Ümidlər və arzular



Yüklə 4,35 Kb.
Pdf görüntüsü
səhifə20/31
tarix14.06.2018
ölçüsü4,35 Kb.
#49039
1   ...   16   17   18   19   20   21   22   23   ...   31

149 
Nağıyev Sahib 
Cəmşid oğlu 
1975-ci  ildə  Kəlbəcər  rayonu  İlyaslar  kəndində 
anadan olub. 1984-cü ildə kor və zəif  görənlər üçün internat 
məktəbinə  qəbul  olunub.  1996-cı  ildə  bu  məktəbi  bitirib. 
1993-cü ildə atası vəfat etdikdən sonra ilk şeirini yazıb. 
Şeirləri  2009-2010-cu  illərdə  dövrü  mətbutda  dərc 
olunub.  Ədəbiyyata  gəlməyində  şair-tərcüməçi    Giya 
Paçtxataşvili, kardioloq şairə Hacı Azadə xanım və iş adamı 
Cavanşır Quliyevin böyük yardımı və dəstəyi olub.  


 
150 
 
 
Bu aləm  
 
Əzəllər  ən   nəhəng  canlılar  üçün,  
Qoynuinda  yurd-yuva  saldı   bu aləm
Sonrada  Adəmi, Həvva   ananı, 
Sevib   ağuşuna   aldı  bu aləm. 
 
Adəmi zəhmətkeş    bir övlad   gördü 
Açıb   süfrəsini  bol  ruzi  verdi, 
Çoxaldı övladı ömür-gün  sürdü, 
Beləcə insanla   doldu  bu aləm. 
 
Çoxalıb böldülər onun  olanın  
Qırıb taladılar   yerdə qalanın  
Baxdı  həqiqətdən böyük  yalanın 
Özünə  məətdəl  qaldı  bu  aləm.  
 
Talanıb   məhv   oldu    varı, sərvəti 
İnsanın   gözündə   itdi  hörməti 
Fələyi,  dünyanı   bu  təbiəti 
Söyərək dedilər  laldı   bu aləm.  
 
Əvvəllər əl  çatmaz  ülvi  baxdılar 
Sonrada   tanıyıb   evin   yıxdılar, 
Qoynundan  ayrılıb  göyə  qalxdılar, 
Kiçildi  göz   boyda oldu   bu aləm.  
 
Onun   zərrəsinə  zərbə  vurdular, 
Şirin  nemətindən  zəhər  qurdular, 
Yarıb  sinəsini  tamam   yordular, 
Dedilər  sərvətlə   boldu   bu aləm.  
 


 
151 
 
 
Ay Sahib! Batdılar   tamah  içində 
Qırdılar   bir-birin günah içində 
Ariflər  söylədi ömür köçündə, 
Axirətə  gedən   yoldu  bu aləm.    
 
Qələm  
 
O  löhvü məhvuzda  yaranmamışdan 
Yaranmış  ümmanı  yazıbsan   qələm.  
Sən əvvəl  məkanı,  sonra   zamanı  
Dövr  edən  dövranı   yazıbsan  qələm.  
 
Cənnət- cəhənnəmi   çəkib   yoluna 
Sən  nələr  yazıbsan  muxtar  ağlına, 
Bu  yer   kürəsini Adəm   oğluna  
Bir   sınaq   meydanı   yazıbsan  qələm.  
 
Sahibəm! De  necə  gətirim   tabı 
Məhşərdə    görəndə   haqqı-  hesabı, 
Zəburu, Tövratı, İncil   kitabı, 
Müqəddəs Quranı   yazıbsan  qələm.  
 
 
 
 
 
 
 
 


 
152 
 
 
Var 
 
Duydum  ürəyini duyğumda   gördüm
Baxdım  ki,  qəlbində   ülviyyətin  var.  
Yerindən  oynadan  şair   qəlbimi, 
Çılğın  danışmağın, xoş  söhbətin  var.  
 
Sankı   işıq   yanır,   hilal  üzündə, 
Dərdimə   məlhəm  var  şirin   sözündə, 
İnsanı   məst  edən qaynar  gözündə, 
İlıq  məhəbbətin, hərarətin var.  
 
Sən   parlaq   günəşsən, günəşdir  sönük, 
Cahan  zülmət  olar  sən   olsan  dönük, 
Kiçik  ürəyində  özündən   böyük, 
Sahibi  yandıran məhəbbətin var.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
153 
 
 
Gülsəndə 
 
Elə   güldün,  ağlım   çıxdı   başımdan, 
Gülüşünlə   ürək  güldü   gülsəndə
Yaz  ayları   təbiəti  bəzəyən, 
Çəmən  səndə, ürək  səndə,  gül səndə.  
 
Gözəllikdə  sən  günəşlə  yarısan, 
Elə    bildim  ulduzların yarısan, 
Yarı  düşün,  yarı  anla  yarı san 
Bülbül  bağda, ətir   güldə, gül  səndə.  
 
Eşqə  düşən  hicran əkdi   dərdi  nə? 
İki  sevən   qovuşsaydı  dərdinə! 
 Dərd   bilənlər   şərik olub   dərdinə 
Qan  ağlardı  Sahibə  sən   gülsəndə. 
 
 
 
 
 
 
 
 
 


 
154 
 
 
Məktəb 
 
Qoynunda ilk  dəfə  qələm  tutub  mən 
Öyrəndim   hər  elmi  ay  ana  məktəb, 
Açılar  üzümə   nurlu   qapılar, 
Getsəmdə   dünyada ha  yana  məktəb.  
 
Yenə  də   duyğulu   zəngim    vuruldu, 
Fikrim  işıqlandı, zehnim duruldu, 
Mənim  üçün ən  gözəl həyat  quruldu, 
Səhərim səninlə  oyana   məktəb.  
 
Uşaqlığın  şirin  dili  səndədir
O qayğısiz  ötən ili  səndədir, 
Müəllimlərin isti əli  səndədir, 
Sahib! səni  hər  an ay ana  məktəb    
 
 
 
 
 
 
 
 
 


 
155 
 
 
Xalqımın 
 
Çox   yaxın tarixdə   yaxın zamanda, 
Çökdü   yollarına  duman  xalqımın. 
Təzəcə  müstəqil  olan  dövürdə, 
Yeridi  üstünə  yaman xalqımın.  
 
Erməni  güc aldı imperiya   sizdən, 
O, gözəl mahallar  alındı  bizdən 
Göyçə, Zəngəzur, Dərələyəzdən 
Köçləri daşındı  viran xalqımın.  
 
Silaha  sarılıb   durdu  ayağa, 
Köməyə  yollandı  tez Qarabağa, 
Səfərbər oldular  düşüb  qabağa, 
İgidlər  oldular  həyan xalqımın.  
 
Qəfildən  səmtini  dəyişdi külək
Düşmənlər  daxildən   qurdular kələk. 
Aclıq   üstün  gəldi, azaldı çörək, 
Quruldu  başında  divan xalqımın.  
 
 
 


Yüklə 4,35 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə