuxarı dağlara, 
Güllə səsi səs salardı qayalara, bağlara. 


 
143 
 
 
Qabaqlılı Bayram kişi əhlikefin biriydi
Dağlar qoynu, buz bulaqlar məskəniydi, yeriydi 
Qonaq-qara ölüsüydü, qonaqlı bir əriydi, 
Hərdən-hərdən görüşərdik bulaqların başında 
Sağlığına içərdik biz göydə uçan quşun da. 
 
Kotannının hər daşında, qayasında izim var, 
Cığırında, döngəsində, dolayında sözüm var. 
O dağlara çox baxmışam, baxışında gözüm var, 
Boy atmışam, böyümüşəm, dərəsində, düzündə, 
Dağlar mənə laylay çalıb bulaqların gözündə. 
 
Qar əriyib gedən kimi qarçiçəyi çıxardı, 
Qız-gəlinlər kövşənlərə axnaşardı, axardı. 
Qoca-qoltuq həsrət-həsrət uzaqlara baxardı, 
Qoyun-quzu göy iyinə mələşərdi, mələrdi 
Qaranquşlar yavaş-yavaş kəndə qonaq gələrdi. 
 
Murçuluğu, ququliyi təpələrdən yığardıq, 
Tapan kimi tezcə soyub, ağzımıza tıxardıq. 
Dərələrə axışardıq, daşan çaya baxardıq, 
Gəvənlərə od vurardıq, qızınardıq odunda 
Görən indi qalmışıqmı o yerlərin yadında? 
 
Qoza-qoza, top aldı qaç, çilingağac oyunu, 
Axşam vaxtı çaş salardı çöldən gələn qoyunu, 
Döyüldükcə axıdardıq gözümüzün suyunu, 
Qapılara düşərdik biz, qoyunları gəzərdik, 
Bizdə yoxdu deyənlərə ağzımızı büzərdik. 


Yüklə 4,35 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə