Ümidlər və arzular



Yüklə 4,35 Kb.
Pdf görüntüsü
səhifə12/31
tarix14.06.2018
ölçüsü4,35 Kb.
#49039
1   ...   8   9   10   11   12   13   14   15   ...   31

 
90 
 
 
Üzüb bu dünya ilə haqqı hesabı, 
Ömür karvanımı çəkid gedirəm. 
Min bir zəhmət ilə yuva qurmuşdum
İndi öz yuvamdan uçub gedirəm. 
 
Neçə don geyərmiş dünyanın üzü, 
Oğurluq əyrilik axtarır gözü, 
Dəydi xətrimə bir yersiz sözü, 
Mən belə dünyadan köçüb gedirəm. 
 
Çəkdim nadan ilə haqqa savaşı 
Sınadım dar gündə dostu, yoldaşı 
Namərd hiyləsindən olmuşam naşı, 
Nadanlar əlindən qaçıb gedirəm. 
 
Mən də yolçusuyam bu ömür yolun 
Çox gördüm tikanın, sox qırdım kolun, 
Bu sevda yolunda qəlbimin nuru, 
Zülmət gecələrə saçıb gedirəm. 
 
 


 
91 
 
 
Məsləhət maildir qara gözlərə, 
Sox ümid bağladım sizin gözlərə
Bilin ey insanlar bu gün sizlərə, 
Qəlbimi sizlərə açıb gedirəm 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
92 
 
 
Bu gecə 
 
Qaranlıq dünyanın qoynuna bir gün 
Sığınıb göylərə seyrə dalıram 
Hər biri bir insan ömrünə bənzər 
Ulduzlara baxıb fikrə dalıram 
 
Ulduzlar bərq vurub, ay şölə saır 
Göylər sığınığdın qəlbimə bu gün. 
Mən düşüncəliyəm, səma isə sakit, 
Sakitlik pünhanı olub qəlbimin 
 
Dünyanın başında tacı sayılan, 
Ay gülür, ulduzlar alışıb yanır, 
Səhərə az qalır yanır dan yeri, 
Sanki gözlərimdə bir həsrət qalır 
 
Ürəyim qəm dolu, qəmsirdaşıyam, 
Məsləhət köksündə bir dərd saxlayır. 
Bu sakit gecənin qaranlığında, 
Gecədən gizlində bir qəlb ağlayır. 


93 
Mirzə Məmməd 
Vəliyev 
1965-ci il martın 8-də Sumqayıtda anadan olub. 1982-
ci  ildə  İnşaat  Mühəndisləri  İnstitutunu  bitirib.  Çernobıl 
əlilidir.  Bədahətən  şer  demək  qabiliyyətinə  malik  olan 
Mirzənin sözlərinə görə, içindən gələn hisslərini sözə çevirir. 
4  kitabın  müəllifi  olan  M.  Məmməd  Vəliyevin  Şağanda 
yerləşən  Əlillərin  Yaradıcılıq  Evində  yaradıcılıq  gecəsi 
keçirilib.  
“Çeşm  Əli”  təxəllüsü  ilə  yazan  Mirzə  əruz  və  heca 
vəznində yazmağa üstünlük verir. Əlillərin Bədii Yaradıcılıq 
Baxış 4-cü və 5-ci müsabiqəsinin qalibi olub. “Qızıl Qələm” 
mükafatını  alıb.  “Durna  teli”,  “İlahi  işığın  pərvanələri”, 
“Təzadlar” adlı kitabı çıxıb. 


 
94 
 
  
 Ata evim  
 
Hər  daşı  bir  xatirəmdi , 
Ata  evim , Ata  evim . 
Cahan  ola  mülki-malım , 
Yenə  şirin  Ata evim . 
 
Ayaq  açıb  yeridiyim , 
Dil  açıb  ana  dediyim , 
Od  püskürən  bir  gəncliyim , 
Ocağımsan , Ata  evim . 
 
Anamın  şirin  laylası , 
Həyatımın  astanası , 
Bu  ömrümün  xoş  röyası , 
Sən  olmusan  Ata  evim . 
 
Xatirə  dolu  dünyamsan 
Əbədi  qeyrət  qalamsan , 
Güman  yeri  bir  yuvamsan , 
Mənim  doğma  Ata  evim . 
 
Zaman  keçib , qocalmışam , 
Ev-eşikli  yurd  salmışam , 
Amma  səndən doymamışam , 
Ata  evim , Ata  evim . 
            
  18.10.2008. 


 
95 
 
 
        
Baş daşımdı 
 
 Ağrımı , sevincimi  bölüşdüyüm , 
Bir  vəfalı  könül  sirdaşımdı  söz . 
Həsrət  üzlü  gecələrdə  düşdüyüm , 
Göz-göz  ümmanlaşan  gözyaşımdı  söz . 
 
Söz  var  gül-çiçəkdi , reyhan  qoxuyur , 
Söz  var  naxış  vurub  xalı  toxuyur . 
Söz  var  əldə  silah  Vətən  qoruyur , 
Müsəlləh  əsgər , silahdaşımdı  söz . 
 
İbtidası  məlum , sonu  mücərrəd , 
Çiynimdə  bir  insan  ömrü  əmanət . 
Düşüncə , fikir  karvanımı  əbəd 
Sonadək  çəkəcək  yoldaşımdı  söz . 
 
Dosta , yara  ülvi  məhəbbətimdi , 
İşıqlı  dünyamdı , şeriyyətimdi . 
Azad  Azərbaycan  məmləkətimdi , 
Düşmənlə  amansız  savaşımdı  söz . 
 
Çeşm  Əliyəm , Vətənsiz  günüm  olmaz 
Nə  qədər  Vətən  var  gül  sözüm  solmaz . 
Özgə  daşı  sinəmin  üstdə  durmaz , 
Bir  Ana  laylası , baş  daşımdı  söz . 
 
 


 
96 
 
              
Bilməmişəm  
Demə  dərdin  neçə  rəngi  var  imiş , bilməmişəm 
Kari-kor,  bimarə  zinhar  imiş,  bilməmişəm . 
Sizi  gördüm , gözümün  tişəsinə  çökdü  qanım , 
Anladım , mən  təki  yanan  var  imiş , bilməmişəm . 
 
Sinəmdə  mincə  yaram , məlhəmini  söz  buyurub , 
Yox  ona  özgə  çaram , şəbnəmini  köz  buyurub . 
Çəkilibdir  qələmim,  gəldi  nida  – Döz ! -   
                                                           buyurub . 
Sarılan  boynuma  dərd  şahmar  imiş , bilməmişəm , 
Anladım , mən təki  yanan  var  imiş , bilməmişəm . 
 
İşıqdı , nurdu , sönüb  nur  kimi  gözlərdə  işıq , 
Fələk  tərs  vurdu , solub  gül  kimi  üzlərdə  işıq . 
Yanıb  atəşlərə  qovruldu , tutub  dərdə  işıq ; 
Külüm  altında  yanan  bir  qor  imiş , bilməmişəm , 
Anladım , mən  təki  yanan  var  imiş , bilməmişəm . 
 
 
 
 


 
97 
 
 
Könlümü  aldı  ələm , satdı  qara  qullar  ilə , 
Yükü  qəm  bir  fəqirəm , yoxdu  param  çullar  ilə . 
Çeşm Əli  ovunmayır , axıtdı  yaş  qanlar  ilə ; 
Siz  onu  ovundurun , ağlar  imiş,  bilməmişəm , 
Anladım , mən  təki  yanan  var  imiş , bilməmişəm . 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 4,35 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə