Uot 31. 445. Q. M. MƏMMƏdov, Y.Ġ. ġAhverdiyev, H. M. HƏSƏnov, S. Y


Ekologiya və su təsərrüfatı  jurnalı, №3, may, 2016- cı il



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə6/19
tarix11.01.2018
ölçüsü0,67 Mb.
#20449
1   2   3   4   5   6   7   8   9   ...   19

Ekologiya və su təsərrüfatı  jurnalı, №3, may, 2016- cı il 

 

sentrasiyası  yüksək  dərəcədədir.  Ağır  metal-



ların  miqrasiyası  əsasən  yuxarıdan  aşağıya 

şaquli istiqamətdə olur və yarım metr torpaq 

layına kimi çatır. Bu layda bitkilərin kökləri 

yerləşir  ki,  bu  da  ağır  metalların  bitkiyə  da-

xil  olmasına  səbəb  olur.  Beləliklə,  ağır  me-

tallar  sudan  bitkilərə,    heyvanlara,  insanlara 

ekoloji  qida  zənciri  vasitəsilə  ötürülə  bilər. 

Bu da çox təhlükəlidir. Mingəçevir-Bakı bö-

yük nəqliyyat magistralı boyunca yoldan 100 

m-dək aralı məsafədə torpağın güclü çirklən-

məsi prosesi gedir ki, bu da avtomobillərdən 

çıxan qazların hesabınadır. Magistralın kəna-

rından  götürülmüş  torpağın  tərkibində  mak-

simum  miqdarda  ağır  metal  qeydə  alınıb:     

1  kq  torpaqda  Sr  30-dan  500  mq/kq-a,  Cu 

30-dan  100  mq/kq-a,  Zr  10-dan  100  mq/kq-

a,  Zn  30-dan  80  mq/kq-a,  Pb  10-dan  60 

mq/kq-a qədərdir. Başqa magistrallar barədə 

informasiya olmasada, güman edilir ki, digər 

magistrallarda da vəziyyət analojidir.  

Şirvan İES-də kükürdlü mazut və təbii 

qaz  yandırılır.  Texnogen  tullantıların  yoxla-

nılması  zamanı  müəyyən  edilmişdir  ki,  tor-

paqların  ağır  metallarla  çirklənməsi  2.5-3.0 

km  radiusdadır.  Torpaqda  aşkar  olunmuş 

ağır  metalların  tərkibi  çirklənmə  mənbəyinə 

yaxınlaşdıqca  artır.  Ayrı-ayrı  elementlər  də-

yişən tərkibdən ibarətdir: Zr-310-690 mq/kq, 

Sr-850-1400 mq/kq, V-300-5000 mq/kq, Ni- 

320-700  mq/kq,  Co-50-130  mq/kq,  Zn  isə 

60-100  mq/kq.  Torpaqların  üst  hissəsində 

ağır metalların toplanması  bu tendensiya ilə 

sıralanır:(V)>(Sr)>(Zr)>(Co)>(Zn)>(Ni) [5]. 

Ötən il torpaqların çirklənməsinin mo-

nitorinqi  zamanı  götürülən  366  torpaq  nü-

munəsi üzərində 3193 kimyəvi analiz yerinə 

yetirilib. Bu barədə Ekologiya və Təbii Sər-

vətlər  Nazirliyinin  Ətraf  Mühit  üzrə  Milli 

Monitorinq Departamenti tərəfindən 2015-ci 

il ərzində görülmüş işlərə dair hesabatda bil-

dirilib  [6].  Sənəddə  qeyd  olunub  ki,  Bakı, 

Sumqayıt  və  Gəncə  şəhərlərinin  ərazi  və  ət-

raf torpaqlarının ağır metallarla çirklənməsi-

nin  tədqiqi  məqsədi  ilə  zavodların  ərazisin-

dən nümunələr götürülərək analiz edilib. Be-

lə ki, Bakı şəhərinin ərazi və ətraf torpaqları-

nın  çirklənməsi  üzrə  ağır  metallardan  mis 

3.6, nikel 1.5, manqan 2.2, Sumqayıtda man-

qan 1.9, Gəncədə qurğuşun 1.7, manqan 7.3, 

xrom 1.4, mis və nikel 2 dəfə yol verilən qa-

tılıq həddindən artıq olub.  

Nəticə 

 

1.

 



Məqalədə  təbiətdə daha  çox  yayılan tex-

nogen təsirlər nəticəsində daha böyük fə-

sadlar  yaradan 4 ağır metal  (Hg, Pb, As, 

Cd) haqqında məlumat verilib. 

2.

 

Ağır  metalların  ətraf  mühitə  daxil  olma 



mənbələri, onların  yayılma səbəbləri, in-

san sağlamlığına təsiri və həmin təsirdən 

yaranan xəstəliklər araşdırılıb.  

3.

 



Azərbaycanda  Şirvan  İES-də,  Mingəçe-

vir-Bakı  böyük  nəqliyyat  magistralı  bo-

yunca, Bakı, Sumqayıt və Gəncə şəhərlə-

rinin  sənaye  müəssisələrinin  yerləşdiyi 

zonalarda  torpağın  ağır  metallarla  çirk-

lənməsi faktı aşkarlanmışdır.  



 

ƏDƏBĠYYAT 

 

1.

 



Некрасов  Б.В.  Основы  общей  химии: 

Т. I. -М.: Химия, 1969.  

2.

 

Батталов И., Салахова А. Влияние тя-



желых  металлов  на  организм  челове-

ка.  http://nsportal.ru/ap/ap/  nauchno-tek-

hnicheskoe-tvorchestvo/. 

3.

 



Q.  Məmmədov,  M.  Xəlilov.  Ekologiya 

ətraf  mühit  və  insan.  BAKI-ELM-2006. 

səh.167-175.  http://www.ipen.org/sites/ 

default/files/documents/Ruzgar%20Broc

hure%20 Mercury. pdf 

4.

 



Т.С.  Аббасова,  А.В.  Ахундова.  Тяже-

лые металлы в почвах зоны техноген-

ных  выбросов  промышленных  объек-

тов Азербайджана.  

5.

 

http://eco.gov.az/az/113-gorulen-isler  



 

N.R.Əliyev, S.T. Rəhimli 

 

Milli Aerokosmik Agentliyi  

Ekologiya İnstitutu 

 

Ağır metalların ətraf mühitə  

təsiri haqqında 

 

XÜLASƏ 

 

Məqalədə  ağır  metalların  kimyəvi  xüsu-



siyyətləri  və  onların  insan  orqanizminə  tə-

siri,  ətraf  mühitdə  yayılması  məsələlərinə 

baxılmışdır.  Bu  araşdırmaya  əsasən  Azər-

baycan  Respublikasında  ətraf  mühitin  ağır 

metallarla çirklənməsinin mənbələri göstəril-

mişdir. 



Ekologiya və su təsərrüfatı  jurnalı, №3, may, 2016- cı il 

 

Açar sözlər: Ağır metallar, ətraf mühit, 



toksiklik, insan sağlamlığı, çirklənmə. 

 

Н.Р.Алиев, C.T. Рагимли  

 

Национальное Аэрокосмическое 

Агентство, Институт Экологии 

 

О воздействие тяжелых металлов  

на окружающую среду 

 

Резюме 

 

В  статье  рассмотрены  химические 

особенности тяжелых металлов, и их рас-

пространение и воздействие на окружаю-

щую  среду,  а  также  на  организм  челове-

ка. На основе анализа информации по ок-

ружающей среде в Азербайджане, показа-

ны  источники  ее  загрязнения  тяжелыми 

металлами.   

N.R.Aliyev, S.T.Rahimli 

 

Institute of Ecology, National  

Aerospace Agency 

 

About the impact of heavy metals  

on the environment Summary 

 

Summary  

 

In the article were  considered the che-

mical features of heavy metals and their dis-

tribution and impact on the environment also 

the  human  body.  Showing  the  sources  of 

pollution  by  heavy  metals,  on  the  basis  of 

information  on  the  environment  in  Azerba-

ijan. 


Məqaləyə  

MAKA Ekologiya İnstitutunun  

şöbə rəisi  H.F.Fətdayev rəy vermişdir. 

 

UOT 621.762.04 

K. E. RƏHĠMOVA  

 

 (ADIU) 

 

TEXNOGEN TULLANTILARIN ƏTRAF MUHĠTƏ TƏSĠRĠ,  ĠSTĠFADƏSĠ   

VƏ ROBLEMĠN MÜASĠR VƏZĠYYƏTĠ 

 

Bəşəriyyətin inkişaf dövrünün ilkin mər-

hələlərində  təbiətin  məruz  qaldığı  antropo-

gen təsirlər əhəmiyyətsiz dərəcədə  kiçik idi. 

Ətraf  mühitin  çirklənməsi  əsasən  zəlzələlər, 

vulkan  püskürmələri,  meşə  yanğınları,  tor-

paq səthinin eroziyası və sair kimi təbii pro-

seslərlə əlaqədar baş verirdi. 

Təkamül  prosesi  ərzində  ətraf  mühiti 

çirkləndirən  başlıca  amillərdən  biri  artıq  in-

sanların  istehsalat  və  məişət  fəaliyyəti  nəti-

cəsində  yaranan  tullantılar  oldu.  Sonrakı 

dövrlərdə  istehsalın  həcminin  böyüməsi  və 

genişlənərək  inkişaf  etməsi  proqressiv  tex-

nologiyaların  artması,  istehsalatın  intensiv-

ləşməsi və modernizasiyasına gətirib çıxardı. 

Bu  dövrdə  istehsal  zamanı  meydana  gələn 

toksiki  və  texnogen  tullantıların  təbiətə  zə-

rərli təsir göstərməsi artıq cəmiyyəti narahat 

etməyə başladı. 

Müasir  dövrdə  ətraf    mühitin  qorunması 

tədbirlərinin  rolu  və  əhəmiyyəti  kəskin  art-

mışdır.  Belə  ki,  sənayeləşdirmə  nəticəsində 

yaranan  çoxsaylı  fabrik  və  zavodlar  ətraf 

mühitə  olduqca  böyük  zərərli  təsir  göstərir-

lər.  


Odur  ki,  ətraf  mühitin  mühafizəsi,  at-

mosferin  çirklənməsinin  azaldılması  mütə-

rəqqi texnologiyaların, mühəndis-texniki me-

todların  işlənməsi  və  təkmilləşdirilməsi,  tul-

lantısız və  aztullantılı texnologiyaların  yara-

dılmasını tələb edir.  

Sənaye  texnologiyalarının  texnogen  tul-

lantıları daha çox biosferə təsir edir. Biosfer 

canlı  orqanizmlər  və  təbiətin  canlı  olmayan 

təşkiledicilərini  özündə  birləşdirən  yerin 

xarici örtüyüdür.  

İnsanın həyat fəaliyyəti, sənayenin, ener-

getikanın  və  nəqliyyat  vasitələrinin  inkişafı 

biosferin  antropogen  çirklənməsini  fasiləsiz 

olaraq  artırır.  XX  əsrin  ikinci  yarısında  for-

malaşan elmi-texniki tərəqqi atmosferin, də-

niz  akvatoriyasının,  içməli  su  hövzələrinin 

çirklənməsinə, meşə və heyvan sərvətlərinin 

azalmasına səbəb olmuşdur.  

Atmosfer  tərkibində  kükürd,  azot,  kar-

bon oksidləri, karbohidrogenlər və toz zərrə-



Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə