Unudulan tarix dəyişdirilən adlar



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə85/96
tarix23.01.2018
ölçüsü2,82 Kb.
#21999
1   ...   81   82   83   84   85   86   87   88   ...   96

192 
 
zirvə"  mənalarını  o,  relyef  bənzərliyinə  görə  qazanmışdır
426
.  Şəhərin  sacayağını 
xatırladan  qayalara  görə  və  ya  reylefi  baxımından  bu  qayaların  şahin  (toğan) 
quşuna  bənzədiyinə  görə  belə  adlanması  ehtimalları  eyni  dərəcədə  inandırıcıdır. 
Yerin  adı  rusların  gəlişinə  qədər  Taqanraq  (taqan  kimi,  taqan  sayaq;  müq.  et: 
yaxşıraq,  gödərək  və  s.)  işlənmişdir.  Taqanroqda  rus  çarları  I  Pyotra  və  I 
Aleksandra heykəl qoyulmuşdur. 
 
 
 
TARAZ. AULIYE ATA (ÖVLİYA ATА). 
CAMBUL 
 
Şəhərin  adı  1938-ci  ildə  dəyişdirilərək  Cambul  qoyulmuşdur. 
Qazaxıstanın  Cambul  vilayətinin  mərkəzidir.  Şəhər  Talas  çayının  sol  sahilində 
yerləşir. Elə qədim mənbələrdə adı V əsrdən Talas və ya Taraz kimi çəkilir. Talas 
şəhərinin qədim adlarından biri də Altun olmuşdur
427

Şərq ədəbiyyatında öz türfə gözəlləri ilə məşhur olan qədim Türküstan 
şəhəri kimi ondan bəhs olunur. X-XII əsrlərdə Balasaqun, Kaşqar, Uzgen şəhərləri 
kimi  Qaraxanilər  dövlətinin  paytaxtı  olmuşdur.  X  əsrdə  Qaraxanilər  dövlətində 
müsəlmanlıq  yayılmışdır.  Cambulun  qədim  qəbiristanlığında  Qara  xanın  qəbri 
durmaqdadır. Qaraxan Tarazın ilk müsəlman hakimidir
428

Onun məzarı üzərindəki sərdabə XI-XII əsrlərdə tikilmişdir. О vaxtdan 
xalq  içərisində  müqəddəslik  qazanmış,  şəhərin  bir  növ  hamisi  -  "qaraçuxası" 
sayılmaqdadır.  Buna  görə  də  "Ata"  kimi  müqəddəs  titul  daşıyır.  О  zamanlardan 
Taraz  şəhəri  Övliya  Ata,  yerli  tələffüzdə  "Auliye-Ata"  adlandırılmışdır.  Bu 
müqəddəs  məzara  görə  böyüyən  şəhər  dini  ziyarət  mərkəzlərindən  birinə  çev-
rilmiş, Türküstanda məşhurlaşmışdı. Ziyarətgah olan qəbir XX əsrin başlanğıcında 
1905-1907-ci  illərdə  Daşkənd  işanı  (axundu)  Səid  Bakkalov  tərəfindən  təmir 
edilmişdir. 
Cambul  yaxınlığında  indi  adı  dəyişdirilən  bir  kənddə  Ayşa  bibi 
mavzoleyi (X əsr) durur. Ayşa bibi Alp Arslanın qızı, Şəmsülməlik Qara xanın isə 
xatunudur. Yenə bu kənddə XI-XII əsr abidəsi olan Babaca xatun məqbərəsi vardır. 
Qara xatun adı ilə yaşayan şəhərin adı 1936-cı ildə dəyişdirilib Levon 
Mirzoyanın adı ilə Mirzoyan şəhəri qoyuldu
429

Şəhər  cəmi  iki  il  bu  adla  yaşadı.  1938-ci  ildə  qazax  şairi  Cambul 
Cəbəyevin  (1846-1945)  şərəfinə  Cambul  adlandı.  Xalq  akını  Cambul  da  öz  adını 
Cambul dağının adından götürmüşdü. О bu dağın ətəyində doğulmuşdu. 
                                                        
426
 
Географические название в Москве. М., Мысль. 1985, с. 58.
 
427
 
Древнетюркский словарь. Лен., Наука, 1969, с. 40. 
428
 
Энциклопедический словарь, т. 2. с. 468.  
429
 
Большая Советская Энциклопедия. т. 8. с. 188.  


193 
 
Şəhərin qədim hissəsi sonralar dövlət tərəfindən qoruq elan edilmişdir. 
Cambul  vilayətində  Azərbaycandan  30-cu  illərdə  sürgün  olunmuş 
Azərbaycan  türkləri  yaşayır.  Onların  arasında  Merkit  rayonunda  mənim  qohum-
qardaşlarım da vardır. 
 
 
TARXAN - İNDİ LERMONTOV ŞƏHƏRİ 
 
Penza  torpağı  tatarların,  çuvaş  və  mordvalıların  ilk  vətənidir.  Vaxtilə 
Volqa və Don çayları arası vadidə bu kənd Penza quberniyasının Çembar (Çəmbər) 
dairəsinə məxsus idi. 
Pyotrun  vaxtında  bu  mülk  çar  sarayında  şərəfli  süfrəçi  (stolnik, 
masabəyi)  ünvanlı  Mixail  Arqamakova  mənsub  idi.  Kənd  sonra  çarın  ana  babası 
Narışkinlərə  keçir.  Məhz  onların  dövründə  Tarxana  rus  kəndliləri  köçürülməyə 
başlamışdı. 
Rusiyanın  adlı-sanlı  nəsillərindən  olan  Stolipinlərin  mülkü  olduqdan 
sonra  Tarxan  rus  şairi  Mixail  Lermontovun  ana  nənəsinə  (qızlıq  familiyası 
Stolıpina) cehiz olaraq verilir. Və beləliklə mülk Arsenevlərə keçir. Qədim Moskva 
zadəganlarından  olan  Arsenevlərin  özünün  də  türk  (bulqar)  əsilli  ruslardan 
olduğunu nəzərə almaq lazımdır. (Arsenevlər soyu 1389-cu ildə  xristianlığı qəbul 
edən qızıl Orda əyanı Arslan Murzadan başlayır) Tarxan adı burada anadan olmuş. 
Mixail  Lermontovun  (1814-1841)  şərəfinə  1944-cü  ildə  dəyişdirərək  Lermontovo 
adıyla əvəz edilmişdir.    
 
 
 
 
 
Lermantov qabaqcıl rus şairlərindən biri idi. Coşqun ruhlu şeirlərinin bir 
çoxu  Qafqaza,  onun  gözəlliklərinə  və  yerli  xalqların  azadlıq  müharibəsi  aparan 
mücahidlərinə  həsr  edilmişdir.  Dostu  Rayevskiyə  məktubunda  türk  dilini 
öyrənməyə  başladığını,  bu  dili  bilməklə  nəinki  Qafqazda,  habelə  Asiyada 
keçinmək  mümkün  olduğunu  deyərək  türk  dilinin  mövqeyini  düzgün 
qiymətləndirmişdi.  
 
 
 
 
 
 
Tarxan, Tarkan hunlardan, xəzər, bulqar və b. türk və monqol xalqlarında 
təltif,  rütbə,  titul  bildirirdi
430
.  Qədim  Rusda  Qızıl  Orda  hakimiyyəti  dövründə 
tarxan  torpaqları,  mülkiyyəti  var  idi.  Bu  mülklər  feodalın  özü  kimi  (tarxan) 
toxunulmaz sayılır və dövlət vergilərindən azad idi. Radlova əsaslanaraq etimoloq 
Fasmer də tarxan sözünün qədim türkcə tarkan "rütbə" (ləyaqət) demək olduğunu 
göstərir
431
.  Odur  ki,  geniş  yayılmış  Tarxan  yer  adları  vaxtilə  həmin  torpaqların 
Tarxan  torpaqları  olduğunu  göstərməkdədir.  Rus  soyadları  (həmçinin  erməni, 
                                                        
430
 
Баскаков Н.А. Тюркская лексика в «Слове о полку Игореве», с. 41
 
431
 
Фасмер  М.  Этимологический  словарь  русского  языка,  М.,  Прогресс,  1987,  т. 
4, с.25 
 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə