Ümidlər və arzular



Yüklə 4,35 Kb.
Pdf görüntüsü
səhifə24/31
tarix14.06.2018
ölçüsü4,35 Kb.
#49039
1   ...   20   21   22   23   24   25   26   27   ...   31

 
179 
 
 
Vətən 
 
 
Qurban olum torpağına- daşına, 
Qurban olum baharına-qışına. 
Çox bəlalar gəlib sənib başına, 
Sən mənə doğmasan, əzizsən Vətən. 
 
Çoxları göz dikib var-sərvətinə, 
Vurğunam yenilməz o qüdrətinə. 
Vurulmuşam həm şan, həm şöhrətinə, 
Sən mənə doğmasan, əzizsən Vətən. 
 
Üş rəngli bayrağın, müqəddəs andın, 
Çəkdim həsrətini, alışdım-yandım. 
Doğma ellərini əzizim sandım, 
Sən mənə doğmasan, əzizsən Vətən. 
 
Dünyaya səs salan adın-sanın var, 
Hamımıza əziz olan canın var. 
Xəstəyə can verən təmiz qanın var, 
Sən mənə doğmasan, əzizsən Vətən. 
 
Bədhaqların xar olacaq hər zaman
Üstündən çəkilsin çiskin, çən, duman. 
Düşmənə vermərik, vermərik aman, 
Sən mənə doğmasan, əzizsən Vətən. 
 
20.04.2012
 
 


 
180 
 
 
Qarabağ 
 
Sızlayır qəlbimdə torpaq həsrəti
Çəkilməz bir dərddir onun möhnəti, 
Harda qaldı Qarabağın şöhrəti, 
Alınmaz, bölünməz olan, Qarabağ, 
Həsrətlə sinəmə dolan, Qarabağ. 
 
Barlı-bərəkətli, bağçası-bağı, 
Yenilməz qaladır dərəsi-dağı. 
Açılı qalıbdı bizə qucağı, 
Neç vaxt olmamısan yalan, Qarabağ, 
Həsrətini çəkir balan, Qarabağ. 
 
Şuşa, Laçın mənə əziz, doğmadı, 
Cadar torpağına yağış yağmadı, 
Nə eyləyək günəş batdı, doğmadı, 
Vətənimi dərdə salan Qarabağ. 
Vaxt-vədəsiz birdən solan, Qarabağ. 
 
 
 


 
181 
 
 
Sinəmdə döyünən ürəksən mənə, 
Hər zaman, hər zaman gərəksən mənə. 
Həm duzlu, həm dadlı, çörəksən mənə
Dərdli nəğmələri çalan Qarabağ, 
Sahibsiz, yiyəsiz qalan Qarabağ. 
 
Səni yağılardan alacağıq biz, 
Bir gün qələbəni çalacağıq biz, 
Daimi sakini olacağıq biz, 
Hələ qəmli-qəmli dolan Qarabağ, 
Olmayasan bir də talan Qarabağ. 
20.04.2012. 
 
 
 
 
 
 
 


182 
Yenilməzdir Azərbaycan 
Vətən, müqəddəssən, əzizsən, 
Vuran ürəyimizsən! 
Ən qiymətli, dəyərli, 
Qızıl sərvətimizsən, 
Qurban olum daşına, dağına, 
Bir ovuc torpağına. 
Qurban olum oduna, ocağına, 
And içirəm Vətən, səni qoruyacağıma.
Mən səninəm, 
Mən kölənən, 
Uğurunda ölənən, 
Əziz, doğma ana Vətən.
Torpağından yarandım,
Torpağından güc aldım, 
Sən oldun əziz andım 
Ana Vətən. 
Yetər, yetər, qanlar axdı, 
Sinəni dağlar yaxdı. 
Nə qədər şəhidlər gördün, 


183 
Döyüşlərə sinə gərdin.
Vətən yenə dommadın,
Vətən yenə solmadın,
Məğrur oldun sınmadın. 
Çünki səndən doğulan,
Tarixlərə həkk olan,
Neçə Koroğluların,
Neçə Nəbilərin var.
Alovlara atılan,
Torpağında can qoyan,
Neçə Mübarizlərin, 
Neçə Fəridlərin var!
Qələbəyə səsləyən
Ölməz qəhrəmanların,
İgid övladların var,
Əziz, doğma, Ana Vətən
Gün gələcək 
Şuşa, Laçın, Ağdamımız,
Qayıdacaq torpağımız.
Gün gələcək, 


 
184 
 
 
Gün gələcək 
Qarabağa sancılacaq 
Üçrəngli bayrağımız. 
Əziz, doğma, Ana Vətən! 
Bunu bilir cümlə cahan, 
Yenilməzdir Azərbaycan! 
Yenilnməzdir Azərbaycan! 
 
2010. 
 
 
 
 
 
 
 
 
 


185 
Dözə bilmirəm 
Xəcalət kitabın mən oxuyarkən, 
Qəhər məni boğdu ürək üzüldü.
Qəlbimdə dərd-kədər, qəm toxuyarkən,
Acı goz yaşlarım sel tək süzüldü. 
Xalqımın bir ağır faciəsini,
Oxuyub axıra çata bilmirəm.
Görmədim sevincin nəticəsini,
Dərtlərdən gecələr yata bilmirəm. 
Keçdi xəyalımdan o ötən günlər,
Oxuduqca yandım, yandım ay Allah.
Başımıza gəldi nələr, ah nələr,
Didərgin, qaçqınıq niyə ay Allah?! 
Həyəcandan əsir dilim-dodağım,
Yazmaq istəyirəm yaza bilmirəm.
Qəmli sətirlərlə dolub varağım,
Bu ağır hicrana dözə bilmirəm. 
Büründüm dumana, büründüm çənə,
Ağrı-acılarla qaldım baş-başa.
Qurbanam torpağa, ana Vətənə, 
Qarabağa gedib, edəm tamaşa. 
Bu dəhşət faciə hopdu canıma,
Ey bizi yaşadan uca Allahım.
Sığındım əqidə, saf vicdanıma,
Qəlbimi yandırır bu acı, axı. 


 
186 
 
 
 
Dünyada gör nələr, gör nələr oldu, 
Gəzdirib köksümdə dərdi, hicranı. 
Kitabı oxudum, gözlərim doldu
Sevirəm yurdumu, Azərbaycanı. 
 
Azad edək doğma yurdu, Vətəni, 
Laləzara dönsün aranı, çölü 
Sevək dağ-dərəni, güllü çəməni. 
Qoruyaq müqəddəs obanı eli. 
 
Tanrım bu bəladan gəl qurtar bizi
Azad edək doğma torpağımızı, 
Məhv edək, məhv edək düşmənimizi, 
Ucaldaq qələbə bayrağımızı. 
 
2004.  
 
 
 
 
 
 
 
 
 


187 
Dənizə müraciət 
Dəniz, qəlbimin dənizisən.
Ürəyimin səsisən.
Güclüsən, 
Yenidən sevməyimə.
Həzzin nəğmələrinlə,
Şıltaq ləpələrinlə,
Arzulara qanad ol.
Yollarıma mayaq ol.
Saxla fırtınaları, 
Saxla qasırğaları. 
Bu sevgimə dayaq ol.
Dəniz, dəniz, 
Sənsən vuran qəlbimiz.
Pıçılda ürəyimə, 
Sevgi dolu nəğməni.
Unudarmı söylə sən,
Qəlbən sevən-sevəni?
Ləpələn sahilə qaç,
Səndən umaram əlac.
Mənim sevgi dünyama,
Yeni bir səhifə aç. 
Dəniz, dəniz, ay dəniz. 


Yüklə 4,35 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə