Ümidlər və arzular



Yüklə 4,35 Kb.
Pdf görüntüsü
səhifə8/31
tarix14.06.2018
ölçüsü4,35 Kb.
#49039
1   ...   4   5   6   7   8   9   10   11   ...   31

 
58 
 
 
 
Vüsal, kədər qoşa gedir
Həsrətlilər bağrın didir. 
Düşmən bizə nələr edir, 
Qızın sənə deyir can-can
Qalx ayağa, Azərbaycan 
 
Cənnət məkan, şirin dilsən, 
Dəli Kürsən dibi lilsən. 
Sən əjdaha, güclü filsən, 
Qızın sənə deyir can-can, 
Qalx ayağa, Azərbaycan 
05.05.2007 
 
 
 
 
 
 
 
 
 
 


59 
1958-ci  ildə  Şəkidə  anadan  olub.  Şairədir.  Şəki 
Toxuculuq  Texnikumunu  bitirən  İradə  xanım  1992-ci  ildən, 
gözü tutulandan sonra şer yazmağa başlayıb. İlk kitabı 1998-
ci  ildə  çap  olunan  “Zülmətdə  çrpınan  ürək”  şerlər  toplusu 
olub.  Bu  kitabda  toplanan  şerlərdə  şairə  öz  kədərini  əks 
etdirib.  Bundan  sonra  onun  “Nəğmə  pıçıldayır  dodağım 
mənim”  və  “Nənəmin  əfanəvi  nağılları”  adlı  daha  iki  kitabı 
çap olunub.  
“Qəlb  işığında”  adlanan  dördüdüncü  kitabında  məhəbbət 
mövzusunda  yazdığı  şerlər  toplanıb.  Şerlərində  oxuculara 
vətən sevgisi, inasan olan inam, vətənə sədaqət hissi aşılayr. 
İradə  Gülfur  keşmişimizin  əfsanəyə  çevrilmiş  olaylarına 
yenidən nəzər salır.  
Qəzəllərində,  rübailərində  fəlsəfi  fikirlərə  geniş  yer 
verir.  1998-ci  ildən  etibarən  Əlillərin  baxış  müsabiqəsinə 
qatılan  İ.  Gülfür  4  dəfə  müsabiqənin  qalibi  olub.  1998-ci
ildən  Azərbaycan  Gözdən  Əlillər  Cəmiyyətinin  Şəki 
rayonlararası təşkilatının sədridir.  
İradə  Gülfir


 
60 
 
 
Azərbaycanım 
Odundan  od alan, od parçasıyam, 
Ucalan səsimsən Azərbaycanım! 
Fəxrim, iftixarım  sevimli  Vətən, 
Gecəm - gündüzümsən Azərbaycanım! 
 
Gur şəlalə axan, dağda qara bax, 
Yurduma göz dikən, olacaq dağ -dağ. 
Vuran ürəyindir  bütöv Qarabağ
Əzəldən bizimsən Azərbaycanım! 
 
Füsünkar  gözəllik bəxş edir hər yan, 
Otun, gül - çiçəyin min dərdə dərman. 
Gəzdikcə elləri, doymayır insan, 
Laləli düzümsən Azərbaycanım! 
 
Yüksəlir ad - sanın dağların kimi,  
Boldur hər sərvətin bağların kimi. 
Yaşarsan  firavan çağların kimi, 
Bəbəyim, gözümsən Azərbaycanım! 
 
Övladtək  boynuna sarılmışam mən, 
Qışına, yazına vurulmuşam mən. 
Səni sevə-sevə, var olmuşam  mən, 
                          Ürəkdə közümsən  Azərbaycanım! 
                           


 
61 
 
                                   
                                 Arzular sonsuzdur sabahlar kimi
Səndə  tapmışam mən, həyat  eşqimi. 
Gülfir sevə bilməz bunca heç kimi, 
Ən şirin sözümsən Azərbaycanım! 
 
                                                
31 Dekabr 2010 
 
                             
Sehrli  dünyam 
     Gəlib  sözün, keşiyində durmağım, 
     Bir sehrli dünya doldu dünyama. 
     Bundan belə bir dünya da qurmağım, 
     Bir sehrli dünya doldu dünyama. 
      
   
    Söz - söz olub, ürəkləri gəzəndi, 
    Misraları muncuq - muncuq düzəndi. 
    Hər  səhifəsi  gözəlliklə bəzəndi,  
    Bir sehrli dünya doldu dünyama. 
      
 
    İlk qədəmi  yeni ilin ilk günü
    Sehr ilə göstərdi öz gücünü. 
    Təzə sözün  təzə tutub yükünü, 
    Bir sehrli dünya doldu dünyama. 
      


 
62 
 
 
   Köksüm altda  atəş olub, qalandı, 
   İlham pərim qanadını çalandı. 
   Məhəbbətlə şirin sözə calandı, 
   Bir sehrli dünya doldu dünyama. 
      
 
   Xoş avazla, zümzüməylə  dinir dil, 
   Mübarəkdir  qədəmlərin,  Yeni il! 
   Söz ümmandır, nə sonu var, nə sahil, 
   Bir sehrli dünya doldu dünyama. 
      
 
  Eşit mənim, haqqdan gələn ünümü, 
  Gülfir deyir, sözə verdim ömrümü. 
  Salamlayım belə nurlu  günümü, 
  Bir sehrli dünya doldu dünyama. 
      
 
               01 Yanvar 2011  Ş ə k i
 
 
 
 
                                 
 


 
63 
 
 
Sözü sevir 
Söz Tanrının kəlamıdır, 
Hər kalamda min məna var. 
Ol” sözü ilk salamıdır, 
Bir salama dünya sığar. 
 
Şirirn-şirin dildən düşər
Xəstənin ilk dərmanıdır. 
Sözlə yaşar bütün bəşər, 
Tanrımızın fərmanıdır. 
 
Sözdə fəğan, sözdə ah var, 
Oda düşən, külə dönər. 
Sözdə günəş, al sabah var, 
Yerə düşən, gülə dönər. 
 
Susanda dil, dinir gözlər, 
Söz cücərir, söz boy atır. 
İlahidən gələn sözlər, 
İlahiyə gedib çatır. 
 
Söz mələkdə, iblisdədir, 
Bu çeşmədən içən bilər. 
Yaxşı kəsdə, həm pisdədir
Sözü-sözdən seçən bilər. 
 
 


 
64 
 
 
Yazmadığım söz mənimki, 
Yazdıqlarım sədəqədir. 
Gülfir sevir sözü çünki, 
Tanrısıyla əlaqədir.                                           
 
Şəki 2011.
 
 
Bu yoxuşun 
 
Ömür yazan, tale yazan, bəxt yazan, 
Keçdiyim yol, olmamışdır çox asan. 
Bu yollarda dönüb oldum bir ozan, 
Söz mülkündə söz-söz olub, bitəcəm, 
Bu yoxuşun sonunacan gedəcəm. 
 
 
Dost-tanışa arxalanıb, ərk etdim
Dar məqamda saxtalığı dərk etdim. 
Pozub əhdi, dostluğumu tərk etdim, 
Namərdlərin yanından düz ötəcəm, 
Bu yoxuşun sonunacan gedəcəm. 
 
Bu dünyanın yalanından uzağam, 
Gözü – könlü tox olmuşam, üz ağam. 
Xislətimdə əyri qulum, düz ağam
Mərdlər üçün ölüm desə, edəcəm, 
Bu yoxuşun sonunacan gedəcəm. 


Yüklə 4,35 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə