Unudulan tarix dəyişdirilən adlar



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə88/96
tarix23.01.2018
ölçüsü2,82 Kb.
#21999
1   ...   84   85   86   87   88   89   90   91   ...   96

200 
 
poloves (qıpçaq) torpağında yerləşən Tor (Tork) şəhərini 1646-cı ildə kazaklar ələ 
keçirir  və  hərbi  kazak  qalası  kimi  onu  möhkəmlədirlər.  Qala  kazakların  Kırım 
tatarlarına  qarşı  qarovul  məntəqəsi  kimi  fəaliyyət  göstərirdi;  buradan  onların 
Kırıma basqınları təşkil olunurdu
444

Moskva höküməti kazakları daim türk və Kırım tatarları ilə müharibəyə 
sövq  edir,  bu  mənada  daim  onlara  dəstək  olur;  Dona  çörək,  taxıl,  hərbi  sursat 
göndərirdi. 
Kırım  Rusiyanın  idarəsinə  keçən  ildə  (1784)  Tor  (Tork)  adı  ilə  bu 
zamanacan yaşayan şəhərin adı dəyişdirilir. Bu yerlərə iddia əlaməti olaraq şəhərə 
sahib  olan  yeni  etnosun adını  şöhrətləndirmək  xatirinə  ona  Slavyansk adı  verilir. 
İndi  müasir  Slavyansk  şəhəri  Ukraynanın  Donetsk  vilayətindədir.  Mühüm 
dəmiryolu qovşağı sayılır. Ətraf göllərindən duz çıxarılır və palçıq kurortu kimi də 
məşhurdur. 
Tork,  torki  qədim  rus  salnamələrində  oğuz  tayfalarından  birinin  – 
qədim uzların, qara klobukların adlarından biri kimi çəkilir. Heç şübhə yoxdur ki, 
tork, torki etnonimi türk xalq adının rus dilində adaptə olunmuş şəklidir
445
 
Qumilev türk sözünün mənasının "güclü, möhkəm" olduğunu göstərir. 
Onları ilk dəfə bu adla çinlilər adlandırmışlar; qədim çinlilər tuiku demişlər. Get-
gedə bu tayfaya türk və ya türküt adı vermişlər
446

 
 
 
TUBULQA. TOBOL. TOBOLSK 
 
Tobol(sk)  müasir  Tümen  vilayətində  (Rusiya)  şəhər.  Tobol  (yerli 
tatarlar Tubulqa  və  ya  Tubul  deyirlər)
447
 çayı  üstündə  salınmışdır.  Tarixən  Tobol 
abad,  böyük  tatar  şəhəri  olmuşdur.  IV  İvan  höküməti  Kuçum  xanla  mübarizəyə 
göndərdiyi kazak qoşunu atamanı Yermakın arxasını möhkəmlətmək üçün ataman 
Çulkov,  Sukin,  Myasnoyu  səfərbər  etmişdir.  Çar  İvan  Qroznının  şəxsən  etibar 
etdiyi  kazak  atamanı  Danilo  Çulkov  1587-ci  ildə  Tobol  çayı  üzərindəki  bu  tatar 
qəsəbəsini  kazak  hərb  qalasına  çevirdi.  Tobolsk  bu  tarixdən  başlayaraq  Sibirin 
istila  olunmasında  müstəsna  əhəmiyyət  daşımışdı.  Məhz  bu  zamandan  Sibirin 
əməli şəkildə fəthi və onun ruslarla maskunlaşdırılması başlayır. 
Sibirdə  əsas  nəqliyyat  çaylarla  olduğu  üçün  elə  istilanın  lap 
başlanğıcından ilk rus şəhərləri çayların üzərində salınmışdı. Odur  ki, Tobol, İrtış, 
                                                        
444
 
Кудряшов K.B. Про Игоря Северского про землю Русскую, М., 1959, с.42
 
445
 
Баскаков Н.А. Тюркская лексика в «Слове о полку Игоревe», с.59
 
446
 
Lev Qumilyov. Qədim türklər, Gənclik, 1993, s.31, 33
 
447
 
Усманов  А.Н.  Добровольное  присоединение  Башкирии  к  Русскому  Государству, 
Уфа, 1982, с.57 
 


201 
 
Ob, Yenisey, İrkut çayları boyunca yaşayış məskənləri yaranmağa başladı. Tobol(sk) 
1596-cı ildən bütün Sibirin inzibati mərkəzi idi. Hələ çar vaxtı Tobolskda Sibiri istila 
etmiş kazak atamanı Yermaka heykəl qoyulmuş; 1838-ci il avqustun 23-də abidəyə 
bu sözlər həkk olunmuşdu: "Sibirin fatehi Yermaka". Çukman burnunda qoyulmuş 
bu  abidə  14  illik  bir  hazırlıqdan  sonra  açılmışdı.  Abidə  arxitektor  A.  Bryüllevin 
layihəsi üzrə hazırlanmışdı. 
...Yermak  1585-ci  ildə  öz  kazakları  ilə  Sibir  çöllərindən  topladığı  bol 
yasakla  İskerə  qayıdırdı.  Yolda  ona  Buxara  tacirləri  karvanının  yaxınlaşması 
xəbərini çatdırdılar. Yağmacı kazaklar dərhal Vaqay çayı boyunca hərəkətə keçir. 
Atbaş  ovalığında  tatarlarla  qızğın  döyüşə  girdilər.  Lakin  bu  dəfə  karvanın 
mühafizəçilari  hünər  göstərib  yolkəsən  kazakları  yenirlər.  Canını  zorla  qurtaran 
Yermak özünü çaya atır. Ataman əynindəki ağır zirehi də soyunub atmağa imkan 
tapa bilməmişdi. Onun məhz öz zirehli köynəyinə görə suya qərq olduğu söylənilir. 
Bu ağır badana ("bədən" sözündəndir) padşah hədiyyəsi idi. 
Həqiqətən  də  Sibiri  istila  edən  atamana  çarın  lütfü  böyük  idi.  İvan 
Qroznı edam etdirdiyi məşhur voevada Pyotr Şuyskinin müsadirə edilmiş qiymətli 
əşyaları  sırasında  knyazın  kolçuqası  (zirehli  köynəyi)  da  vardı.  Həmin  zirehli 
köynək çar hədiyyəsi kimi Yermaka göndərilmiş və mükafat onun ölümünə səbəb 
olmuşdu. 
Xatirələrdən  aydın  olur  ki,  Tobolskda  ilk  tikilən  kilsə  şəhərin  axarlı-
baxarlı  yerində  -Tobol  çayı  sahilində  tikilmişdir.  Həmin  kilsənin  tarixi  yazılan 
divarındakı mətndə bu ilk pravoslav kilsəsinin şəhərin bazarının yerində salındığı 
göstərilir. Tatarlar nə qədər müqavimət  göstərsələr də nəticə  hasil  olmamışdır
448

Tobolsk  hələ  uzun  illər  Sibirin  baş  şəhəri  sayılacaqdı.  1774-cü  ildə  Tobolsk 
şəhərinin planı təsdiq olundu. 
Tobolsk  çarizmin  həbs  və  sürgün  yeri  olmuşdu.  "Separatçı"  hetman 
Samoyloviç  (o  Rus-Türk  müharibəsində  kazak  qoşunu  komandanı  idi;  Osmanlı 
dövlətinə  daxil  olan  Solsahil  Ukraynasının  ruslara  keçməsinə  nail  olmuşdur), 
yazıçı  Radişşev,  dekabrist  şair  Kuxelbeker,  daha  sonralar  sonuncu  Rusiya  çarı  II 
Nikolay ailəsiylə burada həbsdə yatmışlar. 
 
 
TULA. TOLU. TOLAY 
 
Müasir Tula Upa (Upa-Oka çayının qolu) üstündə şəhər. Tula şəhərinin 
adı tarix səhifələrində ilk dəfə Nikon salnaməsində (1146-cı ilə aid qeydlərdə) rast 
gəlinir.  1343-57-ci  illərdə  Tula  Qızıl  Orda  məlikəsi  Toydulanın  idarəsində 
olmuşdur. Tula Ryazan knyazlığına daxil edilsə də, əməli şəkildə birdəfəlik 1521-
                                                        
448
 
Максимов В.И. Заглянут в бездну - «Знамя», 1990, октябрь, с.62 
 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə