Unudulan tarix dəyişdirilən adlar



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə95/96
tarix23.01.2018
ölçüsü2,82 Kb.
#21999
1   ...   88   89   90   91   92   93   94   95   96

216 
 
Lena  çayının  yuxarıları  Balaqan,  İdi  qalaları,  daha  sonralar  Yuxarı  İdin,  Kaban, 
İlim, Selenqa qalaları ona tabe oldu. Beləliklə, geniş İrkutsk qəzası yarandı. 
1792-ci ildə II Yekaterina İrkutsk şəhərinin baş planını təsdiq etdi. 
İrkutskın  tarixinə  həsr  edilmiş  köhnə  albomların  birində  rəsm  olduğu 
kimi Uşakovka çayı sahilində yerli müsəlmanların məscidi vardır. 
Çarizmin  istilaçılıq  xəttində  zəbt  olunan  yerlərdə  qədim  adlara 
biganəlik,  onları  əlüstü  dəyişdirmək  ənənəsi  vardı.  Xüsusən  çayın  adı  ilə 
üzərindəki  yaşayış  məntəqəsinin  adını  eyniləşdirmək  adəti  qanunauyğun  hala 
çevrildi.  Bu  əməliyyat  vasitəsilə  "yad"  adları  asanlaşdırmaq məqsədi  gözlənilirdi. 
Hər nə isə, nəticədə tarixin mühüm bir səhifəsi yoxa çıxırdı 
 
 
   
YAR ÇALLI. NABEREJNIE ÇELNİ (BREJNEV) 
 
Tarixən  Yar  Çallı  şəhəri  Kama  çayı  hövzəsindəki  Çallı  çayının  (indi 
"Çelninka"  adlanır)  üzərində  yerləşmişdir.  İndiki  adı  Naberejnie  Çelnı  idi;  liman 
şəhəridir. Rusların Kama ətrafı torpaqları istilasına qədər adı Çallı Tau "Daşlı Dağ" 
olmuşdur
482

Qədim  Yar  Çallı  şəhəri  Bulqar  məskənlərindən  biri  kimi  tanınıb 
şöhrətlənmişdi.  XIII-XIV  əsrlərdə  abad  bir  şəhər  olduğu  məlumdur.  Rusların  bu 
yerləri  işğalından  sonra  XVII  əsrin  başlanğıcında  Rusiyadan  bu  torpaqlara 
köçürülmə  işi  sürətlənir.  Bu  zamandan  şəhərin  adı  gəlmə  rus  əhali  tərəfindən 
tərcümə  edilərək  işlənir  və  tezliklə  rəsmiləşir.  Türk  sözü  yar  ("yarğan,  uçurum, 
yamac,  hündür  sahil")  "naberejnie"  kimi  tərcümə  edilməklə  və  Çallı  "daşlı" 
sözünün rus  dilinə  fonetik  adaptsi  ilə  şəhərin  adı  Naberejnic  Çelnı  şəklinə  düşür. 
Türk  toponimiyasında  uçurumlu  sahil,  yamac,  yarğan  mənalı  yar  sözü  ilə  digər 
adların qovuşmasından yaranan adlar çoxdur. Beloyar, Çernoyar, Akyar, Kızılyar, 
Babiy Yar və s. onlarla ad göstərmək olar. 
Tatarıstan  ərazilərində,  ümumiyyətlə,  Orta  Volqa  boyunda  Çallı 
adlanan  çay  və  yaşayış  məntəqəsi  adına  çox  rast  gəlinir.  Yurdumuzun  Zərdab 
bölgəsində Çallı adlı kənd vardır. 
Yar  Şallı-Naberejie  Çelna  XIX  əsrdə  artıq  böyüyərək  taxıl  ticarəti 
mərkəzi  olan  bir  liman  şəhərinə  çevrilir.  Şəhərdə  Kam  Az  avtomobil  sənayesi 
inkişaf edir. 
Hazırda şəhərin əhalisi yarıbayarı tatarlardan və ruslardan ibarətdir. 
                                                        
482
 
Саттаров  Г.Ф.  Этимологии  топоними  «Набережние  Челны»,  -  Советская 
тюркология,  1974,  №3,  с.72;  Бахтиев  Ш.З.  К  этимологии  названия  «Жигули»,  - 
Советская тюркология, 1974, №1, с.62-65 
 


217 
 
YAŞ TURA. BİYSK 
 
Yaş  Tura  "gənc  şəhər"Altay  ölkəsində  vaxtilə  çiçəklənən  bir  şəhər 
olmuşdur.  Müasir  Biysk  Biy  çayının  Katın  çayına  töküldüyü  yerdə  liman  şəhəri 
kimi məlumdur. Monqolustana gedən böyük yol bu şəhərdən keçirdi. 
Ruslar  Altay  ölkəsini  çoxdan  işğal  etsələr  də,  bu  diyarın  başdan-başa 
əməli  şəkildə  fəthi  yalnız  I  Pyotr  hakimiyyəti  illərində  başladı.  1709-cu  ildə  Yaş 
Tura  şəhəri  hərbi  qala  kimi  əsasli  şəkildə  yenidən  tikildi.  Ruslar  yeni  şəhərləri 
tutduqdan  sonra  möhkəmlətdikləri  qalanı  ostorq  (zaostorennıx  "itilənmiş") 
adlandırırdılar.  Həm  də  həbsxana  sayılan  bu  qalalar  ucları  iti  yonulmuş  hündür 
tirlərlə dövrələnmişdilər.
483
 
Bir qədər  sonra  1732-ci ildə  Yaş Tura adı  Biy  çayının adı ilə  əlaqədar 
olaraq  Biysk  adlandırılmağa  başladı.  1782-ci  ildə  ona  şəhər  statusu  verilmiş, 
tezliklo  o,  bir  sənaye  şəhərinə  çevrildi  və  burada  taxta  emalı  və  maşınqayırma 
zavodları  salındı.  Altay  türklərinin  xristianlaşdırılması işi XIX  əsrdə  böyük  vüsət 
aldı. 1860 cı ildə güclü missioner V.Radlov, 1879-cu ildəsə N. Yadrintsev Altayda 
olmuşlar. 
Türk  dillərinin  qədim  qatında  yaş  sözü  özünün  indi  arxaikləşən  "gənc, 
təzə, sulu" mənası ilə məlumdur
484
. Malov bu sözün cavan məqamında işlənməklə 
"yaşlıq  yigit"  yəni  gənc,  yeniyetmə,  moğolca  "körpə,  körpəcik"  mənasını  qeyd 
edir
485
. Tura isə tatar etimoloq alimi Sattarovun göstərdiyi üzrə "duracaq, düşərgə, 
məskən" mənasında olub "kənd, aul" sözlərinə uyğun gəlir. Bu ada Sibirdə bir çox 
yaşayış məntəqələrinin adında rast gəlinir. Yaş (Ömür), yaşamaq sözünün fel əsası 
şübhəsiz, bu söz və onun mənası ilə bağlıdır.  Müasir Yassı şəhərinin də əski türk 
adı Yaş şəhəri mənbələrdə belə işlənib. Bu mənanın ifadəçisi olan daha bir türk adı 
-Ermənistanla  Gürcüstan  arasındakı  Yaş  dağ  silsiləsinin  də  adı  dəyişdirilmişdir. 
İndiki bu dağ Cavaxeti adıyla tanınır 
 
 
 
YAYIK. QURYEV ŞƏHƏRİ 
 
Əvvəl Yayık şəhərciyi Xəzər boyunda Ural çayının ağzında kiçik bir şəhər 
idi.  Bu  şəhərə  rusların  ayağı  açılan  kimi  buradakı  balıq  vətəgələrinə  yiyələnən 
balıq  sənayeçisi  Quryev  öz  oğulları  ilə  birlikdə  Yayıkda  məskən  saldı.  Əsasən 
Astarxanın  noqay  türklərindən  olan  dönmə
 
xristian  Quryevlər  çox  varlı  idilər; 
                                                        
483
 
БСЭ, Т.З. c.318
 
484
 
Древнетюркский словарь, Лен., Наука, 1969, с.246
 
485
 
Малов СЕ. Памятники дрeвнетюркской писменности, М-Л.1951, с.386
 
 


218 
 
Sibir,  Kazan,  Astarxan  şəhərləri  ilə  ticarət  edirdilər.  Sonra onun  oğullarından  biri 
Mixail  Quryevin  1640-cı  ildə  çarın  icazəsi  ilə  ağac  tirlərindən  qala  yaparaq 
möhkəmlətdiyi  sığınacağı  Quryev  adlanmağa  başladı.  Quryev  dəniz  ticarət 
yolunun  çay  kazaklarından  və  yerli  kalmıklardan  qorunmasını  streleslərə 
tapşırmışdı. Talançı kazaklar qalanı yandırmaq, Quryevləri öldürmək qərarına gəl-
dilər.  Lakin  birbaşa  çar  evi  ilə  dost  olan  Quryevlər  Xəzər  ətrafı  yerləri 
müstəmləkəyə çevirməklə böyük işlərin əsasını qoya bilərdi. Odur ki, çar Quryevi 
7 il vergilərdən azad edərək onlara daş qala tikməyə icazə verdi. (1647). 
1810-cu ildə qədər qala öz funksiyasını daşıyırdı
486

Yaşayış  məntəqəsinin  bu  yeni  adı  о  zamandan  işlənməkdədir.  Həmin 
vaxtadək  isə  hələ  məntəqənin  adı  Yayık  şəhəri  kimi  qalmaqda  idi.  Yeni  gələn 
ruslar "Yaikskiy qorodok" işlədirdilər. Şəhər öz adını çayın adından almışdı; Ural 
çayı  əvvəllər  Yayık  çayı  (yayık  enli,  gur  (çay)  adlanırdı.  Beləliklə,  1708-ci ildən 
Yayık şəhəri adının əvəzində buralara yiyələnən rus tacirinin familiyası ilə rəsmən 
Quryev  işlənməyə  başlayır.  İndi  Quryev  şəhəri  eyni  adlı  vilayətin  mərkəzidir. 
Keçmiş SSRİ-də ən dərin dərə Qarın jarik (Qarnıyarıq) dərəsi Quryevdə yerləşir. 
Yerli kalmıklar Ural çayını Üzən Balqazın adlandırıdılar
487

Etimoloq alim V.Nikonovun isə kalmıklarm işlətdiyi Üzən Balqazin adını 
alman sözü hesab etməsinin
488
 məsələylə heç bir əlaqəsi yoxdur. Bu adda daha bir 
məntəqəyə də rast gəlinir, Volqanın sağ sahilində (Astarxan vil.) kalmıklar yaşayan 
şəhərin adı Sine Balqazin (sine - yeni, balqazin – şəhər) indiki adı Yenotaevkadır. 
Tarixlərdə  türk  mədəniyyət  ocaqlarından  biri  sayılan  Balasaqun 
Qaraxanilər  dövlətinin  mədəniyyət  mərkəzi  kimi  fəaliyyət  göstərmişdir.  Uyğurun 
mərkəzi  şəhəri  olan  həm  də  Ordu  Balık  və  ya  Xan  Balık  adıyla  da  məşhur 
Balasaqın  və  ya  Kara  Balasaqun  “Kudatqu-Biliğ"in  müəllifi  Yusif  Xass  Hacib 
Balasaquninin  vətənidir.  Məsnəvi  şəklinə  yazdığı  bu  əsərilə  əruzu  türk  şerinə  ilk 
dəfə о tətbiq etmişdi. Quryev şəhərinin əsil tarixi adının tərkibindəki Üzən sözünün 
türk dillərində mənası "çay, nəhr" deməkdir
489

 
 
YAVLU TURA. YALUTOROVSK 
 
Qədim Sibir məskəni Yavlu Tura Tobol (Tubulqa) çауının üzərində şəhər. 
Qızıl Tura, Qasım Tura kimi möhkəmləndirilmiş şəhərlərdən olan Yavlu Tura Sibir 
xanlığının inzibati və hərbi dayaq bazaları idi. 
                                                        
486
 
СИЭ r.4. c.899
 
487
 
Şirbəy Əliyev. Xəzər dənizi tarixi xəritələrdə, c.99
 
488
 
Никонов B.A. Краткий топонимический словарь, с.113
 
489
 
Moğolistandakı türk anıtları, Ankara, 2001, s.199-244
 
 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə