Unudulan tarix dəyişdirilən adlar



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə89/96
tarix23.01.2018
ölçüsü2,82 Kb.
#21999
1   ...   85   86   87   88   89   90   91   92   ...   96

202 
 
ci ildə Ryazan knyazlığının zəifləməsi nəticəsində Moskva rus dövlətinin tərkibinə 
keçmişdir. (Ryazan knyazlığı özü 1531-ci ildə Moskva idarəsinə tabe olmuşdu). Bu 
zamandan etibarən bu təzə torpaqlarda salınan yeni rus qalalarıyla - Saraysk (1527-
1531) Kolomna (1529-1531), Serpuxov (1556) birlikdə Tula da Rus dövlətinin "Kı-
rım  tərəfdən"  etibarlı  keşikçi  məntəqəsinə  çevrilib,  bu  təhlükəli  yolu  qapatdı. 
"Beləliklə artıq XVI əsrdən Bryansk-Tula-Arzamas xətti Moskva - Rus dövlətinin 
sərhədləri olaraq səltənətin hüdüdlarını müəyyən edirdi"
449

Kazan xanlığını məhv  edən İvan  Qroznı Tulanı təzədən  möhkəmlətdi; 
hakimiyyət Tulaya ciddi əhəmiyyət verirdi. Elə buna görə Rus dövlətinin bacarıqlı 
adamları  bu  şəhərə  voevoda  təyin  edildi.  О  cümlədən  knyaz  Kurbski,  knyaz 
Serebryanıy (O çox sonralar A.K.Tolstoyun eyniadlı romanının qəhrəmanı oldu)
450

Bir  sərhəd  qalası  kimi  Tulaya  hər  şeydən  əvvəl  silah  lazım  idi.  Bir 
knyazlıqdan  dövlətə  çevrilən  Moskva  Rusu  xaricdən  silah  mütəxəssisləri  dəvət 
etməyə  başlayır.  Beləliklə,  Rusiyaya  cəlb  olunan  hollandlar  ruslar  üçün  silah 
sənayesinin  əsasını  qoydular.  "1630-cu  ildə  bir  holland  mühəndis  qrupu 
Moskvanın 120 km güneyində Tula yaxınlğında top tökülməsi işini qurdu"
451
 
1642-ci  ildə  burada  ilk  silah  zavodu  tikildi.  Pyotrun  Azov  səfəri 
gedişində  isə  Tulada  silah-sursat  istehsalı  birdən-birə  canlanıb  genişləndi.  Yerli 
sahibkarlar Mosolov qardaşlarının, Demidovun işinin miqyası artır. Çar Demidova 
Urala gedib dağ-mədən yataqlarını öyrənib açmağı tapşırır. 
Tula  samovarın  vətənidir;  Tula  samovarları  (məsələn,  Bataşov 
samovarları)  öz  adıyla  məşhur  idi.  Xalq  məsəlində  deyildiyi  kimi:  Tulaya  gedən 
özü ilə samovar aparmaz... 
Karamzin  "Rus  dövlətinin  tarixində  Tula  şəhərinin  adını  Qızıl  Orda 
çariçası  Tolay  adı  ilə  bağlayır.  Çox  gümarı  ki,  Tula  qədim  türk  sözü  tolu,  tolay 
"bədrlənmiş  ay  (dolmuş,  dolu  ay)  mənalarıyla  bağlıdır.  Sözün  bu  mənasıyla 
əlaqədar sözlər çoxdur: Tula Buğa xan ( 
-1291)  Batı  xanın  nəticəsi,  1287-ci 
ildən  Qızıl  Orda  xanı  Macarıstan  və  Polşa  torpaqlarına  olan  yürüşlərdə  (1285-
1287)  iştirak  etmiş,  1288-ci  ildə  Ryazan,  Murom  torpaqlarına  səfər  etmiş, 
hakimiyyət uğrunda gedən davada Ryazanda əmir Noqayla davada həlak olmuşdur. 
Tolu  (Tuluy)  həm  də  Çingiz  xanın  4-cü  oğludur,  atasının  ölümündən  sonra  bir  il 
müddətinə  imperiyanı  idarə  etmişdi.  (1227-1228).  Tulazəy  adlı  başqırd  xanı 
olmuşdu  (ruslar  onu  1468-ci  ildə  əsir  götürmüşlər).  Tulpar-tatar  folklorunda  at, 
nağıl obrazı; Tulubay Tatarıstanda yaşayış məntəqəsi adı, Tulubayev - tatar soyadı. 
Bu  adla  bağlı  tatar  məişətində  ad  çoxdur:  "tula"  tatarların  evdə  toxuyub 
hazırladıqları mahuddan (adətən ağ mahuddan) tikdikləri corab, yəni tula oek (oek 
                                                        
449
 
Никонов В. А.Введеыие к топонимике, М., 1966, с.78-79
 
450
 
Ашурков В.Н. Страницы Тульской старины, Тула, 1988, с. 13
 
451
 
Sadik Bilge, s.88 
 


203 
 
"ayaq"), qara və  boz rəngindən isə üst geyimi çekmen tikirdilər
452
. Tole qazaxlarda 
ad,  Tola  çayı  (Orxon  çayının  qolu)  -  indi  müasir  Monqolustan  ərazisindədir. 
Başqurdlarda Tulak qəbilə adı saxlanılmışdır, qazaxlarda tulak nəsil adıdır
453
. Tula 
özbəklərdə şəxs adı: Özbək şairi Tula Xocayev Turab (24.12.1918) Tula təxəllüsü 
ilə yazıb yaratmışdır. 
Tula vilayətində də türk tarixi ilə qidalanan, о tarixi yaşadan adlar hələ 
də kifayət qədərdir: Şeki, Kaznaçey, Xatunka, Babirino və s. adlar belələrindəndir. 
Superanskaya buradakı Don və Şat çaylarının adları haqqında qeydlərində göstərir 
i,  müasir  tuvalılarda  Şat  nəsil  adıdır,  Don  çayı  ilə  vaxtilə  türk  (qıpçaq) 
torpaqlarının  suvaran  böyük  Don  çayı  eyni  ad  daşıyır.  Həm  də  Tula  şəhərindən 
Upa çayının kiçicik qolu Tula (Müasir Tulutsa) çayı axır. 
 
 
 
TÜRK QALASI İSMAYIL 
 
Müasir  İzmayıl  Odessa  vilayətində  (Ukrayna)  şəhər.  Dunayın  sol 
sahilində yerləşir. Şəhərin nə zaman salındığı məlum deyil, - deyə sovet tarixçiləri 
yazır. Çünki Rusiya üçün İsmayılın tarixi-onun Qara dənizə çıxmaq planları ilə bir 
doğulub.  Övliya  Çələbi  “Səyahətnaməsi"ndə  bu  şəhəri  1484-cü  ildə  Sultan 
Bəyazidin ordusundan "İsmayıl kapudan"ın hərb qalası kimi möhkəmləndirməsinə 
görə adına İsmayıl şəhəri deyildiyini göstərməkdədir
454
. Lakin bundan da çox-çox 
əvvəl  bu  yerlərdə  əhalisi  tatar  olan  İsmayıl  adlı  kənd  olduğu  bilinirdi.  Məlum 
olduğu  kimi  İsmayıl  Dunay  üzərində  çox  hərəkətli  bir  keçid  yerinin  də  adı 
olmuşdur. Kazak həmlələrindən bu keçid bir quldur yuvasına dönmüşdü
455

Artıq XVI əsrdən onun haqqında möhkəm türk qalası kimi bəhs olunur. 
Qanuni Sultan Süleymanın hərbi yürüşündən sonra (1538) qala daha da abadlaşır 
və 1595-ci ildə mühüm qarnizon mərkəzi kimi tanınmaqdadır. 1602-ci ildə artıq bu 
zaman  Qıpçaq  çölündə  ciddi  qüvvə  kimi  tanınan  davakar  kazaklar  Dunayın 
cənubuna  doğru  çapovula  çıxaraq  İsmayıl  qalasını  və  ətrafındakı  yaşayış 
məskənlərini qarət edib yandırırlar. Qala 1624-cü ildə yenə kazakların həmlələrinə 
məruz qalır. 
1711-ci ildə Rus-Türk müharibəsində İsmayıl qalası I Pyotr qüwələrinə 
qarşı rəşadətli qala rolunu oynadı. 
Ruslar  XVIII əsrdən  başlayaraq  beş  qanlı  müharibə nəticəsində  yalnız 
                                                        
452
 
ТЭС, с.537
 
453
 
Суперанская А.В. Имя через века и страны, с. 118
 
454
 
Evliya Çeləbi. Seyahetnamesi, İstanbul, 1966, s.283
 
455
 
İslam Ansiklopedisi, 23 c, s.82. 
 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə