Ümidlər və arzular


Bir  insan  var: – O, əlildir !



Yüklə 4,35 Kb.
Pdf görüntüsü
səhifə13/31
tarix14.06.2018
ölçüsü4,35 Kb.
#49039
1   ...   9   10   11   12   13   14   15   16   ...   31

 
98 
 
 
Bir  insan  var: – O, əlildir ! 
  
  Bir  insan  var: – O, əlildir ! 
Sinəndəki  o  dağ  nədir ? 
 Bax , ondan  biri  məndədir
Yaman  ağrıdır , göynədir . 
               
Oddan  keçən , sudan  keçən , 
Vətən  üçün  candan  keçən , 
Yerdən , Göydən  əlin  üzən , 
Bir  insan  var : - O , əlildir ! 
 
Sinəsində  min  yara  var , 
Gecə-gündüz  hey  sızıldar . 
Gəl  ki , etməz  giley-güzar
Bir  insan  var:  -  O , əlildir ! 
 
Yollar  cırmaqlayar  gözün , 
Tale  də  döndərib  üzün , 
Kimsə  duymaz  fəryad  səsin , 
Bir  insan  var:  - O , əlildir ! 
 
Sevib - sevilməyi  varmış , 
Atın  dördnala  çaparmış , 
Atdan  düşüb , atlanarmış , 
Bir  insan  var:  -O , əlildir ! 
 


 
99 
 
 
Xəyal  olub  yol  yoldaşı , 
Qəmdir , kədərdir  sirdaşı . 
Naləsi  əridər  daşı ; 
Bir  insan  var:  - O , əlildir ! 
 
Qara  Dünya , ağın  hanı ? 
Olmusan  şərin  meydanı . 
Əlbət  var  Haqqın  divanı ; 
Bir  insan  var : - O, əlildir ! 
 
Qan  bazarıymış  dünyamız , 
Bir  qulu  olmaz  xətasız . 
Ümidləri  puç , ünvansız , 
Bir  insan  var:  - O , əlildir ! 
 
Qəm , qüssədən  uzaq  olun , 
Siz  nur  olun , çıraq  olun . 
İnsanlığa  bayraq  olun , 
Bir  insan  var : - O , əlildir ! 
 
“Yaxşılıq  qızıl  balığın , 
Səvabı  uca  Xalığın.” 
Gəl , açaq  ülfət  qucağın ; 
Bir  insan  var:  -  O , əlildir ! 
 
Geyib qeyrətdən  libasın , 
Qorumaqçın  el-obasın . 
Düşmənə  əyməmiş  başın , 
Bir  insan  var:  - O , əlildir ! 


 
100 
 
 
Yağılara  sinə  gərib
Qan  töküb , can  fəda  verib . 
Sağlamlığın  bada  verib , 
Bir  insan  var:  - O , əlildir ! 
 
İnsan  deyim , yoxsa  mələk , 
Bir  az  həssas , bir  az  kövrək , 
Günah  olar  yandan  ötsək ; 
Ey  insanlar : -  O , əlildir . 
Bir  insan  var : -  O , əlildir ! 
                  
20.10.2008. 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
101 
 
 
                   Bir  yandan  qar , bir  yanda  yaz 
 Deyin  ovundursun  məni , 
Bir  yandan  tar , bir  yanda  saz . 
Gül  ömrümün  bəxtinə  bax , 
Bir  yandan  qar , bir  yanda  yaz . 
  
Badəsin  tutsun  yaşıma , 
Dəm  versin  sərxoş  başıma . 
Bəzənib  çıxsın  qarşıma , 
Bir  yandan  yar , bir  yanda  naz . 
 
Çeşm Əli , gəzirsən  dərin , 
Sığmır  sözə  dərdi-sərin . 
Gəlir  ağ-qara  günlərin , 
Bir  yandan  tar , bir yanda  saz . 
 
 
 
 
 


 
102 
 
                  
            Bu  dəli  könlümün  hicranı  gəlmiş  
 
Bu  dəli  könlümün  hicranı  gəlmiş
Aşiqlər  mülkünün  sultanı  gəlmiş . 
Ayağına  aşiq  qurbanı  gəlmiş , 
Kəsdirirəm , demir  “Qəbul  eyləsin!” 
 
Yazmı  gəlib , içimdə  qış  gəzirəm , 
Sevdası  başımda , bihuş  gəzirəm , 
Yoxsa  xəzan  vurub , solmuş  gəzirəm , 
Söyləyin  aşiqin  bir  yol  eyləsin . 
 
Üzübdü  həsrəti  canımı , yanmır , 
Tökür  min  naz ilə  qanımı , danmır , 
Zalım  qızı  yaxır  bağrımı , saymır , 
Qüdrət  günün  mən  tək  məchul  eyləsin . 
 
Göynən  gedir , Zöhrə  kimi  şanı  var , 
Heç  demir  burda  aşiq  nalanı  var . 
Gözüm  yolda , yetişsin  dərmanı  var , 
Çarəsiz  dərdimə  üsul  eyləsin . 
 


 
103 
 
 
Xumar  gözlüm , qıyma , sərxoş  sərliyəm , 
Göyçə , Urmiyalı , həm  Xəzərliyəm
Dərbənd , Təbriz , Qarabağ  qəhərliyəm , 
Boy  atsın  arzular  sünbül  eyləsin . 
 
Çəkdin  məni  gedər-gəlməz  yollara , 
Şəkər  qatım  səndəki  etibara , 
Ağ  əllər  ağ  alnıma  yazsın  qara , 
Dinsin  qönçə  dodağın , gül  eyləsin . 
 
Çapıldım  yarıdan , necə  ötüşüm , 
Düşən  gündə  gəlmir  saçı sünbülüm . 
Çeşm Əli, yaz , gəlsin  şeyda  bülbülüm , 
Sinəsi  qan  başımda  kol  eyləsin . 
 
 
 
 
 
 


 
104 
 
 
Dərdə  meydan  açdım 
Oxunmadım , yazılmadım , bilirdim , 
Mən  bu  yaşı  gilə-gilə  silirdim . 
Dərd  əlindən  oldumu  heç , dəlirdim , 
Dərdə  meydan  açdım , meydana  girdim . 
 
Sel-sel  oldu  daşdı , dolaşdı  gəldi , 
Mənim  dərdim  dərdlərə  başdı  gəldi . 
Ağlamadım , qan  gözə  yaşdı  gəldi , 
Dərdə  meydan  açdım , meydana  girdim . 
 
Gətirən  var , aparanım  tapmadım , 
Çiynimdə  min  dərdin  birin  atmadım . 
Bahasına  aldım , ucuz  satmadım , 
Dərdə  meydan  açdım , meydana  girdim . 
 
Çeşm Əli , qələm  ağlasın , sən oxu , 
Tut  gözündən  ipək-ipək  dərd  toxu . 
Qaldı  çoxu , aza  atmadım  oxu , 
Dərdə  meydan  açdım , meydana  girdim . 


 
105 
 
               
Dərdim var mənim    
 
 
 
 
 
 
 
Demə atam , demə ki,  dərdim var mənim , 
Dərd nədir ?-  Gəl deyim,  sözüm var mənim . 
Xırdaca problemi dərd bilib yanma
Düşmüşəm odlara !-  deyib dayanma . 
Bir baxarsan , öz özünə duzəldi , 
Süpürüb atarsan, san ki, xəzəldi . 
Vallah, dəymədüşər olub canımız , 
Eləcə problemdi dörd bir yanımız . 
Şişirib siz onu çox böyütməyin , 
Əsil dərd sahibin siz incitməyin . 
Dərd nədir:-   Açılmaz düyünlər ilə , 
Yeyilməz acısı şirinlər ilə . 
Yanarsan atəşsiz  tüstün  başında , 
Bir dünya heç olar əqli- huşunda . 
 Dərd  əhliyəm  göz  dağı,  göz  dağım  vardır , 
Qəlbimdə bir ümid çırağım vardır . 
Bax,  dərdin  özünü  ağladıram  mən , 
Şənliklə  ömrümə  rəng  qatıram  mən . 
 


Yüklə 4,35 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə