Ümidlər və arzular



Yüklə 4,35 Kb.
Pdf görüntüsü
səhifə10/31
tarix14.06.2018
ölçüsü4,35 Kb.
#49039
1   ...   6   7   8   9   10   11   12   13   ...   31

 
74 
 
 
     Gecənin qarası gözümdə durur, 
     Qəlbimdə sağalmaz yarası durur. 
     Ürək min sualla narahat vurur
     Küləklər talayır çölü-çəməni, 
    Cavabsız suallar ağrıdır məni. 
 
     Yazdığım pozulub vərəq cırıqdır, 
     Dedim”niyə?” dinmir, zatı qırıqdır. 
    Suallar ayaqda qara çarıxdı, 
    Gəzir sabahları, gəzir dünəni, 
    Cavabsız suallar ağrıdır məni. 
 
    Köksümdə sualdan baca açıldı, 
    Üstümə yeriyən dağlar uçuldu. 
    İstəyim, ümidim,arzum puç oldu, 
   Gördüm sərvət üstə yatan gürzəni, 
   Cavabsız suallar ağrıdır məni. 
 
 
 
 


 
75 
 
 
    İtirdim dağ boyda,qazancım zərrə, 
    Gülfir giley edir göylərə, yerə, 
    Suallar qoparıb dəhşətli nərə, 
    Dartılıb yay kimi, sancıb nizəni, 
    Cavabsız suallar ağrıdır məni, 
    Yalanlar-yamanlar ağrıdır məni. 
 
 
Şəki 2011.     
 
 
 
 
 
 
 
 
 
 


76 
Qədir ağaci 
                                          Qəfildən rastlaşdıq yolun tikində, 
                                          Ağaclar tərpəşdi hey yarpaq-yarpaq. 
         Nəhəng dağlar itdi duman içində, 
         Ayağım altında titrədi torpaq. 
        Üz-üzə, göz-gözə, durduq yan-yana, 
        Görünməz bir divar ayırdı bizi. 
        Bəxtimiz uzaqdır, gəlməz yaxına, 
        Yazan ayrı yazıb taleyimizi. 
         Qoşa addımladıq, yolumuz ayrı, 
         Başımın üstündə tövşüyür səma. 
         Gülə bənd olmuşuq kolumuz ayrı, 
         Köhnə xatirəyə yenisin yama. 
         Çayların, quşların qarışır səsi, 
         Elə bil keçmişim bu günə dönüb. 
         Ayların, illərin düşür kölgəsi, 
         Günəşin işığı göylərdə sönüb. 
         Ürəyim yananda, alovlananda, 
         Güneydən bir ovuc qar gətir mənə. 
         Sən də bu Gülfiri yada salanda, 
         Ək qədir ağacı bar gətir mənə.              
                                                                                  
Şəki 2011 


 
77 
 
 
Ətəyimdən  noğul  dağildiği  yer 
                       ( uşaqlığın bir xatirəsi...) 
Xəyalımda canlanır doğma ocağım, kəndim, 
Bir zamanlar qoynunda gəzən qızcığaz məndim. 
Gözlərimin önündə noğul dağılan yerdir, 
Mənə görə hələ də, o yer müqəddəs pirdir. 
 
 
Dolaşdığım bağça-bağ, cığırıdır, yoludur, 
 Nənəm şəhərdən gəlir, zənbilləri doludur. 
Ayağıyalın qaçdım cəld onun qabağına, 
Nənəm də noğul tökdü bir ovuc balağıma. 
 
 
Bərk-bərk tutdum donumdan, dağıtmayım onları, 
Xalq arasında bunun adı toy noğulları. 
Rəngbərəng noğullara baxıb sevincək oldum, 
Ən əvvəl qırmızını çaparaq ələ aldım. 
 
 
Elə bil ki, içimdən bir səs söylədi: - dayan, 
Apar anan üçün də, bağda işləyir anan! 
Tez tutub ətəyimi, sinəmə sarı əydim, 
Bir azca böyük olan qaloşlarımı geydim. 
 
 


 
78 
 
 
Donumdan möhkəm tutub gedirdim bağa sarı, 
Basa-basa keçirdim palçıq, dar cığırları. 
Çəpər dibində bitən, cicitkən mən boydadır, 
Ondan qorxurdum yaman, cəmi beş yaşım vardır. 
 
 
Əvvəllər də görmüşəm, yandırıb əl-qolumu, 
Bir azca yana saldım cicitkəndən yolumu. 
Sürüşdü sağ ayağım, palçığa batıb qaldı, 
İstədim ki, dartınım noğullarım dağıldı. 
 
 
Nənəmin zənbilindən pay aldığım noğullar, 
Anama sovqat üçün apardığım noğullar. 
Qəlbimdəki arzunu yarı yolda saxladım, 
Qışqırıb fəryad ilə “ana...” deyib ağladım. 
 
 
Başqa bir çarə yolu, güc tapmadım özümdə, 
Damla-damla axan yaş, tüğyan oldu gözümdə. 
Səsimə qaçıb gələn, anam götürdü məni, 
Üz-gözümdə gəzdirdi mehriban əllərini. 
  
 
Bir ayağım yalındır, qaloş tək birindədir, 
O bir tayı arxdakı palçığın içindədir. 
Anam çəkib çıxartdı, palçıqdan qaloşumu, 
Mən də özümə gəlib, toplamışdım huşumu. 
 


 
79 
 
 
Uzatdım əllərimi palçıqlı noğullara, 
Anam xoş səslə dedi: bala, dəymə onlara. 
Bax, nə gözəldir dünya, baharın xoş ayıdır, 
Sənin o noğulların mələklərin payıdır. 
 
Nəyi başa düşdümsə, razılaşıb, kiridim, 
Anamın əllərindən tutub qoşa yeridim. 
Gətirdi ipək kimi yamyaşıl çəmənliyə, 
Baxdıqca heyran oldum burdakı gözəlliyə. 
 
Mənə elə gəldi ki, müqəddəs iş görmüşəm, 
Noğulları anamdan böyük kəsə vermişəm. 
Palçıq üstə dağılmış o rəngbərəng noğullar, 
Mənimçün dönüb oldu sirr-sehirli nağıllar. 
 
Düşünüb özlüyümdə bir az xəyala getdim
Anamın işlərinə durub tamaşa etdim. 
Anam iş görə-görə mənə nəzər yetirir, 
Deyir ki, lap az qalır işlərini bitirir... 
 
Arxdakı suyu açır, cərgə-cərgə sulayır, 
Suladığı cərgədə lobyaları şaxlayır. 
Belindəki meyzara hərdən tərini silir, 
Bir cərgəni bitirib başqa birinə gəlir. 
 
Çəmənlikdə açılıb sarı-sarı çiçəklər, 
Birdən qarşımda gördüm  uçuşan kəpənəklər. 
Kəpənəklər rəngbərəng zər tutub parlayırdı, 
Dağılmış noğulların rənginə oxşayırdı. 


 
80 
 
 
 
Elə bildim noğullar kəpənəkdir uçurlar, 
Müqəddəs mələklərə çatmaq üçün qaçırlar. 
Uzadırdım əlimi, uçurdu kəpənəklər, 
Ancaq heç yerə qaçmır çəməndəki çiçəklər. 
 
Sarı çiçəklər yığdım donumun ətəyinə, 
Toplayırdım onları noğulların yerinə. 
İllər keçdi ömürdən, böyüyüb yaşa doldum, 
Uşaqlığımla birgə özüm də nağıl oldum. 
 
Ətəyimdən noğullar dağıldığı o yerdi, 
Mənə elə gəlir ki, o yer müqəddəs pirdi. 
“Ana” deyib ağlayan çöldə bir uşaq səsi, 
Gülfirə yada salır uşaqlıq xatirəsi. 
                                                                      
Şəki. 2011-ci il 
 
 
 
 
 
 
 


Yüklə 4,35 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə