Ümidlər və arzular



Yüklə 4,35 Kb.
Pdf görüntüsü
səhifə17/31
tarix14.06.2018
ölçüsü4,35 Kb.
#49039
1   ...   13   14   15   16   17   18   19   20   ...   31

 
129 
 
 
Yadlar talasa da varı-dövləti, 
Alıb satsalar da namus-qeyrəti
Minib sürsələr də yazıq milləti, 
Başdakılar qorunarlar palandan 
Söküb yeyib kar-kor olar yalandan 
 Buna dünya neynəsin?. 
 
Saqqız alıb, ləli yada satırıq, 
Ata oğul bir-birinə atırıq, 
Gözüaçıq sata-sata yatırıq. 
Yata-yata şirinləşir yuxumuz, 
Sata-sata hey azalır toxumuz, 
Buna dünya neynəsin?. 
 
 
 
 
 
 
 
                   
 


 
130 
 
 
 Gətir, gəl 
 
A yel baba, o dağlara uç, qayıt, 
Kotannının nəfəsini gətir gəl. 
Fırlan, dolan o dağların başına, 
O dağların həvəsini gətir,gəl. 
 
Çəməninin ətrini çək, gətir, 
Çiçəyini sinən üstə ək, gətir, 
Sularını gözlərinə tök, gətir, 
Quşlarının nəğməsini gətir, gəl. 
 
Vətənimdən torpaq gətir, qoxlayım, 
Son günümə, məzarıma saxlayım, 
Göz yaşımı qəribliyə sıxmayım, 
Öz yurdumun qəfəsini gətir, gəl. 
 
Odu sönmüş ocaqlardan kül gətir
Bizsiz qalan yamaclardan gül gətir, 
Bulaqların göz yaşını sil, gətir, 
Çaylarının hikgəsini gətir, gəl. 
 
Qəbirlərin baş daşını qucaqla, 
Ocaqların göz yaşını qucaqla, 
Qalx, dağların çal başını qucaqla, 
Qartalların qıy səsini gətir, gəl. 
 


 
131 
 
 
Qayıdanda bir bizə də dəy, qayıt, 
Döyülməyən qapımızı döy, qayıt, 
O yerlərin libasını gey, qayıt, 
Yurd-yuvamın naləsini gətir, gəl. 
 
Çox söhbətim,sözüm qalıb o yerdə, 
Doymamışam gözüm qalıb o yerdə, 
Bir sevdalı izim qalıb o yerdə, 
O yerlərin zirvəsini gətir gəl! 
Qartalların qıy səsini gətir gəl! 
Kotannımın nəfəsini gətir gəl! 
Kotannımın nəfəsini gətir gəl! 
 
 
 
 
 
 
 
 
 


 
132 
 
 
                 Çıxaq dağlara  
 
Çayların çağlayıb, daşan vaxtıdır, 
Götür bir sazını çıxaq dağlara. 
Bülbülün oxuyub ötən vaxtıdır, 
Götür bir sazını çıxaq dağlara. 
 
Qalxaq qayaların qaşıynan gedək, 
Kəklikli dağların başıynan gedək, 
Enək, dərələrin döşüynən gedək, 
Götür bir sazını çıxaq dağlara. 
 
Dumana qarışaq, çənlə çən olaq, 
Enək bulaq üstə, sənlə mən olaq. 
Bulaqla əl verib, görüşən olaq, 
Götür bir sazını çıxaq dağlara. 
 
Saz çıxsın köynəkdən, çalsın qayalar, 
Kövrəlsin, nəmlənsin,dolsun qayalar, 
Gözümdə göz yaşı olsun qayalar
Götür bir sazını çıxaq dağlara. 


 
133 
 
 
Dağlarda Vətənin gülünü gəzək, 
Boylanaq sulara, selini gəzək, 
Ellər  arasında elini gəzək, 
Götür bir sazını çıxaq dağlara. 
 
Gəl mənə yox demə, qəlbim qırıqdı, 
Bədənim min yerdən dərdlə sarıqdı, 
Köksümdə yer yoxdu, yarıq-yarıqdı, 
Götür bir sazını çıxaq dağlara. 
 
Zirvədən boylanaq vətənə sarı,  
Qoşulaq yellərə, aşaq dağları. 
Öpüb qucaqlayaq buz bulaqları, 
Götür bir sazını çıxaq dağlara. 
 
Bədəndə cismimdi, canımdı dağlar, 
Nəfəsim Vətəndi, qanımdı dağlar, 
Qibləm, səcdəgahım, ünümdü dağlar
Götür bir sazını çıxaq dağlara. 
 


 
134 
 
Qaldı 
Qarlı zirvələrdə ayaq izlərim, 
Dərin dərələrdə baxışım qaldı. 
Çəmənli, çiçəkli, güllü bir yazım 
Ayazlı, şaxtalı, sərt qışım qaldı. 
 
Cığırında, döngəsində boy atdım, 
Hər arzumu bir çiçəkdə yaşatdım. 
Yamacından kəkliyinə daş atdım, 
Qanadı qırılmış bir quşum qaldı. 
 
Sevda yolum bir baxışda qaraldı, 
Yellər əsdi bağım, bağçam saraldı. 
Yurdun üstün çovğun aldı, qar aldı, 
Qucağı boşalmış ağuşum qaldı. 
 
Köç başlandı, yurd boşaldı-dərdə bax! 
Şeş istədik, yek gətirdi-nərdə bax! 
Bizsiz yoldu saçlarını-yurda bax! 
O yurddan mənə tək yaddaşım qaldı. 
 
İnildədi dağ da, daş da hıçqırdı 
Qəlb göynədi, gözdə yaş da hıçqırdı. 
Zəncirində Alabaş da hıçqırdı 
Dərdlərə su səpən yağışım qaldı. 
 
 
 


135 
İlanlar da dil çıxartdı, yalmandı,
Dağlar dedi:-köç etməyin amandı.
Saç yolundu, üz cırıldı, iç yandı,
Dağlarda yarımçıq naxışım qaldı. 
Sən köçə bax-ürək candan ayrıldı,
Bütöv bir el din-imandan ayrıldı.
Allah özü asimandan ayrıldı,
Allahın özünə qarğışım qaldı. 
            
                 
          


136 
   
Allah, Allah 
Al-əlvandı-yanağa bax,
Piyalədi-dodağa bax,
Qardan ağdı-buxağa bax,
Yeldən qoru, Allah, Allah! 
Qaş çatılıb-qoşa yaydı,
Sinə meydn-taybataydı.
Köynək əsir-nə haraydı,
Əldən qoru, Allah, Allah! 
Görən deyir su sonası, 
Gözləri var can alası,
Candı zalımın balası,
Feldən qoru, Allah, Allah! 
Boyun-boğaz durna payı,
İtməz, qoysan haqqı-sayı,
Gülüşə bax-haqq harayı,
Eldən qoru, Allah, Allah! 
Kotannılı eyləmə qəm,
Yox desə də bütün aləm.
Haqq yaradıb sənə məlhəm,
Dildən qoru, Allah, Allah! 


137 
                         
Bizdən ayrılanda, bizsiz qalanda 
Kotannının dağı, düzü göynədi,
Bizdən ayrılanda, bizsiz qalanda.
Axar bulaqların gözü göynədi,
Bizdən ayrılanda, bizsiz qalanda. 
Murad təpə ağ saçına əl atdı,
Diddi, tökdü, üz gözünü qanatdı.
Göz yaşını köç yoluna axıtdı
Bizdən ayrılanda, bizsiz qalanda. 
Təpəsdəlik köks ötürdü, gözü nəm,
Hıçqırtısı, ah-naləsi  dərd, sitəm.
Aman Allah, cansız daş da çəkdi qəm,
Bizdən ayrılanda, bizsiz qalanda. 
Qapıların qıfılından axdı qan,
Bağlı itlər zəncirlərdə verdi can,
Baş daşları tir-tir əsdi qorxudan,
Bizdən ayrılanda, bizsiz qalanda. 


Yüklə 4,35 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə