Ümumi psixologiya üzrə dövlət imtahan sualları



Yüklə 135,57 Kb.
səhifə40/43
tarix14.06.2022
ölçüsü135,57 Kb.
#89430
1   ...   35   36   37   38   39   40   41   42   43
ümumi psixologiyaTSP

2-ci sual. Psixoloqlar qabiliyyəti izah edərkən insanın fəaliyyət sahəsini, bu fəaliyyət sahəsində nə dərəcədə əhəmiyyət kəsb etməsini nəzərə alaraq qabiliyyətin ümumi və xüsusi növünü şərh etməklə onun 2 növünü göstərirlər. Onların fikrincə, ümumi qabiliyyət adından göründüyü kimi ümumi fəaliyyət sahəsini əhatə edir. Məsələn, bir çox peşə sahibləri üçün xarakterik olan müşahidəçilik qabiliyyəti.
İnsan fəaliyyətinin müəyyən bir sahəsinə aid olan və orada fəaliyyəti səmərəli icra etməyə yönələn qabiliyyət xüsusi qabiliyyət adlanır. Başqa sözlə, yalnız müəyyən, xüsusi fəaliyyət növünün uğurlu yerinə yetirilməsinə səbəb olan, şərt olan qabiliyyət xüsusi qabiliyyət adlanır. Bu cür qabiliyyətlərə musiqi, riyazi, linqvistik, texniki, ədəbi, idman və s. qabiliyyətləri aid etmək olar. Adətən ədəbi yaradıcılıq fəaliyyəti üçün poetik görmə, söz ehtiyatı və ifadəlilik, söz assosiasiyalarının zənginliyi, obrazlı təfəkkür, surət hafizəsi, yaradıcı təxəyyül və s. xüsusi qabiliyyətlər kimi qeyd etmək olar. Həyati faktlardan məlum olduğu kimi hər hansı bir fəaliyyətin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün insanda qabiliyyətlərin həm ümumi, həm də xüsusi növlərinin formalaşması zəruridir.
3-cü sual. Bütün pedaqoji qabiliyyətləri şərti olaraq 3 qrupda birləşdirmək olar: şəxsi qabiliyyətlər, didaktik qabiliyyətlər, təşkilati-kommunikativ qabiliyyətlər.
1. Şəxsi pedaqoji qabiliyyətlər dedikdə, adətən, şəxsiyyətin xarakterik əlamət və keyfiyyətləri ilə bağlı olan qabiliyyətlər nəzərdə tutulur. Buraya uşaqlara hüsn-rəğbət bəsləmək, dözümlülük və özünəsahib olmaq (özünü ələ ala bilmək) və həmişə dərs zamanı şagirdlərlə iş aparmaq üçün optimal psixi vəziyyət yarada bilmək qabiliyyətlərini aid etmək olar.
Uşaqlara hüsn-rəğbət bəsləmək qabiliyyəti pedaqoji qabiliyyətlərin strukturunda əsas özəyi " təşkil edir. Bu cür pedaqoji qabiliyyətlər anlayışı altında uşaqlara qarşı ağıllı məhəbbət və onlara bağlılıq, onlara qarşı xeyirxah münasibət, onlarla ünsiyyətdə olmaq və işləmək arzusu və cəhdi başa düşülür. Bu cür pedaqoji qabiliyyətə malik olan müəllim uşaqlarla pedaqoji ünsiyyətdən, qəribə uşaq aləminə daxil olmaqdan həzz alır, onlara qarşı diqqətli, xeyirxah münasibət bəsləyir. Lakin bu münasibətlərin heç birinin ürəyiyumşaqlıq, güzəştə getmək, məsuliyyətsizlik səviyyəsinə enməsinə yol vermir.
Pedaqoji fəaliyyətin müvəffəqiyyətini təmin etmək üçün lazım olan müəllimin şəxsi pedaqoji qabiliyyətlərindən biri də dözümlülük və özünəsahib olmaq qabiliyyətidir. Müəllim həmişə hər cür, hətta gözlənilməyən şəraitdə özünə ələ almağı, öz hisslərini, temperamentini cilovlamağı bacarmalı, öz davranışına nəzarəti itirməməlidir.
Müəllimin digər mühüm şəxsi qabiliyyəti dərsdə şagirdlərlə iş aparmaq üçün psixi vəziyyət yarada bilməsidir. Bu cür qabilliyətə malik olan müəllimlər özlərinin gümrahlığı, həyatsevərliyi, kifayət qədər canlılığı ilə fərqlənirlər. Nə olursa olsun, müəllim həmişə nikbin, arzuolunan əhval-ruhiyə ilə sinfə daxil olmalıdır. Məhz buna görə də müəllim özünün əhvalını idarə etməyi, tənzimləməyi bacarmalıdır.

Yüklə 135,57 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə