Uot 31. 445. Q. M. MƏMMƏdov, Y.Ġ. ġAhverdiyev, H. M. HƏSƏnov, S. Y


Ekologiya və su təsərrüfatı  jurnalı, №3, may, 2016- cı il



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə9/19
tarix11.01.2018
ölçüsü0,67 Mb.
#20449
1   ...   5   6   7   8   9   10   11   12   ...   19

Ekologiya və su təsərrüfatı  jurnalı, №3, may, 2016- cı il 

 

UOT 697.4.059 



E.M.Quliyeva, X.H.Cəfərova, F.ġ.Tağıyeva 

 

Bakı, Azərbaycan Tibb Universiteti 

 

ĠNFEKSĠON VƏ QEYRĠ-ĠNFEKSĠON XƏSTƏLĠKLƏRĠN  

YAYILMASINDA SUYUN ROLU 

 

Təbii mühitdə insanın yaşaması üçün ha-

va kimi, su da  vacib amildir. Su böyük bio-

loji  dövriyyənin  ən  dəyərli  komponentlərin-

dən  biri  sayılır.    Su  həyat  və  sağlamlığın 

saxlanmasında həlledici rol oynayır, ona gö-

rə orqanizmin ətraf mühitdən lazımi miqdar-

da    keyfiyyətli    su  ilə  təchiz  olunması  mü-

hüm  əhəmiyyət  daşıyır.  İnsan  orqanizmində 

xronik  su  çatışmazlığı  bir  çox  pozulmalara 

və  xəstəliklərə  gətirib  çıxarır.  Gündəlik  su 

və  duz  mübadiləsinin    nizama  salınması  or-

qanizmi onlarla xəstəlikdən qoruya bilər. 

Hazırkı  dövrdə  yer  kürəsində  suya  tələ-

bat  böyükdür.  Müəyyən  edilmişdir  ki,  Yer 

kürəsinin atmosferi metan, karbon qazı, azot, 

həmçinin su buxarlarından ibarətdir.Təbiətdə 

su  qədər  qəribə  maddə  yoxdur.  O,  bütün 

olub-keçənləri yaddaşında saxlayır, hüceyrə-

dəki  informasiyanı  orqanizmə  daşıyır.  Su 

özünəməxsus  energetik  yaddaşa  malikdir. 

Suyun strukturu duaların, müsiqinin təsiri al-

tında dəyişə bilər. O,  informasiyanı  və bey-

nin  bu  informasiyanı  oxumaq  qabiliyyətini 

qoruyub saxlayır. 

Qədimdə müxtəlif xalqların insanları əri-

miş qar suyu içirdilər – o, yaşama müddətini 

uzatmaqla  və  xronik xəstəlikləri  müalicə  et-

məklə  orqanizmin  ümumi  vəziyyətinə  təsir 

göstərə bilir. Müasir dövrdə qar suyunu Qaf-

qazın,  Tibetin  və  s.  ölkələrin  uzunömürlü 

xalqları içirlər. Müəyyən edilmişdir ki, bitki-

lərin qar suyu  ilə suvarılması onların sürətlə 

böyüməsinə  təkan  verir.  Su  kənd  təsərrüfa-

tının, sənayenin inkişafında, suvarılan torpaq 

sahəsinin  genişlənməsində,  mədəni-məişət 

şəraitinin  və  s.  yaxşılaşdırılmasında  mühüm 

rol oynayır. 

Bütün su təchizatı mənbələri müxtəlif in-

tensivlikli  antropogen  və  texnogen  təsirə 

məruz  qalırlar.  Suyun  infeksiyalaşması  me-

xanizmləri və amilləri  müxtəlifdir. Zərərsiz-

ləşdirilməmiş  və  kifayət  qədər  təmiz  olma-

yan  təsərrüfat  çirkab  suları,  infeksion  xəstə-

xanaların  kanalizasiya  suları,  baytarlıq  mü-

əssisələrinin  axıntı suları (ət kombinatların-

da  cəmdəklərin  kəsimi  və  heyvanların  dəri-

lərinin  emalı  ilə  əlaqədar)  epidemioloji  təh-

lükə təşkil edirlər. Yoluxucu xəstəlik törədi-

cilərinin  açıq  su  mənbələrinə  düşməsi  yağış 

suları, sərnişin və ticarət gəmilərinin  sirkab 

sularının tullantıları ilə mümkündür. 

Zərərsizləşdirilməmiş  istehsalat  və  məi-

şət çirkab sularının bu mənbələrə axıdılması 

nəticəsində  su  mənbələrinin  mikrobioloji 

çirklənməsi  səviyyəsi  yüksək  ola  bilər.  Su 

mənbələrinin böyük hissəsinin sanitar vəziy-

yəti  sənaye  müəssisələrinin  çirkab  sularının 

axıdılmasının azaldılması sayəsində yaxşıla-

şır.  İstifadəçilərə  verilən  içməli  suyun  key-

fiyyəti  yeraltı  suların  qeyri-qənaətbəxş  tə-

mizlənməsi  üzündən  pisləşir.  Suyun  kənar 

mikrofloradan, o cümlədən xəstəlik törədici-

lərindən  özünətəmizlənməsi  prosesi  suyun 

çirklənməsi  nəticəsində  xeyli  ləng  gedir. 

Əsas su təchizatı qurğularında baş verən qə-

zalar, çirkab sularının axması, yeraltı suların 

sızması,  çirkli  suyun  torpağın  üst  qatından 

su quyularına axması  suyun çikrlənməsinin 

səbəbidir. 

Yoluxucu  xəstəliklərin  yayılmasında  su-

yun böyük rolu vardır. Su  bilavasitə yoluxu-

cu  xəstəliklərin  törədicilərini  özündə  uzun 

müddət  saxlaya  bilər  və    zərərsizləşdirilmə-

miş sudan insanın istifadəsi onun yoluxması-

nın (qarın yatalağının, şigelyoz və s. su alov-

lanmaları) səbəbi ola bilər. Belə ki, qarın ya-

talağı  törədiciləri  buzlu  suda  qışlaya  bilər, 

axar suda həyat qabiliyyətini 5-10 gün, poli-

omielit törədicisi – 3-4 ay, tulyaremiya törə-

dicisi  4-9 ay, lyambliyalar – 16-18 gün sax-

laya bilər. 

Su  vasitəsilə  bakteriyalar,  viruslar,  ibti-

dailər yayılırlar.  Bir çox bakterial infeksiya-

lar,  məsələn,  şigelyozlar,  qarın  yatalağı,  və-

ba,  eşerixiozlar  və  s.,  Citrobacter,  Entero-

bacter  cinsi enterobakteriyaları ilə törədilən 

bağırsaq infeksiyaları  su yolu ilə  yayılırlar. 

Virus infeksiyaları, rotavirus qastroenteritlə-



Ekologiya və su təsərrüfatı  jurnalı, №3, may, 2016- cı il 

 

ri,  poliomielit,  A  və  E  hepatitləri,  enterovi-



ruslar  (Koksaki  xəstəliyi  A  və  B),  protozoy 

infeksiyaları  (amebiaz,  lyamblioz)  və  s.  Su 

yolu  ilə  yayıla  bilər.  Su  bəzi  zoonoz  xəstə-

liklər,  məsələn,  leptospirozlar,  tulyaremiya 

zamanı  yoluxma  amili  ola  bilər.  Kü-qızdır-

ması, brüselyoz, vərəm zamanı da su ilə ati-

pik yoluxma halları mümkündür.  

Patogen göbələklərin, xüsusilə də epider-

mofitiyaların  yayılmasında suyun rolu aşkar 

edilmişdir.  Su  helmintlərin  yoluxma  amili 

sayılır.  Helmintlərin yumurta və sürfələri ilə 

çirklənmiş  su  zərərsizləşdirilməmiş  şəkildə 

içildikdə,  tərəvəz,  meyvə,  qab-qacağın  yu-

yulmasında istifadə edildikdə  geohelmintoz-

ların  yayılmasına  (askaridoz,  trixosefalyoz) 

şərait  yarada  bilər.  Biohelmintozlar  zamanı 

(opistorxoz,  enli lentcə  və  bəzi  digər  trema-

todozlar)  suda  inkişaf  edən  helmintin  sürfə-

ləri ilə yoluxmuş balıq insanın qidasında çiy 

şəkildə  yeyildikdə xəstəlik törədə bilər.  Bə-

zi  xərçəngkimilər  çiy  şəkildə  istifadə  edil-

dikdə  insanın  biohelmintozlarla  (paraqoni-

moz) yoluxmasının səbəbi ola bilər. Exiono-

kokkoz zamanı qida, məişət yolundan başqa, 

su  yoluxma  yolu  da  reallaşır.  Fassiolyozun 

yumurtaları  içməli  su  mənbələrində  inkişaf 

edir,  molyuskların  orqanizminə  daxil  olur, 

şistosomozun sürfələri də həmçinin suda in-

kişaf edir. 

Yoluxucu xəstəliklərin su yoluxma yolu-

nun  reallaşması  üçün  bunlar  səciyyəvidir:  

bu amilin yayılmasına zəmin yaradan şərtlər 

- hava şəraiti  (yağış,  leysan), su  kəmərlərin-

də,  kanalizasiya  şəbəkəsində  qəzalar;  xəbər-

daredici  əlamətlər  –  suyun  orqanoleptik  xü-

susiyyətlərinin  dəyişməsi,  bakterioloji    gös-

təricilərinin  pisləşməsi;  su  epidemiyalarının 

xüsusiyyətləri - müəyyən su mənbəyi ilə əla-

qə,  erkən yaşlı uşaqlarda xəstəliklərin olma-

ması, yoluxucu xəstəliklərin polietioloji alov-

lanmaları,  kəskin  bağırsaq  infeksiyalarının 

nozoloji  formalarının  müxtəlifliyi,  uzun  in-

kubasiya  dövrü,  xəstəliyin  yüngül  və  silin-

miş formalarının üstünlük təşkil etməsi. 

Su yoluxucu xəstəliklərin spesifik keçiri-

cilərinin yumurta qoyma yeri sayılır:  malya-

riyada-ağcaqanadların, qara  yarada-göyünlə-

rin. Bəzi qansoran həşəratlar insanın dərisinə 

filyarilərin  sürfələrini  daşıya  bilər  ki,  onlar 

dəridən fəal şəkildə keçməyə qadirdirlər. 

Su qeyri-infeksion xəstəliklərin yayılma- 

sında da mühüm rol oynayır. Suyun mineral-

laşmasının  artması  mədənin  sekresiyasını 

azaldır,  ürəyə,  damarlara,  həzm  orqanlarına 

təsir göstərir, iş qabiliyyətini aşağı salır, işta-

hanı azaldır,  xronik xəstəlikləri kəskinləşdi-

rir, yoluxucu xəstəliklərə qarşı immunitet zə-

ifləyir. Suyun mineralaşmasının artması böy-

rəklərdə daşların əmələ  gəlməsinə də gətirib 

çıxarır. Suda duzların aşağı miqdarda olması 

qeyri-qənaətbəxş mineral mübadiləsinə, ürək-

damar  xəstəliklərinin,  vegetativ-distoniya-

nın,  mərkəzi  sinir  sisteminin xəstəliklərinin, 

qastritin yaranmasına səbəb olur. 

Suda  flüorun  miqdarının  artması  flüoro-

za gətirib çıxarır ki, bu zaman  sümük toxu-

masının,  sümüklərin  və  dişlərin  sıxlığı  aza-

lır. Suda misin miqdarının artması böyrəklə-

rin  və  qaraciyərin  selikli  qişasının  zədələn-

məsinə; sulfatların - işlədici təsir göstərməsi-

nə;  civənin  –  mərkəzi  sinir  sisteminin  zədə-

lənməsinə, nitratların - xronik nefritin, hepa-

titin inkişaf etməsinə, hamilə qadınların tok-

sikozuna  gətirib  çıxarır.  Suyun  xlorlaşdırıl-

ması zamanı xlorun üzvi birləşmələri qastrit-

lərə, anadangəlmə eybəcərliklərə səbəb olur, 

immun  sistemə  təsir  edir.  Sümüklərin  yum-

şalmasına, çoxsaylı sınıqların baş verməsinə  

gətirib  çıxaran  ağır  zəhərlənmələrin  səbəbi 

suyun  kadmium  ilə  çirklənməsi  (xəstəlik 

«itay-itay»  adlandırılır,  Yaponiyada  rast  gə-

lir)  hesab edilir. 

Tərkibində  qurğuşun  olan  çirkab  suları-

nın  çaylara  axıdılması  balıqların  ölməsinə, 

həmçinin  qurğuşun  zəhərlənmələrinə  gətirib 

çıxarır.  Yeraltı  suların  xrom  və  ağır  metal-

larla  çikrlənməsi  halları  qeydə  alınmışdır. 

Səthi  suların  çirklənməsinə  nəqliyyat,  daş-

qınlar (antropogen və qeyri-antropogen), tər-

kibində  ağır  metallar  (dəmir,  sink,  nikel, 

qurğuşun,  kadmium)  olan  atmosfer  yağıntı-

ları imkan verir. Su çox vaxt dənizdə neft çı-

xarıldıqda,  neft  kəmərlərinin  çəkilməsi  za-

manı  (çaylar,  göllər,  dənizdən  keçməklə) 

çirklənə  bilər.  Dənizlərin  neftlə  çirklənməsi 

neftin dəniz vasitəsilə daşınması ilə əlaqədar 

xüsusilə artmışdır. Suyun bioloji göstəricilə-

rinin pisləşməsinə həmçinin metallurgiya tə-

sir edir.  

Beləliklə,  infeksion  və  qeyri-infeksion 

xəstəliklərin  yayılmasında  suyun  rolu  bö-

yükdür. İçməli suyun epidemioloji baxımdan 

təhlükəsizliyi  mikrobioloji  və  parazitoloji 



Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə