Ümumi Regional landşaftşünaslıq


Avrasiya materikində formalaşan əsas sektorlar



Yüklə 125,42 Kb.
səhifə11/33
tarix06.06.2023
ölçüsü125,42 Kb.
#115691
1   ...   7   8   9   10   11   12   13   14   ...   33
mumi Regional land aft nasl q

Avrasiya materikində formalaşan əsas sektorlar
Avrasiya qərbdən-şərqə doğru geniş ərazini əhatə etdiyi üçün onun ərazisində bir neçə landşaft sektoru ayırmaq olar.
1) Qərbi Avropanın-humid zəif kontinental sektoru
2) Şərqi Avropanın- humid və semihumid mülayim kontinental sektoru
3) Qərbi Sibirin-humid, semihumid və semiarid kontinental sektoru
4) Orta Sibirin-humid, semi humid, semi arid, kəskin kontinental sektoru
5) Mərkəzi Asiyanın-arid və ekstra arid kəskin kontinental sektoru
6) Sakit okean sahili humid və semi humid zəif kontinental sektoru
Şimali Amerikanın əsas sektorları
Şimali Amerikada sektorluğun yaranmasında materikin böyüklüyü ilə yanaşı Kordilyer və Appalaç dağlarının və onun sahillərində formalaşan isti və soyuq cərəyanların rolu böyükdür. Burada aşağıdakı sektorları ayırmaq olar.
1) Atlantik sahili humid, semi humid zəif kontinental sektoru
2) Mərkəzi düzənliklərin humid, semi humid və semi arid mülayim
kontinental sektoru
3) Böyük düzənliklərin semi humid, semi arid və arid kontinental
sektoru.
4) Mərkəzi Kordilyerin və yaylaların arid və ekstra arid kontinental və kəskin kontinental sektoru
5) Sakit okean sahili humid, semi humid (mülayim qurşaqda) arid və ekstra arid (subtropik qurşaqda) zəif kontinental sektoru
İntrazonal differensiasiya
Landşaftın differensiasiyasının yerli, məhəlli amillərlə bağlı olan bir tipi də intrazonallıqdır. İntrazonallıq müəyyən bir landşaft tipi və yaxud da yarım tipi daxilində landşaftın paylanma qanunauyğunluğunun pozulmasıdır. Başqa sözlə həmin landşaft tipinə və yerli şəraitə xas olmayan landşaft vahidlərinin yaranmasıdır.
İntrazonallıq özünəməxsus əlamətləri ilə ətraf komplekslərdən fərqlənən, yerli şəraitə müvafiq gəlməyən landşaft sırasını və yaxud da müəyyən fərdi landşaft vahidlərini təmsil edir. Məs: səhra və yarım səhra daxilində meşələrin, meşə və kolluqların, çəmənliklərin, çəmən-bataqlıqların və s. formalaşmasıdır.
İntrazonallıq yer kürəsinin əksər landşaftlarında müşahidə edilə bilər. Boreal tayqa, subboreal qarışıq və enliyarpaqlı meşə landşaftlarında bataqlıqların, çəmən bataqlıqların meşə kolluqların, enliyarpaqlı meşələr daxilində talalar şəklində meşə çöl və çöllərin yaranması da bu tip komplekslərə aid edilə bilər. Bundan başqa çöl və meşə-çöl landşaftlarının çökək ərazilərində formalaşan bataqlı çəmənlər, bəzi sahələrdə rütubət sevən ağacların yaratdığı kiçik arealı meşələr də bunlara misal ola bilər.
Yarımsəhralarla axan iri çayların yataqlarında zəncir şəklində uzanan tuqay meşələri tipik intrazonal kompleksdir. İntrazonal landşaftlar hidromorf komplekslərin xüsusi tipidir. Bu tip komplekslərin əksəriyyəti qrunt sularının yer səthinə yaxın yerləşməsi və yaxud da yer səthinə çıxması ilə əlaqədar əmələ gələn çəmənlikləri, çəmən bataqlıqları, çəmən-çala cilli, qamışlı bəzən rütubət sevər ağaclardan ibarət meşə kolluqları təmsil edir.
Hidromorf landşaftlar arid və ekstra arid landşaftların daxilində atmosfer yağıntılarının təsiri ilə deyil yerli çayların, göllərin və qrunt sularının torpaq qruntu rütubətləndirməsi nəticəsində əmələ gəlir.
Bütövlükdə intrazonal landşaftların yaranması aşağıdakı amillərdən asılıdır.
1)Qrunt sularının səviyyəsi, fəsli dinamikası və minerallaşmasından
Kəskin və orta dərəcədə şorlaşmış qrunt suları yer səthinə çıxdıqda şoranlıqlar şoranlı bataqlıqlar, zəif şorlaşmış və şorlaşmamış qrunt suları yer səthinə yaxınlaşdıqda və yaxud da səthə çıxdıqda çəmən meşə, meşə-kolluq və çəmən-bataqlıq landşaftları formalaşır.
2)Relyefin genetik tiplərindən Hamar düzənliklərdə çökəkliklərin və basdırılmış qalxanların (morfostrukturların) xüsusiyyətlərindən asılı olaraq intrazoal hidromorf landşaftlar əmələ gəlir. Kür-Araz ovalığının əksər hidromorf landşaftları lokal çökəkliklərdə, iri çuxur və çalalarda, konusarası çökəkliklərdə formalaşmışdır.
Kür-Araz ovalığında xüsusilə Şirvan düzündə və Muğan düzündə basdırılmış neogen və paleogen qalxmalar qrunt sularının axımını zəiflədir və nəticədə onlar yer səthinə çıxır və hidromorf landşaftlar yaranır. Samur-Dəvəçi ovalığındakı Yalama-Nabran meşələrinin və dəniz sahili bataqlıq qurşağının yaranması da buradakı basdırılmış qalxmalarla bağlıdır.
3)İri çayların geniş, subasar düzənliyə malik dərələrin olması vaxtaşırı daşqın suları və çaylardan sızan sular torpaq-qruntun nəmlənməsini artırır və nəticədə meşə zolaqlarının (tuqay) formalaşmasına səbəb olur.
4)Antropogen təsirlər. Kənd təsərrüfatı bitkilərinin sistemsiz suvarması, xüsusi qoruyucu üzlüyə və betonlaşmış üzlüyə malik olmayan kanalların çəkilməsi, açıq torpaq-qruntun üzəri ilə kollektor və drenajların çəkilməsi və s. lokal areallı təkrar bataqlıq, bataqlıq-çəmən, şoranlıq və s. landşaftların yaranmasına səbəb olur.



Yüklə 125,42 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə