Unudulan tarix dəyişdirilən adlar



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə91/96
tarix23.01.2018
ölçüsü2,82 Kb.
#21999
1   ...   88   89   90   91   92   93   94   95   96

206 
 
birinə  keçmələri  söylənilir.  Bunu  Xəzərdə  cövlan  edən  kazak  soyğunçularının  və 
943-944-cü illərdə basqınçı rusların Azərbaycana yürüşü zamanı Xəzərə, Xəzərdən 
Kürə  keçərək  Bərdəni  işğal  etmələri  barədə  də  demək  olar.  Şübhəsiz,  yerli  əhali 
tatarlar, noqaylar da Volqa-Don suayrıcının üstünlüklərindən istifadə edə bilirdilər. 
Çox-çox əvvəllərdən isə tarixin mürgülü köksündə "Türk Or" yəni Türk 
Xəndəyi deyə yarımnəşəli, yarımpeşman bir xatirə yaşayırdı. Həqiqətən belədir. Or 
xəndək,  qanov  deməkdir.  (müqayisə  edək  Or  Kapı  Perekopun  əvvəlki  adı  -  qala 
dərin,  enli  xəndəklə  əhatələnmişdi.  Daha  doğrusu,  Kırımın  başlanğıcında  qapı-
sında  xəndəklə  əhatələnmiş  Or  Kapı  qalası  dururdu;  bir  də  Or  çayı  və  üzərində 
Orsk şəhərinin adı). 
Osmanlı  dövləti  Rusların  Kazan  və  Astarxanı  istila  etməsilə  bu 
torpaqların  itirilməsini  sinirə  bilmirdi.  1565-ci  ildə  Kırım  xanı  İvan  Qroznıya 
yazırdı  ki,  Astarxan  və  Kazandan  əlini  çək,  yoxsa  biz  daha  dostluq  saxlaya 
bilmərik. Osmanlı dövləti də bu "əliuzunluq" qarşısında narahat görünürdü. Sultan 
Süleymanın  varisi  II  Səlim  1569-cu  ildə  xüsusi  yürüş  planı  hazırladı.  Astarxanı 
azad etmək üçün Qasım paşanın rəhbərliyi altında türk ordusu hərəkətə keçməkdə 
idi.  Məqsəd  aydın  idi:  Don  çayı  ilə  Volqanı  birləşdirən  xəndək  qazmaq,  bununla 
Volqada  itirilmiş  hüquqları  qaytarmaq  Qasım  paşanın  rəhbərliyi  altında  türk 
ordusu hərəkətə keçməkdə idi. 17 minlik qoşun Kafa limanına çıxdı. Qasım paşa 
bu qüvvələr vasitəsilə çaylararası torpaqda xəndək qazdırmalı, bu yolla Astarxanla 
güclü əlaqə yaratmalı idi. 50 minlik atlı ilə də Kırım xanı türk qoşununa qoşuldu. 
Avqustun  15-də  kanalın  qazılmasına  başlandı.  Sentyabrın  15-də  artıq  kanalın 
qazılmasında 30 min işçi çalışırdı
458

Türk hərbi birləşmələri Volqa ilə Don çayını birləşdirən bu kanalı 3 aya 
qazmışdı.  Lakin  narazılıq  artırdı,  özünü  göstərməkdə  olan  qış  soyuğu  əsil  xof 
yaratmışdı,  əsgərlər  kazakların  basqınlarından  bezmişdilər.  Əsir  rus  Semyon 
Maltsovun  qeydləri  çox  maraqlıdır.  Cəzana  gələn  türklər  deyinərək:  bütün 
məmləkəti  gətirib  bura  çıxarsanız  belə  bu  işi  bitirmək  olmaz,  deyə  əllərini  işdən 
soyutdular.  Get-gedə  qoşunda  hərc-mərclik    düşür,    üsyan    alovları    hər  yanı 
bürüyür. Kazaklara da elə bu lazım idi; hər tərəfdən bu başıpozuq guruhun üstünə 
tökülürlər.  Qoşunun  komandanri  Qasım  Paşa  canının  qorxusundan  düz  Tamana 
qədər  qaçır.  Odur  ki,  5-10  günlük  işi  qalan  kanalın  çəkilişi  bitmədən  yarımçıq 
qalır.  Rus  tarixi  Türk  Xəndəyini  inkar  edə  bilməsə  də  həqiqəti  şübhələrə 
bürüməkdədir. Lakin həqiqətən işartıları çox güclüydü, sönən deyil. Rus dövlətinin 
səlahiyyətli  səfiri  məşhur  Novosiltsov  türklərin  çəkilib  getməsindən  az  sonra  
İstanbula  yollanarkən bu  yerlərdən  keçmiş,  hətta  torpaq qazmaq üçün gətirilmiş 
minlərlə  atılıb  qalmış  bel,  külüng,  balta  görür.  Səfir  bu  yürüş  haqqında  qiymətli 
məlumatlar verir
459

                                                        
458
 
Sadık Bilge. Osmanlı devleti ve Kafkasya, İstanbul, 2005, s.55
 
459
 
Бернштейн-Коган. Волга-Дон, Изд. АН СССР, 1954, с.24 


207 
 
Rusiyanı  cənuba  doğru  da  genişləndirmək  istəyən  Pyotr  bu  torpaqları 
gəzərkən  yarımçıq  buraxılmış  kanal  onu  bərk  düşüncəyə  çəkir.  Coşqun 
temperamentli, dəlisov gənc çar bu işə girişməkdədir. Türklərin 100-130 il bundan 
əvvəl qazdığı bu xəndək onu vəcdə gətirir: İşi bitirmək lazımdır. 
Azak dənizinə yürüşlərin uğurlu gedişində о xarici mütəxəssisləri bura 
cəlb  etdi.  1697-ci ildə ingilislərin rəhbərliyi  ilə  işə  başlandı.  İşçi  qüvvəsini  Azov 
yürüşündə əsir düşən türklər (istər əsgəri qüvvə, istərsə də Azov boyu türk əhali) 
və  sənədlərdən  məlum  olduğu  kimi  bura  qovulan  işçilər  İnsar,  Arzamas,  Kasım, 
Nijni  -Novqorod  və  Aşağı  Volqa  şəhərlərindən  olan  20-35  min  tatarlar  təşkil 
edirdi.  Onlar  "lopatniki"  (bellə  işləyənlər)  adlanırdı.  Çox-çox  sonra  belə  onlar  bu 
adla qeyd olunurdu. 
İş ağır idi. XIX əsrin lap axırlarında belə həmin xəndəkdən insan skeleti 
çıxırdı.  Pyotr  Baltik  sahilləri  üstündə  davaya  girişmişdi.  1701-ci  ildə  Volqa-Don 
kanalında  işi  dayandırmaq  əmrini  verdi.  1711-ci  ildə  isə  Purut  sülhü  nəticəsində 
Azov və Don ağzı torpaqları itirən Rusiyanın bu yerlərdən əli çıxdı. 
Yarımçıq  buraxılmış  bu  kanallar  hər  zaman  səyyahların,  tarixçilərin 
marağına  səbəb  olmuşdur;  1826-cı  ildə  kanalın  qalıqlarına  baxan  yol  mühəndisi 
Kraft yazırdı ki, iki böyük kanal görünür: yuxarı xəndək Türk kanalı adlanır. Onun 
eni 22 m dərinliyi 8 metrdir. Aşağı xəndək Pyotrun başlatdığı kanaldır, dərinliyi 7 
metrdir.  Türk  kanalı  düzgün  çəkilmiş,  aşağıdakı  Pyotr  xəndəyinə  nisbətən  yaxşı 
qalmışdır.  Ondan  130  il  əvvəl  çəkilsə  də  XX  əsrin  başlanğıcında  Yol-nəqliyyat 
nazirliyinin  baş  mühəndisi  Moquçiy  kanallara  baxmış,  Türk  xəndəyini  8  m 
dərinlikdə, Pyotr xəndəyinin isə uçurulduğunu, yamaclarının sürüşdüyünü, dibinin 
də dayazlaşdığını xəbər verməkdədir. 
Kanal  yalnız  1948-1952-ci  illərdə  çəkildi.  "Türk  xəndəyi"  deyə 
"bismillahla"  başlayan  böyük  iş  bərpa  olundu  da  demək  olar.  O,  Sarı  Su  çayı 
vadisindən keçib Ergeney təpələrinin ətəyi ilə uzanıb gedir. Volqanın suları Kalaç 
şəhərində (kalaç-kalaca "qalaca, kiçik qala" türk sözündəndir) Don çayına qovuşur. 
Kanalın  ümumi  uzunluğu  101  km-dir.  Onun  45  km-i,  təxminən  çay  və  su 
ambarlarından keçir. 
 
 
UFA. ÖFÖ 
 
Müasir  Başqurdıstanın  paytaxtı.  Yerli  xalq  öz  şəhərlərinə  Öfö  deyir. 
Şəhər  Ufa  "Öfö"  çayının  (başqurdlar  bu  çayı  da  Qara  İdel  (idil,  itil  "çay") 
adlandırırlar;  Ak  İdel  və  Dema  çaylarının  üstündə  yerləşir)  Ufa  torpağı  Başqurd 
xalqının  böyük  Min  qəbiləsinə  mənsub  idi.  Başqa  tayfalara  nisbətən  Min  tayfası 
güclü, böyük tayfa olmuşdur. Odur ki, bu tayfadan Başqurdıstanda çoxlu yer adları 
                                                                                                                                
 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə