Ümidlər və arzular



Yüklə 4,35 Kb.
Pdf görüntüsü
səhifə11/31
tarix14.06.2018
ölçüsü4,35 Kb.
#49039
1   ...   7   8   9   10   11   12   13   14   ...   31

 
81 
 
 
Qalanda mənsiz 
Üstündən xətt çəkib qəmin, kədərin, 
Keçdim sınağından gələn qədərin. 
Boş qalıb qəlbimdə məhəbbət yerin, 
Duman – çən içində gedirəm sənsiz, 
Məni yadına sal, qalanda mənsiz. 
 
Çalınır qəlbimin bax, sarı simi, 
Əsən küləklərdən eşit səsimi. 
Qondum gül – çikəyə kəpənək kimi, 
Öpür ayağımdan bənövşə, nərgiz, 
Məni yadına sal, qalanda mənsiz. 
 
Vüsal yollarına gözlərim baxır, 
Buludlar gözünün qorasın sıxır. 
Bu yolda qarşıma ayrılıq çıxır, 
Gəzirəm yollarda səndən nişan iz, 
Məni yadına  sal, qalanda  mənsiz. 
 
Dəryada yelkənsiz batan gəmiyəm, 
Azalan ömrümün, yanan şəmiyəm, 
Mənki eşq aşiqi, sevda dəmiyəm, 
Sevgi çələngidir dilimdəki söz
Məni yadına sal, qalanda mənsiz. 
 
 
 


 
82 
 
 
Dədə Qorqud kimi dilləndikcə ud, 
Ürəkdə həyəcan, dilimdə sükut. 
Günəşin üstündən dağılır bulud, 
Eşqim tək yandırır, qızarır üz-göz, 
Məni yadına sal, qalanda mənsiz. 
 
Öləndən sonra çək, barı adımı, 
Məhəbbətlə yaşat, xatiratımı. 
Yoxluğum gətirsin  toy – büsatımı, 
Dərdi qoyub burda,  gedərəm qəmsiz, 
Gülfiri yada sal, qalanda mənsiz. 
 
 
 
 
 
 
 
 
 


83 
       
Məsləhət Tufan 
13  fevral  1965-ci  ildə  Masallı  rayonu  Həsənəli 
kəndində  anadan  olub.  14  yaşından  bədii  ədəbiyyatla 
məşğuldur.  Məqalə,  seirləri  dövrü  mətbuatda  dərc  olunub. 
Bakı  Menecer  Biznes kollecinin hüquq bölməsini fərqlənmə 
diplomu ilə bitirib. Üç şeir kitabı nəşr olunub.   
Azərbaycan  Jurnalistlər  Birliyinin  və  Azərbaycan 
Yazıçılar  Birliyinin  üzvüdür.  Onun  həyat  və  yaradıcılığı 
barədə qısametrajlı film çəkilib.     


 
84 
 
 
Dünya 
Aldada-aldada bu dünya bizi 
İxtiyar eylədi viranəsinə. 
Mey dolu şərbətə ram eyləyərək
Şahzadə eylədi qəm xanəsinə. 
 
İçi bər-bəzəkli bu xanimanın. 
Daş-qaşın hərəsi bir ilan imiş. 
Nəşələrlə dolu keçən günlərim, 
Sonu görünməyən bir yalan imiş. 
 
Gələnin gedəndi, yalanın qalanın, 
Sonda hamımıza ağdadan dünya. 
Səni əlimizdə oyuncaq bildik, 
Bizi uşaq kimi ağladan dünya. 
 
Nə şahlıq tacısan, nə nökər malı, 
Nə əyriyə, nə düzə düzsən. 
Şahlar möhrünün qanlı fərmanı, 
Qullar dünyasında ağlayan gözsən. 
 


 
85 
 
 
Ömür köhləninin yüyəni səndə, 
Cah sola çırpırsan, gah sağa dünya 
Gah bizi özünə qurban edirsən, 
Gah bizi edirsən sadağa dünya. 
 
Tufanam, könlümün sızlar yarası 
EY tanrım bəndənə düşmən imişəm. 
Bir əlim yaradır, biri dağıdır, 
Yaratdıqlarına peşman imişəm. 
 
 
 
 
 
 
 
 
 
 


86 
Səndən xəbərsiz 
Əqlim ürəyimlə üz-üzə durdu
Ürəyim hökm etdi, yevməyə məni
İki yad aləmin arasındayam
Əqlimsə çağırır geriyə məni. 
Könlümün sevgiyə ehtiyacı var,
Nə vaxtadək iki boş qalacaqdır?
Könlüm bir şeyidə unudur ki,
Sevgisi çavabsız, boş qalacaqdır. 
Ürəyim sev dedi, əqlimsə dayan.
Su ilə od arasında qalmışam
Səninlə üz-üzə gəlməyim deyə, 
Ümidimi, xəyala salmışam. 
Axıtdım ömrümə səni röya tək 
Bu sirli röyanı duya bilmədin.
Dünyamın qapısını asdım üzünə
Sən mənim dünyamı görə bilmədin. 


 
87 
 
 
Hislər arasında itib batmışam, 
Çağırsan gələrəm, gəl apar Vallah. 
Həsrətin bir seldir gözüm içində 
Ağlasam dünyanı sel tutar, Vallah 
 
Özüm öz sevgimdən xəcalət çəkdim, 
Boğdum içimdəki divanəliyi. 
Qəlbimdəki odu buza çevirdim
Beləcə öyrəndim biganəliyi. 
 
Səni sevdiyimi hamıdan gizlie, 
Nisgilli qəlbimdə bəsləyəcəm. 
Heç sənin özünə də bilməyəcəksən 
Səni ömrüm boyu gözləyəcəyəm. 
 
 
 
 
 


 
88 
 
 
Üç gül 
Bağamızdan üç gül dərdim- 
Ağ gül, qırmızı gül, bir də sarı gül  
Ağ glümü-gəncliyimi 
Xəzan yeli apardı. 
Qızılgülüm-məhəbbətim 
Asılmamış budağından 
Nadan əllə qopardı. 
Sarı gülüm-inci gülüm
Qəlbimin sevinci gülüm 
Bir kimsə almadı onu əlimdən 
Sarı gülü bağlıma basıb qoxladım. 
Sarı gül-qəm seli imiş 
Ömrüm boyu ağladım 
 
     
 
 
 


89 
Özgə səadəti 
Min bir möcüzəli cahan içində, 
Sən sirli bir ada, mən açıq dəniz 
Mən coşub daşdıqca sən lal dayandın,
Sanki kainata sığmır qəlbimiz 
O ani sevinclər qırıq gülüşlər
Bahar küləyi tək ötdü ömrümdən,
Sinəmə sıxdığım tən bənövşəmi,
Nə deyim rüzgara aldı əlimdən. 
Sevgi yuvasında bir yuva qurdum
Bilmədim ocağım tüstüdür nədir.
Qəlbimdən yad osaq alvlansa da
Bilmirəm soyuqdu istidir nədir. 
Payıza tuşlandı ömrüm çiçəyi,
Aramsız küləklər saraltdı məni
Özgə sevincinə ümid bağladım,
Özgə səadəti aldatdı məni
Gedirəm 


Yüklə 4,35 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə