Uot 31. 445. Q. M. MƏMMƏdov, Y.Ġ. ġAhverdiyev, H. M. HƏSƏnov, S. Y


Ekologiya və su təsərrüfatı  jurnalı, №3, may, 2016- cı il



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə5/19
tarix11.01.2018
ölçüsü0,67 Mb.
#20449
1   2   3   4   5   6   7   8   9   ...   19

Ekologiya və su təsərrüfatı  jurnalı, №3, may, 2016- cı il 

 

UOT 502/504; 001.8; 502.175  



N.R.ƏLĠYEV, S.T. RƏHĠMLĠ 

 

Milli Aerokosmik Agentliyi Ekologiya İnstitutu 

 

AĞIR METALLARIN ƏTRAF MÜHĠTƏ TƏSĠRĠ HAQQINDA 

 

GiriĢ.  Ətraf  mühitin  sənaye  müəssisə-

lərinin  tullantıları  ilə  çirklənməsi  problemi 

ekoloji  təhlükəsizliyin  ən  mühüm  məsələlə-

rindən  birinə  çevrilib.  İnsanların  təsərrüfat 

fəaliyyəti ətraf mühitin məişət-sənaye tullan-

tıları, müxtəlif kimyəvi vasitələrlə və s. çirk-

lənməsinə gətirib çıxarır. Ekoloji çirklənmə-

lər  sırasında  ən  zərərlilərdən  biri  də  ətraf 

mühitin ağır metallarla çirklənməsidir. 

Ağır  metallar  insan  orqanizminə  qida, 

su, hava və ya dəri vasitəsilə daxil ola bilir. 

Ətraf  mühitdə  ağır  metalların  mövcud  olma 

səbəbi qara və əlvan metallarla məşğul olan 

sənaye  müəssisələrindən,  maşınqayırmada 

qalvanizasiya olunmuş obyektlərindən axıdı-

lan sular ola bilər. Bəzi ağır metallar gübrə-

lərin  tərkibinə  daxildir.  Bu  da  yerli  suların 

çirklənməsinə səbəb olur [2]. 



Ağır  metallarla  çirklənmə  və  onun 

insan sağlamlığına təsiri. Kimyəvi element-

lərin  sıxlığı  5q/sm

3

-dən  çox  olan  metallar 



ağır metallar hesab olunur. D.İ. Mendeleyev 

dövrü  cədvəlində  ağır  metallara  aid  40-dan 

çox element məlumdur. Onların atom kütləsi 

50 q\mol-dan çoxdur. Məhz bu metallar hət-

ta  ən  aşağı  qatılıqda  belə  canlı  orqanizmlər 

üçün  böyük  toksikliyə  malikdirlər.  V,  Cr, 

Mn, Fe, Co, Ni, Cu, Zn, Mo, Pb, Hg, U, Th - 

kimi metallar bu sinfə aiddirlər [1]. 

Aşağıda fəsadları məlum olan çox təh-

lükəli  ağır  metalların  ətraf  mühitə  düşməsi 

mənbələri  və  insanın  sağlamlığına  təsiri  ve-

rilmişdir. 



Qurğuşun (Pb). Pb ən toksik metallar-

dan  biridir.  Qurğuşun  ətraf  mühitə  etilləşdi-

rilmiş benzinlə işləyən avtomobillərin tullan-

tıları, maşınqayırma, akkumulyator istehsalı, 

metallurgiya və digər qurğuşun tərkibli məh-

sullar istehsal edən müəssisələrin tullantıları 

ilə  daxil  olur.  Etilləşdirilmiş  benzindən  bir 

çox  ölkələrdə  istifadə  edilməsinin  qadağan 

olunması  ilə  əlaqədar  son  illər  atmosferdə 

qurğuşunun konsentrasiyası xeyli azalmışdır.  

Atmosferdən  başqa  qurğuşuna  içməli 

sularda,  torpaqda  və  qida  məhsullarında  da 

rast  gəlinir.  Qurğuşun  içməli  suya  polivinil-

xlorid  məmulatlarından  istifadə  etməklə  da-

xil  olur.  Torpağın  qurğuşunla  yüksək  səviy-

yədə  çirklənməsi,  xüsusilə,  qurğuşun  əridil-

məsi  və  qurğuşun  tərkibli  akkumulyatorlar 

istehsal edən müəssisələr yerləşən şəhərlərdə 

müşahidə olunur.  

        İnsan orqanizminə qurğuşunun əsas his-

səsi (70-80%) qida ilə, 10%-dən çoxu su ilə, 

qalanı isə havadan daxil olur. Siqaret çəkən-

lər hər siqaret dənəsindən əlavə olaraq 1mkq 

qurğuşun  qəbul  edir.  Qurğuşunun  yüksək 

konsentrasiyası əsəb (sinir), ürək-damar, im-

munitet və endokrin sistemlərinin dəyişməsi-

nə  səbəb olur. 

Kadmium (Cd). Cd-un ətraf mühitə ya-

yılması lokal xarakter daşıyır. O, ətraf mühi-

tə  metallurgiya  istehsalının  tullantıları,  kad-

mium tərkibli stabilizatorlar, boyalar istifadə 

olunan istehsal sahələrindən və fosfat gübrə-

lərindən  istifadə  edilməsi  nəticəsində  daxil 

olur. Cd orqanizmə  siqaret  vasitəsilə də (bir 

siqaretin tərkibində 1-2 mkq) daxil olur.  

Orqanizmə  nəfəs  orqanları  vasitəsi  ilə 

daxil  olan  Cd-un  50%-ə  qədəri  ağciyərlərdə 

çökür.  Cd-un  insan  orqanizmində  hədəf  or-

qanları  qaraciyər,  böyrəklər,  ilik,  boruvari 

sümüklər və qismən dalaq hesab olunur. Cd-

la  xroniki  zəhərlənmənin  ən  ağır  forması 

İtay-İtay xəstəliyi sayılır. Bu xəstəlik ilk də-

fə  Yaponiyada  aşkar  olunmuşdur.  Uzun  il-

lərdən  bəri  əhali  mədəndən  Cd  düşən  çayın 

suyu  ilə  suvarılan  tarlada  becərilən  düyü  ilə 

qidalanırdı. İtay-itay xəstəliyi skeletin defor-

masiyası  ilə  boyun qısalması,  beldə  və  ayaq 

əzələlərində  ağrılar,  xəstələrdə  «ördək  yeri-

şi» ilə xarakterizə olunur (şəkil 1). 



Arsen (As). As birinci ən təhlükəli kan-

serogen  maddələr  qrupuna  aiddir.  As  ətraf 

mühitə çirkab suları və metallurgiya istehsalı 

tullantıları  (xüsusilə  mis  və  qızıl  ərintilərin-

dən),  dəri  və  azot  gübrələri  zavodlarından, 

həmçinin  As  tərkibli  kömürün  yandırılma-

sından, insektofunqisidlərin istehsalı və isti-

fadəsi zamanı atılır. 




Ekologiya və su təsərrüfatı  jurnalı, №3, may, 2016- cı il 

 

 



 

Şək.1. İtay-itay xəstəliyi-skeletin 

deformasiyası. 

 

Su ilə daxil olan konsentrasiyalı As-nin 

mövcudluğu  şəraitində  əhalinin  sağlamlıq 

vəziyyətinin dəyişməsi bir sıra ölkələrin təd-

qiqatçıları  tərəfindən  qeyd  edilmişdir  [3]. 

Məsələn,  dəridə  xərçəng  xəstəliyinin  baş 

verməsi bununla izah edilir. Belə ki, Tayvan 

adasında  dəridə  xərçəng  xəstəliyinin  yayıl-

ması  ilə  quyu  suyunda  As-nin  miqdarında 

müəyyən  asılılıq  aşkar  edilmişdir.  Məhz,  bu 

adanın sakinlərində «qara ayaq» və ya «qara 

daban» xəstəliyi peyda olmuşdur (şəkil 2).  

 

 

Şək.2. «Qara ayaq» xəstəliyi 



 

Civə  (Hg).  Hg  ən  toksik  metallardan 

biri  olub,  ətraf  mühitdə  geniş  yayılmışdır. 

Hg  adi  otaq  temperaturunda  maye  halında 

olan  yeganə  metaldır.  Hg  buxarları  havadan 

7 dəfə ağır olub, həddən artıq zəhərlidir. Hg 

buxarları və onun birləşmələri fövqəladə təh-

lükəli kimyəvi  maddələr sırasına daxil olub, 

yüksək qatılıqda belə iyə və qıcıqlandırıcı tə-

sirə malik deyil. Civə metal olsa da, çox aşa-

ğı  ərimə  temperaturuna  (38,8°С)  malikdir. 

Hg  ətraf  mühitə  civə  tərkibli  filizlərin  çıxa-

rılması və əridilməsi, filizdən qızıl əldə edil-

diyi,  sellülozun  ağardılması,  daş  kömür  və 

mazutun  yandırılması,  sementin  istehsalı, 

elektrik  avadanlıqlarının  (lüminisent  lampa, 

müxtəlif cərəyan mənbələri), ölçü və nəzarət 

cihazlarının  (termometr,  mаnometr),  civə 

tərkibli  tibb  preparatlarının,  Hg  tərkibli 

pestisidlərin istifadəsi zamanı daxil olur [4]. 

Şəhərlərdə  müxtəlif  tullantıların  atılması 

nəticəsində torpaqda Hg-nın miqdarı çoxdur. 

Ətraf  mühitdən  qeyri-üzvi  Hg-nın  insan 

orqanizminə  əsas  daxil  olma  yolu  nəfəs 

orqanları  hesab  olunur.  Atmosferdən  insan 

orta  hesabla  sutka  ərzində  təxminən  1  mkq 

Hg  udur.  İçməli  su  və  qida  məhsulları  ilə 

orqanizmə  daxil  olan  Hg-nın  üzvi  birləşmə-

ləri  daha  təhlükəli  hesab  olunur.  Hg  insan 

orqanizminə  əsasən  qida  ilə  (başlıca  olaraq 

balıq və balıq məhsulları) daxil olur. Krevet-

lərdə  (xırda dəniz xərçəngi) xüsusən çox ci-

və toplanır. 

       Əhalinin metilcivə ilə ilk kütləvi xroniki 

zəhərlənməsi 1950-ci ildə Yaponiyada qeydə 

alınmışdır.  «Çisso»  kompaniyası,  tərkibində 

Hg  olan  çirkab  suların  Minamata  buxtasına 

atılması civənin metilcivəyə transformasiya-

sına səbəb olmuş və bunun nəticəsində orada 

balıqla  qidalanan  yerli  əhali  zəhərlənmişdir. 

Minamatada doğulan hər üç uşaqdan birində 

mərkəzi sinir sisteminin pozulması, fiziki və 

əqli inkişafın kənara çıxması müşahidə olun-

muşdur. Bu faciənin nəticələri uzun müddət 

davam etmişdir (şəkil 3). 

 

 

 

Şək. 3.Minamatada doğulan uşaqların 

mərkəzi sinir sisteminin, fiziki və əqli 

inkişafının pozulması. 

 

     Azərbaycanda  ətraf  mühitin  ağır  me-



tallarla  çirklənməsi.  Azərbaycanın  sənaye 

obyektlərinin  yerləşdiyi  zonalarda  torpağın 

texnogen  tullantılar  nəticəsində  ağır  metal-

larla  çirklənməsi  müşahidə  olunub.  Bakı, 

Sumqayıt  şəhərlərində,  Şirvan  İES  və  Min-

gəçevir-Bakı  nəqliyyat  magistralı  yolu  bo-

yunca  yerləşən  sənaye  obyektlərində  torpa-

ğın  yüksək dərəcədə ağır metallarla çirklən-

məsi qeyd olunub [5]. Torpağın üst qatların-

da 0-5 sm və 0-10 sm-də ağır metalların kon-




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə