Ümumi məlumat. İnformasiya sistemi nədir? Sistem


Kliyent-server arxitekturası



Yüklə 0,63 Mb.
səhifə17/48
tarix30.12.2023
ölçüsü0,63 Mb.
#167951
növüMühazirə
1   ...   13   14   15   16   17   18   19   20   ...   48
mumi m lumat. nformasiya sistemi n dir Sistem.

Kliyent-server arxitekturası
Kliyent-server arxitekturalı İS fayl-server arxitekturalı İS-dən ilk növbədə onunla fərqlənir ki, VBİS-in proqramları fuksional olaraq server kliyent adlanan iki hissəyə ayrılır. Sistemin server və kliyent hissələri arasında funksiyaların bölünməsi müxtəlif variantlarla aparıla bilər: verilənlərin təsvirlərinin bölüşdürülməsi ilə, təsviri uzaq məsafədən aparmaqla, funksiyaların bölüşdürülməsi ilə,verilənlərə müraciəti uzaq məsafədən aparmaqla və verilənlər bazasını bölüşdürməklə.
Kliyent-server arxitekturasının əksər tipləri ikisəviyyəli modellə qurulur. 1-ci (aşağı) səviyyədə təşkil olunan kliyent 2-ci (yuxarı) səviyyədə təşkil olunan serverin xidmətlərinə müraciət edir. Bu zaman nəzərə alınır ki, DS və FS komponentləri serverdə, PS və PL dialoq komponentləri və BL, DL məntiqi komponentləri isə kliyentdə yerləşdirilir. Bununla da istifadəçi sorğularının reallaşdırılması və istifadəçilərlə qrafik interfeysin qurulması təmin olunur. Beləliklə, tətbiq kliyentlə işləyir, VBİS isə- serverlə.
Kliyent və ya ön proqram istifadəçi sorğularının emalına və interfeysə cavab verir. Belə ki, o, istifadəçinin sorğularını və əmrlərini çevirərək serverə ötürür və nəticələri aldıqda əks çevirmə aparmaqla informasiyanı istifadəçi üçün əks etdirir. Kliyent rolunda konkret tətbiqi məsələnin həlli üçün hazırlanan proqram və ya serverlə interfeysə malik olan hazır proqram çıxış edə bilər.
Server bazadakı verilənlərin idarə olunması və mühafizəsi funksiyalarını yerinə yetirən əsas proqramdır. Serverin funksiyalarının çağrılıb işə salınması SQL dilində aparıldıqda, ona SQL-server deyilir. Server kimi profesional VBİS-in nüvəsindən və ya hər hansı SQL-serverdən istifadə oluna bilər.
Kliyent-server arxitekturalı informasiya sisteminin sadələşdirilmiş strukturu şəkil 3-də göstərilmişdir.
İnformasiya emalının əsas hissəsi-sorğuların formalaşdırılması, hesabatların tərtibi və istifadəçi üçün əlverişli formada əks etdirilməsi və s. - kliyent kompüterində yerinə yetirilir. şəbəkə VBİS-lə işləyən fayl-server sistemindən fərqli olaraq, VB fayllarının tam surətləri SK-dan KK-ya və geriyə göndərilmir, çünki, lazımi qarşılıqlı əlaqələrin təşkili üçün KK-da baxılan anda tələb edilən verilənlərin olması kifayət edir. Bununla da şəbəkədə traffik xeyli azalır, KK-nın resurslarına qoyulan təlabat yumşalır və bunun da nəticəsinədə daha səmərəli və etibarlı informasiya sistemi qurmaga imkan yaranır.


Son illərdə serverin kompüterində verilənlərdən başqa, onların emalı proqramları və sorğular da saxlanır. Bununla da verilənlərin emalı sürətini və ümumi təyinatlı proqramların və sorğuların saxlanmasının və inzibatçılığının səmərəliliyini artırmaq mümkün olur. Server-kompüterdə saxlanan verilənlərin emalı proqramlarına (prosedurlara) saxlanan prosedurlar deyilir. Saxlanan prosedurların bir növü də triggerdir. Trigger (trigger proseduru) VB-də müəyyən hadisələr baş verdikdə avtomatik çağrılır. Bu hadisələrə ayrı – ayrı yazıların və ya yazı sahələrinin daxil edilməsi, yeniləşdirilməsi, silinməsi və s. aiddir. Trigerrə misal olaraq VB-nin ölçüsü (yazılarının sayı) müəyyən həddə çatdıqda elektron poçt vasitəsilə məlumatın ötürülməsi prosesini işə salan proqramı göstərmək olar.
VB-nin serverində saxlanan əmrlər adlanan sorğuları da saxlamaq olar. Saxlanan əmrlər toplusu SQL sorğularının kompilyasiyası nəticəsində alınan əmrlərdən ibarət olur. Saxlanan əmrlər SQL sorğularına nisbətən daha sürətlə icra olunurlar. Bu onunla əlaqədardır ki, saxlanan əmrlərin icrası zamanı sorğuların sintaksis təhlili aparılmır. VB serveri saxlanan əmrlərin kodlarını optimallaşdırdıqda icra sürəti daha da artır.
Serverin əsas proqramları, saxlanan prosedurlar və triggerlər Windows mühitində işləyən adi proqramlar kimi hazırlana bilər və ya şəbəkə əməliyyat sisteminin xüsusi yükləmə modulları (məsələn, Novell şəbəkəsinin NLM modulları) ola bilər. Kliyentin proqramları ümumi halda SK- da və ya KK-da, və ya onların hər ikisində saxlana bilər.
Kliyent-server tipli IS-in qurulmasında bir VBİS mühitində yaradılmış VB-yə digər VBİS-dən və ya onun əhatəsindən müraciətin mümkünlüyü problemi qarşıya çıxır. Windows mühitində bu problem Microsoft firmasının ODBC (Open Data Base Connectivity- açıq verilənlər bazalarının uyğunlaşdırılması) standart interfeysi vasitəsilə həll olunur. Onun əsas vəzifəsi müxtəlif istehsalçıların hazırladıqları lokal və uzaq məsafəli verilənlər bazalarına vahid üsulla müraciəti təmin etməkdir.
ODBC vasitəsilə tətbiqlərin (proqramların və ya istifadəçilərin) verilənlər bazasına müraciət sxemi şəkil 4-də göstərilmişdir.
Tətbiqin VB-yə müraciəti SQL dilində ODBC-nin standart funksiyalarını çağırmaqla baş verir. Bu zaman kliyentin kompüterində ODBC interfeysinə malik olan MS Windows əməliyyyat sistemi fəaliyyət göstərməlidir.

Tətbiqin VB ilə qarşılıqlı əlaqəsi ODBC-nin meneceri (dispetçeri) vasitəsilə aparılır. Menecer VBİS-in verilənlərinin formatına uyğun olan drayveri işə qoşur. VBİS-in drayveri şəbəkə vasitələrindən (konkret VBİS-in komminikasiya modullarından) istifadə edərək, SQL operatorlarını VBİS serverinə ötürür. Sonra isə serverdə icra olunan sorğuların nəticələri geriyə - tətbiqə - ötürülür.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə