Uot 31. 445. Q. M. MƏMMƏdov, Y.Ġ. ġAhverdiyev, H. M. HƏSƏnov, S. Y


Ekologiya və su təsərrüfatı  jurnalı, №3, may, 2016- cı il



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə4/19
tarix11.01.2018
ölçüsü0,67 Mb.
#20449
1   2   3   4   5   6   7   8   9   ...   19

Ekologiya və su təsərrüfatı  jurnalı, №3, may, 2016- cı il 

 

 



 

Şəkil 1. Metsamor AES-in yerləşdiyi  

ərazinin coğrafi mövqeyi. 

 

Metsamor  AES  dünyanın  ən  etibarsız, 

təhlükəli  və  avadanlığı  köhnəlmiş  bir  ob-

yektdir.  Orada  qəzanın  baş  vermə  ehtimalı 

çox  böyükdür.  Stansiya  Naxçıvan  Muxtar 

Respublikasından 155 km, Qarsdan 100 km, 

İqdırdan isə 30 km uzaqlıqdadır [6]. 1998-ci 

ildə  Ermənistanda  baş  vermiş  zəlzələnin 

mərkəzi  “Metsamor”  stansiyasından  75  km 

aralıda  olduğundan  keçmiş  Sovet  hökuməti 

bölgədə təhlükəsizliyi təmin etmək məqsədi-

lə stansiyanın fəaliyyətini müffəqqəti dayan-

dırmışdı.  1995-ci  ildə  Ermənistan  beynəl-

xalq  tənqidlərə  baxmayaraq,  stansiyanın  işi-

ni  bərpa  etdi.  Ən  ciddi  problem  stansiyanın 

seysmik  zonada  quraşdırılmasındadır.  Met-

samor  AES-in  yerləşdiyi  ərazidə  seysmoak-

tivliyi  ilə  seçilən  5  tektonik  çat  vardır.  On-

lardan  biri  stansiyadan  34  km,  biri  16  km, 

daha biri isə 500 m məsafədədir. 1988-ci il-

də  Spitakda  baş  verən  zəlzələ  nəticəsində 

Metsamor AES yararsız vəziyyətə düşüb. Bu 

günə  kimi  bu stansiyada 100-dən artıq kiçik 

qəza  baş  verib.  35  il  fəaliyyət  göstərən  bu 

stansiya  dünyada  ən  köhnə  texnologiyaya 

malik  yeganə  AES-lərdən biridir. Onun təh-

lükəsizlik  sistemləri  isə  demək  olar  ki,  yox-

dur.  “Metsamor”  AES  təkcə  Zaqafqaziya 

Respublikaları  üçün  deyil,  həmçinin  bütün 

region  üçün  də  təhlükə  mənbəyidir.  Burada 

baş  verə  biləcək  qəza  daha  geniş  ərazilərə 

təsir edə bilər [6].  

Metsamor AES-in ən böyük zərəri Azər-

baycana  dəyir.Ermənistan  iqtisadi  cəhətdən 

çox zəif ölkədir, ərazisində tullantı yerləşdir-

məyə,  zərərsizləşdirməyə  iqtisadi  imkanları 

məhduddur. Belə ki, ermənilər tullantı prob-

lemini  sadə  yolla  həll  edir,  onlar  Metsamor 

AES-in  və  bir  neçə  filizsaflaşdırma  fabriki-

nin çirkab sularını Ermənistan boyunca – Sə-

dərəklə  sərhəddədək  böyük  diametrli  asbest 

borularla çəkilmiş kanalizasiya xətti ilə Araz 

çayına  axıdırlar.  Bu  səbəbdən  də  hazırda 

Araz çayının suyunda radionuklidlərin, müx-

təlif  kimyəvi  birləşmələrin  (fenol,  benzol, 

toluol, qatı sulfat turşusu), ağır metalların və 

neft məhsullarının buraxıla bilən qatılıq həd-

di maksimal həddən yüz dəfələrlə  yüksəkdir 

[7]. 

Tədqiqatlardan  alınan  nəticələrə  əssasən 



məlum olmuşdur ki, stansiyada hər hansı bir 

seysmik  təkanın  olması  çox  ciddi  fəsadlara 

gətirə  bilər  və  bundan  Azərbaycanla  yanaşı, 

Türkiyə,  Gürcüstan  və  Iran  İslam  Respubli-

kaları da ziyan çəkə bilər. Seysmoloji cəhət-

dən  fəal  zonada  yerləşən  Metsamor  AES-in 

fəaliyyətinin  dərhal  dayandırılması  ilə  bağlı 

məsələ  dəfələrlə  Avropa  Şurası  Parlament 

Assambleyasında qaldırılmışdır. Azərbaycan 

dövləti  bu  təhlükə  haqqında  beynəlxalq  təş-

kilatlara  dəfələrlə  xəbərdarlıq  etmiş,  bu  gün 

də  onun  bağlanmasını  tələb  edir.  Təəssüflər 

olsun ki, bu öhdəlik hələ də yerinə yetirilmə-

yib  və  Metsamor  AES  bütün  region  üçün 

potensial təhlükə mənbəyi olaraq qalır. 

 

NƏTĠCƏ 



 

Beləliklə,  bu  məqalədə  atom  -  elektrik 

stansiyaların ətraf mühitə və insana müxtəlif 

təsirləri  təhlil  edilmişdir.  Təhlillər  göstər-

mişdir ki, atom enerjisindən dinc məqsədlər-

lə istifadə olunmalı, müəssisələrdə texnoloji 

rejimə,  sanitariya  qaydalarına  ciddi  əməl 

edilməli,  havanın  radioaktivliyi  və  ion  şüa-

lanması  yol  verilə  biləcək  sərhəddi  keçmə-

məli,  əhalinin  sağlamlığı  və  ətraf-mühitin 

şəffaflığı nəzərə alınmalıdır. Məqalədə Met-

samor  AES-in  Azərbaycan  üçün  mümkün 

zərərli  təsirləri  göstərilmiş  və  bu  təsirlərin 

törədə biləcəyi fəsadlar haqqında məlumatlar 

verilmişdir.  Həmçinin  dünyada  nüvə  enerji-

sinin  istifadəsi  ilə  əlaqədar  bütün  sahələrdə 

maksimum  təhlükəsizlik  tədbirlərinin  görül-

məsi üsullarının işlənilməsi, yeni daha təhlü-

kəsiz texnologiyaların hazırlanması metodla-

rı  araşdırılmışdır.  Bütün  bunları  nəzərə  ala-

raq yarana biləcək ekoloji fəsadların qarşısı-

nın  alınması  məqsədi  ilə  ekoloji  qiymətlən-

dirilmənin  təkmilləşdirilməsi  vacibdir  və 

təhlillərdə  ən  çox  diqqət  bu  istiqamətə  yö-

nəldilmişdir. 



Ekologiya və su təsərrüfatı  jurnalı, №3, may, 2016- cı il 

 

ƏDƏBĠYYAT 



 

1.

 



Tahir  Ağayev,  Şahin  Əhmədov,  Tahir 

Xəlilov “Ekoloji təhlükəsizlik” dərs vəsa-

iti. II Fəsil, səh. 36.Sumqayıt-2013.  

2.

 



Qərib  Məmmədov,  Mahmud  Xəlilov 

“Ekologiya,  ətraf  mühit  və  insan”  ali 

məktəblər  üçün  dərslik.  IV  Fəsil.  səh. 

291, Bakı–“Elm”–2006. 

3.

 

Баравой В.А. Ионизирующая радиация 



в нащей жизни. Москва. «Энергоатом-

издом». 1991г. 

4.

 

Катастрофа  на  Чернобыльской  АЭС. 



http://o-chaes.ru/  

5.

 



Пащаев  А.М.,  Байрамов  А.А.,  Ибраги-

мов  З.А.  «Влияние  радиационного  из-

лучения  на  человека.  Меры  защиты  и 

профилактики». стр.157, Баку 1999 г.  

6.

 

Н.Р.Алиев,  Г.Ф.Фатдаев,  Ф.И.Касимо-



ва «Потенциальные ядерные риски для 

Азербайджана  на  Южном  Кавказе», 

Milli  Aviasiya  Akademiyası.  Elmi  Məc-

muələr.  səh.  127,  CİLD  15  №4,  Bakı, 

2013.  

7.

 



Ekoloji  terror:  Araz  çayına  Ermənistan 

ərazisindən  il  ərzində  350  mln  m

3

  təhlü-


kəli  mənşəli  sular  axıdılır//Azərbaycan 

Respublikası  Prezidentinin  İşlər  İdarə-

sinin 

PREZİDENT  KİTABXANASI-



2005. - 7 dekabr. -№283.-S. 6 

 

H.F.Fətdayev, S.G.Rzayeva, 



A.K.Əfəndiyeva, S.H.İdrisov 

 

Atom-elektrik stansiyaların ətraf  

mühitə təsiri haqqında 

 

Xülasə 

 

 Məqalədə  atom-elektrik  stansiyaların 

ətraf  mühitə  və  insana  etdiyi  təsirləri  təhlil 

edilir. İstifadə olunan yanacaq növündən ası-

lı  olaraq  AES-lərin  ətraf  mühitdə  yaratdığı 

ekoloji  fəsadlar  təhlil  edilmiş  və  ona  qarşı 

mübarizə  tədbirlərinə  dair  tövsiyyələr  veril-

mişdir.  Eyni  zamanda  Metsamor  AES-in 

Azərbaycan  üçün  başlıca  təhlükə  mənbəyi 

kimi mümkün zərərli təsirləri araşdırılmış və 

bu təsirlərin törədə biləcəyi fəsadlar haqqın-

da məlumatlar verilmişdir. 

 

Г.Ф.Фатдaeв, С.Г.Рзаева, 

А.К.Эфендиева, С.Г.Идрисов 

 

O воздействиях атомных 

электростанций на окружающую среду 

 

Резюме 

 

В  статье  анализируются  различные 

воздействия  атомных  электростанций  на 

окружающую среду и человека. В зависи-

мости  от  типа  используемого  топлива, 

проанализированы экологические послед-

ствия,  созданные  атомными  электростан-

циями в окружающей среде, и были даны 

рекомендации  по  их  противодействию. 

Также  показан  главный  источник  опас-

ности вредного воздействия для Азербай-

джана Мецаморской АЭС и представлена 

информация о последствиях этих воздей-

ствий. 


 

H.F.Fatdayev, S.G.Rzayeva, 

A.K.Efendiyeva, S.H.Idrisov 

 

About impact of nuclear power  

plants to the environment 

 

Abstract 

 

In the article are analyzes the various im-

pacts of Nuclear Power Plants on the enviro-

nment and human. Depending on the type of 

using  fuel,  were  analyzed  the  ecological 

consequences  created  by  nuclear  power 

plants in the environment and were given re-

commendations for their response. Also sho-

wn is the main source of danger to the harm-

ful  effects  of  Metsamor  NPP  in  Azerbaijan 

and provided information about the consequ-

ences of these actions. 

 

Məqaləyə Milli Aerokosmik Agentliyi 

Ekologiya İnstitutunun elmi işlər üzrə 

direktor müavini f.r.e.n. N.F.Kazımov  

rəy vermişdir. 

 



Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə