Uot 31. 445. Q. M. MƏMMƏdov, Y.Ġ. ġAhverdiyev, H. M. HƏSƏnov, S. Y


Ekologiya və su təsərrüfatı  jurnalı, №3, may, 2016- cı il



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə10/19
tarix11.01.2018
ölçüsü0,67 Mb.
#20449
1   ...   6   7   8   9   10   11   12   13   ...   19

Ekologiya və su təsərrüfatı  jurnalı, №3, may, 2016- cı il 

 

göstəricilər  üzrə  müvafiq  normativlərlə  mü-



əyyən  olunur.  Onların  profilaktikası  -  yeni 

su obyektlərinin və su təchizatı sistemlərinin 

yaradılması və su hövzələrinin tikilməsi yolu 

ilə aparıla bilər.  

 

ƏDƏBĠYYAT 

 

1. Ağayev İ.Ə. və başq. Epidemiologiya. 



    Bakı, 2012. 

2.

 



Покровски  В.И.  и  др.  Инфекционные  

болезни и эпидемиология. М., 2004. 

3.

 

Кязимов М. и др. Гигиена. Баку, 2009. 



4.Кязимов М. и др. Общая гигиена (прак-

тикум). Баку, 2007. 

 

Məqaləyə ATU-nun “Tibb profilaktika” 

kafedrasının rəisi t.ü.f.d., t.x.polkovniki  

F. Meybəliyev rəy vermişdir. 

 

UOT 631.6; 626.8; 631.61; 631.44 

 

F.A.SALMANOVA, T.T.MƏMĠġOVA, Ə.M.HÜSEYNOVA,  

K.B.AĞAYEVA, H.F.FƏTDAYEV 

 

SAMUR-DƏVƏÇĠ OVALIĞININ EKOLOJĠ VƏZĠYYƏTĠ HAQQINDA 

 

Milli Aerokosmik Agentliyi Ekologiya İnstitutu 

 

Müasir  dövrün  aktual  problemlərindən 

olan  ətraf  mühitin  ekoloji  vəziyyəti  elmin 

müxtəlif sahələrində tədqiq olunur. Bu prob-

lemin həllində əsas məqsəd ekoloji vəziyyət, 

ərazinin  təbii  və  antropogen  çirklənməsinin 

tədricən  azaldılmasının  müxtəlif  üsullarla 

yerinə yetirilməsidir.  

Tədqiq  etdiyimiz  ərazi  -  Samur-Dəvəçi 

ovalığı Azərbaycanın şimal-şərqində yerləşir 

və  Ərazi  əsasən  düzən  hissədən  ibarətdir. 

Xəzər  dənizinin  sahiliboyu  şimal-qərbdən 

cənub-şərqə,  Azərbaycan  Respublikasında 

Samur çayından Sumqayıt çayınadək uzanır. 

Ovalıq şimal-qərbdə (200-250 m hündürlük-

də)  nisbi  hündürlüyü  10-25  m-ə  çatan  pillə 

vasitəsilə Qusar maili düzənliyinə keçir. Ma-

ili  düzənlik  cənub-qərbdə  Yan  silsiləyədək 

davam  edir.  Ovalığın  dəniz  sahili  hissələri 

okean  səviyyəsindən  28  m-dək  aşağıda  yer-

ləşir.  Samur-Dəvəçi  düzənliyi  dəniz  səviy-

yəsindən  0-580  m  yüksəkliklərarası  sahəni 

əhatə  edir  [1].  Burada  meşələrin  sahəsi 

21500  hektardır.  Ərazidə  antropogen  təsir 

nəticəsində bitki örtüyü güclü deqradasiyaya 

uğradığından  yeni  təkrar  bitki  formasiyaları 

formalaşmışdır. Ərazinin əsasən palıd, fısdıq 

vələs meşələri ilə zəngin olmasını nəzərə al-

saq,  bu  ağaclardan  qanunsuz  yolla  istifadə 

olunur.  Tədqiqat  rayonunda  aparılan  müşa-

hidələrə  əsasən  söyləmək  olar  ki,  qırılan  və 

ya  quruyan  ağacların  yerinə  yeni  ağac  əkil-

mir.  Digər  əsas  ekoloji  problemlərdən  biri 

də  qış  aylarında  yanacağa  olan  ehtiyacdan 

meşələrdəki  çoxillik  ağacların  qırılmasıdır. 

Rayonun düzən hissəsini qismən dəniz altın-

dan  çıxmış  qumluqlar  1-4  km  enində  dəniz 

sahilində  şimaldan  başlamış  cənub-şərqə, 

Abşeron  yarımadasına  kimi  dənizboyu  uza-

nan lentvari ərazini təşkil edir. Qumluqlarda 

şimal  küləklərinin  zərərverici  təsirini  azalt-

maq  üçün  az  da  olsa  meşə  əkinləri  aparılır. 

Meşə  əkinində  quraqlığadavamlı,  torpağın 

münbitliyinə az tələbkar iydədən, yulğundan 

və  eldar  şamından  istifadə  edilir.  Burada 

əsasən dördüncü dövr Kaynazoy çöküntüləri 

geniş yayılmışdır.   

Samur-Dəvəçi  düzənliyinin  Şollar  ərazi-

sində qrunt sularının yer səthinə çıxması ki-

çik  sahələrdə  bataqlıqlaşmaya  səbəb  olmuş-

dur.  Düzənliyin  başqa  yerlərində  də  xırda 

sahədə  bataqlıqlaşmaya  təsadüf  edilir.  Vax-

tilə düzənlikdə Yalama Meşə Təsərrüfatı tə-

rəfindən əkilmiş Eldar şamından ibarət meşə 

əkinləri  (10-15  yaşlı)  sahənin  sonradan  ba-

taqlıqlaşması  nəticəsində  ağaclar  quruyub 

məhv olmuşdur [2].  

Samur-Dəvəçi  düzənliyində  kənd  təsər-

rüfatının,  əkinçiliyin  və  tərəvəzçiliyin  inki-

şafı  ilə  əlaqədar  yeni  aqrosenozlar  yaradıl-

mış,  təbii  fitosenozlar  isə  geniş  ərazilərdə 

məhv edilmişdir. Buna baxmayaraq az da ol-

sa  təbii  fitosenozların  qorunub  saxlandığı 

ərazilər də vardır. Burada səhra bitki örtüyü 

ilə yanaşı yarımsəhra bozqır çala-çəmən, su-

bataqlıq və meşə kol bitki örtükləri də möv-

cuddur.  



Ekologiya və su təsərrüfatı  jurnalı, №3, may, 2016- cı il 

 

Samur-Dəvəçi  ovalığında  meyvə  bağla-



rından  daha  çox  məhsul  almaq,  həmçinin 

məhsulları  tez  yetişdirmək    üçün  müxtəlif 

kimyəvi  preparatlardan  istifadə  edilir  ki,  bu 

zəhərli  maddələr  bir  çox  fəsadlar  törədir  [3, 

4,  5,  6].  Onlar  atmosfer  havasını  zəhərləyə-

rək  onun  ekoloji  vəziyyətini  kəskinləşdirir, 

bu  da  əhali  arasında  müxtəlif    xəstəliklərin 

yayılmasına səbəb olur. Bundan başqa torpa-

ğın da ekoloji durumu pisləşməyə doğru ge-

dir.  Bu  zəhərli  maddələr  torpağın  dərin  qat-

larına hoparaq yeraltı sulara da keçmiş olur. 

Belə  sulardan  məişətdə,  kənd  təsərrüfatında  

və  s.  yerlərdə  istifadə  neqativ  nəticələrə  gə-

tirib çıxarır.  

Samur-Dəvəçi ovalığında ekoloji gərgin-

liyi  artıran  amillərdən  biri  də  suvarma  sis-

temlərindən sızan və bir sıra neqativ fəsadlar 

törədən sulardır. Filtirasiya suları tətbiq olu-

nan obyektin aqrolandşaftlarında qrunt sula-

rının səviyyəsinə və rejiminə ciddi təsir gös-

tərir.  

Siyəzəndə  neftlə  çirklənmiş  torpaqları 

yenidən əvvəlki vəziyyətinə qaytarmaq üçün 

neftçıxarma  sahəsində    daha  müasir  və  tək-

milləşdirilmiş  texnika  və  texnologiyadan  is-

tifadə  edilməlidir.  Neftlə  çirklənmiş  torpaq-

lar əkinçiliyə yararlı torpaqları istifadəyə ya-

rarsız vəziyyətə salmışdır.  

Yalama-Nabran  zonasında  sahibkarların 

son illər inşa etdikləri yüzdən artıq böyük və 

kiçik  istirahət  mərkəzinin  tikintisi  zamanı 

yüz  hektarlarla  meşə  sahəsi  yox  edilmiş  və 

onun  yerində  yaşayış  korpusları,  çimərliyi 

əvəz edən böyük hovuzlar və digər istirahət 

obyektləri  tikilmişdir.  Həmin  obyektlərdən 

torpağa  axıdılan  çirkab  suları  hidrogeoloji 

şəraitdən asılı olub bəzi yerlərdə səthə çıxa-

raq  ərazini  bataqlıqlaşdırır  və  ekoloji  şəraiti 

gərginləşdirir.  Ərazidə  məişət  tullantıları 

ciddi  ekoloji  təhlükə  mənbəyi  olub,  meşə 

örtüyünün  tədricən  məhv  olmasına  şərait 

yaradır. 

Yalama  -  Nabran  zonasının  dənizkənarı 

zolağındakı  aran  meşələrin  dinamikasına 

Xəzər  dənizinin  səviyyəsinin  qalxıb-enməsi 

də  xeyli  təsir  göstərir.  Dənizin  səviyyəsi 

aşağı  düşdükdə  drenaj  yaxşılaşır  və  çaylar 

yatağını  dərinləşdirir,  qrunt  suları  səviyyəsi 

aşağı  düşür.  Dənizin  səviyyəsinin  qalxması 

ilə əlaqədar qrunt sularının səviyyəsi də qal-

xır və meşələrin rütubətlənmə şəraiti də yax- 

şılaşır, hətta ifrat rütubətlənən sahələr artır. 

Ərazidə qrunt sularının hidrodinamiki re-

jimlərinin  formalaşmasında  yaşayış  məntə-

qələri  xüsusi  rol  oynayır.  Çünki,  Quba  və 

Qusar  şəhərlərindəki  sənaye  obyektlərinin, 

əhalinin məişət və içməli su ilə təminatında 

yeraltı  sulardan  geniş  istifadə  olunur.  Son  5 

il ərzində bu rayonların su təminatında hər il 

1,6-6,2 mln m

3

 yeraltı sulardan istifadə edil-



mişdir. Samur-Abşeron kanalı ilə dəmiryolu 

arası  sahədə  relyefdən  asılı  olaraq  yeraltı 

suların yatma dərinliyi 2-50 m arasındadır.  

Şollar sugötürücüsündən şərqdə yerləşən 

məntəqədə  qrunt  suyunun  səviyyəsi  1,5-2,0 

m dərinlikdə qərarlaşır və amplitudanın illik 

dəyişməsi  0,3  m-dən  çox  olmur.  Digər  mü-

şahidə  məntəqəsində  -  quyuda  ilin  əvvəlin-

dən  aprel-may  ayına  qədər  qrunt  suyunun 

səviyyəsi 4,8–5,2 m - dən 5,5m-ə qədər yük-

səlməsi, avqust - sentyabr ayına qədər səviy-

yənin  enməsi,  daha  sonrakı  müddətdə  isə 

nisbi sabit qalması müşahidə edilir. 

Müşahidə  nəticəsində  alınan  nəticələrə 

görə  yeraltı  suların  sərfləri  0,02-0,3  l/s  ol-

muş və onların tərkibində ÜMD (ümumi mi-

nerallaşma  dərəcəsi)  ilə  yanaşı  sulfat  ani-

onunun  həcmi  normadan  artıq  olmuşdur 

(cədvəl 1, 2). 

Düzənliyin şərqində dəmiryolu ilə Xəzər 

dənizi  arasındakı  sahədə  qrunt  sularının  ya-

tım  dərinlikləri  0,8  -  1,0  m  intervalda  dəyi-

şir. Dərinlikdə yeraltı suların əsas qidalanma 

mənbəyi  olan çay suları hidrokimyəvi  tərki-

bin  təmizliyi  və  mülayim  çirklənmə  dərəcə-

ləri ilə səciyyələnir. 

Böyük Qafqazın şimal-şərq yamacı ça-l-

rında  müxtəlif  çirkləndirici  maddələr  qeydə 

alınmışdır [7]. Samur çayında misin  orta il-

lik miqdarı 0,002 mq/l-dən 0,005 mq/l-ə ki-

mi dəyişmişdir. Bu çayın suyunun tərkibində 

cüzi  miqdarda  ağır  metallar,  xlor  və  üzvi 

pestisidlər  də  qeydə  alınmışdır.  Ərazidə  ən 

çox  çirklənməyə  məruz  qalan  çay  Qudyal-

çaydır ki,  bu da Quba və  Xaçmaz şəhərləri-

nin kommunal-məişət və sənaye çirkab sula-

rının  axıdılması  ilə  əlaqədardır.  Ən  az  çirk-

lənmə Qaraçay, Vəlvələ və Dəvəçiçaylarıdır. 

Böyük Qafqazın şimal-şərq yamacı çayların-

da  hidrokarbonat  144-222,6  mq/l,  sulfat 

87,9-127,8 mq/l, xlor isə 5,08-12,8 mq/l ara-

sında  dəyişir.  Nitrit  ionunun  orta  çoxillik 

qiymətləri 0,006-0,007 mq/l arasında dəyişir. 



Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə