Unudulan tarix dəyişdirilən adlar



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə90/96
tarix23.01.2018
ölçüsü2,82 Kb.
#21999
1   ...   86   87   88   89   90   91   92   93   ...   96

204 
 
bu  qalanı  ələ  keçirə  bilmişlər.  İlk  dəfə  hələ  1768-1774  illərin  Rus-Türk 
müharibəsində  general  N.V.Repninin  korpusu  qalanı  zəbt  etmiş,  lakin  İsmayıl 
qalası  Küçük  Qaynarca  sülhünə  görə  Türkiyəyə  qaytarılmışdı.  II  Sultan  Səlim 
yenidən  geri  aldığı  İsmayılı  qüdrətli  türk  qalasına  çevirmək  üçün  böyük  işlər 
gördü. 
XVIII  əsrin  sonu  İsmayıl  güclü  türk  qalası  şöhrətini  neçə  əsrdir  ki, 
saxlamaqdadır.  1787-1791-ci  illərin  Rus-Türk  müharibəsi  gedirdi.  Türklər  ölüm-
dirim  vuruşuna  hazır  idilər.  Qoşunu  qalaya  gətirən  gəmilər  komandanın  əmri  ilə 
açıq  dənizə  çəkilib  getdi;  qala  müdafiəçiləri  hər  tərəfdən  əhatə  olunduqlarını, 
düşmənlə  son  ana  kimi  təkbətək qalmalı  olduqlarını  bildilər.  Paşanın göstərişinin 
əsil  mənasını  İsmayıl  qalasını  mühasirəyə  alanlar  da  anlamışdı;  qaladakılar  üçün 
geriyə yol yox idi, onlar işğalçılarla son damla qana kimi vuruşacaqdı. 
Rusların  qalaya  hücumları  1790-cı  ilin  oktyabrında  başlasa  da,  hələ 
nəticəsi görünmürdü. Dekabrın 2-də Yekaterina böyük ümid bəslədiyi və güvəndiyi 
qəddar  və  amansız  Suvorovu  (o  bu  müharibədə  Rusiyaya  Fokşan  və  Rımnik 
qələbələrini qazandırmışdı) cəbhədən-cəbhəyə - İsmayıl qalası üzərinə göndərir. İşlər 
yeni  qüvvə  və  inadla  qızışır.  Ruslar  eyni  ilə  İsmayıl  qalası  kimi  istehkam-qala, 
xəndəklər  qazıb  gecə-gündüz  məşq  edirdilər.  Dekabrın  11-də  dan  yeri  söküləndə 
rusların  qalaya  hücumu  başlayır.  Suvorov  döyüşqabağı  əsgərlərin  önündə  onlara 
müraciətlə: "rus qoşunu iki dəfə  İsmayılı mühasirəyə aldı, hər dəfə də geri çəkildi. 
İndi bizə üçüncü dəfədə ya qələbə çalmaq, ya da burada şərəflə ölmək qalır" 
...Küçələrin,  hətta  ayrıca  evin  üstündə  mübaribə  gedirdi.  Türklər  son 
nəfərə qədər vuruşdular. Döyüş meydanında təkcə ölülər qalmışdı. Vuruşlarda VI 
kolonnaya rəhbərlik edən və öz ömründə qanlı müharibələri az görməmiş Kutuzov 
buradakı  səhnələrdən  çimçəşərək  savaşın  sonunda  arvadına  yazırdı:  Daha  ömrüm 
boyu belə döyüş görmərəm. Tüklərim biz-biz durur..." 
"İsmayıl  qalasından  möhkəm  qala  ola  bilməz.  Nə  də  onun 
müdafiəsindən başqa cəsurluq" deyə Suvorov sonra etiraf edirdi. 
Məşhur  rus  şairi,  Rusiya  ədliyyə  naziri  Qavril  Derjavin  İsmayılın 
alınmasına nəğmə həsr edir. 
İsmayılın getməsi ilə Türkiyə həyəcanlandə, xalq ayağa qalxdı. II Sultan 
Səlim sədr-əzəm (baş nazir) Əbdi Paşanın edamına qərar verdi. 
İsmayıl  qalası  Yaş  (Yassı)  sülhünün  şərtlərinə  görə  Türkiyəyə 
qaytarıldı.  Ancaq  müharibə  Osmanlı  dövlətinə  böyük  yaralar  vurmuşdu.  Sərhəd 
indi Dnestr çayından keçirdi. 
Sultan  Səlim  xaraba  qoyulmuş  qalanın  yenidən  inşasına  girişdi.  1806-
1812-ci illərin Rus-Türk mübaribəsində qala rus qoşunları tərəfindən yenidən istila 
olunur.  Ruslar  qırılıb  məhv  olmuş  yerli  türk  əhalisinin  evlərinə  bu  dəfə  yunan, 
rumın, erməni, yəhudi və Nekrasov kazakları ailələrini yerləşdirdilər. Artıq 1815-ci 
ildə  surətlə  xristianlaşdırılan  bu  türk  şəhərində  4  kilsə,  72  dövlət  binası  və  s.  var 


205 
 
idi
456

Düz  44  il  sonra  -  Rusların  Kırım  mübaribəsindəki  məğlubiyyəti  ilə 
Paris  sülhü  şərtinə  görə  də  qala  yenidən  Türkiyəyə  qaytarılır.  1877-1878-ci  illər 
Rus-Türk mübaribəsində ruslar qalanı yenidən zəbt etdilər. 
"İsmayıla  ya  da  ki,  daha  doğrusu  Tuçkova  biz  axşam  10-da  gəlib 
çatdıq"  -  deyə  Puşkinlə  birlikdə  bu  yerlərə  gələn  dostu  zabit  Liprandi  öz 
xatirələrində yazır
457

Adı çəkilən Tuçkov şəhəri həmişə şöhrətli və şanlı İsmayıl qalasıdır. 
Şəhərlər  fatehlərin  adını  daşıyarmış...  Bir  zamanlar  Osmanlı  əsgəri 
İsmayıl kapitanının adı ilə ilk səhifələrini yazan bu şanlı şəhər XIX əsrdə artıq yeni 
tarixə  qədəm  qoyur;  yeni  bir  əsgərin  adına  yazılmalı  olur.  General-leytenant 
Sergey  Tuçkov  (1767-1839)  İsmayıl  qalasının rəisi  və  burada  saxlanılan  ordunun 
komandiri  vəzifəsində  işləyərkən  imperiyanı  gəzməyə  çıxan  çar  I  Nikolay  qalaya 
baş  çəkir.  Görüş  zamanı  Tuçkovun  uzun  illər  çara  və  Vətənə  qüsursuz 
xidmətlərinin  müqabilində  hansı  təltif  və  ya  mükafat  arzu  etdiyini  soruşduqda 
general  çardan  xahiş  edir  ki,  İsmayıl  qalasına  onun  adını  versinlər.  Çar  qoca 
generalın  arzusuna  əməl  edir.  Çünki  o,  rus  hərb  tarixində  şöhrətli  yer  tutan  4 
general  Tuçkov  qardaşlarından  biri  idi.  İki  qardaşı  Borodino  döyüşündə  həlak 
olmuşdu. Beləliklə, İsmayıl qalası 40 ildən artıq Tuçkovun adını daşıyır. 
İsmayıl qalası öz şərəfli tarixində belə yenə tarixin öz acı istehzası olan 
"qismət  payları"  daşımaqdadı:  1976-cı  ildə  İsmayılda  Suvorova  at  üstündə  abidə 
qoyuldu.  Türk  şəhəri  İsmayıl  müntəzəm  plan  üzrə  salınmışdı.  İndi  şəhərin  qədim 
hissəsində hələ  də  xarabalıqları  duran  türk  qalasının  ərazisində  XV əsrə  aid  olan 
məscid qalmaqdadır. О bu türk qalasının 5 qanlı müharibələrində itirdiyi qanı ilə, 
nəfəsi ilə, nəşi ilə torpağa qarışan oğullarına neçə əsrdir ki, dualarını həzin-həzin 
yetirməkdədir. 
 
 
TÜRK-OR. VOLQA-DON KANALI 
 
Görkəmli  coğrafiyaçı  A.İ.Voeykov  yazırdı:  Ayrı-ayrı  su  hövzələrinə 
mənsub  olan  iki  böyük  çayın  bir-birinə  bu  şəkildə  yaxınlaşması  qədər  yer 
kürəsində daha heyrətamiz bir şey ola bilməz. 
Bu  iki  çayı  birləşdirmək,  dənizlərdən  dənizlərə  maneəsiz  yol  açmaq 
insanlığı  daim  düşündürürdü.  Rusları  isə  hələ  onların  ayaqları  bu  torpağa 
dəymədən,  onlar  bu  yerlərə  sahib  olandan  çox-çox  qabaqlar  məşğul  etməkdə  idi. 
Hələ qədim zamanlardan gəmilərin bu iki çay arası ən qısa məsafədən birindən о 
                                                        
456
 
Pars Tuğlaçı. Osmanlı şehirleri, İstanbul, 1985, s.357
 
457
 
Бах: Пушкин в воспоминаниях и рассказах современников, Лен., ХЛ., 1936, с. 216. 
 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə