Unudulan tarix dəyişdirilən adlar



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə94/96
tarix23.01.2018
ölçüsü2,82 Kb.
#21999
1   ...   88   89   90   91   92   93   94   95   96

214 
 
almansayağı  Yamburq  adlandırdı.  Yamburq  qalası  1784-cü  ildən  şəhərə 
çevrilmişdir.  1922-ci  ildə  adı  dəyişdirilərək  Eston  və  rus  inqilabçısı  Viktor 
Eduardoviç Kinqiseppin şərəfinə Kinqisepp şəhəri qoyulmuşdur. Luqa çayının Fin 
körfəzinə töküldüyü yerdən 40 km aralıda salınmış Yam çox möhkəm qala idi; bu 
qalanın  uğrunda  çox  qan  axıdılmışdı.  I  Pyotr  onu  təkrar  Rus  dövlətinə  tabe 
etdirdikdə  dağıtdığı  Yam  qalasını  qaydaya  salır  və  öz  ürəyincə  onun  Yamburq 
adlandırılmasına əmr verir. İndi şəhərdə vaxtilə II Yekaterinanın tikdirdiyi xristian 
məbədində "Köhnə Yamburq" adlı muzey yerləşdirilərək fəaliyyət göstərir
476

 
 
 
 
YAMXANA "YOLÜSTÜ KƏNDLƏR"Ə DEYİRDİLƏR 
 
Yamxana  Naxçıvanda  kənd  adı  olmuşdur.  Kəndin  əski  Yamxana  adı 
1963-cü  ildə  dəyişdirilərək  Cavidabad  qoyulmuşdur.  Tarixən  Yam  Azərbaycanda 
mövcud  olmuş  nəqliyyat  və  rabitə  məntəqəsi  mənasında  işlədilmişdir.  Yamxana 
yam  "poçt,  poçt  məmuru;  xana  "ev"sözlərindən  əmələ  gəlmişdir.  Azərbaycan 
ensiklopediyasında  göstərildiyi  kimi,  elçilərin,  səfirlərin,  vergi  toplayanların  və 
digər  məmurların  bir  məntəqədən  digərinə  gedib  gəlməsini  təmin  etmək  üçün 
böyük  dövlət  yollarında  hər  3-4  fərsək  məsafədə  xüsusi  dayanacaq  yam;  onlara 
nəzarət edənlər isə yamcı adlanıdı. Moskva altında Yamskaya kəndi, habelə şəhər 
daxilindəki  Yamskaya  küçə  və  keçid  adları  (bunlar  tarixən  Moskvada  mövcud 
olmuş  xüsusi  Yamskaya  slabodanın  yerindəki  məhəllələrdir)  həmin  tarixi  peşə 
adıyla bağlıdır. Rus dilində işlədilən, hazırda tarixi söz olan yamşik "arabaçı" sözü 
də buradandır. 
Müasir dövrdə Azərbaycan dili şivələrində arabaçi mənasında işləndiyi 
qeydə  alınmışdır:  Xanın  yamşağının  (faytonçunun)  qabağını  kəsir,  yamşağın 
belinin  ortasına  bir  çomaq  endirir.  Xan  cavab  elədi  ki,  niyə  mənim  yamşağımı 
vurdun?
477 
Cənubi Azərbaycanda yam (çaparxana) adı ilə bağlı Yam, Yamçı, Yam 
Bulaq,  Yamlaq  yer  adlarına  rast  gəlinir.  "Yam  gədiyindəki  Yam  kəndi  və  ətraf 
kəndləriylə  Mərənd  ovasındakı  Yamçı  və  ona  tay  kəndlərin  Muğul  köçlərilə 
gəldikləri  bəllidir.  Çünki  həm  о  kəndləırin  adının  muğulca  olması  (Yam  moğol 
dilində "qarovul yeri" mənasındadır) bəzi özəlliklərini saxlamaqdadır"
478

                                                        
476
 
«Авропа» (журнал) 1990, № 4, с.160
 
477
 
Dialektologiyadan  çalışma  və  tapşırıqlar  (hazırlayan  prof.  Dr.  В.В.  Əhmodov),  Bakı, 
1979, c.43
 
478
 
Böyük  bəy  Rəsuloğlu.  Cənubi  Azərbaycanda  türk  ləhcələri,  "Yeni  Türkiyə"  Türkoloji 
Araşdırmalar, 2002, № 1, s.269; Hacıyeva Qalibə. Şərqi Azərbaycan ostanının toponimləri 
(nam. diss.), Bakı, 2000, s.187 


215 
 
Naxçıvanda  olan  Yamxana  kənd  adı  özündə  tarixin  maraqlı  bir 
səhifəsini əks edirdi. 
Görkəmli  şəxsiyyət  adlarının  əbədiləşdirilməsi  işində  əsas  vəzifə 
hökmən  hər  hansısa  bir  yaşayış  məntəqəsinin  adının  dəyişdirilməsi  kimi  qəbul 
edilirdi.Yer  adının  tarixinin  isə  hansısa  bir  şəxsiyyətin  adına  qurban  verilməsinə 
heç  bir  vəchlə  haqq  qazandırmaq  olmaz.  Xatirə  adlar  tarixi  faktların  itirilməsin 
hesabına yaşadılmamalıdır. 
 
 
YANDAŞ DARAĞA. İRKUTSK 
 
Müasir İrkutsk şəhəri; Şərqi Sibirdə yerləşir. İrkut çayı boyunca uzanan 
böyük  ərazilərdə  Sibirin hakimi  Yandaş  Darağanın torpaqları uzanıb  gedirdi.  Elə 
burada  İrkut  çayının  Ankaraya  töküldüyü  yerdə  onun  Yandaş  Darağa  adlanan 
kəndi yerləşirdi
479

Sibir  türkləri  yandaş  sözünü  "ortaq,  tərəfdaş,  yoldaş"  mənasında 
işlədirlər. Darağa isə əski şəkli "daruğa, darğa" yəni vilayət və şəhər hakimi, rəisi, 
nəhayət bazar nəzarətçisi, polis məmuru deməkdir (Radlov 3. 1629). 
Ruslar  bu  əraziyə  ayaq  basan  kimi  kəndin  yerləşdiyi  ərazinin  üstün 
cəhətlərini  dərhal  qiymətləndirdilər  və  burada  rus  hərb  qalasının  salınması 
qərarlaşdırıldı. "Bu gün 1661-ci ilin iyulun 6-da İrkut çayının üstündə qala tikirəm" 
- deyə rus qulluq adamı Poxabov Yeniseyə məlumat verirdi
480

Hasara alınmış bu kiçicik yerdə gələcək İrkutskun əsası qoyuldu. 1662-
ci  ildən  İrkutsk  adı  işlənməyə  başlayır.  1686-cı  ildə isə  onun  şəhər  statusu təsdiq 
olundu.  Lakin  tatar  kəndi  Yandaş  Darağa  ərazisində  İrkutsk  şəhəri  salınması  ilə 
bağlı 1661-ci il tarixi nisbi qəbul edilməlidir. Çünki məlum olur ki, yasak toplayan 
kazaklar  üçün  burada  daha  əvvəldən  baraklar  tikilmişdi.  1697-ci  ildə  Pyotrun 
sərəncamı  ilə  İrkutska  500  rus  ailəsi  göndərildi.  Lakin  istilaçıların  yerli  xalqla 
münasibəti  qəddarlıq  və  soyğunçuluğa  əsaslanırdı;  icraçıların,  xüsusən  Kızıl  Yar 
kazaklarının zülmündən саnа doyan yerli tatarlar, buryatlar "Munqal torpaqları"na 
qaçmışdılar
481
 
İrkutsk  böyük  ticarət  yollarının  üstündə  qərar  tutmuşdur;  bu  böyük, 
qədim yol Asiyanı Uraldan Böyük Okeanadək kəsib keçir. 
Çarizmin  ağır  boyunduruğa  çevrilən  müstəmləkəçilik  siyasəti  Sibirdə 
geniş vüsət almışdı. İrkutskun zəbtindən sonra (tezliklə o, inzibati mərkəzə çevrilir) 
                                                                                                                                
 
479
 
Мельхеев М.Н. Географические названия Восточной Сибирии, с.37
 
480
 
Иркутск. Три века, Иркутск,1986, с.18
 
481
 
Кудрявцев Ф., Вендрих Г. Иркутск, Изд. Иркутск, 1974, с. 14 
 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə