Unudulan tarix dəyişdirilən adlar



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə84/96
tarix23.01.2018
ölçüsü2,82 Kb.
#21999
1   ...   80   81   82   83   84   85   86   87   ...   96

190 
 
nəhayət 1848-ci ildə dirildilmişdi. 
Köçürülmə  və  məskunlaşdırılmanın  uğurları  barədə  general  Zass 
Astarxanin erməni patriarxina məlumat verərək bildirirdi ki, о 300 erməni ailəsini 
(2 minədək  adamı) toplamağa  və  onları  Kubanın  sol  sahilində  məskunlaşdırmağa 
nail  olmuşdur.  Onların  asayişi  həm  mülki,  həm  də  hərbi  cəhətdən  tam  təmin 
edilmişdir. 
I  Nikolay  kimi müstəbid hökmrandan  və  qaniçən istilaçı  generallardan 
belə  ənamlar  erməni  başbilənlərinin  məharəti  sayəsində  baş  tuturdu.  Bu  erməni 
köçünün də ilhamvericisi erməni maarifçisi və ruhanisi Varapet Artsivyanın səyləri 
nəticəsində olmuşdu. О erməniləri müsəlman çərkəzlərdən ayırıb rus təbəəsi kimi 
cəm  halda  yaşamağa  ruhlandırdı  və  bu  işi  layiqincə  təşkil  etdirə  bildi.  Onun 
Armavirdə qəbri müqəddəs sayılır və daim ziyarət edilir. 
Kubanın hündür sahilinə arabaçılar daş, kərpic, ağac daşıyırdılar. 1840-
cı ildə ilk erməni kilsəsi ucaldılır. 1846-ci ildə isə ilk erməni məktəbi... 
1876-cı  ildə  aul  böyük  kəndə  çevrilməkdə  idi.  1900-cü  ildə  artıq 
Armavir Qafqazda iri ticarət-sənaye mərkəzinə çevrildi. İndi Krasnodar şəhərindən 
sonra ölkənin ikinci böyük şəhəridir. 
XX  əsrin  əvvəllərində  Azərbaycan  əhalisinə  qarşı  vuruşa  göndərilən 
erməni könüllülərinin toplanış məntəqələrindən biri olmuşdu. 
 
 
 
ŞAH MAMAY. İNDİ AYVAZOVSKİ 
 
"Dünən  mən  Feodosiyadan  25  verst  aralı  Şah  Mamayda  Ay-
vazovskinin  malikanəsinə  getmişdim,"  -  deyə  yazıçı  Çexov  öz  ailəsinə  22  iyun 
1888-ci il tarixli məktubunda yazırdı. Məktubda adı çəkilən Şah Mamay kəndinin 
indiki  adı  Ayvazovski  kəndidir.  Bu  qədim  kənd  Kırım  vilayətinin  indiki  Kirov 
rayonuna daxildir. İgid sərkərdə, mahir siyasətçi Mamay
422
. Birbaşa xan ailəsindən 
çıxmasa  da  Qızıl  Orda  xanı  Berdi  bəyin  bacısı  ilə  evlənib  (Özbək  xanın  nəvəsi) 
kürəkən kimi  böyük  imtiyazlar  əldə  etdi.  Kırım  onun  idarəsində  idi.  1380-ci ildə 
əvvəl  Kulikovo  çölündə,  sonra  Kalka  çayı  üzərindəki  döyüşdə  məğlubiyyətə 
uğramış,  hakimiyyəti  qalib  çıxan  Toxtamış  xana  buraxaraq  öz  yurd  topraqlarına 
çəkilmişdi.  Az  sonra  Kafada  öldürülmüşdü
423
.  Əski  Kırımla  Kafa  (Feodosiya) 
arasında  Mamay  Kurqan  -  Şah  Mamay  abidəsi  vardır;  deyilənlərə  görə  Mamay 
burada dəfn olunmuşdur. 
Mamay (mama) sözünün əski inamlarla bağlı olması (qohumluq termini 
"mama" bu izləri əks edir) şübhəsizdir. Odur ki, geniş türk adları xəritəsində, eləcə 
                                                        
422
 
Л.Н.Гумилев. Древняя Русь и Великая Степь, М., Мысль, 1989 с.621.
 
423
 
Татарский энциклопедический словарь, Казань, 1999, с.342. 
 


191 
 
də  digər  onomastik  vahidlər  sırasında  bu  ada  müəyyən  qədər  rast  gəlmək  olar: 
Mama  çayı  (İrkutsk  vil.),  Mamaykino  (Mari  MR),  Mamadış  şəhəri  (Tatarıstan), 
Mamay  Kutan  kəndi  (Dağıstan,  Qayakənd  r.),  Krasnodar  ölkəsində  Qruzinskaya 
Mamayka,  Adler  rayonunda  Russkaya  Mamayka,  Kırımda  təkcə  Yevpatoriyada 
(keçmiş adı: Gözləvə) üç Mamay kəndi olmuşdur. Volqoqrad ətrafında möhtəşəm 
bir abidə sayilan Mamay Kurqanı tarixi adında hifz olunan bu ada yurdumuzun da 
coğrafi  adları  sırasında  rast  gəlinir:  Mamaylı  kəndi  (Qəbələ  r.),  bununla  yanaşı 
Şuşa  şəhərində  Mamayı  məhəllə  adı  olmuş,  Abşeronda  Saray  кəndinin 
mikrotoponimləri içərisində də Mamay adı vardır. 
  
 
TAQANRAQ. TAQAN ROQ 
 
Taqan  roq  Azov  dənizi  üzərində  liman  şəhəridir;  Dənizdən  Uzun  və 
Aksaray  dilləri  ilə  ayrılan  Taqanoq  körfəzinin  qayalı  burnunda  yerləşir.  Hazırda 
Rostov  vilayətinə  daxildir.  Та  qədimdən  əsasən  Noqay  türkləri  yaşayan  Taqan, 
Taqanrək  adı  ilə  tanınan  şəhəri  I  Pyotr  ələ  keçirdikdən  (1698)  sonra  müdafiə 
qalaları  tikərkən  onurı  adını  "Troitsk"  (ilk  tikilən  kilsənin  adı  ilə)  qoyur.  Sonra 
Purut sülhü şərtlərinə görə bir çох Azovüstü qalalar kimi о da sökülmüş, ruslar geri 
çəkilmişlər.  Qaları  rus  qalası  kimi  yenidən  bərpa  etmək  II  Yekatirinaya  müəssər 
olur;  1769-cı  ildə  qala  təkrar  möhkəmləndirilir  və  Taqanroq  adlandırılır  (roq 
"buynuz" burada "mis,   burun"  mənasında  istifadə   olunmuşdur).   1783-cü   ildə 
Akyar (Sevastopal) qalası tikilməklə Taqanroq özünün hərbi -strateji əhəmiyyətini 
itirir və Rusiyanın limanına çevrilir. 
Bir  çox  tədqiqatçılar  bir  qayda  olaraq  taqan  sozünün  türk  mənşəyinə 
bələd  olduğundan  onu  Türk  dillərində  taqan  "dəstəkli  tava,  saplıca",  həmçinin 
ocaqda  qazanı  asmaq  üçün  -  üç  ayaq  sözü  ilə  bağlayırlar
424
 və  bu  fikri 
əsaslandırmaq  üçün  adətən  Moskvada  tarixən  qazançı  sənətkarların  yaşadığı 
Taqanka tarixi slab-da adını misal gətirirlər. 
Taqan sözünü coğrafi silsilə adlar sırasında görmək mümkündür. Kiyev 
ve  Çerkassk  vilayətlərində  Taqança,  Novosibirsk  vilayətində  Taqan,  Altay 
ölkəsində  Altın Taqan,  Rostov  vilayətində  Taqanroq...  Lakin  Maks  Fasmer taqan 
sözünün mənasını toğan "şahin" sözü ilə bağlayır
425

Eyni  zamanda  qədim  türklərdəki  tarixi  şəxsiyyət  adı  olan  Tuğan  xan 
adını da nəzərə almaq lazımdır. 
Bütün  hallarda  Taqan  (habelə  coğrafi  adların  tərkibindəki)  yaşayış 
məntəqəsi adlarını bənzərlik əsasında ifadə edə bilmişdir "Təpə, dağ, qayalı burun, 
                                                        
424
 
Шипова Е.Н. Словарь тюркизмов в русском языке, Алма-ата, 1976, с. 301.
 
425
 
Фасмер М. Этимологический словарь русского языка, т. 4. с.9. 
 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə