Ümidlər və arzular



Yüklə 4,35 Kb.
Pdf görüntüsü
səhifə16/31
tarix14.06.2018
ölçüsü4,35 Kb.
#49039
1   ...   12   13   14   15   16   17   18   19   ...   31

 
122 
 
 
             Kürədaşı, 
Od tutmaz kürədaşı, 
Dərdim yüklə Araza 
Arazla Kürə daşı. 
 
                   O, dayandı, 
Odunnan oda yandı, 
Elə həsrətlə baxdım 
Həsrətdən o da yandı. 
 
                        
 
 
 
 
 


123 
Ölüm  hey..! 
Qumlu bulaq kəsən varmı indi səndə əmliyi? 
Yığan varmı şoşanını, yeyən varmı yemliyi? 
İçən varmı buz suyundan ayazıya dəmliyi? 
De, yoxdursa yetim qalan, o dağlara gəlim hey…!
Bir hay salım, bir qışqırım, sonra orda ölüm hey..! 
Keçəl təpə Ərəboğlu qoruyurmu düzləri?
Gələn varmı, gedən varmı, soran varmı sizləri?
El-obasız heç dolurmu Qırxbulağın gözləri?
De, dolmursa o dağların vəfasını bilim hey…!
Sənsiz axan göz yaşımı əllərimlə silim hey…! 
Ay Gendərə, yaylağında yaylanırmı ellərin?
Sallanırmı salxım buzun, üşüyürmü əllərin? 
Fit çalırmı küləklərin, bir coşurmu sellərin? 
De, coşursa xəbər bilim, bükülməsin belim, hey..!
Səndən ayrı el qırıldı, elsiz qaldı elim, hey…! 
Ay boylanıb bərələrdən, sallanırmı qayadan?  
Gün çırtanda döşdə lalə qızarırmı həyadan? 
Mürgü döyən iz-cığırı görən varmı oyadan? 
Ayrı düşdük bir-birindən, oldu bizə zülüm, hey..! 
Yağ, ay yağış, yağ solmasın  mənsiz  qalan gülüm, hey…! 


 
124 
 
 
Bir öpsəydim Seyid Hüseyn bulağının gözündən, 
Bir qucsaydım Təkarmudun ətəyindən, dizindən, 
Bir yığsaydım turşuməzə Kotannının özündən, 
Dada gəlib tamsınardı, dadsız qalan dilim hey…! 
Qolum-qıçım bərkiyərdi, titrəməzdi əlim hey..! 
 
Həsrət məni tez qocaltdı , əldən saldı bilmədim, 
Ömür ötdü, nə qazandım, nəyim qaldı, bilmədim, 
İçimdəki nə sorğudu, nə sualdı bilmədim, 
De, bir bilim, dərdlərimə  gendən baxıb gülüm, hey..! 
Sonra sənlə qucaqlaşıb bir gucaqda ölüm, hey..! 
 
Mən qisməti, qismət məni hey qovladıq, çatmadıq, 
Qol götürdük daşlaşmağa, daş da tapıb atmadıq, 
Bir ömürə yazılsaq da, bir ömürdə yatmadıq, 
Çağır bizi bir barışdır, bir ömürlü olum, hey..! 
Vətən yoxsa, qismətimlə bir qucaqda ölüm, hey..! 
 
                  
 
 
 
 
 


 
125 
 
 
 
            
Nəyindən küsüm 
Qaçhaqaç,qovhaqov-yalandı dünya, 
Kəshakəs sökhasök-talandı dünya. 
Alhaal,verhaver-alandı dünya, 
Mən alan dünyanın nəyindən küsüm? 
 
Xoruzu,beçəsi dimdik-dimdiyə
Cavanı,qocası çimdik-çimdiyə, 
Olumu-ölümü bircə günlüyə, 
Mən,olan dünyanın nəyindən küsüm? 
 
Aqili ayaqda,nadanı başda, 
Çirkini gözəldə,gözəli çaşda, 
Ayısı sarayda,alimi daşda, 
Mən qalan dünyanın nəyindən küsüm? 
 
Fitnədi,fasatdı,kələk qurandı, 
Daş atıb qorxuzub,qovub yorandı, 
Xortdandı,iblisdi,cindi,şeytandı, 
Mən şeytan dünyanın nəyindən küsüm? 


 
126 
 
 
Yalmansız madyandı,qırxılmış kəhər, 
Yüyənsiz dayçadı,götürməz yəhər, 
Bu ilan dünyanın dili də zəhər, 
Mən ilan dünyanın nəyindən küsüm? 
 
Gah qızmış dəvədi,gah da əjdaha
O qovur,bu udur gəlir iştaha, 
Bu filan dünyadan nə deyim daha 
Mən filan dünyanın nəyindən küsüm?  
              
 
            
 
 
 
 
 
 


 
127 
 
                           
                           Buna dünya neynəsin 
 
Kotannılı, dünya həmən dünyadı, 
Öz doğduğun özü əmən dünyadı. 
Qışı qarlı, yazı çəmən dünyadı, 
Dəyişilən dünya deyil, bizlərik 
Alıb, satan günahkarı gizlərik 
Buna dünya neynəsin?. 
 
Qucaq açıb hər gələnə can deyər, 
İşvə tökər, naz eyləyər, yan deyər, 
Əzəl verər, sonda  alıb, qan deyər. 
Qanmarıqsa biz torpağıq, biz daşıq 
Ömrü boyu aldananıq çaş başıq 
Buna dünya neynəsin?. 
 
Gündüzü günəşli, gecəsi aylı, 
Yaranan bir gündən bulaqlı, çaylı, 
Çəməni çiçəkli, dağı haraylı, 
Dünyanı biz bölüb, böldürürüksə, 
O gülür, biz ölüb, öldürürüksə, 
Buna dünya neynəsin?. 
 
Qarı dünya çox üz görüb, qız qalıb, 
Çox bəylər soltanlar toruna salıb. 
Gələnə də, gedənə də əl çalıb, 
Oynamışıq çapanına dünyanın. 
Hürümüşük ham-hamına dünyanın 
Buna dünya neynəsin?. 


 
128 
 
 
Fırfırası fırhafırdı, fırlanar, 
Qozbel dünya qozbelliyin hey danar
Gəlib keçən göz qaşına aldanar. 
Qoz belinə göz yumarıq, görmərik 
Üz gözəlsə tərsə fikir vermərik 
Buna dünya neynəsin?. 
 
Dünya özü-öz yükünü çəkəndi, 
Haqqı şərə qarışdırıb əkəndi, 
Ömürləri ilmə -ilmə sökəndi. 
Biz aldanıb naxışına, xalına, 
Düşürüksə bü dünyanın dalına 
Buna dünya neynəsin?. 
 
Vətən də, namus da, ar da satırıq, 
İsmət də, qeyrət də, yar da satırıq 
Bilmirik kim alır, harda satırıq 
Əvəzdə alırıq ya palan, ya çul 
Satdıqca alçalıb qul oluruq, qul 
Buna dünya neynəsin?. 
 
Gör biz kimik, kimsələrik, kimlərik, 
Əllə atı,otla iti yemlərik. 
Yad otunu çay yerinə dəmlərik
İçə-içə təriflərik yadları. 
Söysələrdə dildən düşməz adları 
Buna dünya neynəsin?. 
 
 


Yüklə 4,35 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə