Unudulan tarix dəyişdirilən adlar



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə92/96
tarix23.01.2018
ölçüsü2,82 Kb.
#21999
1   ...   88   89   90   91   92   93   94   95   96

208 
 
yadigar qalıb. 
Rusların təbəəliyinə keçənə kimi minlilər Ufada oturan noqay xanı Tura 
Baba Tükləsə və Dema və Urşak çayları boyu köçərilik edən Aksak Kilembet və 
Kara Kilembrtə tabe idilər
460

(Qeyd:  tura-ture  "rəis",  türexan,  turxan,  durxan  "hakim"  deməkdir). 
Ruslar  bu  torpaqlarda  irəlilədikcə  məhz  Ufada  möhkəmlənmək  istəmələri  böyük 
Noqay  Ordasının  (onun  başında  Urus  xan  dururdu)  Sibir  xanlığının  (Sibir  xanı 
Kuçum  idi)  gözlənilən  təhlükəsini  qabaqlamaq  istəyirdi.  Ruslar  bu  torpaqlara 
1574-cü  ildə  ayaq  basdılar  və  Ufa  qalasını  tikməyə  girişdilər.  Ufa  Urus  xanın  və 
Kuçum  xanın  Moskvaya  qarşı  kəskin  inadı  şəraitində  tikilirdi.  Ruslar  təhlükənin 
böyüklüyünü və ciddiliyini hiss edirdilər. Odur ki, Ufa və Samara qalaları surətlə 
tikilirdi. Urus xanın elçiləri Moskva sarayına bu bəyanatla çıxdılar: rusların hərbi 
qala tikdikləri bu şəhərlərdə rus çarının ata-babaları heç vaxt hakimlik etməmişdir. 
Ruslar yeni tikdikləri qalanı Ufa adlandırmağa başladılar. Elə bu ad da 
əbədiləşdi.  Lakin  bu  yeni  tikilən  qalanı  nəhəng  palıd  tirlərindən  hazırladıqlarına 
görə  başqurdlar  hələlik  bir  müddət  İmən  qala  (Palıd  qala)  da  adlandırırdılar.  О 
təkcə  Başqurdıstanın  mərkəzi  rolunu  oynamayacaqdı.  Məqsəd  Sibirin  Ufadan 
keçən çöl yolu ilə bağlı idi. Kazanı Sibirlə bu çöl yolu bağlayırdı. Ufadan bu yola 
nəzarət olacaqdı. Tezliklə 1586-cı ildə hərb qalası Ufa şəhərə çevrilir. Başqurdların 
xristianlaşması güclənir. Bu vaxtdan başlayaraq çarizmin zülmü əleyhinə başqurd-
tatar üsyanları başlayır.: Tarixdə Seitov üsyanı (1662), Batırşa üsyanı (1755-1760 
öz  din-inancını  saxladığına  görə  kölə  vəziyyətinə  düşən  yerli  xalqların  çarizmə 
qarşı  güclü  müqaviməti  demək  idi.  Bunun  ardınca  başqurdlar  milli  zülmə  qarşı 
alovlanan Puqaçov üsyanında fəal iştirak edirlər. Lakin bunlara baxmayaraq, XVIII 
əsrin  ortalarında  artıq  çuvaş,  mari,  mordva,  udmurtların  böyük  əksəriyyəti 
xristianlığa  gətirildi.  1744-cü  ildə  Kazan  qəzasında  artıq  536  məscidin  418-i 
dağılmışdı. Həmin il qalxan üsyan da qan içində susduruldu
461

Başqurd atlıları Rusiyanın aramsız apardığı müharibələrə cəlb edilirdi; 
onlar  mahir  atıcı  və  minici  idilər.  Başqurd  və  mişarlardan  ibarət  çoxminli  ayrıca 
ordu  Pyotrun  apardığı  Azov  səfərlərində,  Şimal  müharibələrində,  Purut 
müharibəsində, Azərbaycana yürüşündə iştirak etmişlər. Pyotru bu səfərdə müşayət 
edən  müsəlman  tatar  tərçüməçiləri  içərisində  başqurd  xanı  Kutlu  Məhəmməd  də 
var  idi.  О  xristianlığı  qəbul  etdikdən  sonra  adı  Aleksey  İvanoviç  Tevkelov 
(Təvəkkülov) idi. 
Ufa  şəhərinin ərazisində  və ətrafında  qədim  sərdabə,  Tura xan  sarayı, 
ətraf  kəndlərdə  də  qədim  kurqanlar  aşkar  edilmişdir.  Bu  kurqanlardan  qızıla 
tutulmuş  yəhər-yüyənlər,  məişət  əşyaları  və  bəzək  nümunələri  tapılmışdı.  Elə 
                                                        
460
 
A.H. Усманов. Добровольное ... с. 130
 
461
 
Башгордрстан. Краткая Энциклопедия, Уфа, 1996, с. 594 
 


209 
 
arxeoloji  zənginliyi  səbəbilə  əlaqədar  olaraq  rus  mənbələrində  şəhər  Çertova 
Qorodişe adlanırdı
462

  
 
ÜKEK. ÜVEK 
 
XIII-XIV  əsrlərdə  Qızıl  Orda  dövlətinin  əsas  şəhərlərindən  biri 
olmuşdur. Saratov şəhəri yaxınlığında Uvek (İndi Uvekovka adlanır) çayı ağzında 
yerləşirdi. 
XIV  əsrin  başlanğıcında  mühüm  siyasi  mərkəz  və  ticarət  şəhəri  kimi 
məşhur olmuşdu. Üvek şəhəri özünün zərbxanasına malik idi. 
1395-ci  ildə  Əmir  Teymurun  qoşunları  Ükek  şəhərini  talan  edib 
dağıtmış  və  şəhər  bundan  sonra  bir  də  özünə  gələ  bilməmişdir.  Saratov 
yaxınlığındakı  müasir  Üvek  stansiyası  adı  bu  yox  olmuş  şəhərdən  bir  yadigardır. 
Vaxtilə  şəhərin  yerləşdiyi  ərazidə  evlərin,  sarayların,  məscidlərin,  müxtəlif 
emalatxanaların,  hamamların,  müsəlman  türbə  və  sərdabələrinin  və  s.  qalıqları 
durur  və  Ükek  şəhərinin  bir  vaxtlar  çiçəklənən  təsərrüfatından  və  mədəni 
yüksəlişindən xəbər verir. Qazıntılar nəticəsində su anbarı, toxum saxlamaq üçün 
ambar,  su  boruları,  gümüş  və  mis  Qızıl  Orda  pulları  və  s.  arxeoloji  nümunələr 
tapılmışdır. 
1913-cü ildə tarixçi alim A.A.Krotkov tərəfindən XIV əsrə aid daha bir 
abidə - zəngin qadın mavzoleyi aşkar edilib öyrənilmişdir
463
. Ükek (Üvek) sözünün 
mənasına  gəlincə  demək  mümkündür  ki,  bu  söz  qədim  türk  hərb  terminlərindən 
sayılır.  Ükek  sözünün  özlüyündə  mənası  ayrıca  maraq  kəsb  edir  və  bu  sözün 
mənası  düşməni  önləməkdən  ötrü  şəhərin  ətrafında,  kənarda  savaş  üçün 
hazırlanmış olan bürc deməkdir
464
 
 
 
ULALA. OYROT TURA. İNDİ: 
QORNO ALTAYSK 
 
Sibirdə  şəhər;  Altay  ölkəsinin  paytaxtı.  İndi  "Dağ  Altayı"  mənasını 
verən  şəhər  Altay  dağlarının  ətəklərində,  bu  dağ  silsiləsindən  olan  Tuqay  dağı 
yamaclarına  sığınmışdır.  Çox  mənzərəli  yerdə  Mayma  çayının  Katun  çayına 
                                                        
462
 
Мельхеев М.Н. Географическоие имена, М., 1961, с. 87.
 
463
 
БСЭ т. 26. с 533; ТЭС, с. 595
 
464
 
Abdulkadır Donuk. Eskı türk devletlerinde idari-askeri ünvan ve terimler, İstanbul, 1988, 
s. 595 
 


210 
 
töküldüyü  yerdən  azca  aralı  yerləşir
465
. Uzun müddət yeni sakinlər  - ruslar şəhərə 
öz qaydalarınca Ulalinka demişlər. 
Müasir  şəhərin  yerində  qədim  yaşayış  məskəni  aşkar  edilmişdir.  Belə 
ki, şəhərin mərkəzindəki kurqanda xanların dəfn olunduğu məlumdur. Məntəqənin 
ilk  adı  Ulala  olmuşdur.  Buradan  hunların,  uyqur  və  Yenisey  qırğızlarının, 
qarakitayların,  nəhayət  monqolların  keçib  getdikləri  söylənilir.  Müasir  Dağ  Altay 
vilayəti  əraziləri  13-cü  əsrdə  Çingiz  xan  imperiyasının  tərkibinə  daxil  olmuşdur. 
Burada  Ulala  çayının  ağzındakı  bu  Altay  türkləri  məskəninin  adı  ulu  “Böyük", 
"qədim", "möhtəşəm" mənalarını bildirir. 
Sibirin  müstəmləkəyə  çevrilməsilə  Altay  torpaqları  da  köçürülmə 
ruslarla  məskunlaşdırılır.  XIX  əsrin  başlanğıcında  artıq  bu  torpaqların  istilası 
köçürülmə yolu ilə xüsusilə şiddətlənir. 
Şəhər  1932-ci  ilədək  öz  qədim  adı  ilə  yaşamışdır;  16  il,  yəni  1948-ci 
ilədək Oyrot Tura - oyrotların nəsil adı ilə əlaqədar olaraq "Oyrotların şəhəri" adını 
daşımışdır.  Lakin  1948-ci  ildən  isə  şəhərin  (ölkənin)  etnik  adını  dəqiq  ifadə 
etdirmək zəruriyyəti üzündən onun adını Qorno Altaysk qoymuşlar. Yerlilər isə bu 
adın  yerli  variantını  -  "Tuulu  Altay"  deyə  işlədirlər.  Ölkənin  yaşayış 
məntəqələrinin adları Altayın tam, saf etnik adlarını daşıyırlar. Hazırda iri inzibati 
rayon  mərkəzləri  adı  olan  Ulaqan,  Çarış,  Aktaş,  Koş  Aqaç,  Maymın,  Onquday, 
Kan, Cemal, Turoçak... adları daim yaşar türk mənzərəsini əks etməkdədirlər. 
 
 
 
URAZAY. RUZAEVKA 
 
Müasir  Ruzaevka  Mordva  vilayətində  şəhər;  İnsar  çayının  üzərində 
yerləşir.  Ryazan-İnsar  və  Penza-Krasnıy  nəqliyyat  xəttində  iri  dəmiryolu  qovşağı. 
Mordvada Saranskdan sonra ikinci şəhərdir. 
Mordva  torpaqlarının  istilası  XII  əsrin  ortalarında  Yuri  Dolqorukinin 
Moskva çayı sahillərinə çıxması və buradan Volqaboyunca irəliləməsilə başlandı. 
Kazan  xanlığının  məhvindən  sonra  Mordva  torpaqları  bütünlüklə  Rusiyanın 
idarəsinə  keçir  və  Mordva  torpağı  Rusiyanın  iri  torpaq  sahibləri  olan  əyanlar 
arasında  (xüsusən  çar  evi  ilə  qohumluq  saxlayan  iri  feodallar  olan  Morozovlar, 
Qolitsinlər və b.) bölüşdürülür. 
1631-ci ilə aid arxiv sənədlərindən məlum olur ki, Uraz (Urazay) şəhəri 
və  torpaqları  Mordva-tatar  hakimlərindən  olan  Murza  Uraza  (və  ya  Urazay  xan) 
məxsus olmuşdur
466
. Şəhər də öz sahibinin adını daşımışdır. Şəhərin Ruzayevka adı 
bu  torpaqlara  köçürülmüş  rusların  tələffüzünə  əsasən  yaradılmış  və  ardınca 
                                                        
465
 
БСЭ, Т.7, c.92
 
466
 
Города и села Мордовии, Саранск, 1977, с. 268
 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə