Unudulan tarix dəyişdirilən adlar



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə93/96
tarix23.01.2018
ölçüsü2,82 Kb.
#21999
1   ...   88   89   90   91   92   93   94   95   96

211 
 
rəsmiləşmişdir. 
Yerli sakinlər olan mordvalılar hələ də öz şəhərlərinə Ruzayevka  yox, 
Orazay  deyirlər
467
.  1757-ci  ildə  Ruzaevka  varlı  mülkədar  Struyskilərə  keçmişdir. 
Burada  Rusiyanın  demokrat  şairi  A.Polejaev  anadan  olmuşdur.  Polejaev  hərbi 
qulluğu ilə əlaqədar olaraq Qafqaza müharibə ocağına göndərilir. Burada döyüşlərə 
girən şair məhv edilən yerli müsəlman xalqların tərəfində durur, onlara hüsn-rəğbət 
dolu şeirlər həsr edir. 
 
 
YAQARLIK. YEQORLIK 
 
Yaqarlık  şəhəri  Yaqarlık  çayının Dnestrə töküldüyü  yerdə salınmışdır. 
Yaqarlık  hərb  qalasını  о  zaman  kazaklar  kimi  türklər  də  Orlik  və  ya  Kaynarda 
adlandırırdılar
468

Bir  vaxt  Osmanlı  dövləti  ilə  Polşa  arasında  sərhəd  bu  yerdən  keçirdi. 
Bu  qalaya  mübahisələr  və  münaqişlərəi  həll  etmək  üçün  türk,  polyak  emissarları 
toplanırdılar; qala toplanış yeri idi. 1583-cü ildə kazaklar qalanı tutub talan etdilər. 
Bu torpağın digər türk qalaları kimi Yaqarlıkın da kazakların qətl-qarətindən amanı 
yox  idi.  Yaqarlık  tarixi  şəhərdir;  şəhər  kənarında  1699-cu  il  müqaviləsinə  əsasən 
dikəldilmiş  türk-polyak  sərhəd  sütunları  saxlanılır.  Stavropol  və  Rostov 
vilayətlərindən  axan  Böyük  Yaqarlık,  Orta  Yaqarlık,  Kiçik  Yaqarlık  çaylarının 
adları eyni mənbədəndir. 
Kıl  Burun  dili  (torpaq  zolağı)  Qara  dənizin  Yaqarlık  limanı  Dnepr  - 
Buq  limanı  arasında  yerləşir.  Don  çayı  hövzəsindəki  Orta  Yaqarlık  çayı  da  öz 
mənbəyini  Çərkəz dağlarından götürür.  Nikonov  Yaqarlik  türk adının  bu  dillərdə 
yaqirlik  "əyrilik,  başqa  sözlə,  dolambac,  əyri  çay
469
 deyə,  görkəmli  filoloq-tarixçi 
N.A.Baskakov  isə  türk  Yaqarlık  adının  mənşəyini  əgər-yəhər  və  +lıq  formatıyla 
əmələ  gələn  yaqarlık,  mənası  "yəhəşəkilli,  yəhərə  oxşar"  olan  türk  sözüylə 
əlaqələndirir
470

XIX  əsrin  lap  başlanğıcında  Gürcüstan-Qafqaz  hərb  xəttini 
rnöhkəmlətmək  üçün  bir  sıra  yolüstü  məntəqələrə,  о  cümlədən  Yaqarlıka  kazak 
ailələri  köçürüldü.  Onlar  burada  poçt  xidməti  aparacaq,  konvoy  işlərilə  məşğul 
olacaq,  yol  üzərindəki  duracaq-mənzillərin  saxlanması  və  s.  işləri  yerinə 
yetirəcəkdilər. 
 
                                                        
467
 
Никонов В.Ф. Краткий топонимический словарь, с. 360
 
468
 
Энциклопедический словарь Брокгауз и Ефрона, т.81, с. 489
 
469
 
Никонов В.Ф. Краткий топонимический словарь, с. 134 
470
 
Баскаков Н.А. Тюркская лексика в «Слове о полку Игоревe», с.111
 
 


212 
 
YALTA. YALITAY "DAĞLI SAHİL VƏ YA SAHİL 
DAĞLARI" 
 
Əvvəl adı Yalı Tau (yal "sahil"; tau "dağ" deməkdir) olub "dağlı sahil" 
mənasını  ifadə  edir.  Kirımda  həmin  məna  ilə  səsləşən  Yalı  Maynak  (indi 
Zaozernoe)  kəndi  də  olmuşdur.  Türkiyədəki  Yalova  kurort  şəhərinin  də  adındakı 
yal  "sahil",  "yamac";  ova  "ovalıq"  deməkdir.  Mari  Muxtar  rcspublikasındakı 
Şındıryal  yaşayış  məntəqəsi  Şındır  çayı  üstündədir  (indiki  adı  Sundır)  həmin 
ölkədə  Sarıyal  (indi  Sareevo)
471
 adlarında  yal  "yamac,  sahil"  sözünü  aydınca 
görmək olur. 
Şəhərin  adının  yazılı  mənbələrdə  1145-ci  ildən  çəkildiyi  məlumdur. 
Şəhər Qara dənizin cənub sahilində Kırım dağlarının baş silsiləsi ətəyində dənizə 
doğru  amfiteatr  şəklində  salınmışdır.  Yaltadan  Dərəköy  (Derekoyka)  çayı  axır. 
Mənbələrdə  Yalita  (Calita)  kimi rast  gəlinən  şəhərə  Xəzərlərin  süqutundan  sonra 
genuyalılar  hakim  olmuşlar;  1381-ci  ildə  genuyalıların  tatar  xanı  ilə  bağladıqları 
müqaviləyə  əsasən  Genuya  Respublikası  Kırımın  cənub  sahillərirıə  yiyələnmək 
"hüququ" aldı
472
. Çünki bu elə zaman idi ki, Qızıl Ordada Canı bəyin ölümündən 
sonra düz 20 il pərakəndəlilik hökm sürmüşdü. Genuyalılar bundan istifadə etdilər. 
Lakin  Kulikovo  çölündə  yenilən  Mamay  Kırıma  çəkilib  burada  onlarla  vuruşub 
həmin torpaqları geri aldı. Həmin ildəcə onu öldürdülər (1380) və onun ölümündən 
sonra  düşməni  Toxtamış  xanla  genuyalıların  müqaviləsinə  əsasən  Kırımın  cənub 
sahilləri genuyalılara  qaytarıldı. Toxtamış xan genuyalılara özünün həris düşməni 
olan Mamayı öldürdüklərinə görə minnətdar idi
473

1475-ci ildən Osmanlı idarəsinə daxil olmuşdur. 1783-cü ildən sonra isə 
Kırımın  tamam istilası ilə  Rusiyaya  keçmiş,  XIX əsrdən  başlayaraq  kurort  şəhəri 
kimi inkişaf etməyə başlamışdı. 
1837-ci  ildə  Yalta  şəhərində  Toriçellinin  layihəsi  əsasında  böyük 
xristian ideoloqu İoann Zlatoust adına məbəd inşa edildi. 
Artıq  XIX  əsrin  sonlarına  doğru  Yalta  keyf-ə  şəhəri  idi.  Bir  müddət 
burada dincələn yazıçı Lev Tolstoy yazırdı ki, Yaltada rahatlıqdan duyduğum həzz 
və zövq elə yüksək səviyyədə idi ki, bu həzz həmin dərəcədə də mənə vicdan əzabı 
verirdi. 
Mərmər  saraylar,  palaççolar,  varlıların,  xüsusən  çar  ailəsinə  mənsub 
adamların villa-qalaçaları, kaşanələr və fərəh, keyf fışqıran həyat... 
                                                        
471
 
M.P. Федотов. Роль чувашских слов в образовании ойконимов Марийской АССР,- 
Советская тюркология,1988, № 1, с,60 
 
472
 
Петров Б., Новиков Н. Ялта, с.10
 
473
 
Материалы и исследования по Археологии СССР, №17, с.37 
 
 


213 
 
Yalta dəbdə olan kurort şəhəri idi... 
Yazıçı P.Zasodomski Yaltanı ölüm və nəşə şəhəri adlandırırdı. О nəşəli 
şəhər idi, yazıçının dediyi kimi, bura pulsuz gələnlərə isə ölüm şəhəri. 
1910-cu  ildə  Bakılı  neft  milyonçusu  Qukasov  əski  türk  yurdu  Yaltada 
yaşayan ermənilərdən ötrü kilsə tikdirdi. Kilsə Qabo Ter Mikelovun layihəsi üzrə 
Eçmiədzindəki  Müqəddəs  Ripsime  kilsəsinə  təqlidən  tikilmişdi.  Mehrabı  ağ 
mərmərdən idi;  kilsənin möhtəşəm  pilləkənləri  Qurtuluşa  gedən  böyük  yola  işarə 
idi. Bu gözəlliklər səbəbindən bir çox filmlər bu kilsədə çəkilmişdi. 
Yaltada  Yavuzlar  sarayında  indi  Çexov  adına  sanatoriya  yerləşir. 
Məşhur "Dilbər"sarayını istirahət evinə vermişlər. Şəhərdə indiki məşhur Qaqarin 
adına park Sovet hakimiyyəti illərinədək Çukurlar yaylağı adı ilə məşhur idi. 
Hazırda Yalta böyük turizm şəhəridir. 
 
 
 
YAM. YAMBURQ, İNDİ KİNQİSEPP 
 
Əvvəl burada Novqorodun Yam qalasi (forpostu- "ön qala") yerləşirdi. 
Öz lüğəvi mənasına görə Yam böyük dövlət yollarında "atlı poçt stansiyası" demək 
idi.  Rusiyada  poçt  xidməti  mənasında  yam  (poçt  xitmətçisi,  məmuru,  daha  sonra 
sadəcə  arabaçı  mənasında  olan  yamşik)  bu  sözlə  bağlıdır.  Böyük  xan  Ugedeyin 
(Oktayın) zamanında (oktyabr 1186-1241) yaradıldı. Yam əvvəlcə poçt xidmətinə 
deyilirdi və Qızıl Ordada meydana çıxmış, tatar dilindən rus dilinə keçmişdir, deyə 
görkəmli türkoloq  N.Dmitriyev  yazırdı. Yam qalasının ilk tarixi barədə Karamzin 
"Rus dövlətinin tarixi" əsərində yazır: "Novqorodlular 1384-cü ildə 33 günə Luqa 
çayı  üstündə  Yam  qalasını  tikdilər.  Qala  sonralar  Yamburq  adlandı
474

Vernadskinin XX əsrin əvvəllərində Parisdə çap olunmuş yazısında Rusun lap uc 
sərhədində  salınmış  qalanın  tikilmə  tarixi  belədir:  Saray  hakimiyyəti  Litva, 
Macarıstan,  Polşa  ilə  daim  çəkişmədə  idi.  Bu  xalqlar  Rusun  da  dostu  deyildi. 
Monqol-tatar köməyi olmadan Moskva hakimiyyəti isə işin öhdəsindən uğurla gələ 
bilərdimi? Məlum deyil. Saray hakimiyyəti isə işin öhdəsindən uğurla gəldi. 1399-
cu  ildə  Voroskla  çayı  üzərində  Vitovt  Yedigeyə  qəti  şəkildə  məğlub  oldu.  Bu 
döyüşdə şərqli ruslar iştirak etməsə də qərbli ruslar litvalıların tərəfində idi. 
Tarixən  Moskva  Sarayın  hərb  uğurlarından  bəhrələnərək  istifadə 
etmişdi.  Saray  qoşunları  Şərqə  Latın  hücumun  qabağını  birdəfəlik  aldı.  Bu  Rus 
dövləti üçün 300 il sonra baş verən Poltava döyüşündən az əhəmiyyətli deyildi
475

1384-cü  ildə  əsası  qoyulan  Yam  qalasını  Pyotr  1707-ci  ildə 
                                                        
474
 
Карамзин H.M. История Государства Российского, т.5, с.243; КГЭ т.2, с.278
 
475
 
Вернадский  Г.  Два  подвига  св.Александра  Невского,  -  Наш  Современник,  1992, 
№3, с.162 
 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə